Məhkəmə qərarları › İş №2-1(103)-196/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-196/2023

20.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-196/2023 20.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X5 və X1 cavabdeh Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin Yaninda Daşinmaz Əmlakin Dövlət Reyestri Xidmətinin Saylı Baki Ərazi İdarəsinə qarşı "çıxarışın verilməsi" tələbinə dair iddiası üzrə QƏRARDAD (İş № 2-1(103)-196/2023) Bakı şəhəri 20 fevral 2023-cü il Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, İddiaçılar X5, X6 və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar X2 və X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı otaqlara ayrı-ayrı ünvan verilməklə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-305/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə 20 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 3əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı və X6 Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi, Y/X, ev 41, 96, 97 saylı mənzillərə dair bölgü sxeminin tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişlər. İddaçılar xx.xx.2020-ci il tarixdə İPM-in 54-cü maddəsinə əsasən iddianın predmetinin dəyişdirilməsinə dair ərizə verərək, Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi, y/x, ev 41, 96 (orderlə 96 və 97 saylı otaqlar) saylı mənzilə dair hər birinə məxsus otaqlara, İddiaçı 18,7 kv metr sahəsi olan otağa, X3 – 17,3 kv metr sahəsi olan otağa ayrı-ayrı ünvan verilməklə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər (i/v 100-101). İddiaçı xx.xx.2021-ci ildə vəfat etdiyi üçün məhkəməyə təqdim edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2021-ci il tarixli şəhadətnaməyə əsasən X5 onun hüquqi varisi kimi məhkəmə tərəfindən qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-305/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçılar X2 və X1 Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi, y/x, ev 41, 96 (orderlə 96 və 97 saylı otaqlar) saylı mənzilə dair hər birinə məxsus otaqlara, X4 18,7 kv metr sahəsi olan otağa, X3 – 17,3 kv metr sahəsi olan otağa ayrı-ayrı ünvan verilməklə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçılar tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1, 15.1-ci maddələrinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları İddiaçılar Y.Hüseynquliyeva, M.Hüseynquliyev və onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçları hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Kollegiya qeyd edir ki, hazırkı inzibati iş üzrə iddiaçılar İddiaçı və X6 Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi, Y/X, ev 41, 96, 97 saylı mənzillərə dair bölgü sxeminin tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişlər (i/v 1-3). İddaçılar xx.xx.2020-ci il tarixdə İPM-in 54-cü maddəsinə əsasən iddianın predmetinin dəyişdirilməsinə dair ərizə verərək, Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi, y/x, ev 41, 96 (orderlə 96 və 97 saylı otaqlar) saylı mənzilə dair hər birinə məxsus otaqlara, İddiaçı 18,7 kv metr sahəsi olan otağa, X3 – 17,3 kv metr sahəsi olan otağa ayrı-ayrı ünvan verilməklə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər (i/v 100-101). Kollegiya qeyd edir ki, inzbati iş materiallarında həmin tələbin icraata qəbul edilməsi barədə məhkəmə qərardadı aşkar edilməmişdir. Halbuki İPM-in 54.3-cü maddəsinə görə, iddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz. Həmin normadan məlum olur ki, iddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadı qəbul edilməlidir. Bundan başqa, iş materiallarında olan məhkəmə iclas protokollarında, o cümlədən yekun məhkəmə aktının qəbul edildiyi xx.xx.2021-ci tarixli məhkəmə iclas protokolundan da müəyyən olunur ki, məhkəmə “Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi, Y/X, ev 41, 96, 97 saylı mənzillərə dair bölgü sxeminin tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə tələbə baxır (i/v 137-138). Məhkəmənin iş üzrə yekun 2-1(112)-305/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarında isə “Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi, y/x, ev 41, 96 (orderlə 96 və 97 saylı otaqlar) saylı mənzilə dair hər birinə məxsus otaqlara, İddiaçı 18,7 kv metr sahəsi olan otağa, X3 – 17,3 kv metr sahəsi olan otağa ayrı-ayrı ünvan verilməklə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddia tələbinə baxmışdır. Belə olan halda məlum olur ki, birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilmiş “Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi, Y/X, ev 41, 96, 97 saylı mənzillərə dair bölgü sxeminin tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə tələbə baxılmamış, prosessual qanunvericiliyə uyğun olaraq icraata qəbul edilməyən “Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi, y/x, ev 41, 96 (orderlə 96 və 97 saylı otaqlar) saylı mənzilə dair hər birinə məxsus otaqlara, İddiaçı 18,7 kv metr sahəsi olan otağa, X3 – 17,3 kv metr sahəsi olan otağa ayrı-ayrı ünvan verilməklə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddia tələbinə baxılaraq yekun akt qəbul edilmişdir. “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi”nin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Bununla da məlum olur ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən yol verilmiş prosessual pozuntular İPM-in 87.7.1, 87.7.2-ci maddələrinin tələblərinin təsiri alıtna düşür. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçıların apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin 2-1(112)-305/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli və iş bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla zəruri prosessual hərəkətlərin edilməsi məqsədilə həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-305/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar