Məhkəmə qərarları › İş №2-1(103)-1955/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1955/2021

16.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1955/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə X8 qızının katibliyi, İddiaçının nümayəndələri X12 və X1, Üçüncü şəxsin vəkilləri X4 və Vəkil iştirakları ilə, İddiaçı “AYF” Beynəlxalq Kompaniyasının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X6 və X7) torpaq sahəsinə dair qeydiyyatların reyestrdən silinməsi, reyestrdən çıxarışların və texniki sənədlərin ləğv edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5510/2020 saylı iş üzrə qəbul etdiyi 26 oktyabr 2020-ci il tarixli qərardadından iddiaçl tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “AYF” Beynəlxalq Kompaniyası Cavabdeh AR ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ərazi orqanında dövlət aktı qeydiyyatı kitabında 30 dekabr 2004-cü il tarixli 7747 nömrəsilə dövlət qeydiyyatına alınmış və iddiaçıya verilmiş JN1280 kod 30800001 saylı “Torpqadan daimi istifadə hüququna dair Dövlət aktı” ilə onun qanuni sahibliyi və faktiki istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən faktiki 0,20 ha ərazidəki torpaq sahəsinin 0.06 ha ölçüdə olan hissəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində 2 dekabr 2-19-cu il tarixdə X2 adına aparılmış ilkin qeydiyyatın, 30 yanvar 2020-ci il tarixdə X7nun adına aparılmış təkrar qeydiyyatın və 13 fevral 2020-ci il tarixdə X3 adına aparılmış təkrar qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrindən silinməsinin və qeydiyyatdan silinmənin hüquqi nəticələrinin tətbiqinin verilmiş reyestrdən çıxarışların və texniki sənədlərin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5510/2020 saylı iş üzrə qəbul etdiyi 26 oktyabr 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-489/21 saylı, 04.02.2021-ci il tarixli qərardadı ilə birinci intansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı müvafiq qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi iş üzrə 16 iyun 2021-ci il tarixli, 2-1(102)- 989/21 saylı qərar qəbul edərək, apelyasiya instansiyasının 04.02.2021-ci il tarixli qərardadını ləğv edərək, işə təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Təkrar apelyasiya baxışı zamanı iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbindən imtina etdiyini, iş üzrə icraata xitam verilməsini xahiş etmiş və ərizəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X6 ilə aralarında mübahisəni danışıqlarla tənzimləyərək barışıq sazişi bağladıqlarından cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələblərinə məhkəmədə baxılmasına artıq zərurət qalmamışdır. Kollegiyanın iclasında iştirak edən iddiaçının nümayəndəsi iddiadan imtina barədə ərizənin qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Kollegiyanın iclasında iştirak edən üçüncü şəxs X3 vəkilləri qarşılıqlı barışıq sazişinin imzalandığını təsdiq edərək, iddiadan imtinanın qəbul edilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya iddiadan imtinaya dair iddiaçının ərizəsini araşdırıb, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. İddiadan imtina iddiaçının birtərəfli sərəncamverici hərəkəti olduğundan hazırkı halda, məhkəmənin vəzifəsi iddiadan imtinanin motivlərini deyil, imtinanın qanuniliyini qiymətləndirmək, iddiaçının etdiyi hərəkətin əhəmiyyətini və mənasını anladığını, imtinanın könüllü olmasını aydınlaşdırmaqdan ibarətdir. İş materiallarından müəyyən olunur ki, iddiadan imtinaya dair ərizə buna səlahiyyəti olan şəxs tərəfindən imzalanmışdır və iddiaçı tərəf etdiyi hərəkətin əhəmiyyətini və mənasını dərk etməklə yanaşı, bu imtina onun könüllü iradə ifadəsinin nəticəsidir. Həm də, iddiadan imtina qanuna zidd olmamaqla, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iddiadan imtina edilməsi eyni tərəfər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 55.1-ci maddəsinə görə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.5-ci maddəsinə görə iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmə həmin qərardadından şikayət verilə bilməz. İşin yuxarıda qeyd edilən hallarını və qanunvericilik normalarını nəzərə alaraq Kollegiya hesab edir ki, iddiaçının iddiadan imtinaya dair ərizəsi qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80, 87-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı “AYF” Beynəlxalq Kompaninin iddiadan imtinaya dair ərizəsi təmin edilsin. İddiaçı “AYF” Beynəlxalq Kompaniyasının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X6 və X7) torpaq sahəsinə dair qeydiyyatların reyestrdən silinməsi, reyestrdən çıxarışların və texniki sənədlərin ləğv edilməsi tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Azər Hüseynov Hakim: Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar