Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1957/2025 24.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı qızının, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və yaranan fərqin birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12056/2024 nömrəli, 22 noyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı qızı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 13 fevral 2024-cü il tarixli məktubdakı cavabının əsassız sayılması, ona təyin olunmuş pensiyanın, ümumi iş stajı illərinin “məlumat vərəqi”ndə göstərilən 33 il 06 gün staj illəri (18 il 06 ay 04 günü güzəştli sayılan hərbi xidmət illəri, 14 il 06 ay 02 gün isə əmək fəaliyyətindən alınan mülki staj illəri) olaraq yenidən hesablanması və yaranan fərqin birdəfəlik ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 28 noyabr 2022-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Xidmət etdiyi orqan tərəfindən cavabdehə təqdim olunmuş “məlumat vərəqi”nə əsasən 28 noyabr 2022-ci il tarixdən ona hərbi qulluqçu kimi “Əmək pensiyaları haaqında” Qanunun 9.5.2 və 20.14.2-ci maddələrinin tələblərinə əsaslanmaqla 25 təqvim ilinə görə (12 il 06 ay hərbi staj + 12 il 06 ay isə mülki staj olaraq) təminat xərcinin (1077,75 manat) 50% miqdarında, yəni 538,88 manat məbləğində əmək pensiyası təyin edilmişdir ki, nəticədə onun yerdə qalan 8 il 06 gün staj illəri nəzərə alınmamışdır. Belə ki, məlumat vərəqinə əsasən iddiaçının 33 il 06 gün ümumi iş stajı var. Həmin staj illərinin 18 il 06 ay 04 günü güzəştli sayılan hərbi xidmət illəri, 14 il 06 ay 02 gün isə əmək fəaliyyətindən alınan mülki staj illəridir. Qanuna görə hərbi xidmətdən yaşa görə buraxılmış 25 təqvim ili və daha çox iş stajı olan bu stajın 12 il 06 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin 50%-i və 25 ildən yuxarı stajın (hərbi xidmətə görə güzəştli sayılan hissə nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin 1%-i miqdarında əlavə olunmala əmək pensiyası təyin edilir. Cavabdehə təqdim olunmuş məlumat vərəqinə əsasən iddiaçının 33 il 06 gün ümumi iş stajı var. İddiaçıya pensiya hesablanarkən 8 illik staj ilinə görə hesablanma aparılmamışdır. Cavabdehə ünvanladığı qeyd olunan məzmunlu ərizəsi təmin edilməyib və ona ünvanlanan 13 fevral 2024-cü il tarixli məktubla tələbi ümumi sözlərlə cavablandırılıb. Bakı İnzibati Məhkəməsinin (hakim Aysev Almazova) 2-1(112)-12056/2024 nömrəli, 22 noyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Cavabdeh tərəfindən daxil olmuş apellyasiya şikayətinə etirazda qeyd olunur: İddiaçı əmək pensiyasının yenidən hesablanması və yaranan fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı inzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İddiaçının apellyasiya şikayəti tam əsassızdır, məhkəmə tərəfindən təmin edilməməli, həmin iş üzrə Bakı İnzibatı Məhkəməsinin xx.xx.2024-cü ii tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iddiaçıya Dövlət Sərhəd Xidməti tərəfindən təqdim olunmuş məlumat vərəqəsinə əsasən 28 noyabr 2022-ci ii tarixdə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.2-ci maddəsinə əsasən, hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 06 ayını hərbi xidmətdə keçirmiş şəxslərin yaşa görə güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Qanunun 20.14-cü maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası hüququ qazanmış hərbi qulluqçuların əmək pensiyasına əlavələr qulluq stajına görə müəyyən edilməklə təminat xərciliyindəki sonrakı artımlar nəzərə alınaraq hesablanır. Qanunun 20.14.2-ci maddəsinə əsasən hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 06 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin 50 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında hesablanır. İddiaçı münasibətdə sonuncu xidmət etdiyi orqan tərəfindən təqdim olunmuş məlumat vərəqinə və Qanunun 20.14.2-ci maddəsinin tələblərinə əsasən 33 il 6 gün (18 il 4 ay 21 gün təqvimi xidmət ili, 1 ay 13 gün güzəştli xidmət illəri, 14 il 6 ay 2 gün ümumi iş stajı) cəmi iş stajı nəzərə alınmaqla təminat xərcliyinin (1077,75 manat) 50 (25 ilə görə-50 faiz)-538,88 manat məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmçinin məhkəmə müəyyən etmişdir ki, cavabdeh qurum tərəfindən iddiaçının pensiyası qanunamüvafiq qaydada hesablanmış, pensiyasının hesablanması qaydası qanuna zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. İddiaçının 33 il 06 gün ümumi staj illəri (25 ildən 8 il 6 ay artıq) və 18 il 06 ay 04 gün (12 il 6 aydan 6 il artıq) güzəştli sayılan hərbi xidmət illəri nəzərə alınaraq qanunvericiliyin müəyyən etdiyindən artıq faiz əlavəiəri hesablanmaqla pensiyanın yenidən hesablanması və yaranan fərqin birdəfəlik ona ödənilməsinə “qanuni gözləntisi” yoxdur. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsi və qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı qızı və iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişlər. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı 15166116 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı qızı xx.xx.1964-cü ildə doğulmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.5.2-cı maddəsinə əsasən hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox umumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərin yaşa gorə güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Qanunun 20.14-cü maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası hüququ qazanmış hərbi qulluqçuların əmək pensiyasına əlavələr qulluq stajına görə müəyyən edilməklə təminat xərciliyindəki sonrakı artımlar nəzərə alınaraq hesablanır. Qanunun 20.14.2-ci maddəsinə əsasən hərbi xidmətdən yaşa görə buraxılmış 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin 50 faizi və 25 ildən yuxan hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarinda hesablanır. Sonuncu xidmət etdiyiniz orqan tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən 28 noyabr 2022-ci il tarixindən Sizə Qanunun 20.14.2-ci maddəsinin tələblərinə əsasən 33 il 6 gün (18 il 4 ay 21 gün təqvimi xidmət ili, 1 ay 13 gün güzəştli xidmət illəri, 14 il 6 ay 2 gün ümumi iş stajı) cəmi iş stajı nəzərə alınmaqla təminat xərcliyinizin (1077,75 manat) 50 (25 ilə görə-50 faiz)-538,88 manat məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə ödənilir. Eyni zamanda, Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyalannm indeksləşdirilməsi ilə əlaqədar pensiyanız 1 yanvar 2023-cü il tarixindən 618,09 manat, 1 yanvar 2024-cü il tarixindən 687,31 manat məbləğində müəyyən edilib. İş materiallarında olan İddiaçı qızına məxsus pensiya işində olan sənədlərdən görünür ki, iddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X7 pensiyasının təyin edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarına əsasən xx.xx.2022-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir (pensiya faizi 50%). Həmin sənədlərdə olan məlumat vərəqinə əsasən iddiaçının təqvim üzrə xidmət ili 18 il 04 ay 21 gün, güzəştli xidmət ili 01 ay 13 gün, ümumi iş stajı 14 il 06 ay 02 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər (“Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 22 dekabr 2023-cü il tarixli 1074-VİQD nömrəli qanunu ilə (xx.xx.2024-cü ildən qüvvəyə minmişdir) 9.5.2-ci maddədə “25” rəqəmləri “30” rəqəmləri ilə və “12 il 6 ayını” sözləri “15 ilini” sözləri ilə əvəz edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 7 iyun 2024-cü il tarixli 1172-VİQD nömrəli qanunu ilə (xx.xx.2024-cü ildən qüvvəyə minmişdir) 9.5.2-ci maddəyə “buraxılmış,” sözündən sonra “buraxıldığı günə” sözləri əlavə edilmişdir). 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular. 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.2. hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—65 faizi və 30 ildən yuxarı ümumi iş stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla (“Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 22 dekabr 2023cü il tarixli 1074-VİQD nömrəli qanunu ilə (xx.xx.2024-cü ildən qüvvəyə minmişdir) 20.14.2-ci maddədə hər iki halda “25” rəqəmləri “30” rəqəmləri ilə, “50” rəqəmləri “65” rəqəmləri ilə, “12 il 6 ayını” sözləri “15 ilini” sözləri ilə və “hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla)” sözləri “ümumi iş stajının” sözləri ilə əvəz edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 7 iyun 2024-cü il tarixli 1172- VİQD nömrəli qanunu ilə (xx.xx.2024-cü ildən qüvvəyə minmişdir) 20.14.2-ci maddəyə “30 təqvim ili” sözlərindən əvvəl “buraxıldığı günə” sözləri əlavə edilmişdir). İşin faktiki hallarından görünür ki, İddiaçı qızı xx.xx.1964-cü il təvəllüdlüdür. İddiaçıya xx.xx.2022-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir, iddiaçının xidmət etdiyi orqan tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən 28 noyabr 2022-ci il tarixindən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.2-ci maddəsinin həmin dövrdə qüvvədə olan tələblərinə əsasən (hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 06 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin 50 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında hesablanmaqla) 33 il 6 gün (18 il 4 ay 21 gün təqvimi xidmət ili, 1 ay 13 gün güzəştli xidmət illəri, 14 il 6 ay 2 gün ümumi iş stajı) cəmi iş stajı nəzərə alınmaqla təminat xərcliyinin 50 faizi (25 ilə görə 50 faiz) məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanaraq ödənilir. İddiaçı hazırda cavabdeh quruma təqdim olunan məlumat vərəqinə əsasən 33 il 06 gün ümumi iş stajı olduğundan ona 25 ildən yuxarı stajın (8 il 06 gün) hər ili üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla əmək pensiyasının yenidən hesablanmasını və yaranan fərqin birdəfəlik ödənilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir və həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.2-ci maddəsinin tələblərinə əsasən hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin 50 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla əmək pensiyasının hesablanması müəyyən edilmişdir. Yəni iddiaçının tələb etdiyi əlavə 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında hesablanırdı. İş materiallarında olan iddiaçıya aid məlumat vərəqinə əsasən isə iddiaçının təqvim üzrə xidmət ili 18 il 04 ay 21 gün, güzəştli xidmət ili 01 ay 13 gün təşkil edir. İddiaçının hərbi xidmət (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) ili qanunvericiliyin tələb etdiyi müddətdən azdır. İddiaçının hərbi xidmət illəri 25 ildən az olduğundan onun əmək pensiyasına hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün təminat xərcliyinin 1 faizi miqdarında əlavə hesablanmamışdır. Göründüyü kimi, iddiaçıya təyin edilmiş əmək pensiyası hesablanarkən cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməmişdir. İddiaçı ona təyin edilmiş pensiya məbləğinin düzgün hesablanmadığını iddia etsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12056/2024 nömrəli, 22 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1957/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1957/2025
24.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver