Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1953/2022 22.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi, İddiaçı oğunun, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı oğunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçularına qulluq stajına görə əmək pensiyasına əlavələr nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2273/2022 saylı, 02 mart 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı oğu cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı dövlət “dövlət qulluğunda və digər sahələrdə işlədiyi dövrün və əlavələrin nəzərə alınaraq yaşa görə təyin olunmuş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2273/2022 saylı, 02 mart 2022-ci il tarixli qərarı ilə İddiaçı oğunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçıya xx.xx.2017-ci ildə təyin olunmuş yaşa görə əmək pensiyasının “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində nəzərdə tutulmuş dövlət qulluqçularına qulluq stajına görə əmək pensiyasına əlavələr nəzərə alınmaqla yenidən hesablanması və yaranmış pensiya məbləği fərqinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-273/2022 saylı, 02 mart 2022-ci il tarixli qərarının tam əsassız olduğunu və ləğv edilməli olduğunu bildirərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, 2000-2015-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Beyləqan Rayon X3 Müfəttişliyinin rəisi vəzifəsində işlədiyini, bu səbəbdən də ona hakimiyyət səlahiyyətlərinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq təyin edilərək pensiyasının yenidən hesablanmasını və pensiyaya çıxdığı gündən hal-hazıradək yaranan məbləğ fərqinin ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının izahat verərək iddiasını dəqiqləşdirməsinə münasibət olaraq etirazının olmadığını, lakin iddiaçının Azərbaycan Respublikası Prezidentinin fərmanına uyğun olaraq arayış təqdim etməli olduğunu, əlavə məvaciblə bağlı iddiaçı tərəfindən təqdim edilən arayışda xüsusi qeyd olmadığından 15 faiz əlavənin nəzərə alınmadığını bildirmiş, Bakı İnzibati Məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyasının iclasında iddiaçının “dövlət qulluğunda və digər sahələrdə işlədiyi dövrün və əlavələrin nəzərə alınmaqla həmin hissələr sığorta stajı kimi nəzərə alınaraq yaşa görə təyin olunmuş əmək pensiyasının yenidən hesablanması”na dair iddia tələbinə dair ifadə tərzi qeyri-müəyyən və aydın olmadığından, iddiaçıdan hazırkı iddia tələbi üzrə çatmaq istədiyi məqsəd müəyyənləşdirilərək, iddia tələbi “hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində ödənilən əlavə haqq nəzərə alınmaqla 01 yanvar 2016-cı il tarixdən pensiyasının yenidən hesablanması və həmin tarixdən hal-hazıradək yaranacaq məbləğ fərqinin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi qəbul edilmişdir. İş materiallarından müəyyən olunur ki, iddiacı İddiaçı xx.xx.2000-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin struktruna daxil olan Beyləqan rayon X3 Müfəttişliyinin rəisi vəzifəsinə təyin edilmiş və xx.xx.2015-ci ildə dövllət qulluğunda olma müddətinin başa çatması ilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş və 01 yanvar 2016-cı il tarixdən ona sabiq dövlət qulluqçusu kimi yaşa görə pensiya təyin edilmişdir. İddiaçı Rasim Quluyev ona təyin olunmuş əmək pensiyasının məbləği ilə razılaşmayaraq pensiyanın yenidən hesablanması barədə cavabdehə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2021-ci il tarixli, **********9 nömrəli İddiaçı ünvanlanan müraciətə cavab məktubundan görünür ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon şöbəsi tərəfindən 01 yanvar 2016-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. 01 dekabr 2013-cü il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə maaşı 280 manat, qulluq stajına görə əlavə 68,82 manat, ixtisas dərəcəsinə görə 55,0 manat, mükafatlarla müavinətin cəminə görə əlavə 81,67 manat olmaqla orta aylıq əmək haqqı 485,49 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci İ tarixinədək qüvvədə olmuş 20.11.З-cü maddəsinə əsasən 15 il 11 ay 9 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqı (485,49 manat) 80 faiz - 388,39 manat məbləğində müəyyən edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşınız 310,00 manat qulluq stajına görə əlavə 76,20 manat, ixtisas dərəcəsinə görə əlavə 55.00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 90,42 manat olmaqla orta aylıq əmək haqqı 531,62 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqınız (485,49 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq mək haqqınız (531,62 manat) arasındakı fərq məbləğinin (46,13 manat) 52,75 faizi- 24,33 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (388,39 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanın məbləği 412,72 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən xx.xx.2018- xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 7016,24 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 6571,84 manat ödənilmişdir. Bu səbəbdən də İddiaçı yuxarıda qeyd olunan dövr ərzində 444,40 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 465,00 manat, qulluq stajına görə əlavə 114,30 manat, ixtisas dərəcəsinə görə əlavə 55,00 manat mükafatlarla müavinətlərin cəminə görə əlavə 135,63 manat olmaqla orta aylıq əmək haqqı 769,93 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqı (531,62 manat) ilə 1 sentyabr 2019 -cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqı (769,93 manat) arasındakı fərq məbləğinin 238,31 manat) 52,75 faizi- 125,71 manat 1 sentyabr 2019-cu il tarixindək hesablanmış pensiyanın (412,72 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanın məbləği 538,43 manat müəyyən edilmişdir. Lakin xx.xx.2019- xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində hər ay 536,00 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində 46,17 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 490,57 manat fərq məbləği cari ilin aprel ayında pensiyanın üzərinə əlavə olunmaqla (538,43 + 490,57= 1029,00 manat) müvafiq kart hesabına köçürülmüşdür. Cavabdehin qeyd olunan imtinasından sonra iddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyasının yenidən hesablanmasını, əlavələrin nəzərə alınaraq artırılmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Aşağıdakılara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, işin həqiqi hallarından müəyyən edilmişdir ki, iddiaçı 2000-ci ildən 2016-cı ilə qədər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin struktruna daxil olan Beyləqan rayon X3 Müfəttişliyinin rəisi vəzifəsində işləmişdir. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə İddiaçı 2000-2015-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Beyləqan Rayon X3 Müfəttişliyinin rəisi vəzifəsində işlədiyi müddətdə hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşına əlavə haqq nəzərdə tutulub tutulmaması barədə məlumatların təqdim edilməsinə dair sorğu verilmiş, məhkəməyə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Beyləqan Rayon X3 Müfəttişliyi 5-ci kateqoriya dövlət orqanı olduğu üçün həmin orqanın rəisi vəzifəsini tutan dövlət qulluqçusu hakimiyyət səlahiyyətləri verilən dövlət qulluqçusu hesab edilir və həmin dövlət qulluqçusuna hakimiyyət səlahiyyətlərinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq təyin edilir. İş materiallarından müəyyən olunur ki,cavabdeh tərəfindən iddiaçıya yaşa (dövlət qulluğuna) görə pensiya təyin edilərkən ixtisas dərəcəsinə və qulluq stajına görə əlavələr nəzərə alınaraq hesablansa da, hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faiz məbləğində əlavə haqq nəzərə alınmamışdır. Azərbaycan Respublikası Prezidentinin 194 nömrəli, 07 fevral 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”na görə fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləği dəyişdikdə dövlət qulluqçusunun əmək pensiyasının məbləği müddət məhdudiyyəti qoyulmadan, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğinin sonrakı artımlarına uyğun olaraq bu Qaydaların 3-10-cu bəndlərində nəzərdə tutulduğu kimi yenidən hesablanır (2-ci bənd); Qanunvericiliklə dövlət məvacibinin məbləği dəyişdikdə əmək pensiyasını təyin edən orqan dövlət qulluqçusunun əmək pensiyasının yenidən hesablanmasını təmin edir; (10-cu bənd). “Dövlət qulluğu haqqında” AR Qanununun 22.2-ci maddəsinə əsasən dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd olunan Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 2-ci bəndinə görə əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. Göründüyü kimi dövlət qulluqçusunun pensiyasının hesablanması zamanı əsas götürülən dövlət məvacibinin tərkibinə vəzifə maaşı, mükafatlar, vəzifə maaşına əlavələr (ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr), habelə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişləri daxildir. Azərbaycan Respublikası Prezidentinin “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı”nın və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə” 776 nömrəli, 20 iyun 2008-ci il tarixli Fərmanının 2-ci bəndinə görə hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq təyin edilmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclası zamanı izahatında iddiaçı tərəfindən təqdim edilən arayışda hakimiyyət səlahiyyətlərinin icrası ilə bağlı 15 faiz ödənilən əlavənin arayışda xüsusi qeyd olunmaması səbəbindən pensiyanın hesablanması zamanı bu halın nəzərə alınmaması ilə bağlı göstərdiyi əsasla razılaşmır. Çünki, “İnzibati icrat haqqında” Qanunun 24-cü maddəsinin müvafiq bəndlərində qeyd olunur ki, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Kollegiya bu hüququn hansı tarixdən yaranmasına da aydınlıq gətirərək qeyd edir ki, sözügedən 15% əlavə haqqın alınmasına dair hüquqmüəyyənedici akt Azərbaycan Respublikası Prezidentinin 776 nömrəli, 20 iyun 2008-ci il tarixli Fərmanıdır. Belə olan halda yəni, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Beyləqan Rayon X3 Müfəttişliyi 5-ci kateqoriya dövlət orqanı olduğu üçün həmin orqanın rəisi vəzifəsini tutan iddiacı hakimiyyət səlahiyyətləri verilən dövlət qulluqçusu hesab edildiyindən, hakimiyyət səlahiyyətlərinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq pensiya təyinatı zamanı nəzərə alınmalı idi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Cavabdeh iddia tələbində göstərilən öhdəliyinin icrasının istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilməli, iddia tələbinin təmin edilməsinə dair yeni qərar cıxarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2273/2022 saylı iş üzrə qəbul etdiyi 02 mart 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin olunsun. İddiaçı hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində ödənilən əlavə haqqı nəzərə alınmaqla 01 yanvar 2016-cı il tarixdən pensiyasının yenidən hesablanması və həmin tarixdən hal-hazıradək yaranacaq məbləğ fərqinin ona ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Vahid Sadıqov Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1953/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1953/2022
22.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver