Məhkəmə qərarları › İş №2-1(103)-1956/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1956/2024

25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1956/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və son 3 ilin hesablanaraq ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Xumar Afət qızı Mərdanovadan və İkram Sabir oğlu Şirinovdan ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və son 3 ilin hesablanaraq ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5553/2023 saylı 25 dekabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 25 sentyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. İddiaçıya məxsus ИТ-İ seriyalı ******* saylı xx.xx.1982-ci il tarixli əmək kitabçasından görünür ki, zavoda işə qəbul olunanadək əmək stajı olmamışdır. xx.xx.1982-ci il tarixdə (Əmr № 376, xx.xx.1982) avtomatik lampaların istehsalı üzrə sexə quraşdırıcı-vakuumçu şagirdi vəzifəsinə təyin olunub. xx.xx.1983-cü il tarixdə (Əmr № 50, xx.xx.1983) həmin sexdə ikinci dərəcəli quraşdırıcı-vakuumçu dərəcəsi verilmişdir. xx.xx.1987-ci il tarixdə (Əmr № 443, xx.xx.1987) lyüminisent lampaların yığılması sexinə birinci dərəcəli lyüminoforçu-ekranlaşdırıcı vəzifəsinə keçirilmişdir. xx.xx.1991-ci il tarixdə (Əmr № 7a/k, xx.xx.1991) "xxxx" Kiçik Müəssisəsinə köçürmə yolu ilə Azərbaycan SSR Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən işdən azad edilib. xx.xx.1991-ci il tarixdə (Əmr № 1a, xx.xx.1991) “Azərelektrikişıq” BİB-nin Qabaqcıl zavodundan köçürülmə yolu ilə lyüminisent lampaları yığma sexinə 2-ci dərəcəli lyüminoforçuekranlaşdırıcı vəzifəsinə qəbul edilib. xx.xx.1993-cü il tarixdə (Əmr № 38, xx.xx.1993) “Azərelektrikişıq” BİB-nin Qabaqcıl zavoduna köçürülmə yolu ilə, Azərbaycan SSR Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən işdən azad edilib. xx.xx.1995-ci il tarixdə (Əmr № 73/ş, xx.xx.1995) “Azərenerjitəmirsazlama müəssisəsi” Təsərrüfat şöbəsinə katibə-maşinist vəzifəsinə qəbul edilmişdir. xx.xx.1996-cı il tarixdə (Əmr № 37ş, xx.xx.1999) Elektrotexniki avadanlıqların yüksəkvoltlu sınaq, ölçü və sazlama işləri üzrə sahəyə sınaq və ölçü üzrə 2-ci dərəcəli elektrik montyoru vəzifəsinə keçirilmişdir. xx.xx.1999-cu il tarixdə (Əmr № 91, xx.xx.1999) "xxxx" ASC-nin "xxxx" Müəssisəsinə S.İ Lətifov adı verilmişdir. xx.xx.2002-ci il tarixdə (Əmr № 17-ş, xx.xx.2001-ci il) Azərbaycan SSR Əmək Məcəlləsinin 39-cu maddəsinin 3- cü bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. xx.xx.2002-ci il tarixdə (Əmr № 10-KŞ, xx.xx.2002) "xxxx" ASC "xxxx" MMC-yə yüksək gərginlikli elektrik avadanlıqlarının izolyasiyası və sınağı xidmətinə ölçmə və yoxlama üzrə 2-ci dərəcə elektrik montyoru peşəsinə qəbul edilmişdir. xx.xx.2002-ci il tarixdə (Əmr № 162, xx.xx.2002) həmin Xidmətə ölçmə və yoxlama üzrə 3-cü dərəcə el montyoru keçirilmişdir. xx.xx.2003-cü il tarixdə (Əmr № 91, xx.xx.2003) həmin Xidmətə ölçmə və yoxlama üzrə 4-cü dərəcəli el montyoru keçirilmişdir. xx.xx.2004-cü il tarixdə (Əmr № 18, xx.xx.2004) həmin peşə ilə EARM və A sexinə keçirilmişdir. xx.xx.2004-cü il tarixdə (Əmr № 29, xx.xx.2004) "xxxx" MMC "xxxx" MMC adlandırılmışdır. xx.xx.2005-ci il tarixdə (Əmr № 40a, xx.xx.2005) "xxxx" MMC "xxxx" MMC adlandırılmışdır. xx.xx.2008-ci il tarixdə (Əmr № 213/1-kş, xx.xx.2008) həmin sexdə 5-ci dərəcəli el montyoru vəzifəsinə keçirilmişdir. xx.xx.2008-ci il tarixdə (Əmr № 03-kş, xx.xx.2008) "xxxx" MMC "xxxx" ASC adlandırılmışdır. xx.xx.2013-cü il tarixdə (Əmr № 68/12-kş, xx.xx.2013) həmin İdarənin elektrik avadanlıqları sınağı və geniratorlara xidmət sahəsinə 5-ci dərəcəli sarıyıcı peşəsinə keçirilmişdir. xx.xx.2014-cü il tarixdə (Əmr № 75/12-kş, xx.xx.2014) X1 İdarəsinin EAS və GX sahəsinə keçirilmişdir. xx.xx.2015-ci il tarixdə (Əmr № 11/10-kş, xx.xx.2015) RMAS və S İdarəsinin sınaq sahəsinə keçirilmişdir. xx.xx.2015-ci il tarixdə (Əmr xx.xx.2015) X6 və Sazlama İdarəsi adlandırılmışdır. xx.xx.2015-ci il tarixdə (Əmr № xx.xx.2015) RMAS və Sİ-nin X8 5- ci dərəcəli sarıyıcı peşəsinə keçirilmişdir. xx.xx.2015-ci il tarixdə (Əmr № xx.xx.2015) X2 İdarəsinin mühafizə sahəsinə 5-ci dərəcəli sarıyıcı peşəsinə keçirilmişdir. xx.xx.2015-ci il tarixdə (Əmr № xx.xx.2015) X2 İdarəsinin X6 sazlama sahəsinə 5-ci dərəcəli sarıyıcı peşəsinə keçirilmişdir. xx.xx.2015-ci il tarixdə (Əmr № 11/112,) struktur dəyişikliyi ilə əlaqədar olaraq Elektrik Avadanlıqlarının Təmiri və Sazlanması Xidmətinin Rele Mühafizəsi, Avtomatika Sazlama sahəsinə 5-ci dərəcəli sarıyıcı keçirilmişdir. xx.xx.2021-ci il tarixdə (Əmr № ATU/2, xx.xx.2021) struktur dəyişikliyi ilə əlaqədar olaraq Elektrik Avadanlıqlarının Təmiri və Quraşdırılması (sahəsinə) İdarəsinin Elektrik Avadanlıqlarının Təmiri və sınağı sahəsinə 5-ci dərəcəli sarıyıcı peşəsinə keçirilmişdir. xx.xx.2021-ci il tarixdə (xx.xx.2021) həmin İdarənin ümumi bölməsinə 5-ci dərəcəli kuryer keçirilmişdir. xx.xx.2021-ci il tarixdə (xx.xx.2021) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatın ixtisar edilməsi) əmək müqaviləsinə xitam verilmişdir. Ləğvetmə prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş LP-12-1022 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən İddiaçı həqiqətən xx.xx.1982-ci il tarixdən xx.xx.1995-ci il tarixədək "xxxx" X3 yığım sexində, Lüminisent lampaların yığım sexində və "xxxx" Kiçik Müəssisəsində vakum-quraşdırıcı, lyuminoforcuekranlaşdırıcı və sınaqçı vəzifələrində işləmişdir. xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. "xxxx" ASC-nin arxivində mövcud olan əmək haqqı cədvəllərinə əsasən vətəndaş İddiaçı Cəmiyyətdə işlədiyi dövr ərzində ona hesablanmış illər üzrə əmək haqlarına dair məlumatlar təqdim edilmişdir. Cəmiyyətin keçmiş əməkdaşının verdiyi şifahi məlumata əsasən İddiaçı işlədiyi "xxxx"xxxx"xxxx" Kiçik Müəssisəsində tutduğu vəzifə ətraf mühitə civə buxarının buraxıla bilən normadan yüksək olduğundan, həmin sexlər zərərli iş sahəsi hesab olunurdu. Bu səbəbdən, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1-ci siyahının 13-cü bölməsinin (elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı) 1130000a- 17531 (Civə tətbiq etməklə, cihaz və məmulatlar hazırlanan iş sahələrində məşğul olan fəhlələr) maddəsinə əsasən güzəştli pensiya hüququna malikdir (Qeyd: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 29 noyabr 2001-ci il tarixli 257 saylı sərəncamı ilə "xxxx" İstehsalat Birliyinin Bakı "xxxx" zavodunun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır). İddiaçı ona əmək pensiyasının təmin edilməsi tələbi ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin inzibati orqan **********4 saylı xx.xx.2022-ci il tarixli cavab məktubu ilə iddiaçıya bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilən etibarnamə üzrə nümayəndəsi olduğu İddiaçı sənədlərində adıçəkilən şəxsin xx.xx.1982-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" İstehsalat Birliyində vakuum-quraşdırıcı, lyuminoforçu-ekranlaşdırıcı və xx.xx.1993xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində lyuminoforçu-ekranlaşdırıcı və sınaqçı peşələrində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən İddiaçı iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı onun sözügedən müəssisədə güzəştli şərtlərlə pensiya hüququ verən işdə işləməyinə dair arxiv sənədləri aşkar edilməmişdir. Qeyd olunan fakt “Azərelektroişıq" ASC tərəfindən xx.xx.2022-ci il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdehin qeyd olunan məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “zərərli əmək stajı nəzərə alınmaqla, İddiaçı 47 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyanını təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi, ödənilməyən illər üçün hesablanaraq birdəfəlik ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “İddiaçı 47 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2010-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və müraciət edilən tarixdən əvvəlki son 3 ilin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh qurumun üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, əmək fəaliyyətinə xx.xx.1982-ci il tarixdə başlamışdır. xx.xx.1995-ci il tarixədək Azərelektroişıq ASC-də müxtəlif vəzifələrdə çalışmışdır. Əmək fəaliyyətini xx.xx.1995-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərenerji ASC-də davam etdirmişdir. xx.xx.1982-ci il tarixdən xx.xx.1995-ci il tarixədək işlədiyi dövr güzəştli iş stajı sayılır. Belə ki, LPO Azərelektroişıq ASC tərəfindən təqdim edilmiş LP-12- 1022 saylı, 05.10.22-ci il tarixli arayışa əsasən AR NK-in 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 1-ci siyahının 13-cü bölməsinin 1130000a-17531-ci maddəsinə (civə tətbiq etməklə cihaz və məmulatlar hazırlanan iş sahələrində məşğul olan fəhlələr) əsasən güzəştli pensiya hüququna malikdir. Əmək pensiyaları haqqında qanunun 9.1-ci maddəsinin 29.06.22-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş X4 haqqında Qanunun 13-cü maddəsinin tələblərinə əsasən 15 il ümumi stajı olub, 7 il 6 ay zərərli işlərdə çalışan 47 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə əmək pensiyası hüququ var. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz verilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin hazırda qüvvədə olan müddəalarına əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “X4 haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 15 il ümumi stajı olan və bu stajın azı 7 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli işlərdə çalışan 47 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X9 qərarlarını, X9 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısının elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı bölməsinin (Xİİİ) civə tətbiq etməklə, cihaz və məmulatlar hazırlanan işlərdə və sahələrdə məşğul olan rəhbərlər və mütəxəssislər bəndində (1130000b-17541): (23157) laborantlar; (23187) ustalar, böyük ustalar; (23485) mexaniklər; (24097) sahə rəisləri; (25062) texnoloqlar vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin xx.xx.2022- ci il tarixli LP-09-0822 nömrəli arayışında xx.xx.1982-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə vakuum-quraşdırıcı şagirdi, vakuum-quraşdırıcı, sınaqçı və lyuminoforcu-ekranlaşdırıcı vəzifələrində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi vəzifələr qeyd olunan müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə nəzərdə tutulmuş vəzifələrə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. İddiaçının ümumi iş stajı 35 il 7 ay 19 gün (xx.xx.2006-cı il tarixədək 20 il 19 gün əmək stajı (xx.xx.1982-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1993-cü il, xx.xx.1993- xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.2002-ci il, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 15 il 7 ay sığorta stajı), fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı isə 41225,12 manat təşkil edir. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi, iddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığını, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etsə də işin faktiki halları ilə iddiaçının işlədiyi vəzifələr istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısında nəzərdə tutulmadığından, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş, cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5553/2023 saylı 25 dekabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 47 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2010cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması və İddiaçı xx.xx.2019-cu tarixdən hesablanan pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən, hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmiş və qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə əsasən ləğvetmə prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş LP-12-1022 nömrəli xx.xx.2022-ci il tarixli arayışa əsasən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1995-ci il tarixədək "xxxx" X3 yığım sexində, Lüminisent lampaların yığım sexində və "xxxx" Kiçik Müəssisəsində vakum-quraşdırıcı, lyuminoforcu-ekranlaşdırıcı və sınaqçı vəzifələrində işləmişdir və iddiaçının işlədiyi "xxxx"xxxx"xxxx" Kiçik Müəssisəsində tutduğu vəzifə ətraf mühitə civə buxarının buraxıla bilən normadan yüksək olduğundan, həmin sexlər zərərli iş sahəsi hesab olunurdu. (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1-ci siyahının 13-cü bölməsinin (elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı) 1130000a-17531 (Civə tətbiq etməklə, cihaz və məmulatlar hazırlanan iş sahələrində məşğul olan fəhlələr)). Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı”nın elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı bölməsinin (Xİİİ) civə tətbiq etməklə, cihaz və məmulatlar hazırlanan işlərdə və sahələrdə məşğul olan rəhbərlər və mütəxəssislər bəndində (1130000b-17541): (23157) laborantlar; (23187) ustalar, böyük ustalar; (23485) mexaniklər; (24097) sahə rəisləri; (25062) texnoloqlar vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli LP-09-0822 nömrəli arayışında xx.xx.1982-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə vakuum-quraşdırıcı şagirdi, vakuum-quraşdırıcı, sınaqçı və lyuminoforcu-ekranlaşdıncı vəzifələrində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi vəzifələr yuxarıda qeyd olunan müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə nəzərdə tutulmuş vəzifələrə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. İddiaçının ümumi iş stajı 35 il 7 ay 19 gün (xx.xx.2006-cı il tarixədək 20 il 19 gün əmək stajı (xx.xx.1982-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.2002-ci il, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 15 il 7 ay sığorta stajı), fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı isə 41225,12 manat təşkil edir. Bundan əlavə Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iddiaçının iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı onun sözügedən müəssisədə güzəştli şərtlərlə pensiya hüququ verən işdə işləməyinə dair arxiv sənədləri aşkar edilməmişdir. Qeyd olunan fakt "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Apellyasiya şikayətinə dair yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsindən də göründüyü kimi, adətən bu tip işlərdə inzibati orqan tərəfindən işin müddətinin uzadılması üçün birinci instansiya məhkəmələrinin qərarlarından, qərarın qüvvəyə minməsinə az müddət qalmış şikayətlər verilir və hətta bu şikayətlər kassasiya instansiyasına qədər davam edir. Bu addımla inzibati qurumun məqsədi vaxtı, işin icrasını uzatmaqdır və bu bilavasitə vətəndaş hüquqlarının pozulmasına gətirib çıxarır. Oxşar işlər üzrə Ali Məhkəmənin icraatında 2-1(102)-842/2022 nömrəli xx.xx.2022-ci i! tarixli, 2- 1(102)-1600/2022 nömrəli xx.xx.2022-ci il tarixli, 2- 1(102)4732/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarlarında cavabdeh tərəf kimi çıxış edən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının kassasiya şikayətləri təmin edilməmiş və Ali Məhkəmə tərəfindən vətəndaşların haqlı mövqeyi üstün tutulmuşdur. Bütün qeyd edilənləri, işin hallarını, qanunvericiliyin tələblərini və oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı tərəfindən göndərilmiş apellyasiya şikayətinin təmin edilməməsi və iş üzrə Bakı İnzibati Məhkəmənin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi Nümayəndə2 qız apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “47 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2010-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və müraciət edilən tarixdən əvvəlki son 3 ilin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh qurumun üzərinə qoyulması barədə qərar qəbul edilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun “güzəştli iş stajının olmaması” əsası ilə tələbin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun tələbi təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1-ci siyahının 13-cü bölməsinin (elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı) 1130000a-17531 (Civə tətbiq etməklə, cihaz və məmulatlar hazırlanan iş sahələrində məşğul olan fəhlələr) qrafasına uyğun olduğundan xx.xx.1982-ci il tarixdən xx.xx.1995-ci il tarixədək "xxxx" X3 yığım sexində, Lüminisent lampaların yığım sexində və "xxxx" Kiçik Müəssisəsində vakum-quraşdırıcı, lyuminoforcu-ekranlaşdırıcı və sınaqçı vəzifələrində işlədiyi müddəti güzəştli iş stajının mövcud olmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “X4 haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “X4 haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «X4 haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər- istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun xx.xx.2006-cı il tarixə qədər tələb olunan ümumi və xüsusi stajının tamam olmasına istinad edərək onun güzəştli şərtlərlə 47 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun həqiqətən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü yoxlanılmalıdır. Belə olan halda Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq olunmalı olan «X4 haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «a» bəndinə əsasən iddiaçının xx.xx.2006-cı il tarixə qədər 15 ildən az olmayan ümumi, 7 il 6 ay az olmayan xüsusi stajının mövcud olub-olmaması məsələsi yoxlanılmalıdır. Əvvəla qeyd olunmalıdır ki, İddiaçı xx.xx.1963-cü il təvəllüdlü olduğu üçün onun 47 yaşı xx.xx.2010-cu il tarixdə tamam olmuşdur. Bununla yanaşı, iddiaçıya “X4 haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin “a” bəndinə əsasən 47 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 15 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 7 il 6 ay güzəştli iş stajının mövcud olması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə əmək kitabçasını və iş yerindən güzəştli arayışı təqdim etmişdir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçının ümumi iş stajı 35 il 7 ay 19 gün (xx.xx.2006-cı il tarixədək 20 il 19 gün əmək stajı (xx.xx.1982-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1993-cü il, xx.xx.1993- xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.2002-ci il, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), xx.xx.2006-cı il tarixdən sonra 15 il 7 ay sığorta stajı), fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı isə 41225,12 manat təşkil edir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İş materiallarından görünür ki, hazırki işdə cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1982-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə “vakuum quraşdırıcı şagirdi”, “vakuum-quraşdırıcı”, “sınaqçı” və “lyuminoforcu-ekranlaşdırıcı” vəzifələrində işlədiyi dövr mübahisələndirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Qeyd olunmalıdır ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Birinci instansiya məhkəməsinin sorğularına cavab olaraq məhkəməyə daxil olmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin **********421200 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, dövlət reyestr məlumatlarına əsasən "xxxx" ASC (Ləğv prosesindədir) xx.xx.2001-ci il tarixdə D-3363 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. xx.xx.2023-cü il tarixə olan uçot məlumatlarına əsasən "xxxx" ASC-nin (Ləğv prosesindədir) fəaliyyəti xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək dayandırılmış, xx.xx.2018-ci il tarixdə bərpa edilmişdir. Hal-hazırda fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktiv vəziyyətdədir. Hüquqi şəxsin əsas fəaliyyət növü "Elektrik lampaları və işıqlandırıcı avadanlıqların istehsalı" (27400) kimi qeyd edilmişdir. Vergi ödəyicisi hal-hazırda ləğv prosesindədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********475400 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, dövlət reyestrində "xxxx" İstehsalat Birliyinin xx.xx.1995-ci il tarixdə 112 nömrə ilə dövlət qeydiyyatından keçməsi və xx.xx.2002-ci il tarixdə ləğv edilməsi barədə rnəlumat mövcuddur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********086400 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, dövlət reyestrində “Azərelektrikişıq” BİB-nin Qabaqcıl Zavodu adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyil. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3-21-3/2-15552/2023 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, “Azərelektrikişıq” BİB-nin Qabaqcıl Zavodu ilə bağlı zəruri məlumatlar (ünvan, VÖEN və s.) təqdim ediləcəyi təqdirdə qaldırılan məsələyə müvafiq qaydada baxılması təmin ediləcəkdir. Ləğvetmə prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin LP-12-1123 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı "xxxx" İB-nin müvafiq sexlərində tutduğu vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1-ci siyahının hansı bəndinə və maddəsinə uyğun olması barədə məlumat Cəmiyyət tərəfindən xx.xx.2023-cü il tarixli LP-12-0522 nömrəli məktubla məhkəməyə təqdim edilmişdir. "xxxx" ASC-nin hazırda heç bir daşınar və daşınmaz əmlakı olmadığından, müəssisənin arxivinin digər müəssisənin ərazisinə köçürülməsi zamanı arxiv sənədlərinin bir hissəsi itdiyindən, vətəndaş İddiaçı "xxxx" ASCdə tutduğu vəzifələrə dair vəzifə təlimatları və qulluq funksiyaları barədə ətraflı məlumat verilməsi mümkün deyil (Qeyd: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 29 noyabr 2001-ci il tarixli 257 saylı sərəncamı ilə "xxxx" İstehsalat Birliyinin Bakı "xxxx" zavodunun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır). İddiaçının xx.xx.1982-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə vakuum quraşdırıcı şagirdi, vakuum-quraşdırıcı, sınaqçı və lyuminoforcuekranlaşdırıcı vəzifələrində işləməsi işin apellyasiya baxışı zamanı təkrar araşdırılmış və ləğvetmə prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə müvafiq sorğular verilmişdir. Ləğvetmə prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı işlədiyi "xxxx" İB-nin Avtolampa yığım sexi, Lüminisent lampaların yığım sexi və “İŞİQ'’ Kiçik Müəssisəsində tutduğu vəzifə ətraf mühitə civə buxarının buraxıla bilən normadan yüksək olduğundan həmin sexlər zərərli iş sahəsi hesab olunurdu. Bu səbəbdən, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1-ci siyahının 13-cü bölməsinin (elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı) 1130000a-17531 (Civə tətbiq etməklə, cihaz və məmulatlar hazırlanan iş sahələrində məşğul olan fəhlələr) maddəsinə əsasən güzəştli pensiya huququna malikdir. Eyni zamanda "xxxx" ASC-nin hazırda heç bir daşınar və daşınmaz əmlakı olmadığından, müəssisənin arxivinin digər müəssisənin ərazisinə köçürülməsi zamanı arxiv sənədlərinin bır hissəsi itdiyindən, vətəndaş İddiaçı Azərelektroişıq" ASC-də tutduğu vəzifələrə dair vəzifə təlimatları və qulluq funksiyaları barədə ətraflı məlumat verilməsi mümkün deyildir. İşin apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-2- 1/2-9326/2024 nömrəli məktubundan görünür ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə "xxxx" İstehsalat Birliyi barədə məlumatın verilməsinə dair daxil olmuş müraciətinizə qanunvericiliyə uyğun olaraq baxılmışdır. Bildiririk ki, Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində mövcud olan reyestrdə "xxxx" İstehsalat Birliyi adlı kommersiya qurumu aşkar edilməmişdir. Eyni zamanda bildiririk ki, xx.xx.2001-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) (VÖEN **********) nizamnaməsinə əsasən Cəmiyyətin AR "xxxx" İstehsalat Birliyinin Bakı "xxxx" zavodunun çevrilməsi nəticəsində yaranması və onun hüquqi varisi olması barədə məlumat mövcuddur. Həmçinin bildiririk ki, "xxxx" ASC-nin idarədə saxlanılan qeydiyyat qovluğunda "xxxx" İstehsalat Birliyi barədə məlumat və ya sənəd aşkar edilməmişdir. Beləliklə, aparılmış araşdırmalar nəticəsində iddiaçının işlədiyi peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 1 №-li Siyahıya uyğun olduğundan onun xx.xx.2006-ci ilə qədər 7 il 6 aydan artıq güzəştli iş stajı mövcuddur. Digər tərəfdən, iddiaçının işlədiyi müəssisə onun işlədiyi dövrdə mövcud olmuşdur, bu fakt müəssisənin dövlət reyestrində xx.xx.1995-ci il tarixdə 112 nömrə ilə dövlət qeydiyyatından keçməsi və xx.xx.2002-ci il tarixdə ləğv edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin verdiyi **********475400 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə təsdiq olunur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 15 ildən az olmayan ümumi, 7 il 6 aydan az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. İşlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı işlədiyi müəssisə (işəgötürən) tərəfindən ətraflı məzmunda verilmiş arayışlarla təsdiq olunur. Buna görə də iddiaçıya xx.xx.2010-cu il tarixdən, yəni 47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ona 47 yaşdan yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı iddia tələbi əsaslı olub təmin olunduğu üçün iddiaçıya pensiyasının onun cavabdehə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən 3 il əvvəlki dövrə, yəni xx.xx.2019-cu il tarixdən hesablanaraq ödənilməsi tələbi də “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əsaslı olub, birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının mövqeyi də belə olmuşdur. ( 2-1(102)-451/2024 saylı xx.xx.2024-cü il tarixli, 2-1(102)- 1460/2023 saylı xx.xx.2023-cü il tarixli qərarları) Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır, buna görə də təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 5553/2023 saylı 25 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5553/2023 saylı 25 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Xumar Mərdanova İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar