Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1960/2020 01.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı (xx.xx.1966-cı ildə Şəki şəhərində anadan olmuşdur, Bakı şəhəri, Nərimanov ray., F.X.Xoyski pr., 98A, m. 21 ünvanda qeydiyyatdadır, iddia ərizəsinə əsasən Bakı şəh., Binəqədi ray., 8-ci Mkr., Azadlıq pr., 188, mən. 169) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X9 İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X9 üzrə Mərkəzi Filialına) qarşı əmək pensiyasının yenidən hesablanması tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-5220/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsinə uyğun olaraq əmək pensiyanın sığorta hissəsinə 77 manat məbləğində əlavənin təyin olunması və həmin əlavənin xx.xx.2016-cı il tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır və ona həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Halhazırda iddiaçıya yaşa görə əmək pensiyası ödənilir. xx.xx.2016-cı il tarixdə iddiaçının Azərbaycan Respublikası Əmək və ƏSMN-nin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 5 illik müddətə 2-ci dərəcəli əlil olduğu müəyyən edilmişdir. Əlilliyin səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik ” ifadəsi ilə göstərilmişdir. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsinə uyğun olaraq iddiaçının əmək pensiyasının sığorta hissəsinə 77 manat məbləğində əlavənin təyin olunması və həmin əlavənin xx.xx.2016-cı il tarixdən hesablanaraq ona ödənilməsi barədə qərar qəbul edilməsi xahişi ilə xx.xx.2020-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin iddiaçının müraciəti cavabsız və nəticəsiz qalmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-5220/2020 saylı qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmiş, iddiaçı X5 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1.7.2-ci maddəsinə uyğun olaraq əmək pensiyanın sığorta hissəsinə 77 manat məbləğində əlavənin təyin olunması və həmin əlavənin xx.xx.2016-cı il tarixdən hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Daha sonra Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)- 5220/2020 saylı qərardadı ilə xx xxxxxx 2020-ci il tarixində qəbul edilmiş qərarın mətnində yol verilmiş yanlışlıq düzəldilərək, qərarın mətnində (nəticə hissəsində) “X12” əvəzinə “İddiaçı” oxunulması qərara alınmışdır. xx.xx.2020-ci il tarixdə cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-5220/2020 saylı qərarını ləğv edərək, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu təminat xərcliyinin tərkibinə nələrin daxil olduğunu müəyyənləşdirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1.7.2-ci maddəsində qeyd olunan meyarlar müharibə əlilidir, yaşa görə pensiya təyin edilmişdir, müharibə iştirakçısıdır, lakin onun əlilliyi müharibədə iştirakla bağlı deyil. Apellyasiya şikayətində iddiaçı X2 göstərilmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, mübahisələndirilən qərarın nömrəsi və tarixi düzgün olaraq göstərildiyindən qeyd edilən halı yazı xətası kimi qəbul edir. Daha sonra iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixində apellyasiya şikayətinə dair münasibət məhkəməyə daxil olmuş, münasibətdə Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-5220/2020 saylı qərarının qüvvədə saxlanılması və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli müayinə barədə məlumatdan görünür ki, iddiaçı ikinci qrup əlildir və əlilliyinin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən müharibədə aldığı xəsarətdir. -İddiaçıya məxsus xx.xx.2016-cı il tarixli, 049927 saylı əlillik barədə vəsiqədən görünür ki, o, ikinci qrup əlildir və əlilliyinin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı xəsarətdir. -İddiaçının 14/1875-018717 saylı pensiyaçının uçot vərəqindən gorünür ki, ona xx.xx.2014-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Hərbi Qulluqçular və X10 İş İdarəsi tərəfindən verilmiş 4686 saylı, xx xxxxxx 2018-ci il tarixli arayışdan görünür ki,iddiaçı yaşa görə əmək pensiyası alır. -Cavabdehin iddiaçıya ünvanlanmış **********7 nömrəli, xx.xx.2020-ci il tarixli imtina məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş xx xxxx 2014-cü il tarixli 01616 nömrəli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun qaydada iddiaçıya x xxxx 2014-cü il tarixində idarə tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla x xxxxxxxx 2019-cu il tarixindən iddiaçının vaxtilə sonuncu xidmət etdiyi orqan tərəfindən İdarəyə daxil olmuş vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 785,00 manat, rütbə maaşı 154,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 40 faizi miqdarında əlavə - 375,60 manat, 1 - ci ixtisas dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavə - 196,25 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərciliyinin 1,574,85 manat təşkil etmişdir. Həmin Qanunun 20.14.1 -ci maddəsinə əsasən 39 il 2 ay 22 gün xidmət müddətinə uyğun olaraq təminat xərcliyinin 100 faizi miqdarında əmək pensiyası müəyyən edilərək müvafiq kart hesabına köçürülür. İddiaçının əmək pensiyası aşağıdakı tərkibdən ibarət olmaqla cəmi 1574,85 manat məbləğində müəyyən edilmişdir: əmək pensiyanızın sığorta hissəsi-314,95 manat; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.2-cı maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinə əlavəniz- 77,00 manat, qulluq stajına görə əmək pensiyanıza əlavəniz-1182,90 manat. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1.7.2-ci maddəsində nəzərdə tutulan 77 manat məbləğində əlavənin onun pensiyasına hər ay hesablanaraq ödənilməsi həyata keçirilməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. İşin faktiki hallarından görünür ki, iddiaçı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 19.1.7.2-ci maddəsinə əsasən İİ qrup əlilliyə görə 77 manat məbləğində əlavənin pensiya təyin olunduğu vaxtdan hesablanmasının nəzərə alınmaqla, pensiyanın yenidən hesablanaraq yaranmış fərqin ödənilməsini istəyir. İddiaçı bununla əlaqədar cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 19.1.7.2-ci maddəsinə əsasən İİ qrup əlilliyə görə 77 manat məbləğində əlavənin pensiya təyin olunduğu vaxtdan hesablanmasının nəzərə alınmaqla, pensiyanın yenidən hesablanaraq yaranmış fərqin ödənilməsi barədə iddia tələbi əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası 14/1875-018717 №li Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu HQXRŞİD şöbəsinin X6 əslinə baxış keçirmiş, uçot vərəqində İddiaçı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 20.14.1-ci maddəsinə müvafiq olaraq yaşa görə xx.xx.2014-cü il tarixdən ömürlük tarixə kimi 1104,65 manat pensiya təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun: 4.1-cü maddəsinə əsasən bu qanuna uyğun olaraq əmək pensiyalarının aşağıdakı növləri müəyyən edilmişdir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Qeyd edildiyi kimi, iddiaçıya xx.xx.2014-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2016-cı il tarixdən ikinci qrup əlildir və əlilliyinin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı xəsarətdir. xx.xx.2006-cı ildə qəbul edilmiş və hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsində yaşa görə əmək pensiyası alan İİ qrup müharibə əlillərinə və müharibə iştirakçıları sırasından olan əlillərə 77 manat məbləğində əmək pensiyasının sığorta hissəsinə əlavənin hesablanması nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsi iddiaçıya şamil oluna bilməz. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı hərbi qulluqçu olmuş və ona «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 20.14.1-ci maddəsinə müvafiq olaraq yaşa görə xx.xx.2014-cü il tarixdən ömürlük tarixə kimi 1104,65 manat pensiya təyin edilmişdir. İddiaçı hazırkı tələbi ilə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 19.1.7.2-ci maddəsinə uyğun olaraq əmək pensiyanın sığorta hissəsinə müvafiq əlavənin təyin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar olaraq, qeyd edir ki, əmək pensiyaları təyin olunmuş hərbi qulluqçuların əmək pensiyasına əlavələr edilməsi üçün müxtəlif meyarlar və həmin meyarlara mütənasib olaraq təminat xərcliyinin faiz nisbətləri müəyyən olunmuşdur. Müharibə əlili olan hərbi qulluqçulara belə imtiyazlar «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.16-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin normada deyilir ki, bu qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.16.1. İ qrup müharibə əlillərinə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin - 100 faizi, İİ qrup müharibə əlillərinə - 80 faizi, İİİ qrup müharibə əlillərinə - 55 faizi. Beləliklə, iddiaçı “Əmək pensiyaları haqqında” qanunun 19.1.7.2-ci maddəsinin onun barəsində tətbiq olunmasını və həmin maddə ilə nəzərdə tutulmuş əlavə nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını iddia etməkdə haqlı deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2-1(112)-5220/2020 saylı qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X9 üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-5220/2020 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X9 üzrə Mərkəzi Filialına qarşı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsinə uyğun olaraq əmək pensiyanın sığorta hissəsinə 77 manat məbləğində əlavənin təyin olunması və həmin əlavənin xx.xx.2016-cı il tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1960/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1960/2020
01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver