Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1955/2024 18.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, iddiaçı X10 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Birgə iddiaçılar İddiaçı1 və X10 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “övladlığa götürən şəxslər kimi uçota alınma tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2102/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında qapalı məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı1 öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 nikahdankənar övladı 08 noyabr 2022-ci il anadan olmuş X6 övladlığa götürülməsinin mümkün və ya qeyri-mümkünlüyünə dair müvafiq rəyi məhkəməyə təqdim edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi üzərinə qoyulması xahiş edilmişdir (İPM m. 34.1). Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı2 (iddiaçının əri) iş üzrə birgə iddiaçı qismində iştirakının nəzərə alınması və iddia tələbinin “övladlığa götürən şəxslər kimi uçota alınma” kimi dəyişdirilməsi qərara alınmışdır. İddia aşağıdakılarla əsaslandırımışdır “...İddiaçı1 xx xxxxxxx 1979-cu ildə anadan olmuş, İddiaçı2lə evlidir. Əvvəllər Azərbaycan Respublikası, Masallı rayonu, Yeyankənd ərazi dairəsi, Abasbəyli kəndində qeydiyyatda olan xx.xx.2000-ci il təvəllüdlü X8 xx.xx.2022 təvəllüdlü X6 övladlığa götürməyinə razılıq vermişdi. Bu səbəbdən X1 razılığı ilə oğlu X7 böyüdür, ona qulluq edir. Uşağa qulluq etmək, onun gələcək qayğısız həyatını təmin etmək, inkişafı, təhsili və sağlamlığının qayğısına qalmaq üçün əri ilə onun kifayət qədər maddi imkanları var. Məhkəmədə övladlığa götürmə ilə bağlı iddia qaldırmaq üçün sənədləri hazırlayarkən “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin” övladlığa götürmə şöbəsinə (DOST) iddiaçının sağlamlığı, mənzil-məişət şəraiti, maddi vəziyyətini yoxlamaq, sonradan uşaq övladlığa götürməyi mümkünlüyü barədə məhkəmə orqanlarına rəy vermək üçün müraciət etmişdir. Lakin bütün bu tələblər yoxlanılanda sözügedən qurum ona izah etmişdir ki, mövcud qanunvericiliyə görə, ailənin gəliri elə olmalıdır ki, ailənin hər bir üzvünü dolandırmaq üçün 200 manat vəsait ayrılsın və yalnız bundan sonra ona övladlığa götürmə ilə bağlı rəy veriləcək. Bu arada onlar çoxdan övladlığa götürmək arzusundadırlar və faktiki aylıq gəliri - ailəni və uşağı dolandırmaq üçün kifayət edir. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentiiyi”nin (DOST) övladlığa götürmə şöbəsinin məktubu ilə ona övladlığa götürmənin qeydiyyatı prosesini davam etdirməkdən imtina edilib. Agentlik hesab edir ki, gəlirləri heç bir yerdə rəsmi qeydiyyatda olmayan hər ailə üzvünə 200 manatdır. Qanunun bu cür təfsiri yolverilməzdir, çünki iddiaçı onun saxlanması və tərbiyəsi üçün uşaq müəssisəsində uşağın verilməsini xahiş etmir. Rəsmi rəyin, ən əsası isə müraciətinə yazılı cavabın verilməsinin gecikməsi övladlığa götürmə məsələsini ləngidir. Uşaq bu mübahisələrdən əziyyət çəkir. Onun həyatı və sağlamlığı təhlükə altındadır. Körpənin müşahidə və tibbi prosedurlara ehtiyacı olduğu üçün uşaq poliklinikasına müraciət edəndə övladlığa götürmə ilə bağlı hüquqi sənəd tələb olunur və buna görə də imtina alır...” Cavabdeh birinci instansiya məhkəməsinə ünvanladığı iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “xx.xx.1980-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.1979-cu il təvəllüdlü X9 xx.xx.2022-ci il tarixdə valideynlər arası razılıq əsasında xx.xx.2000-ci il təvəllüdlü X4 övladı - xx.xx.2022ci il təvəllüdlü X6 övladlığa götürülməsi üçün müvafiq altsistem üzərindən müraciət edərək övladlığa götürən şəxs kimi uçota alınması üçün qeydiyyatdan keçmişlər. Valideynlər arası razılıq əsasında övladlığa götürmə üzrə müraciət etmiş valideynnamizədlər İddiaçı2 və X5 müraciətinin uçota alınması məqsədi ilə uçot məlumatları təhlil edilərkən müəyyən edilmişdir ki, Ailə Məcəlləsinin 119.2.7-ci, 120.1.-ci maddələrinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi” Qaydasının 4-cü bəndinə uyğun gəlirlərinin olmadığı müəyyən edilmişdir. Valideyin-namizədlərin ailədə adambaşına düşən orta aylıq gəliri ailə 135 manat 77 qəpik (müraciətdən əvvəlki 12 ay üzrə gəlirlər hesablanmışdır) orta aylıq gəliri olduğu müəyyən edilmiş və üzvlərinin hər biri üçün övladlığa götürüləcək uşaq da nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən az olması və qanunvericiliyə uyğun olaraq digər rəsmi gəlirlərinin olması barədə sənəd təqdim etmədikləri üçün onların uçota alınmaları qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun hesab edilməmiş və xx.xx.2023-cü il tarixində valideyn-namizədlərin müraciətindən imitina edilmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2102/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, birgə iddiaçılar İddiaçı1 və X10 övladlığa götürən şəxslər kimi uçota alınması öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələbələrinə uyğun venilmiş, apellyasiya icraatı mümkündür). Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslanıdırılaraq, əlavə olaraq qeyd olunmuşdur ki, "məhkəmə tərəfindən qanunvericiliyin qeyd edilən normaları nəzərə alınmamış və iddia tələbi əsassız olaraq təmin edilmişdir...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda və apellyasiya şikayətinin dəlillərində göstərilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarnının ləğv edilərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı isə onunla razılaşmamış, uşağa baxmaq üçün kifayət qədər faktiki gəlirləri olduğunu qeyd edrək göstərmişdir ki, **********2 nömrəli VÖEN-i var, əvvəllər sahibkarlıq fəaliyəti olub, hazırda VÖEN-dən istifadə etmir. Bununla yananşı onların mülkiyyətlərin bir neçə daşınmaz əmlak (mənzillər) olduğunu və övladlığa götürmək istədyi uşağın 1 il 7 aylıq olduğunu və ailəsinin dağıldığını, uşağa adı özü qoyduğunu bildirərək birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi müxtəlif daşınmaz əmlaklara dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində çıxarışların surətindən aydın olur ki, iddiaçıların faktiki olaraq ailədə adambaşına düşən orta aylıq gəliri ailə üzvlərinin hər biri üçün (övladlığa götürüləcək uşaq da nəzərə alınmaqla) ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən (Azərbaycan Respublikası vətəndaşı olan uşaqları övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün yaşadıqları ölkə üzrə orta aylıq əməkhaqqının 2 (iki) mislindən) az deyildir. Məhkəmə kollegiyası birinci instansiyanın qeyd olunan mövqeyi ilə razılaşır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 118-ci maddəsinə əsasən: 118.1. Övladlığa götürmə üç mərhələdə həyata keçirilir: 118.1.1. övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması; 118.1.2. övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi; 118.1.3. övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi. 118.2. Övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması bu Məcəllənin 119-cu maddəsinə uyğun olaraq həyata keçirilir. 118.3. Övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 (bir) ildən çox olmayan müddətdə aşağıdakı qaydada müəyyən edilir: 118.3.1. övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması; 118.3.2. övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi; 118.3.3. övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi; 118.3.4. övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili; 118.3.5. övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi. ...; Həmin Məcəllənin 119-cu maddəsinə əsasən 119.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və övladlığa götürmək istəyən şəxsin (şəxslərin) vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi üzərindən dövlət orqanlarının (qurumlarının) apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumataxtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə onların vahid uçotunu bu maddənin tələbləri nəzərə alınmaqla elektron formada aparır. 119.2. Bu Məcəllənin 119.1-ci maddəsində göstərilən vahid informasiya bazasında aşağıdakı məlumatlar əks olunmalıdır: 119.2.1. valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaq və övladlığa götürmək istəyən şəxs barədə fərdi məlumatlar; 119.2.2. valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşağın və övladlığa götürmək istəyən şəxsin sağlamlıq vəziyyəti barədə məlumatlar; 119.2.3. valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşağın aşkar olunma şəraitinə dair məlumatlar, valideynləri (olduqda), valideyn himayəsindən məhrum edilmə səbəbləri barədə məlumatlar; 119.2.4. əvvəllər övladlığa götürülüb-götürülməməsi barədə məlumatlar; 119.2.5. övladlığa götürmək istəyən şəxsin təhsili (peşəsi), iş yeri, vəzifəsi barədə məlumatlar; 119.2.6. övladlığa götürmək istəyən şəxsin məhkumluğu barədə məlumatlar; 119.2.7. övladlığa götürmək istəyən şəxsin yaşayış şəraiti, gəlirləri və öhdəlikləri barədə məlumatlar; 119.2.8. övladlığa götürmək istəyən şəxsin əvvəllər qəyyum (himayəçi), himayədar valideyn və ya övladlığa götürən şəxs olub-olmamasına dair məlumatlar. 119.3. Azərbaycan Respublikası vətəndaşı olan uşağı övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu Məcəllənin 119.2.1-119.2.2-ci və 119.2.5- 119.2.8-ci maddələrində qeyd olunan məlumatları bilavasitə və yaxud akkreditə edilmiş orqan vasitəsilə kağız və ya elektron daşıyıcılarda müvafiq icra hakimiyyəti orqanına təqdim etdikdən sonra uçota alınırlar. 119.4. Qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları), eləcə də ögey ata (ögey ana) tərəfindən övladlığa götürmə zamanı bu Məcəllənin 119.1-ci maddəsində göstərilən vahid informasiya bazasında övladlığa götürən şəxslərə dair yalnız onların məhkumluğu və sağlamlıq vəziyyəti haqqında məlumatlar əks olunur. 119.5. Bu Məcəllənin 119.2-ci maddəsində göstərilən məlumatlar müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sisteminə inteqrasiya olunan dövlət orqanlarının (qurumlarının) apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə əldə edilir və müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin məlumatların mütəmadi yenilənməsi təmin edilir. Bu mümkün olmadıqda həmin məlumatlar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 30.5-ci maddəsinə uyğun olaraq əldə edilir. 119.6. Bu Məcəllənin 119.2.2-ci maddəsində və 119.2.5-119.2.8-ci maddələrində göstərilən məlumatlar övladlığa götürmək istəyən şəxs tərəfindən təqdim edildiyi halda həmin məlumatlar 6 (altı) ay müddətində etibarlıdır. ...; Həmin Məcəllənin 120.1.8-ci maddəsinə əsasən ailədə adambaşına düşən orta aylıq gəliri ailə üzvlərinin hər biri üçün (övladlığa götürüləcək uşaq da nəzərə alınmaqla) ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən (Azərbaycan Respublikası vətəndaşı olan uşaqları övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün yaşadıqları ölkə üzrə orta aylıq əməkhaqqının 2 (iki) mislindən) az olan şəxslər (ögey ata (ögey ana) və qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla). Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.23-cü maddəsinə əsasən, övladlığagötürmənin əsaslandırılmasını və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsini təmin etmək Agentliyin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi” Qaydasının 2.12-ci bəndinə əsasən valideyn-namizədin övladlığa uşaq götürmək barədə Nazirliyə ünvanladığı ərizə bu Qaydanın 2.16-cı bəndinə uyğun olaraq altsistemə daxil edildiyi andan valideynnamizəd uçota alınır. Həmin Qaydanın 2.16-cü bəndinə əsasən bu Qaydanın 2.12-ci bəndində nəzərdə tutulan notarial qaydada təsdiq edilən ərizə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə altsistemə ötürüldükdən sonra valideynnamizəd övladlığagötürmə ilə bağlı müraciət etmək üçün Nazirliyin “e-sosial” internet portalında qeydiyyatdan keçməklə öz şəxsi kabinetini yaradır. Həmin Qaydanın 4.1-ci maddəsinə əsasən Valideyn-namizədin və onun ailə üzvlərinin adambaşına düşən orta aylıq gəlirləri, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada nəzərdə tutulan gəlirlər nəzərə alınmaqla, bu Qaydanın 4.3-cü bəndinə uyğun olaraq hesablanır. Həmin Qaydanın 4.3-cü maddəsinə əsasən valideyn-namizədin müraciətindən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində onun və onun ailə üzvlərinin ümumi gəlirləri müvafiq dövr üzrə kredit (o cümlədən ipoteka, lizinq), kirayə, aliment ödənişləri, eləcə də “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra sənədləri üzrə digər öhdəliklər çıxıldıqdan sonra 12-yə bölünməklə ailənin orta aylıq gəliri hesablanır və ailə üzvlərinin sayına bölünməklə ailənin adambaşına düşən orta aylıq gəliri müəyyən edilir. İşin mübahisələndirilən hallarından aydın olur ki, qanunvericiliyin qeyd olunan tələblərindən irəli gələrək iddiaçı övladlığa götürən kimi uçota alınmaları üçün ərizə ilə cavabdehə müraciət etmiş, lakin sonuncu onlara ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda və iddia ərizəsinə etirazı və apellyasiya şikayətində bildirir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 120.1.8-ci maddəsinə və qeyd olunan Qaydanın 4.3-cü bəndinə əsasən ailənin adambaşına düşən orta aylıq gəlin ailə üzvlərinin hər biri üçun (övladlığa götürüləcək uşaq da nəzərə alınmaqla) ölkə üzrə müəyyən olunmuş yaşayış minimumundan az olduğundan, onların övladlığa uşaq götürən namizəd kimi uçota alınmaları mümkün hesab edilmir. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin qeyd olunan mövqeyi ilə razılaşmır. Birincisi, İddiaçı2 qeyd olunan izahağtından göründüyü kimi, VÖEN-i var, fərdi sahibkar kimi fəaliyyət göstərmiş hazırda aktiv olmasa belə, faktiki olaraq uşağı övladlığa götürmək üçün kifayət qədər faktiki gəliri və daşınmaz əmlakı vardır. Bundan əlavə, iş materiallarından görünür ki, İddiaçı1 adına məxsus mülkiyyəti kimi bir neçə daşınmaz əmlak mövcuddur. Belə ki, onun iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Nəsimi rayonu ərazisində üümumi sahəsi 129,20 kv m, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri Xətai rayonu ərazisində ümumi sahəsi 91,20 kv m olan mənzil, xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Sumqayıt şəhərində ümumi sahəsi 187,1 kv m, xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ümumi sahəsi 136,10 kv.m, xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ümumi sahəsi 156,20 kv.m - oan mənzillər xüsusi mülkiyyət hüququ ilə onun adına daşınmaz əmlakın dövlət reyestrində qediyyata alınmışdır (İş əlavə olunmuş alqı-satqı müqavilələrinə əsasən müəyyyən olunur ki, sonuncu mənzil 205500 manata, bundan əlavə xx.xx.2020-ci il tarixli digər bir alqı satqı müqvailəsinə əsasən iddiaçı Yasmal rayonu ərazisində olan ümumi sahəsi 60,8 kv m olan mənzilini 146200 manata satmışdır) Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçıların uşağı övladlığa götürməsi üçün adambaşına nəinki ölkə üzrə yaşayış minmumu həddində, faktiki olaraq bundan da qat-qat artıq maddi imkana malik şəxslərdir (”Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə isə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat.müəyyən edilmişdir). Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin hərfi mənasındanı əsas tutaraq, həyat şəraiti təxminən zəngin olan şəxslər kimi qiymətlənidirilməsi mümkün olan iddiaçıların uşaq övladlığa götürən namizəd kimi uçota alınmasından imtina olunması, onların faktiki gəlirinə və mövcud imkanlarına münasibətdə, həm də uşağın gələcək mənafeyi baxcımından əsassız hesab edilməlidir. Birinci instansiya məhkəməsinin qərarından da məhz, işin qeyd olunan halları nəzərə alınmaqla, iddiaçının tələbi təmin olunmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbinən isə görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur və onların hüquqlarını pozur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellypasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin qeyd edilən normaları nəzərə alınmadığını və iddia tələbinin əsassız olaraq təmin edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2102/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-nin 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2102/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1955/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1955/2024
18.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver