Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-1956/2025 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İsgəndərova Ruqiyyə Ağa qızının Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə (əvvəlki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsi) qarşı 3-cü şəxs Üçüncü şəxs cəlb olunmaqla iş üzrə QƏRARİ (Açar sözlər: “hüququn məxsus olması barədə arayışın verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X2 və X6 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin * nömrəli orderinə əsasən Nəsirova Fatma İsmayıl qızına Bakı şəhər İcra Hakimiyyətinin ## ###### 1998-ci il tarixli *** nömrəli qərarına əsasən Vişnyovka-2 bağlar sahəsində ** nömrəli BTK nəzdində 0,10 ha torpaq sahəsi, *** nömrəli bağ ayrılmışdır.
2. Nəsirova Fatma İsmayıl qızı (etibarnamə üzrə nümayəndə X3) notarial qaydada təsdiq edilmiş ##.##.2013-cü il tarixli ərizəsində bildirmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, *** saylı bağın 1000 kv.m torpaq sahəsndən faktiki istifadəsində olan 410 kv.m-nin özəlləşməsinə etiraz etmir.
3. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 0.041354 ha ölçüdə *** saylı bağ sahəsi Nəsirova Fatma İsmayıl qızının adına, ##.##.2014-cü il tarixdə 1114038721 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
4. Sabunçu rayonu, Vişnyovka-2 bağ massivində *** saylı bağ evinin tikintisi üçün Nəsirova Fatma İsmayıl qızının adına A seriyalı ##.##.2014-cü il tarixli, ***** nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.
5. AN seriyalı, ##.##.2014-cü il tarixli, ******* nömrəli Daşınmaz Əmlakın AlqıSatqı Müqaviləsindən görünür ki, satıcı Nəsirova Fatma İsmayıl qızı Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, *** saylı 0.041354 ha ölçüdə bağ sahəsini alıcı Hacıyeva Nəzakət Tahir qızına satmışdır.
6. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 0.041354 ha ölçüdə *** saylı bağ sahəsi Hacıyeva Nəzakət Tahir qızının adına, ##.##.2014-cü il tarixdə 1114049176 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
7. AN seriyalı, ##.##.2019-cu il tarixli, ******* nömrəli Daşınmaz Əmlakın AlqıSatqı Müqaviləsindən görünür ki, satıcı Hacıyeva Nəzakət Tahir qızı Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 0.041354 ha ölçüdə *** saylı bağ sahəsini alıcı X7 satmışdır.
8. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 0.0413 ha ölçüdə *** saylı bağ sahəsi X9 adına, ##.##.2019-cu il tarixdə 1119081370 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
9. İddiaçı mərhum Nəsirova Fatma İsmayıl qızının vərəsəsi olmaqla sonuncunun adına verilmiş Bakı şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin * nömrəli orderinə əsasən Bakı şəhəri, Vişnyovka-2 bağlar sahəsi *** saylı bağ sahəsindən 585 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh sözügedən bağ sahəsinin 1000 kv.m torpaq sahəsindən faktiki istifadədə olan 410 kv.m- nin özəlləşməsinə dair notarial ərizə təqdim edildiyini, bununla da torpaq sahəsinin faktiki olaraq sənəd üzrə olan sahədən az olduğuna istinad edərək müraciətin təminindən imtina etmişdir. Məhkəmə sorğularına cavab:
10. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi İdarəsinin ##.##.2022-ci il tarixli, ************ nömrəli məktubu ilə göndərilmiş ##.##.2014-cü il tarixli əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktının surətindən görünür ki, Sabunçu rayonu, Vişnyovka-2 bağ massivində *** saylı bağ evi ilə əlaqədar ##.##.2014- cü il tarixdə 1114038721 nömrəsi ilə Nəsirova Fatma İsmayıl qızının adına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi İdarəsi tərəfindən ilkin qeydiyyat aparılmışdır. Torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1000 kv.m, faktiki 413 kv.m, bağ sahəsi hər tərəfdən mişar daşla hasarlanmış, sahədə A birmətəbəli yaşayış evi, İ natamam tikili, II kölgəlik vardır. A- 37.1 kv.m, İ- 92.7 kv.m, II -22.1 kv.m. Həmin məktubla göndərilmiş ##.##.2022-ci il tarixli əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktının surətindən görünür ki, Sabunçu rayonu, Vişnyovka-2 bağ massivində *** saylı bağ torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0.041352 ha, faktiki 0.1 ha. Torpaq sahəsi mişar daşı ilə hasara alınmışdır, 2 ayrı hissədən ibarətdir. Bağ evi və köməkçi tikili inşa edilmişdir.
11. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi İdarəsinin ##.##.2023-cü il tarixli, ************ nömrəli məktubunda idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanmışdır, sahəsi 585 kv.m təşkil edir. Darvaza yoxdur, giriş sərbəstdir. Bağ sahəsində yarımçıq tikililər mövcuddur. Bundan əlavə sözügedən ərazidə hasarlanma işləri plan üzrə aparılmamışdır. Həmçinin bağ sahəsi koordinat sistemində verilməmişdir. Bu səbəblərdən qeyd olunan sualın cavablandırılması tərəfimizdən mümkün olmamışdır. Qonşu hasar daxilində yerləşən özəl *** saylı bağ sahəsi Ləğv olunmuş X4 Komitəsinin kadastr planına əsasən qeydiyyatdan keçmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən qonşu bağ nömrələri 498, **/* saylı bağlardır.
12. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi İdarəsinin ##.##.2023-cü il tarilxi *-**-*-**/*-*****/**** saylı məktubunda bildirilmişdir ki, idarənin arxiv məlumatlarına əsasən *** saylı bağ sahəsi ** saylı BTK nəzdində * saylı order əsasında qeydiyyata alınmışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan hissədə sxematik xəritədə bağ nömrəsi qeyd olunmamışdır. Həmin məktubla göndərilmiş əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktının surətindən görünür ki, yerli baxış zamanı məlum oldu ki, bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb, sahəsi 585 kv.m təşkil edir Darvaza yoxdur, giriş sərbəstdir. Bağ sahəsində İ və II yarımçıq həyət tikilisi var. Bağ sahəsinin cizgisi və koordinatları ərizəyə əlavə olundu. Sözügedən ərazidə hasarlanma işləri plan üzrə (bölgü sxeminə uyğun) aparılmadığından və həmçinin bağ sahəsi koordinat sistemində verilmədiyindən qeyd olunan sualı dəqiq cavablandırmaq mümkün olmadı. Məsələ ilə bağlı bildirilir ki, qonşu hasar daxilində yerləşən özəl *** saylı bağ sahəsi ləğv olunmuş DT və XK-nin kadastr planına əsasən qeydiyyatdan keçmişdir. Həmçinin qeydiyyat zamanı vətəndaş tərəfindən bağ sahəsinin azalmasına dair notarial razılıq ərizəsi təqdim olunmuşdur. Qeyd olunan sualların kadastr sektorunda elektron baza məlumatlarına əsasən cavablandırılması məqsədə uyğundur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı ##.##.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1, *** saylı bağ sahəsi ünvanında yerləşən bağ sahəsinin qalan 590 kv.m sahəsinə dair hüquqların qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı ##.##.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək Bakı şəhəri, Vişnyovka-2 bağlar sahəsi *** saylı bağ sahəsindən qalan 585 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum Nəsirova Fatma İsmayıl qızına məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mərhum X1 İsmayıl qızının vərəsəsidir. X1 İsmayıl qızı ##.##.2016-cı il tarixdə vəfat etmişdir. İddiaçı Bakı şəhəri ** saylı Notariat ofisinə mərhum anasından miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün müraciət etmişdir. Notariat ofisinin notariusu tərəfindən vərəsəlik dairəsi müəyyən edilərkən iddiaçı mərhum anasının vərəsəsi hesab edildiyi üçün notarius tərəfindən ünvan 2, *** saylı bağ sahəsi ünvanında yerləşən 0.10 ha torpaq sahəsinə dair çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı şəhər Ərazi İdarəsinə məktub göndərilmişdir. Eyni zamanda da iddiaçı daşınmaz əmlaka dair hüquqların qeydiyyata alınmasına dair digər hüquqmüəyyənedici sənədlərlə birlikdə * saylı Ərazi İdarəsinə müraciət etmiş və imtina almışdır. Təqdim edilmiş notarial qaydada təsdiq edilmiş 7E- 53/***** reyestr nömrəli razılıq ərizəsində qeyd olunmuşdur ki, Nəsirova Fatma İsmayıl qızı Bakı şəhəri. Sabunçu rayonu, Albalı-2 ünvanında yerləşən *** saylı bağın 1000 kv.m torpaq sahəsindən faktiki istifadədə olan 410 kv.m-nin özəlləşdirilməsinə etiraz etmir. Həmin razılıq ərizəsinə əsasən torpaq sahəsinin 410 kv.m hissəsi Nəsirova Fatma İsmayıl qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və sonradan özəlləşdirilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Albalı-2 (Vişniyovka-2) bağlar sahəsindən yerləşən *** saylı bağın 1000 kv.m sahəsi ##.##.1998-ci il tarixdən * saylı order əsasında mərhum anasına verilmişdir. 2013-cü ilin avqust ayında anası həmin sahənin özəlləşdirilməsi və mülkiyyət sənədi almaq müvafiq hərəkətlərin icra edilməsini etibarnamə ilə X3 etibar etmişdir. Cəlilova Zərifə də anasının sağlığında həmin bağ sahəsini 410 kv.m hissəsini anasının adına özəlləşdirərək çıxarış almış və ##.##.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Hacıyeva Nəzakət Tahir qızına satmışdır.Anasının vəfatından sonra anası tərəfindən verilən etibarnamə qüvvədən düşdüyü üçün sonra X3 bağ sahəsinin yerdə qalan 590 kv.m sahəsinə dair hər hansı fəaliyyət həyata keçirə bilməmişdir. Odur ki, yerdə qalan 590 kv.m torpaq sahəsinə dair hər hansi fəaliyyəti həyata keçirmək anasının vərəsəsi kimi iddiaçının hüququdur.Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, torpaq sahəsi faktiki olaraq sənəd üzrə olan sahədən azdır. Yaranmış zərurətlə əlaqədar torpaq sahəsinin sənəd üzrə olan ölçüdən az hissəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi təqdim edilməsi tövsiyə olunmuşdur. Təqdim edilmiş notarial qaydada təsdiq edilmiş 7E53/***** reyestr nömrəli razılıq ərizəsində qeyd olunmuşdur ki, Nəsirova Fatma İsmayıl qızı Bakı şəhəri, Sabunçu rayonu, Albalı-2 ünvanında yerləşən *** saylı bağın 1000 kv.m torpaq sahəsindən faktiki istifadədə olan 410 kv.m-nin özəlləşməsinə etiraz etmir. Həmin razılıq ərizəsinə əsasən göstərilən torpaq sahəsinin 410 kv.m hissəsi Nəsirova Fatma ismayıl qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və sonradan özgəninkiləşdirilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya ##.##.2022-ci il tarixli, ************ saylı cavab məktubları ünvanlanmışdır.
16. Elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən əlavə torpaq sahəsi qonşu hissədə ayrı hasar daxilində yerləşir və qeyd olunan ərazinin hansı bağ sahəsinə aid olmasını elektron bazaya əsasən müəyyənləşdirmək mümkün olmamışdır. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ##.##.2007ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.
17. Bakı İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)-****/**** saylı qərarı ilə iddia tələbi təmin edilmiş və iddiaçıya Bakı şəhəri, Vişnyovka-2 bağlar sahəsi *** saylı bağ sahəsindən qalan 585 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum Nəsirova Fatma İsmayıl qızına məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməsi qərara alınmışdır.
18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin ##.##.1998-ci il tarixli *** nömrəli qərarı ilə Nəsirova Fatma İsmayıl qızına Vişnyovka- 2 bağlar sahəsində ** nömrəli BTK tərkibində Bakı şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin * nömrəli orderinə əsasən 0,10 ha ölçüdə *** nömrəli bağ torpaq sahəsi ayrılmışdır. Nəsirova Fatma İsmayıl qızı ##.##.2013-cü il tarixində etibarnamə üzrə nümayəndəsi vasitəsilə verdiyi ərizədə 1000 kv.m torpaq sahəsindən 410 kv.m-nin özəlləşməsinə etiraz etməmiş, nəticə etibarı ilə ##.##.2014-cü il tarixdə *** saylı bağ sahəsi 0.041354 ha ölçüdə Nəsirova Fatma İsmayıl qızının adına ilkin qeydiyyata alınmış və sonradan həmin ölçüdə bağ sahəsi X9 adına özgəninkiləşdirilmişdir.
19. Hazırda iddiaçı Nəsirova Fatma İsmayıl qızının vərəsəsi olmaqla sözügedən *** nömrəli bağ torpaq sahəsindən qalan və faktiki istifadəsində olan 585 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun Nəsirova Fatma İsmayıl qızına məxsus olması barədə arayışın verilməsini mübahisələndirir.
20. Məhkəmə hesab edir ki, Nəsirova Fatma İsmayıl qızının ilkin qeydiyyat zamanı *** nömrəli 1000 kv.m ölçüdə bağ sahəsindən 413 kv.m hissəsini özəlləşdirməsi, hazırkı halda həmin bağ sahəsindən qalan və faktiki istifadədə olan torpaq sahəsinin qeydiyyatına mane olmur.
21. Əvvəla, iddia edilən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd Bakı şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin * nömrəli orderidir. Orderdə torpaq sahəsinin ölçüsü 0,10 ha göstərilmişdir. Qeyd edilən ölçüdə torpaq sahəsindən özəlləşdirilməmiş, qalan hissənin hazırda hər hansı üçüncü şəxsin qanuni istifadəsinə verilməsi ilə bağlı torpaqayırma sənədi iş üzrə müəyyən olunmamışdır.
22. Hazırkı iş üzrə təqdim edilmiş arxiv sənədlərində Nəsirova Fatma İsmayıl qızının etibarnamə üzrə nümayəndəsi reyestr orqanına təqdim etdiyi ##.#.2013-cü il tarixli ərizədə hüquqmüəyyənedici sənəd üzrə 1000 kv.m torpaq sahəsindən yalnız 410 kv.m hissəsinin özəlləşməsinə etiraz etməmişdir. Başqa sözlə, həmin ərizədə hüquq sahibi 410 kv.m hissə çıxıldıqdan sonra yerdə qalan torpaq sahəsinə olan mülkiyyət hüququndan imtina etməmiş, mülkiyyət hüququdan imtina etdiyini aydın şəkildə əks etdirən hər hansı qeydi təqdim etməmişdir.
23. Təsadüfi deyildir ki, məhz həmin ərizədən sonra 410 kv.m hissəyə ##.##.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmış və eyni ayda həmin ölçüdə bağ sahəsini Hacıyeva Nəzakət Tahir qızına satılmışdır.
24. Beləliklə, iddia olunan torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə mərhum F.Nəsirovaya aid olmaqla bütövlükdə onun istifadəsində olmuş, F.Nəsirova yalnız ilkin olaraq həmin torpağın müəyyən hissəsini özgəninkiləşdirmək məqsədilə qeydiyyata aldırmış, qalan hissə ilə bağlı isə sərəncam verməmiş yaxud cavabdehin qeyd etdiyi və MM-nin nəzərdə tutduğu qaydada mülkiyyət hüququndan imtina barədə ərizə təqdim etməmişdir. Göründüyü kimi iddiaçı iddia etdiyi torpaq sahəsi ilə bağlı qanunla tələb olunan hüquqmüəyyənedici sənədləri cavabdeh orqana təqdim etmişdir.
25. Mübahisələndirilən bağ sahəsinin yerləşdiyi faktiki vəziyyəti ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir.
26. Cavabdeh iddia olunan ərazinin hansı bağ sahəsinə aid olmasını müəyyənləşdirməyin mümkün olmadığını bildirsə də iddia olunan torpaq sahəsinin faktiki yerləşməsinə dair cavabdehin mütəxəssisi tərəfindən təqdim edilən sxem, koordinat və ərazinin ortofoto görüntüsündən məlum olur ki, iddia olunan faktiki istifadədə olan torpaq sahəsi 585 kv.m-dir, həmin bağın ətrafında yerləşən qonşu özəl bağ nömrələri *** nömrəli və 34/5 bağ sahələridir. Faktiki sahənin qonşuluğunda qeydiyyatdan keçmiş *** nömrəli 413 kv.m bağ sahəsinin yerləşməsi iddia olunan torpaq sahəsinin məhz 1000 kv.m ölçüdə olmuş vaxtilə *** nömrəli bağ sahəsinin tərkib hissəsi olmaqla həmin bağdan yerdə qalan 585 kv.m torpaq sahəsi olmasını bir daha təsdiq edir. Torpaq sahəsinin faktiki yerləşmə koordinatları cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və həmin koordinatlardakı torpaq sahəsinin hər hansı üçüncü şəxsə aid torpaq sahəsi ilə üst-üstə düşdüyü də müəyyən olunmamışdır.
27. Beləliklə, cavabdeh iddiaçının *** nömrəli bağ sahəsindən qalmış 585 kv.m torpaq sahəsi kimi iddia etdiyi faktiki naturada göstərdiyi bağ torpaq sahəsinin konkret olaraq sxematik xəritədəki *** saylı bağ sahəsi (bir hissəsi) olmadığını və ya başqa nömrəli bağ sahəsinə uyğun gəlməsini sübut edən dəlilləri məhkəməyə təqdim etməmişdir.
28. Hazırda iddiaçının faktiki istifadəsində olan 585 kv.m ölçüdə bağ torpaq sahəsi ilə bağlı hər hansı üçüncü şəxsin hüququ qeydə alınmamış və ya bu barədə hər hansı şəxsin mübahisəsinin olduğu müəyyən olunmamışdır. Başqa sözlə, bağ torpaq sahəsinə dair arxiv saxlayıcı olan cavabdeh orqan iddia olunan torpaq sahəsinin Nəsirova Fatma İsmayıl qızına aid olmadığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
29. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində birinci icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
30. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, 2- *(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** saylı qərarı ləğv edilmiş, iddiaçının iddiası təmin edilməmiş, iddiaçıdan ekspertiza xərcinin əvəzi olaraq 50 (əlli) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qərara alınmışdır.
31. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ekspert rəyindən görünür ki, iddiaçının hazırda mərhum anasının adına arayış verilməsini tələb etdiyi 585 kv.m torpaq sahəsi Nəsirova Fatma İsmayıl qızına ##.##.1998-ci il tarixdə * saylı order əsasında verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Albalı-2 (Vişnyovka2) bağlar sahəsində yerləşən *** saylı bağ sahəsinin hüdudları daxilində yerləşməməklə, dövlət mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür.
32. Məhkəmə kollegiyası ekspert rəyinə istinad edərək qeyd edir ki, cavabdehin imtinası qanunsuz deyil.
33. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir.
34. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli Qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, 2- *(***)-***/**** nömrəli qərarı ləğv edilməsi, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması, kassasiya şikayəti qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
c) Apellyasiya instansiya məhkəməsində ikinci icraat
Apellyasiya şikayətinin dəlilləri
36. Təkrar apellyasiya baxışı zamanı apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Təkrar apellyasiya baxışı zamanı apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.
d) Prosses iştirakçılarının izahatları
38. Məhkəmə kollegiyasının sonuncu iclasında tərəflər (nümayəndəsi) iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
39. Həmçinin, məhkəmə Kollegiyası cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsini Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs ilə əvəz etmişdir.
40. Belə ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
41. Mülki Prosessual Məcəllənin 58.1.-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.
Tətbiq edilən hüquq
42. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.-11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edənsənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncamvermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2015-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın: 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir.
44. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
45. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
46. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
48. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı işdən müəyyən olunur ki, iddiaçı mərhum Nəsirova Fatma İsmayıl qızının vərəsəsi olmaqla sonuncunun adına verilmiş Bakı şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin * nömrəli orderinə əsasən Bakı şəhəri, Vişnyovka-2 bağlar sahəsi *** saylı bağ sahəsindən 585 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh sözügedən bağ sahəsinin 1000 kv.m torpaq sahəsindən faktiki istifadədə olan 410 kv.m-nin özəlləşməsinə dair notarial ərizə təqdim edildiyini, bununla da torpaq sahəsinin faktiki olaraq sənəd üzrə olan sahədən az olduğuna istinad edərək müraciətin təminindən imtina etmişdir.
49. Tətbiq olunan normalardan müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş əmlak hüquqları (mülkiyyət, sahiblik, istifadə, məhdud əşya hüquqları və s.) mövcud olmalıdır.
50. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. (8.0.7.-ci maddə) Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.( 10.1-ci maddə).
51. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir.
52. Hazırkı iş üzrə müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyətinin ## ###### 1998-ci il tarixli *** nömrəli qərarı ilə Nəsirova Fatma İsmayıl qızına Vişnyovka-2 bağlar sahəsində ** nömrəli BTK tərkibində Bakı şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin * nömrəli orderinə əsasən 0,10 ha ölçüdə *** nömrəli bağ torpaq sahəsi ayrılmışdır. Nəsirova Fatma İsmayıl qızı ##.##.2013-cü il tarixində etibarnamə üzrə nümayəndəsi vasitəsilə verdiyi ərizədə 1000 kv.m torpaq sahəsindən 410 kv.m-nin özəlləşməsinə etiraz etməmiş, nəticə etibarı ilə ##.##.2014cü il tarixdə *** saylı bağ sahəsi 0.041354 ha ölçüdə Nəsirova Fatma İsmayıl qızının adına ilkin qeydiyyata alınmış və sonradan həmin ölçüdə bağ sahəsi X9 adına özgəninkiləşdirilmişdir.
53. Hazırda iddiaçı Nəsirova Fatma İsmayıl qızının vərəsəsi olmaqla sözügedən *** nömrəli bağ torpaq sahəsindən qalan və faktiki istifadəsində olan 585 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun Nəsirova Fatma İsmayıl qızına məxsus olması barədə arayışın verilməsini mübahisələndirir.
54. Məhkəmə Kollegiyası hesab edir ki, Nəsirova Fatma İsmayıl qızının ilkin qeydiyyat zamanı *** nömrəli 1000 kv.m ölçüdə bağ sahəsindən 413 kv.m hissəsini özəlləşdirməsi, hazırkı halda həmin bağ sahəsindən qalan və faktiki istifadədə olan torpaq sahəsinin qeydiyyatına mane olmur.
55. Əvvəla, iddia edilən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd Bakı şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin * nömrəli orderidir. Orderdə torpaq sahəsinin ölçüsü 0,10 ha göstərilmişdir. Qeyd edilən ölçüdə torpaq sahəsindən özəlləşdirilməmiş, qalan hissənin hazırda hər hansı üçüncü şəxsin qanuni istifadəsinə verilməsi ilə bağlı torpaqayırma sənədi iş üzrə müəyyən olunmamışdır..
56. Mülki Məcəllənin 204.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina edilməsi üçün ixtiyarlı şəxsin bu hüquqdan imtina etdiyi barədə ərizəsi və həmin ərizənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. Daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina haqqında ərizə bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeyd yazıldıqdan sonra məcburi qüvvə alır.
57. Göründüyü kimi sözügedən normada bütöv halda daşınmaz əmlaka mülkiyyət hüququndan imtinadan bəhs edilir və məhz bu cür imtina yalnız konkret daşınmaz əmlaka olan hüquqdan imtina etdiyi barədə yazılı ərizənin reyestr orqanına təqdim edilməsini nəzərdə tutur.
58. Hazırkı iş üzrə təqdim edilmiş arxiv sənədlərində Nəsirova Fatma İsmayıl qızının etibarnamə üzrə nümayəndəsi reyestr orqanına təqdim etdiyi ##.#.2013-cü il tarixli ərizədə hüquqmüəyyənedici sənəd üzrə 1000 kv.m torpaq sahəsindən yalnız 410 kv.m hissəsinin özələşməsinə etiraz etməmişdir. Başqa sözlə, həmin ərizədə hüquq sahibi 410 kv.m hissə çıxıldıqdan sonra yerdə qalan torpaq sahəsinə olan mülkiyyət hüququndan imtina etməmiş, mülkiyyət hüququdan imtina etdiyini aydın şəkildə əks etdirən hər hansı qeydi təqdim etməmişdir. Təsadüfi deyildir ki, məhz həmin ərizədən sonra 410 kv.m hissəyə ##.##.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmış və eyni ayda həmin ölçüdə bağ sahəsini Hacıyeva Nəzakət Tahir qızına satılmışdır.
59. Beləliklə, iddia olunan torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə mərhum F.Nəsirovaya aid olmaqla bütövlükdə onun istifadəsində olmuş, F.Nəsirova yalnız ilkin olaraq həmin torpağın müəyyən hissəsini özgəninkiləşdirmək məqsədilə qeydiyyata aldırmış, qalan hissə ilə bağlı isə sərəncam verməmiş yaxud cavabdehin qeyd etdiyi və MM-nin nəzərdə tutduğu qaydada mülkiyyət hüququndan imtina barədə ərizə təqdim etməmişdir.
60. Görünüdüyü kimi iddiaçı iddia etdiyi torpaq sahəsi ilə bağlı qanunla tələb olunan hüquqmüəyyənedici sənədləri cavabdeh orqana təqdim etmişdir.
61. Mübahisələndirilən bağ sahəsinin yerləşdiyi faktiki vəziyyəti ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir.
62. Cavabdeh iddia olunan ərazinin hansı bağ sahəsinə aid olmasını müəyyənləşdirməyin mümkün olmadığını bildirsə də iddia olunan torpaq sahəsinin faktiki yerləşməsinə dair cavabdehin mütəxəssisi tərəfindən təqdim edilən sxem, koordinat və ərazinin ortofoto görüntüsündən məlum olur ki, iddia olunan faktiki istifadədə olan torpaq sahəsi 585 kv.m-dir, həmin bağın ətrafında yerləşən qonşu özəl bağ nömrələri *** nömrəli və 34/5 bağ sahələridir. Faktiki sahənin qonşuluğunda qeydiyyatdan keçmiş *** nömrəli 413 kv.m bağ sahəsinin yerləşməsi iddia olunan torpaq sahəsinin məhz 1000 kv.m ölçüdə olmuş vaxtilə *** nömrəli bağ sahəsinin tərkib hissəsi olmaqla həmin bağdan yerdə qalan 585 kv.m torpaq sahəsi olmasını bir daha təsdiq edir. Torpaq sahəsinin faktiki yerləşmə koordinatları cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və həmin koordinatlardakı torpaq sahəsinin hər hansı üçüncü şəxsə aid torpaq sahəsi ilə üst-üstə düşdüyü də müəyyən olunmamışdır.
63. Beləliklə, cavabdeh iddiaçının *** nömrəli bağ sahəsindən qalmış 585 kv.m torpaq sahəsi kimi iddia etdiyi faktiki naturada göstərdiyi bağ torpaq sahəsinin konkret olaraq sxematik xəritədəki *** saylı bağ sahəsi (bir hissəsi) olmadığını və ya başqa nömrəli bağ sahəsinə uyğun gəlməsini sübut edən dəlilləri məhkəməyə təqdim etməmişdir. Hazırda iddiaçının faktiki istifadəsində olan 585 kv.m ölçüdə bağ torpaq sahəsi ilə bağlı hər hansı üçüncü şəxsin hüququ qeydə alınmamış və ya bu barədə hər hansı şəxsin mübahisəsinin olduğu müəyyən olunmamışdır. Başqa sözlə, bağ torpaq sahəsinə dair arxiv saxlayıcı olan cavabdeh orqan iddia olunan torpaq sahəsinin Nəsirova Fatma İsmayıl qızına aid olmadığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
64. Beləliklə, işin hallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin ##.##.1998-ci il tarixli *** nömrəli qərarı ilə Nəsirova Fatma İsmayıl qızına Vişnyovka-2 bağlar sahəsində ** nömrəli BTK tərkibində Bakı şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin * nömrəli orderinə əsasən 0,10 ha ölçüdə *** nömrəli bağ torpaq sahəsi ayrılmışdır. Nəsirova Fatma İsmayıl qızı ##.##.2013-cü il tarixində etibarnamə üzrə nümayəndəsi vasitəsilə verdiyi ərizədə 1000 kv.m torpaq sahəsindən 410 kv.m-nin özəlləşməsinə etiraz etməmiş, nəticə etibarı ilə ##.##.2014cü il tarixdə *** saylı bağ sahəsi 0.0413,54 ha ölçüdə Nəsirova Fatma İsmayıl qızının adına qeydiyyata alınmış və sonradan həmin ölçüdə bağ sahəsi X9 adına özgəninkiləşdirilmişdir.
65. Hazırda iddiaçı Nəsirova Fatma İsmayıl qızının vərəsəsi olmaqla sözügedən *** nömrəli bağ torpaq sahəsindən qalan və faktiki istifadəsində olan 585 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun Nəsirova Fatma İsmayıl qızına məxsus olması barədə arayışın verilməsini mübahisələndirir.
66. İş materiallarından o da görünür ki, əvvəlki məhkəmə baxışları zaman aşağıdakı məlumatlar cavabdehdən tələb edilmişdir. a) İddiaçı tərəfindən naturada göstərilən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağlar sahəsində yerləşən *** saylı bağ sahəsinin qalan 590 kv.m hissəsinin yerləşdiyi bağların bölgüsünə dair sxematik xəritənin təsdiq olunmuş sürətinin, həmçinin sözügedən bağ sahəsinin bağların bölgüsü sxemində harada yerləşdiyi (işarələnmiş şəkildə) barədə ətraflı məlumat, b)İddiaçı tərəfindən naturada göstərilən 585 kv.m torpaq sahəsinin bağların bölgü sxemində hansı nömrəli bağ sahəsinə uyğun gəlməsi barədə məlumat və ya hər hansı nömrəli bağ sahəsinin tərkib hissəsi olub-olmaması barədə məlumat ( bölgü sxeminə uyğun işarələnmiş şəkildə) c) Həmin torpaq sahəsinin hüquqmüəyyənedici sənəd əsasında hər hansı hüquqi və ya fiziki şəxsin adına qeydiyyata alınıbalınmaması barədə məlumat, qeydiyyata alındığı halda bu torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi barədə məlumat.
67. Qeyd olunduğu kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli Qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, 2- *(***)-***/**** nömrəli qərarı ləğv edilməsi, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması, kassasiya şikayəti qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin Qərarda məhkəmənin mövqeyi olaraq qeyd olunmuşdur ki, “.....63. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-
68. 16/2-**/**** №-li ekspert rəyində qeyd edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin baxış zamanı əldə edilmiş döngə nöqtələrinin faktiki koordinatları Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş elektron kadastr portalında (kadastrportali.az) araşdırılan zaman həmin torpaq sahəsinin Dövlət mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşdüyü müəyyən edilmişdir. 64. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisənin həlli üçün əhəmiyyət kəsb edən mübahisəli torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyətinin ##.##.1998-ci il tarixli *** nömrəli qərarı ilə Nəsirova Fatma İsmayıl qızına Vişnyovka-2 bağlar sahəsində ** nömrəli BTK tərkibində Bakı şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin * nömrəli orderinə əsasən 0,10 ha ölçüdə *** nömrəli bağ torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi məsələsi yetərincə araşdırlmamışdır. 65. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddia olunan ərazinin digər üçüncü şəxslərin (fiziki və ya hüquqi şəxslər) adına ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və sair olub-olmaması məsələsinin aydınlaşdırılmadığı qənaətinə gəlir. 66. Sonda məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin düzgün həlli üçün hazırkı qərarın 62-ci bəndində (a,b,c) göstərilən məlumatlar və BTK-nın bağların yerləşmə sxemi araşdırılmalıdır.....”
69. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli Qərarında qeyd olunanlar baxımından təkrar apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühəndis-texniki ekspertizası təyin olunmuşdur.
70. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2026-cı il tarixli rəyinə əsasən müəyyən olunur ki:
71. -Qərardadın birinci sualı üzrə: Hazırki iş üzrə iddiaçının etdiyi mübahisəli 585 kv.metr torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin ##.##.1998-ci il tarixli *** nömrəli qərarı ilə Nəsirova Fatma İsmayıl qızına ayrılmış Vişnyovka-2 bağlar sahəsində ** nömrəli ВТК tərkibində Bakı şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin * nömrəli orderinə əsasən nəzərdə tutulmuş 0.10 ha ölçüdə *** nömrəli bağ torpaq sahəsinin bir hissəsidir. Torpaq sahəsinin digər yerdə qalan hissəsi xüsusi mülkiyyətə verilmişdir.
72. Qərardadın ikinci sualı üzrə: Sözügedən torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: X Y 417373.5150 4488260.2270 417370.9090 4488277.7640 417404.0710 4488275.4160 417407.9970 4488257.8820 417375.2640. 4488260.0780 Qərardadın üçüncü sualı üzrə: Qeyd olunan torpaq sahəsi boş torpaq sahəsidir və faktiki vəziyyəti üzrə başqa hüquqi və ya fiziki şəxsə məxsus torpaq sahələri üstə üstə düşmür. Qərardadın dördüncü sualı üzrə: Vişnyovka-2 bağlar sahəsində ** nömrəli BTK-nın ayrıc aktı mülki iş materiallarında olmadığından, qeyd olunan torpaq sahəsinin Vişnyovka-2 bağlar sahəsində ** nömrəli BTK-ya ayrılan torpaq sahəsinin ayrıc aktının və bölgü sxeminin daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Qərardadın beşinci sualı üzrə: Baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının cavabdehə müraciətində iddia etdiyi torpaq sahəsi ilə hazırda iddia etdiyi torpaq sahəsi eyni torpaq sahəsidir.
73. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
74. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
75. Məhkəmə Kollegiyası ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək (İPM-in 1.2-ci və MPM-in 88-ci maddəsinə əsasən) məhkəmə tibbi ekspertizasının **** nömrəli rəyi ilə razılaşmamağa əsaslar görmür.
76. Bundan başqa iş materiallarından görünür ki, cavabdeh tərəfindən məhkəməyə iddia olunan bağ sahəsinin sxemi təqdim olunmuşdur.Həmin sxemə əsasən ölçüsü 0,0585 ha olan *** saylı bağ sahəsi iki tərəfdən qonşu, bir tərəfdən bir hissəsi olduğu özəlləşdirilmiş *** saylı bağ sahəsi, bir tərəfdən isə yol ilə əhatə olunur.
77. Həmçinin,Sabunçu rayonu, Vişnyovka-2 bağ massivində *** saylı bağ evinin tikintisi üçün Nəsirova Fatma İsmayıl qızının adına A seriyalı ##.##.2014-cü il tarixli, ***** nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.(Həmin Plan-ölçüdə torpağın sahəsi 1000,0 kv.m göstərilmişdir, İ/v-58-59)
78. Beləliklə, mübahisələndirilən bağ sahəsinin yerləşdiyi faktiki vəziyyəti ilə bağlı məhkəmə aşağıdakıları müəyyən edərək qeyd edir.ki, cavabdeh iddia olunan ərazinin hansı bağ sahəsinə aid olmasını müəyyənləşdirməyin mümkün olmadığını bildirsə də iddia olunan torpaq sahəsinin faktiki yerləşməsinə dair cavabdehin mütəxəssisi tərəfindən təqdim edilən sxem, koordinat və ərazinin ortofoto görüntüsündən məlum olur ki, iddia olunan faktiki istifadədə olan torpaq sahəsi 585 kv.m-dir, həmin bağın ətrafında yerləşən qonşu özəl bağ nömrələri *** nömrəli və 34/5 bağ sahələridir. Faktiki sahənin qonşuluğunda qeydiyyatdan keçmiş *** nömrəli 413 kv.m bağ sahəsinin yerləşməsi iddia olunan torpaq sahəsinin məhz 1000 kv.m ölçüdə olmuş vaxtilə *** nömrəli bağ sahəsinin tərkib hissəsi olmaqla həmin bağdan yerdə qalan 585 kv.m torpaq sahəsi olmasını bir daha təsdiq edir. Torpaq sahəsinin faktiki yerləşmə koordinatları cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və həmin koordinatlardakı torpaq sahəsinin hər hansı üçüncü şəxsə aid torpaq sahəsi ilə üstüstə düşdüyü də müəyyən olunmamışdır.
79. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
80. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
81. Yekunda məhkəmə Kollegiyası həmçinin, hesab edir ki, İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən (Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir.) ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat məbləğində prosessual xərc cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin X10, kod 210005, VÖEN 1401555071, müxbir hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN 1700326621, hesab AZ34CTRE00000000000002088501 hesabına ödənilməlidir.
82. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Cavabdehdən ekspertiza xərcinin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN 1700326621, X10 KOD 210005 VÖEN 1401555071 Müxbir hesab AZ 41NABZ013160100000000003944 SWIFT BİK CTREAZ 22) ödənilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.