Məhkəmə qərarları › İş №2-1(103)-1958/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1958/2025

18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1958/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Əkbərov Kamran Hüseyn oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 14 dekabr 2018-ci il tarixdən 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik qoyulması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2-1(112)-7821/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “14 dekabr 2018-ci il tarixdən 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə öhdəlik qoyulması” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 57 yaşının tamam olduğu tarixə qanunvericiliklə tələb olunan 25 il ümumi və 12,6 il xüsusi iş stajını toplamışdır. Belə ki, iddiaçı 1979-cu ildə Sumqayıt Politexnik texnikomuna qəbul olmuş, 1980-1982-ci illərdə hərbi xidmətdən sonra 1984-cü ildə həmin texnikumun əyani şöbəsini bitirmiş və təyinatla 01 iyul 1984-cü il tarixdən 25 iyun 2003-cü il tarixədək Bakı şəhərində yerləşən Tikinti İdarəsində Polad və dəmirbeton konstruksiyaların quraşdırılması vəzifəsində çalışmışdır. 01 aprel 2002-ci il tarixdən 05 yanvar 2017-ci il tarixədək "xxxx" ASC-də Nasosxana maşinisti vəzifəsində işləmişdir. 14 dekabr 2018-ci il tarixdən 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh müraciətinə 16 fevral 2024-cü il tarixli məktubu ilə imtina edərək məhkəməyə müraciət etmək hüququnun olmasını bildirmişdir. Həmin məktubu 26 fevral 2024-cü il tarixdə poçt vasitəsi ilə almışdır. Cavabdehin pensiyanı təyin etməməsi əsassız və qanunsuzdur. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ona xx.xx.2022-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ilə razılaşmayaraq, yaşa görə əmək pensiyasının 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən təyin edilməsi ilə bağlı 17 yanvar 2024-cü il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən vətəndaşın müraciətinə cavab olaraq ünvanlanmış 16 fevral 2024-cü il tarixli məktubla İddiaçı ümumi iş stajının xx.xx.2006-cı il tarixədək 25 ildən az olduğu üçün ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, güzəştli şərtlərlə 348.49 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2006-cı il tarixədək cavabdeh tərəfindən mübahisələndirilməyən ümumi iş stajı 21 il 2 ay 27 gündən ibarət olmaqla aşağıdakı kimidir: xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1997-ci il, xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər. İddiaçı cavabdeh tərəfindən mübahisələndirilən ümumi iş stajı isə "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli arayışına əsasən xx.xx.1984-xx.xx.2003-cü il tarixlər arasındakı dövrdə Tikinti idarəsində Polad və dəmirbeton konstruksiyalarının quraşdırılması vəzifəsində işlədiyi dövrdür. Belə ki, sözü gedən arayışda 1997-ci ilin ikinci rübündən sonra müəssisənin işə sifarişi olmadığı üçün işçilərə əmək haqqı ödənilmədiyi göstərilmişdir. Qanunvericiliyə uyğun olaraq məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına daxil edilmədiyindən iddiaçıya əmək haqqı ödənilməyən, işləmədiyi xx.xx.1997-xx.xx.2003-cü il tarixləri arasındakı dövrün iş stajına daxil edilməsi mümkün deyil. Ümumilikdə, Y. Əliyevin ümumi iş stajı xx.xx.2006-cı il tarixədək 25 ildən az (21 il 2 ay 27 gün) təşkil etdiyi üçün iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi qeyri-mümkündür. İddiaçıya verilən imtina qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi yuxarıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Cavabdeh iddiaya dair yazılı etiraza əlavə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixədək cavabdeh tərəfindən mübahisələndirilməyən ümumi iş stajı 21 il 2 ay 27 gündən ibarət olmaqla aşağıdakı kimidir: xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1984- cü il, xx.xx.1984-xx.xx.1997-ci il, xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər. İddiaçı cavabdeh tərəfindən mübahisələndirilən ümumi iş stajı "xxxx" ASC-dəki əmək faəiyyəti dövrüdür. İddiaçı əmək kitabçasında onun xx.xx.1984-cü il tarixdən (xx.xx.1984cü il tarixli 45 nömrəli əmr) xx.xx.2003-cü il tarixədək (xx.xx.2003-cü il tarixli 10 nömrəli əmr) sözügedən müəssisədə əmək fəaliyyəti ilə məşğul olduğu müəyyən olunur. İddiaçının ümumi sosial sığorta stajında mübahisələndirilən dövrlər də sözügedən müəssisənin fəaliyyəti ilə bağlı olmuşdur. Belə ki, məhkəməyə də təqdim edilmiş xx.xx.2020-ci il tarixli müəssisənin arayışına əsasən müəyyən olunmuşdur ki, 1997-ci ilin ikinci rübündən sonra müəssisənin işə sifarişi olmadığı üçün işçilərə əmək haqqı ödənilməmişdir. Qanunvericiliyə uyğun olaraq məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına daxil edilmədiyindən iddiaçıya əmək haqqı ödənilməyən, faktiki olaraq işləmədiyi xx.xx.1997- xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər Mərkəzi Filial tərəfindən onun iş stajına daxil edilməmişdir. İddiaçının əmək kitabçasının 10 və 11-ci səhifəsində qeyd edilən xx.xx.2002-ci il tarixdən "xxxx" ASC-dəki əmək fəaliyyəti onun ümumi iş stajına daxil edilmişdir. Göründüyü kimi mübahisəli dövrlər iddiaçının "xxxx" ASC-də işlədiyini iddia etdiyi xx.xx.1997-cu il tarixdən “Sabunçu Azot-Oksijen’’ ASC-də işə qəbul olunduğu xx.xx.2002-ci il tarixədək olan dövrdür. İddiaçının xx.xx.1997-cı il tarixdən faktiki olaraq "xxxx" ASC-də işləməməsi xx.xx.2002-ci il tarixdə başqa müəssisədə işə qəbul olunması ilə təsdiqlənir. Həmçinin, məhkəmə sorğusuna cavab olaraq verilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidmətinin xx.xx.2024-cü il tarixli **********277800 nömrəli məktubundan görünür ki, "xxxx" ASC xx.xx.2003-cü il tarixdə dövlət qeydiyyatından keçmişdir. Sözügedən müəssisənin fəaliyyəti 2003-cü il tarixdən sonrakı dövrə aid olduğu halda iddiaçı qeyd edilən dövrdən əvvəl orda işlədiyini iddia edərək, ümumi iş stajına daxil edilməsini cavabdehdən haqsız olaraq tələb etmişdir. Qeyd olunanlardan da göründüyü kimi Y. Əliyevin ümumi iş stajı xx.xx.2006-cı il tarixədək 25 ildən az (21 il 2 ay 27 gün) təşkil etdiyi üçün iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi qeyri-mümkündür. Bakı İnzibati Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2-1(112)-7821/2024 saylı saylı qərarı ilə (hakim A.M.Almazova) iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2-1(112)-7821/2024 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi prosessual və maddi hüquq normalarını kobud şəkildə pozaraq düzgün nəticəyə gəlməmişdir. Buna görə də həmin qərar ləğv edilməli və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməlidir. Belə ki, iddiaçı 1979-cu ildə Sumqayıt Politexnik texnikumuna qəbul olmuş, 1980-1982-ci illərdə hərbi xidmətdən sonra 1984-cü ildə həmin texnikumun əyani şöbəsini bitirmiş və təyinatla 01 iyul 1984-cü il tarixdən 25 iyun 2003-cü il tarixədək Bakı şəhərində yerləşən Tikinti İdarəsində Polad və dəmirbeton konstruksiyaların quraşdırılması vəzifəsində çalışmışdır. 01 aprel 2002-ci il tarixdən 05 yanvar 2017-ci il tarixədək "xxxx" ASC-də Nasosxana maşinisti vəzifəsində işləmişdir. Beləliklə, 01 yanvar 2006-cı ilədək 25 ildən artıq ümumi iş stajı, 12 il 06 aydan artıq güzəştli şərtlərlə iş staşı olduğuna görə 57 yaşından, yəni 14 dekabr 2018-ci il tarixdən iddiaçıya pensiya təyin edilməlidir. Cavabdeh apellyasiya şikayətinə etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən mübahisələndirilən ümumi iş stajı "xxxx" ATSC-dəki əmək fəaliyyəti dövrüdür. İddiaçı əmək kitabçasında onun xx.xx.1984-cü il tarixindən (xx.xx.1984-cü il tarixli 45 nömrəli əmr) xx.xx.2003-cü il tarixinədək (xx.xx.2003cü il tarixli 10 nömrəli əmr) sözügedən müəssisədə əmək fəaliyyəti ilə məşğul olduğu müəyyən olunur. Belə ki, sözügedən arayışda 1997-ci ilin ikinci rübündən sonra müəssisənin işə sifarişi olmadığı üçün işçilərə əməkhaqqı ödənilmədiyi göstərilmişdir. Qanunvericiliyə uyğun olaraq məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına daxil edilmədiyindən iddiaçıya əməkhaqqı ödənilməyən, işləmədiyi xx.xx.1997-xx.xx.2003-cü il tarixləri arasındakı dövrün iş stajına daxil edilməsi mümkün deyil. Ümumilikdə, İddiaçı ümumi iş stajı xx.xx.2006-cı il tarixinədək 25 ildən az (21 il 2 ay 27 gün) təşkil etdiyi üçün iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi qeyri-mümkündür. İddiaçının ümumi sosial sığorta stajında mübahisələndirilən dövrlər də sözügedən müəssisənin fəaliyyəti ilə bağlı olmuşdur. Belə ki, məhkəməyə də təqdim edilmiş xx.xx.2020-ci il tarixli müəssisənin arayışına əsasən müəyyən olunmuşdur ki, 1997-ci ilin ikinci rübündən sonra müəssisənin işə sifarişi olmadığı üçün işçilərə əməkhaqqı ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 izahatında məhkəməyə bildirdi ki, məhkəməyə təqdim edilən apellyasiya şikayətinə etirazda göstərilən dəlillərlə bağlı apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarını işə şifahi və ya yazılı icraat qaydasında baxılması, şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməyə borcludur. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası iddiaçının məhkəmə iclasında iştirakını təmin etmək məqsədilə məhkəmə iclasını xx.xx.2025-ci il tarixdə təxirə salmış, lakin iddiaçı hazırkı məhkəmə iclasına da gəlməmişdir. Qanunvericiliyin tələblərini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edildi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilən sənədlərdən aşağıdakılar müəyyən edilir: - İddiaçı dair xx.xx.1984-cü il tarixli, ИТ-İ seriyalı, ******* saylı əmək kitabçasının surətindən görünür ki, 1978-1980-ci illərdə Sumqayıt Politexnik texnikomuna qəbul olmuş, 1980-1982-ci illərdə hərbi xidmətdə olmuş, 1982-1984-cü illərdə Sumqayıt Politexnik texnikomunda təhsil almışdır. xx.xx.1984-cü il tarixdən (əmr № 45, xx.xx.1984-ci il tarixli)xx.xx.2003-cü il (əmr № 10, xx.xx.2003-cü il) tarixədək Tikinti İdarəsində Polad və dəmirbeton konstruksiyaların quraşdırıcısı vəzifəsində çalışmışdır. xx.xx.2003-cü il tarixdə 10 saylı xx.xx.2023-cü il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2002-ci il tarixdə “X2” Açıq Səhmdar Cəmiyyətində nasosxana növbətçisi vəzifəsinə keçirilmişdir. xx.xx.2003-cü il tarixdə mülkiyyət formasının dəyişməsi ilə əlaqədar olaraq “X2” Açıq Səhmdar Cəmiyyəti "xxxx" Açıq Səhmdar Cəmiyyəti adı ilə dəyişdirilmişdir. xx.xx.2003-cü il tarixdə xx.xx.2003cü il tarixli əmrə əsasən nasosxana növbətçisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2010-cu il tarixdə xx.xx.2011-ci il tarixli əmrə əsasən struktur dəyişikliyi ilə əlaqədar 4-cü dərəcəli nasosxana maşınisti vəzifəsinə keçirilmişdir. xx.xx.2011-ci il tarixdə xx.xx.2011-ci il tarixli əmrə əsasən 5-ci dərəcəli nasosxana maşinisti vəzifəsinə keçirilmişdir. xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2017-ci il tarixdə xx.xx.2017-ci il tarixli 102 saylı əmrə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nizami rayon Məşğulluq Mərkəzində “Məşğulluq haqqında” Qanunun 4-cü maddəsinin 4.3-cü bəndinə əsasən işsizlik statusu verilmiş və müavinət təyin edilmişdir. xx.xx.2017-ci il tarixdə 239 saylı xx.xx.2017-ci il tarixli əmrə əsasən “Məşğulluq haqqında” Qanunun 25-ci maddəsinin 25.2ci bəndinə əsasən müavinətin ödənişi dayandırılmışdır. - İddiaçı dair xx.xx.1980-ci il tarixli, H3 seriyalı, ******* saylı hərbi biletin surəti məhkəməyə təqdim edilmişdir. - xx.xx.1984-cü il tarixli, ДТ-İ seriyalı, 774332 saylı diplomdan görünür ki, İddiaçı Sumqayıt Politexnik Texnikumunu bitirmişdir. - "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 05/23 saylı arayışa əsasən İddiaçı 1979-cu ildə Sumqayıt Poltexnik Texnikomuna qəbul olmuş, 1980-1982-ci illərdə hərbi xidmətdə olmuşdur. 1984-cü ildə isə həmin texnikomun əyani şöbəsini bitirmiş və təyinatla Bakı şəhərində SSMU idarəsində əmək fəaliyyətinə başlamışdır. xx.xx.1984cii il tarixdən (əmr № 45, xx.xx.1984-cii il tarixli)-xx.xx.2003-cü il (əmr №10, xx.xx.2003-cü il) tarixədək Tikinti İdarəsində Polad və dəmirbeton konstruksiyaların quraşdırıcısı vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyinin 01 dekabr 2000-ci il tarixli sərəncamına əsasən “Azərsənaye” tikinti şirkətinin tabeliyində olan "Bakı Tikinti-Quraşdırma” idarəsinin bazasında "xxxx" ASC yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarının 3-cü bölməsinə əsasən Güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir. "xxxx" ASC əvvəlki yerindən başqa ünvana köçürülməsi ilə əlaqədar olaraq işçilərin sənədlərini tapa bilmədiyimizə görə İddiaçı əmək haqqı arayışını vermək mümkün olmamışdır. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli, 053 saylı arayışdan görünür ki, İddiaçı Saşa oğlu xx.xx.2002-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Bakı Oksigen Kompani ASC-də Nasosxana maşinisti vəzifəsində işləmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Ə-36728/2024 saylı məktubda bildirilmişdir ki, “... xx.xx.2023-ci il tarixində Mərkəzi Filial tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya hüququnun yarandığı xx.xx.2022-ci il tarixindən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 Nə-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filialda mövcud olan "xxxx" ASC-nin sizə dair xx.xx.2020-ci il tarixli arayışında xx.xx.1984-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində Tikinti idarəsində Polad və dəmir beton konstruksiyaların quraşdırılması vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Sözügedən arayışda 1997-ci ilin ikinci rübündən sonra müəssisənin işə sifarişi olmadığı üçün işçilərə əmək haqqı ödənilmədiyi göstərilib. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) sığorta stajına daxil edilmədiyi üçün sizə əmək haqqı ödənilməyən, işləmədiyiniz xx.xx.1997xx.xx.2002-ci il tarixləri arasındakı dövrü iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də, 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (21 il 2 ay 27 gün (xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1997-ci il, xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ərizədə göstərilən əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ var.” - "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli, 1 saylı arayışa əsasən, İddiaçı 1979-cu ildə Sumqayıt Politexnik Texnikomuna qəbul olmuş, 1980-1982-ci illərdə hərbi xidmətdə olmuşdur. 1984-cü ildə isə həmin texnikomun əyani şöbəsini bitirmiş və təyinatla Bakı şəhərində SSMU idarəsində əmək fəaliyyətinə başlamışdır. xx.xx.1984cü il tarxindən (əmr № 45 06.0.6.1984-cü il tarixli) - xx.xx.2003-cü il (əmr № 10 xx.xx.2003- cü il) tarixinədək Tikinti İdarəsində Polad və dəmirbeton konstruksiyaların quraşdırılması vəzifəsində çalışmşdır. Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyinin 01 dekabr 2000-ci il tarixli sərəncamına əsasən “Azərsənaye” tikinti şirkətinin tabeliyində olan "xxxx" idarəsinin bazasında "xxxx" ATSC yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 2 saylı qərarının XXİX bölməsinə əsasən (səh. 160) güzəştli pensiya almaq hüququna malikdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********8 saylı məktubda bildirilmişdir ki, “... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bundan başqa həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilən sənədlərdən göründüyü kimi ümumi iş stajı 1 yanvar 2006-cı il tarixinədək 25 ildən az (17 il 5 ay 20 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.” - "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli arayışa əsasən, İddiaçı xx.xx.1984-cü il tarixindən (əmr № 45 06.0.6.1984-cü il tarixli) - xx.xx.2003-cü il (əmr № 10 xx.xx.2003- cü il) tarixədək Tikinti İdarəsində Polad və dəmir beton konstruksiyaların quraşdırılması vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyinin 01 dekabr 2000-ci il tarixli sərəncamına əsasən “Azərsənaye” tikinti şirkətinin tabeliyində olan "xxxx" idarəsinin bazasında "xxxx" ASC yaradılmışdır. 1997-ci ilin İİ rübündən sonra müəssisənin işə sifarişi olmadığı üçün işçilərə əmək haqqı hesablanmamışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********8 saylı məktubda bildirilmişdir ki, “...“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcbur dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya.təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi.qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 45840,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 43422,59 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezdentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır.” - “X4” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, X-Y1745 saylı araşdırıcı arayışında göstərilmişdir ki, “ ... Verilir İddiaçı ondan ötrü ki, həqiqətən o, "X4" QSC-də (bundan əvvəl "X4" MMC-də) 22 aprel 2021-ci il tarixdən halhazıradək Energetiklər xidmətində Poladəritmə və yayma avadanlıqlarının quraşdırılması və təmiri üzrə çilingər peşəsində çalışır. Qeyd edilmiş peşə (vəzifə) hazırda "X4" QSC-də mövcud olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nm 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.2 Polad və ferroərintilər istehsalatı bəndinin (a) Fəhlələr yarımbəndində və 3.3. Yayma, təkəryayma, bandajyayma, viloyayma, təbəqə metalyayma, qalaylama, sinkləmə və qurğuşunlama istehsalatı rels bəndləyicilərin istehsalı, isti metalın kəsmə və təmizlənməsi. Termiki emal. Kalibrlənmiş metal istehsalı bəndinin (a) Fəhlələr yarımbəndində "təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları" peşəsinə uyğundur”. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********8 saylı məktubda bildirilmişdir ki, “... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir.” - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli, 3-48-2F/2-1340/2024 saylı məktub ilə bildirilmişdir ki, “...“Dövlət Arxivinin Bakı filialında saxlanılan "xxxx" Sənaye Təmir-Tikinti Şirkətinin 2000-2003-cü illərə dair natamam arxiv sənədlərində vət.İddiaçı barəsində heç bir məlumat yoxdur. "xxxx" Sənaye Təmir-Tikinti Şirkətinin 1997-1999-cu illərə dair və "xxxx" Sənaye Təmir-Tikinti Şirkətinin nəzdində olan “Bakı Tikinti Quraşdırma “ASC-nin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir”. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli, **********277800 saylı məktub ilə bildirilmişdir ki, “... dövlət reyestrində Bakı Tikinti X1 Cəmiyyətinin (VÖEN: **********) xx.xx.2003-cü il tarixdə 0103-P32-38615 nömrə ilə dövlət qeydiyyatından keçməsi və əsas fəaliyyətinin "Binaların genişləndirilməsi, yenidən qurulması və bərpası üzrə işlər” olması barədə məlumat mövcuddur. xx.xx.2003-cü il tarixdə təsdiq edilmiş Nizamnaməsinin 1.1-ci bəndinə əsasən Cəmiyyət Bakı Tikinti X1 Cəmiyyətinin bazasında yaradılıb və onun hüquqi varisidir. Sahibkarlıq fəaliyyətinin dayandırılması və vergi tutulan əməliyyatının olmaması barədə müxtəlif tarixlərdə təqdim edilən arayışlara əsasən uçot məlumat bazasında həmin Cəmiyyətin fəaliyyətinin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən hazırki dövrədək dayandırılması barədə qeyd aparılmışdır.” - Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli, 3-21-2-2-1/2-17505/2024 saylı məktub ilə bildirilmişdir ki, “... "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) xx.xx.2000-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" X5 Cəmiyyətinin bazasında yaradılmış və onun hüquqi varisidir. "xxxx" X5 Cəmiyyəti ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş Bakı Tikinti-Quraşdırma idarəsinin bazasında yaradılmışdır.” - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli, 3-34/2-763/01-3/2024 saylı məktub ilə bildirilmişdir ki, “... Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Laçın rayon Daş Karxanasına dair məlumat mövcud deyildir. Bakı Tikinti Quraşdırma ATSC 13 iyun 1996-cı il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. Laçın rayon Avtonəqliyyat Müəssisəsi və Laçın Tikinti Materialları Kombinatı müvafiq olaraq 08 avqust 1996-cı il və 18 sentyabr 2001-ci il tarixlərində statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınsalar da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisələrə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. Statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız “ada” görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, gələcəkdə Sizi maraqlandıracaq bu və ya digər müəssisəyə dair məlumatların statistik vahidlərin Dövlət reyestrində axtarışının dəqiq aparılması üçün onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) və yaxud statistik identifikasiya kodunun təqdim olunmasını, bunların heç biri olmadığı halda isə hüquqi şəxslərin qeydiyyat orqanı olan Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etməyiniz xahiş olunur”. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə müvafiq olaraq, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanununun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 21.1-ci maddəsinə görə, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Mübahisəli müddətlər üzrə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun “İş stajına daxil edilən əmək fəaliyyətinin növləri" adlanan 67-ci maddəsinə görə, mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq iş stajına daxil olur. Həmin Qanunun “Əmək pensiyası hüququ olan şəxslər” adlanan 3-cü maddəsinə müvafiq olaraq, qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlərin - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə əmək pensiyası almaq hüququ vardır. “Əmək pensiyaları haqqında"” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə pensiyanın yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. İşin məhkəmə araşdırılması ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən mübahisələndirilən ümumi iş stajı “Bakı Tikinti Quraşdırma" ATSC-nin xx.xx.2020-ci il tarixli arayışına əsasən xx.xx.1997- xx.xx.2003-cü il tarixləri arasındakı dövrdə Tikinti idarəsində Polad və dəmirbeton konstruksiyalarının quraşdırılması vəzifəsində işlədiyi dövrdür. İmtina onunla əsslandırılmışdır ki, işəgötürən tərəfindən verilmiş arayışda 1997-ci ilin ikinci rübündən sonra müəssisənin işə sifarişi olmadığı üçün işçilərə əməkhaqqı ödənilmədiyi göstərilmişdir. Qanunvericiliyə uyğun olaraq məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına daxil edilmədiyindən iddiaçıya əməkhaqqı ödənilməyən, işləmədiyi xx.xx.1997-xx.xx.2003-cü il tarixləri arasındakı dövrün iş stajına daxil edilməsi mümkün deyil. İddiaçının əmək kitabçasında olan 10-cu və 11-ci qeydlərin də biri-biri ilə ziddiyyət təşkil etməsi, cavabdehin yalnız əmək kitabçasını deyil, işəgötürən tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli arayışı nəzərə alaraq mübahisəli dövrün siğorta stajına daxil edilməsindən imtinasını haqlı edir. Belə ki, əmək kitabçasının 10-cu qeydi iddiaçının xx.xx.2003-cü il tarixdə 10 saylı xx.xx.2023-cü il tarixli əmrə əsasən işdən azad edilməsi, 11-ci qeydi isə onun xx.xx.2002-ci il tarixdə “X2” Açıq Səhmdar Cəmiyyətində nasosxana növbətçisi vəzifəsinə keçirilməsi barədədir. İddiaçının əmək müqaviləsinə xitam verilməzdən əvvəlki 01 ildən artıq müddətdə digər müəssisədə işləməyə davam etməsi iddiaçının mübahisəli dövrdə “Bakı TikintiQuraşdırma” ATSC-də işləməməsini təsdiq edən hal kimi nəzərə alına bilər. İşəgötürən tərəfindən təqdim edilmiş yuxarıda qeyd edilən arayışda iddiaçının (o cümlədən, müəssisənin) xx.xx.1997-xx.xx.2003-cü illərdə faktiki əmək fəaliyyətinin olmaması, ona hər hansı ödəniş edilməməsi, əmək haqqı almaması öz təsdiqini tapmışdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, cavabdeh “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq iddiaçının təqdim etdiyi əmək kitabçası ilə kifayətlənməyərək iddiaçının əmək stajı və sığorta kapitalı ilə bağlı araşdırma aparmış, sorğular göndərmiş və həmin sorğulara cavablar almışdır. Qeyd edilən cavablar əsasında iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il əmək stajına və ya tələb olunan sığorta kapitalına malik olmaması nəticəsinə gəlmişdir. Belə ki, mübahisəli iş dövrü ilə əlaqədar “Bakı Tikinti- Quraşdırma" ATSC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli arayışda bildirilir ki, İddiaçı xx.xx.1984-cü il tarxindən (əmr № 45 06.0.6.1984-cü il tarixli) - xx.xx.2003-cü il (əmr № 10 xx.xx.2003-cü il) tarixədək Tikinti İdarəsində Polad və dəmirbeton konstruksiyaların quraşdırılması vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyinin 01 dekabr 2000-ci il tarixli sərəncamına əsasən “Azərsənaye” tikinti şirkətinin tabeliyində olan "xxxx" idarəsinin bazasında "xxxx" ATSC yaradılmışdır. 1997-ci ilin İİ rübündən sonra müəssisənin işə sifarişi olmadığı üçün işçilərə əmək haqqı hesablanmamışdır. Belə olan halda cavabdehin imtinası qanuni və əsaslı olmaqla iddiaçının hüquqlarını pozmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2-1(112)-7821/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2-1(112)-7821/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Kamran Əkbərov Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar