Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1956/2021 12.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh AR ƏMDX yanında DƏDRX-in 1 saylı Bakı Ərazi idarəsinə qarşı (üçüncü şəxs: Cavabdeh2) “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 08.04.2021-ci il tarixli, 2-1(112)-2345/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bakı şəhəri, Xətai rayonu, Ç.Kərimov küçəsində yerləşən 2 saylı evin, 16 saylı mənzili üzərində İddiaçı mülkiyyət hüquqlarının Cavabdeh2 razılıq ərizəsi olmadan qeydiyyata alınaraq iddiaçının adına çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 08.04.2021-ci il tarixli, 2-1(112)-2345/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 08.04.2021-ci il tarixli, 2-1(112)-2345/2021 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Ç.Kərimov küçəsində yerləşən 2 saylı evin 3 otaqlı, yaşayış sahəsi 43.59 kv.metr olan 16 saylı mənzili Bakı şəhər X1 İcraiyyə Komitəsinin 03 dekabr 1971-ci il tarixli, 107314 saylı orderi əsasında iddiaçının atası X4 adına olmaqla, daimi yaşamaq üçün onlara verilmişdir. İddiaçının atası X11 01 yanvar 2005-ci il tarixdə, anası X9 isə 08 fevral 2005-ci il tarixdə vəfat etmişlər. Xətai rayon İcra Hakimiyyəti Başçısının 27.04.2005-ci il tarixli, 318 saylı sərəncamı ilə mənzilin şəxsi-maliyyə hesabında dəyişikliklər edilərək, kirayə müqaviləsi iddiaçı ilə bağlanılmışdır. Mənzildə İddiaçı, arvadı X5, uşaqları 09.09.2002-ci il təvəllüdlü X12 və 24.10.2003-cü il təvəllüdlü X13 və iddiaçının bacısı Cavabdeh2 yaşayırlar. Çox vaxtlar daimi olaraq onlara məlum olmayan ünvanda yaşayan və iddiaçının doğma bacısı olan Cavabdeh2 mənzili satıb, satış pulundan ona 20.000 manat vermək tələbi ilə razılaşmadığımdan, Cavabdeh2 mənzilin adına rəsmiləşdirilməsinə öz razılığını vermir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 08.04.2021-ci il tarixli, 2-1(112)-2345/2021 saylı qərarının ləğv olunması, iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh və üçüncü şəxs (nümayəndələri) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarında olan: Şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı Azərbaycan Respublikası vətəndaşıdır və 06.02.1973-cü ildə Bakı şəhərində doğulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 20.10.2020-ci il tarixli, **********55 nömrəli imtina məktubuna əsasən, iddiaçının qeyd olunan mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikası Xətai rayonu İcra Hakimiyyəti Başçısının 27.04.2005-ci il tarixli, 318 nömrəli sərəncamından çıxarışın surətindən görünür ki, C.Kərimov küçəsindəki 2 nömrəli evin, yaşayış sahəsi 43,49 kv.m olan 3 otaqlı 16 nömrəli mənzilin kirayə müqaviləsi vətəndaş X10 ilə bağlanılması və mənzilin şəxsi-maliyyə hesabında dəyişiklik edilməsi, ailə tərkibi 8 nəfər olmaqla vətəndaş B.E.Əskərov mənzilin kirayəçisi hesab edilməsi qərara alınmışdır. Xətai rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin tərtib etdiyi C.Kərimov küçəsi 2 saylı binanının 16-cı mənzilin planına əsasən, dəhliz 5.7 kv.m, tualet, 1.2 kv.m, hamam 2.4 kv.m, mətbəxt 5.5 kv.m, otaq 16.4 kv.m, otaq 16.4 kv.m, otaq 10.79 kv.m olmaqla yaşayış sahəsi 43.59 kv.metrdir. X2 notariat qaydasında təsdiq edilmiş ərizəsinə əsasən, ünvan 1 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmir. Ölüm haqqında şəhadətnaməyə əsasən, X11 01 yanvar 2005-ci ildə ölmüşdür. Ölüm haqqında şəhadətnaməyə əsasən, X9 08 fevral 2005-ci ildə ölmüşdür. İddiaçının adına verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışına əsasən, xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh2, 09.09.2002-ci il təvəllüdlü X12, 24.10.2003-cü il təvəllüdlü X13, 15.02.1980-ci il təvəllüdlü X5 ünvan 3 ünvanında qeydiyyatdadırlar. İddiaçının mərhum atası X4 adına verilmiş 03 dekabr 1971-ci il tarixli, 107314 nömrəli orderin surətinə əsasən, X11, X9, Cavabdeh2, X8, X6 ünvan 3 ünvanında yerləşən mənzilə sahəyə hüquq ilə köçmüşlər. ünvan 5 iş üzrə qəbul edilmiş 19.06.2019-cu il tarixli qətnamənin surətindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər X7 və X3 qarşı ünvan 4 ünvanında yerləşən, yaşayış sahəsi 43,59 kv.m olan 3 otaqlı, 16 saylı mənzilə dair olan sahiblik və istifadə hüquqlarına yaradılan maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehlərə qadağan olunması və həmin mənzildən onun istifadə qaydasının müəyyən olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi qismən təmin edilmişdir. ünvan 4 ünvanında yerləşən, yaşayış sahəsi 43,59 kv.m olan 3 otaqlı, 16 saylı mənzilə dair maneələrin aradan qaldırılması cavabdehlər X7 və X3 həvalə edilmiş və iddiaçının mənzildən maneəsiz istifadəsi ilə bağlı hər hansı hərəkətlərin edilməsi cavabdehlərə qadağan edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsini, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 4, 5, 9-cu maddələrini tətbiq etməklə belə qərara gəlmişdir ki, diaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Xətai rayonu, Ç.Kərimov küçəsində yerləşən 2 saylı evin, 16 saylı mənzili üzərində İddiaçı mülkiyyət hüquqlarının Cavabdeh2 razılıq ərizəsi olmadan qeydiyyata alınaraq iddiaçının adına çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsini əlavə etməlidir. İş materiallarına əsasən müəyyən olunur ki, yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışına əsasən, xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh2 ünvan 3 ünvanında qeydiyyatdadır. ünvan 5 iş üzrə qəbul edilmiş 19.06.2019-cu il tarixli qətnaməsinə əsasən ünvan 4 ünvanında yerləşən, yaşayış sahəsi 43,59 kv.m olan 3 otaqlı, 16 saylı mənzilə dair maneələrin aradan qaldırılması cavabdehlər X7 və X3 həvalə edilmiş və inzibati iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş Cavabdeh2 mənzildən maneəsiz istifadəsi ilə bağlı hər hansı hərəkətlərin edilməsi cavabdehlərə qadağan edilmişdir. İşin faktiki hallarına əsasən ünvan 4 ünvanda yerləşən 16 saylı mənzilin İddiaçı adına özəlləşdirməsinə həmin ünvanda yaşayan bacısı Cavabdeh2 etiraz edir. Belə olan halda məhkəmə haqlı olaraq iddiaçının “Bakı şəhəri, Xətai rayonu, Ç.Kərimov küçəsində yerləşən 2 saylı evin, 16 saylı mənzili üzərində İddiaçı mülkiyyət hüquqlarının Cavabdeh2 razılıq ərizəsi olmadan qeydiyyata alınaraq iddiaçının adına çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiasını təmin etməmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08.04.2021-ci il tarixli, 2-1(112)-2345/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azər Hüseynov Hakimlər: Səadət Bəktaşi Vidadi Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1956/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1956/2021
12.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver