Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-196/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə pensiyanın təyin edilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1876/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və müraciət edilən tarixdən əvvəlki üç il üçün ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini, ona 60 yaşının tamam olduğu 2020-ci il 16 may tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin bir dəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.33.1). İddianın əsaslarına görə xx.xx.1960-cı il təvəllüdlü iddiaçı 1990-cu ildən “Azneftgeofizika” İstesalat Birliyindən başlayaraq hazırkı vaxta kimi 32 ildir ki, işləyir. Hazırda “Socar”ın Geofizika və Geologiya İdarəsində əmək fəaliyətini davam etdirir. Ali təhsil aldığı və 2 il hərbi xidmət müddəti nəzərə alınmaqla 44 ildən artıq əmək stajı vardır. 01 yanvar 2006-cı il tarixinə zərərli iş şəraitində əmək stajı 12 il 3 ay təşkil etmişdir. Güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin tarixə onun zəruri olan 25 illik ümumi və 12 il 3 ay iş stajı mövcuddur. Hesab edir ki, cavabdeh tərəfindən ona 14 iyul 2022-ci il tarixli məktubu ilə güzəştli stajının 12 il 6 aydan az olması əsası ilə güzəşli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunması əsassızdır. Cavabdeh iddia ərizəsinə dair məhkəməyə ünvanladığı yazılı etirazında iddianı qəbul etməmiş, imtina məktubunda qeyd edilən əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1876/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən əvvəlki üç il üçün ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “... Məhkəmə iddiaçının iddia tələbini əsassız olaraq təmin etmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yasa görə pensiya hüququ verən istehsalatların, işləhn, peşələrin, vəzifələrin və göstəricilərin 2 Na-li Siyahısımın qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqaJ bölməsinin (Xİİ) rəhbərlər və mütəxəssislər varımbölməsində 2130100b—17541 kodu üzrə quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofıziki partiyaların rəisləri, mühəndisləri, qeofizikləri, geoloqları, texnikləri, ustaları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının filiala təqdim etdiyi SOCAR Geofizika və Geologiya İdarəsinin 7 aprel 2022-ci il tarixli SOCAR**********80020123X00022 nömrəli arayışında xx.xx.1995xx.xx.1998; xx.xx.1999-xx.xx.2002; xx.xx.2007-xx.xx.2010 və xx.xx.2014-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər ərzində adıçəkilən müəssisənin geofiziki laboratoriyaya mühəndis, 1 saylı seysmik partiyasında əməyin mühafizəsi və təhlükəsizlik üzrə mühəndis, rəis müavini, rəis və kəşfiyyat partiyasının rəis müavini vəzifələrində işlədiyi qevd olunmuşdur. Göründüyü kimi, iddiaçının adıçəkilən müəssisədə işlədiyi seysmik stansiya və avadanlıqların təmiri sahəsi və orada işlədiyi vəzifələr yuxarıda qeyd olunan siyahı üzrə müəyyən edilmiş sahə və vəzifələrə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 avdan az 9 il 9ay 2 gün təşkil edir. Mübahisələndirilməyən güzəştli iş stajına xx.xx.1990-xx.xx.1995, xx.xx.1998-xx.xx.1999, xx.xx.2002-xx.xx.2006, xx.xx.2007-xx.xx.2007 dövrləri daxildir. İddiaçının mübahisələndirilən güzəştli is stajı isə xx.xx.1995- xx.xx.1998, xx.xx.1999-xx.xx.2002, xx.xx.2007- xx.xx.2010 və xx.xx.2014- xx.xx.2014 dövrləridir. Məhkəmə, qərarında iddiaçının işlədiyi vəzifələrə münasibət bildirərkən konkret bir anlayışa hüquqi münasibət bildirmişdir, halbuki iddiaçı illər üzrə müxtəlif vəzifələrdə çalışmış və bu vəzifələrin hər birinin vəzifə təlimatları biri-birindən fərqli olmuşdur. Əlavə olaraq “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 28-ci maddəsinə əsasən, inzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və hüquqi şəxsin ərizəsidir. İnzibati orqan inzibati icraat aparılan zaman “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvədə olan normalarına tam riayət etmiş və iddiaçının pensiya hüququna münasibət bildirmişdir…” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin ounmasını, İddiaçı isə onunla razılaşmamış qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin qüvvədə olan redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir (Bundan əvvəl də, 1956-cı il 01 oktyabr tarixdən qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə, habelə , SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndinə əsasən də “texniki peşə məktəblərində təhsil müddəti” ümumi staja daxil edilirdi.) Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli Siyahısı”nın 21300000 şrifti üzrə Xİİ Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin “Quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri) bəndində “mədəngeofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları - “(2130100b-17541” şriftində güzəştli şərtlərlə pensiya hüququ verən göstəricilər kimi nəzərdə tutulmuşdur. Cavabdehin apellyasiya şikayətindən görünür ki, iddiaçının tələb olunan 25 il ümumi stajının mövcudluğu mübahisələndirilmir. Mübahisələndirilən məsələ iddiaçının güzəştli stajı ilə bağlıdır. Belə ki, apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, iddiaçının xx.xx.1990-xx.xx.1995 (5il 7gün), xx.xx.1998-xx.xx.1999 (1 il 1ay 20gün), xx.xx.2002xx.xx.2006 (xx.xx.2006 tarixinə 3 il 3 ay 12 gün; tam şəkildə 3 il 5 ay 12 gün), xx.xx.2007xx.xx.2007 (3 ay 22 gün) dövrləri üzrə 9 il 9 ay 2 gün güzəştli iş stajına malik olduğunu mübahisələndirilmir ki, həmin stajın da xx.xx.2006-cı ilə qədər olan hissəsi 9 il 5 ay 6 gün təşkil edir. Eyni zamanda, cavabdeh iddiaçının 2006-cı ilə qədər olan əmək fəaliyyətindən xx.xx.1995- xx.xx.1998, xx.xx.1999-xx.xx.2002 dövrlərindəki stajını, 2 nömrəli Siyahının 2130100b—17541 kodunda nəzərdə tutulan vəzifələrə uyğun olmadığını əsas gətirərək, həmin dövrü onun güzəştli iş stajı kimi qəbul etmir. Lakin aşağıdakılarla cavabdehin qeyd olunan dəlilərinin əsassız olduğu sübuta yetirilir. Qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanmasını nəzərdə tutur. İddiaçının işə əlavə xx.xx.1977-ci il tarixdə açılmış əmək kitabçasından isə görünür ki, iddiaçı 27.07.90-cı il tarixli 251-a saylı əmrlə “Azneftgeofizika ” İstehsalat Birliyinin seysmik stansiya və avadanlıqların təmiri sahəsinə ilk öncə mühəndis vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1993-cü il tarixində 133/k saylı əmr əsasında həmin sahədə İİ dərəcəli geofizik vəzifəsinə keçirilmiş, xx.xx.1998-ci il tarixli 57 saylı əmrlə 12 saylı seysmik dəstəyə geofizik, xx.xx.1999-cu il tarixli 86/ k saylı əmrə əsasən mühəndis geofiziki laboratoriyaya geofizik vəzifəsinə keçirilərək xx.xx.2002-ci il tarixədək həmin vəzifədə çalışmışdır. “Geofizika və Geologiya İdarəsi”nin işə əlavə olunmuş Nizamnaməsindən görünür ki: - idarənin əsas məqsədi Azerbaycan Respublikasının quru və dəniz ərazisində neft və qaz üzrə kəşfiyyat və mədən geofizikası, partlayış atma, mühəndis geologiyası, geodeziya və geoloji kəşfiyyat işlərinin həyata keçirilməsindən ibarətdir (4.1.); -neft, qaz və kondensat ehtiyatı artımı tapşırığının yerinə yetirilməsi üçün respublikada perspektivli strukturların geofiziki kəşfiyyat üsulları ilə aşkar edilməsi və qazmaya hazırlanmasını təmin etmək İdarənin əsas vəzifələridir (4.2.) - idarə məqsəd və vəzifələrinə nail olmaq üçün quruda və dənizdə qazılan bütün növ quyularda geoloji kəsilişin öyrənilməsi, neft və qazlılığının müəyyənləşdirilməsi, layların öyrənilməsi, hesablama əmsallarının, kollektorların petrofiziki parametrlərinin təyin edilməsi məqsədilə mədən geofiziki, hidrodinamiki və s. tədqiqatların aparılması; hidrotexniki və qazma qurğularının tikilməsi və yerləşdirilməsi nəzərdə tutulan sahələrdə yer qabığının üst hissəsinin müxtəlif geofiziki üsullarla öyrənilməsi, mühəndis-geoloji və topoqrafiq-geodezik, geoloji kəşfiyyat işlərinin aparılması fəaliyyət növlərini həyata keçirir (4.3)” Eyni zamanda, SOCAR Geofizika və Geologiya İdarəsinin 10 fevral 2023-cü il tarixliarayışına və 10 aprel 2023-cü il tarixli arxiv arayışına əsasən müəyyən olunur ki ki, “Geofizika və geologiya idarəsinin əvvəlki (20 oktyabr 2022-ci il tarixli ) arxiv arayışlərrınının mətnində texniki səhv olduğuna görə yeni arayış rəsmiləşdirilib məhkəməyə göndərilmiş, ilkin arayışın etibarsız hesab edilməsi xahiş edilmişdir. Bildirilmişdir ki, iddiaçı “Azneftgeofizika” İstehsalat Birliyinin (indiki X1) arxiv sənədlərində onun Seysmik Stansiya və Avadanlıqların Təmiri Sahəsində mühəndis, geofizik, 2-ci dərəcəli geofizik, Mühəndisi geofiziki Laboratoriyada mühəndis, 12/98, 11/02 saylı Seysmik dəstədə mühəndis, 3 saylı Seysmik partiyada elektronçu, 1 və 2 saylı Seysmik partiyalarda Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə mühəndis, 2 və 3 saylı Seysmik partiyalarda Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə mühəndis, Rəhbərlik yanında Baş mühəndisin Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə müavini, Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası və Ekologiya Şöbəsinin rəisi, 2 saylı kəşfiyyat partiyasına rəis müavini, Geofizika və geologiya İdarəsinin Texniki istehsalat şöbəsinin rəis müavini vəzifələrində çalışması haqqında məlumat vardır ( i.v.60-67):
1. xx.xx.1990-2.07.1998-ci İİ Seysmik avadanlıqlarının təmiri sahəsində geofizik - 7 il 11 ay 3 gün, kod 2130100b-1754;
2. xx.xx.1999-xx.xx.2002-ci il 12 saylı partiyada mühəndis - 3 il 9 gün, kod.2130100b - 17541,
3. xx.xx.2002-01.03 2006-cı il seysmik partiyada mühəndis - 3 il 6 ay 12 gün, kod 2130100b -17541; ...; Bundan əlavə, hazırkı mərhələdə həmin İdarə tərəfindən Bakı Apellyasiya Məhkəmsinə təqdim edilmək üçün verilmiş 18 oktyabr 2023-cü il tarixli arayışnda bildirilir ki, iddiaçını işlədiyi seysmik partiyalar” əsas geoloji-fiziki kəşfiyyat işlərini yerinə yetirməklə, məşğul olur 2 nömrəli Siyahının 2130100b yarımbəndində göstərilmiş “2130100b yarımbəndində göstərilmiş “Geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların” işləri ilə eynilik təşkil edir (Müvafiq Əsasnamələr arayış əlavə olunmuşdur). Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının xx.xx.1990-xx.xx.2006-cı illər üzrə Seysmik avadanlıqlarının təmiri sahəsində əmək fəaliyyətinin bir hissəsini onun güzəştli stajı kimi qəbul etdiyi halda, digər xx.xx.1995xx.xx.1998 (2 il 11 ay 17 gün) və xx.xx.1999-xx.xx.2002 (3 il 8 gün) mühəndis və geofizik kimi çalışdığı dövrləri onun güzəştli stajına aid etməkdən imtina edrək sığorta stajı kimi nəzərə alınmaması əsassızdır. Həmin müddətlər isə cavabdeh tərəfindən 2006-cı ilə qədər qəbul edilən 9 il 5 ay 6 gün güzəştli staja əlavə olunduqda, iddiaçının 12 il 6 aydan da çox güzəştli stajı toplanır. İddiaçının əmək kitabçası, hərbi bileti və diplomu üzrə 2006-cı ilə kimi toplanan stajı da 25 ildən artıqdır: xx.xx.1977-xx.xx.1977 (4 ay 3 gün)); xx.xx.1977-xx.xx.1978 (1 il 18 gün); xx.xx.1978--xx.xx.1978(2 ay 18 gün); xx.xx.1979-xx.xx.1979(21gün); xx.xx.1981xx.xx.1982( 4ay15gün), xx.xx.1982-xx.xx.1990( 2 il 21gün); xx.xx.1982-xx.xx.1988 (6il 3ay 12) 12) 27.07.90-xx.xx.2005 (15 il 5 ay 4gün) - 25 il 9 ay 22 gün Belələliklə də, 2006-cı ilə qədər 25 il ümumi, 12 il 6 ay xüsusi stajı mövcud olur ki, bu da onun “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşından güzəştli şərtlərlə pensiya hüququnu yaradır. “Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyasının ödənilməsi qaydasını müəyyən edən 32.1-1-ci maddəsinə əsasən isə müəyyən olunur ki, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunun qeyd olunan tələbini də nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən xx.xx.1960-cı il təvəllüdlü iddiaçıya 16.052017-ci il tarixdə 57 yaşının tamam olduğu vaxtdan ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina olunması iddiaçının qanunla müəyyən olunan hüquqlarını pozmuşdur.
İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından da göründüyü kimi, qanunun qeyd olunan tələbinə uyğun qərar qəbul etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də, məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini işdə olan sübutlara və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, cavabdehin apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1876/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:
Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1876/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.