Məhkəmə qərarları › İş №2-1(103)-1960/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1960/2025

06.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1960/2025 06.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X6 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə qarşı “təhqiqat aktının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4882/2025 saylı 06 fevral 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, X3 barəsində olan 29 aprel 2024-cü il tarixində tərtib edilmiş “Təhqiqat Aktı”nın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmçinin buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təqdim edərək, ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Sığorta Şirkətində sığorta olunan X1 30 avqust 2023-cü il tarixində baş vermiş hadisə nəticəsində xəsarət alması ilə bağlı sığorta ödənişinin verilməsinə dair sığorta şirkətinə müraciət daxil olmuşdur. Belə ki, hadisə ilə bağlı 22 may 2024-cü il tarixində sığortalı tərəfindən məlumat daxil olduqdan sonra 23 may 2024-cü il tarixində X5 hadisə barəsində təhqiqat sənədlərinin əldə olunmasına dair sorğu verilmişdir. Verilmiş sorğuya cavab olaraq X2 göndərilmiş təhqiqat sənədləri sığorta şirkətinə 21 iyun 2024-cü il tarixində daxil olmuşdur. Qeyd edilənlərdən sonra isə, iş materialları birgə araşdırılmış və N.M.Cəfərovaya AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq informasiya sistemində ümumi xəstəlik səbəbilə əlillik təyin olunduğu müəyyən olunmuşdur. Bu səbəbdən təhqiqat aktının 30 gün müddətində mübahisələndirilməsi zərurəti aradan qalxmış və sığorta ödənişi verilməsindən 23 iyul 2024-cü il tarixli məktubla imtina edilmişdir. Yuxarıda qeyd edilən imtina məktubundan sonra cavab olaraq sığorta şirkətinə edilmiş N.M.Cəfərovanın 26 iyul 2024-cü il tarixli müraciətində və əlavə edilmiş sənədlərdə iş materialları ilə uyğunsuzluq müəyyən edildiyinə görə yenidən müvafiq araşdırma aparılmış və bundan sonra təhqiqat aktının mübahisələndirilməsi zərurəti yaranmışdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4882/2025 saylı 06 fevral 2025-ci il tarixli qərardadı (hakim L.Musayeva) ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı qanunla mübahisələndirilmə haqqında iddia üçün müəyyən edilmiş müddəti üzürlü səbəb olmadan buraxmaqla məhkəmədə iddia qaldırmışdır. Qərardaddan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə)qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Maddənin də məzmunundan görünürki, inzibati aktda şikayət vermə qaydası və müddəti nəzərdə tutulmadıqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Baxılan halda, mübahisə edilən təhqiqat aktı sığorta şirkətinə 21 iyun 2024-cü il tarixində daxil olmuş və özündə şikayət vermə müddəti nəzərdə tutmamışdır. Bu səbəbdən Qanunun 73.2-cimaddəsi rəhbər tutularaq, 6 ay ərzində, yəni 02 dekabr 2024cü il tarixində təhqiqat aktının ləğv edilməsinə dair Bakı İnzibati Məhkəməsində iddia qaldırılmışdır. Lakin məhkəmə qeyd edilən maddi hüquq normasını pozaraq iddianı mümkün saymamışdır. Məhkəmə iclasında tərəflərin iştirakı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1960/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzə X3 zəruri cəlbetmə qaydasında, "xxxx" ASC isə adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (İPM) 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozuntusu ilə qərar qəbul edildiyindən, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, məhkəmənin qərardadı ilə İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə qarşı “təhqiqat aktının ləğv edilməsi” tələbi iddiaçı tərəfindən buraxılmış prosessual müddətin üzrlü hesab edilməsinə əsas vermədiyindən iş üzrə prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizə təmin edilməmişdir. Belə ki, iddiaçı qeyd etdiyi kimi məhkəməyə müvafiq ərizə ilə müraciət etmək əvəzinə, özü araşdırma apardıqdan sonra Təhqiqat Aktının mübahisələndirilməsi qənaətinə gəlmişdir. Odur ki, aktın mübahisələndirilməsi (ləğv edilməsi) ilə bağlı yol verilən müddət ötürülmüşdür, qeyd edilən dəlil prosessual müddətin buraxılmış hesab edilməməsi üçün əsas hesab oluna bilməz, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir. Beləliklə iddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə rədd edilərək iddia mümkün sayılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Bakı inzibati Məhkəməsi məhkəməsinin e-2- 1(112)-4882/2025 saylı 06 fevral 2025-ci il tarixli qərardadında iddianın mümkünlüyü ilə bağlı hallara düzgün qiymət verilməmişdir. İlk öncə qeyd edilməlidir ki, hazırkı mübahisə X3 barəsində olan 29 aprel 2024-cü il tarixində tərtib edilmiş “Təhqiqat Aktı”nın ləğv edilməsi ilə bağlıdır. Belə ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” AR Qanununun 9.1.2-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsinin müəyyənləşdirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılan müayinədə iştirak etmək, belə müayinənin nəticələri ilə bağlı qərarla razı olmadıqda həmin qərarı inzibati qaydada və məhkəmədə mübahisələndirmək, yeni müayinənin keçirilməsini tələb etmək sığortaçının hüququdur. Odur ki, iddianın növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı subyektiv hüquqa malik olmaqla hazırki iddianı xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən, qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Apellyasiya araşdırması zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X8 Xidməti tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1 (103)-1960/2025 nömrəli məktubuna cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.7-ci bəndinə əsasən işəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş verməsi tarixindən 3 (üç) iş günü müddətində sığortaçıya məlumat verilməlidir.İddiaçı Sığorta Şirkəti tərəfindən Xidmətə 23 may 2024-cü il tarixli N° O-H- 2024-0260 nömrəli müraciət daxil olmuş, sözügedən müraciət 14 iyun 2024-cü il tarixli 3- 17-5/2-38278/2024 nömrəli məktubla cavablandırılmışdır. "xxxx" tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1 (103)- 1960/2025 nömrəli müraciətinə cavab olaraq bildirilmişdir ki, "xxxx" ASC tərəfindən müvafiq məlumat xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X8 Xidmətinə təqdim edilib (əlavədə təqdim edilir). Məktubun təqdim edildiyi xx.xx.2024-cü il tarixdə şifahi formada telefon vasitəsilə İddiaçı Sığorta Şirkəti ASC-yə məlumat verilib. Məlumatın vaxtında təqdim edilməməsinə görə isə "xxxx" ASC-yə cərimə növündə inzibati tənbeh tətbiq edilib və bank tərəfindən müvafiq cərimə ödənilmiş, işə xitam verilmişdir. Bundan əlavə bildiririk ki, qeyd olunan hallarla bağlı "xxxx" ASC-də mövcud olan bütün materiallar və sənədlər X8 Xidmətinə təqdim edilmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsinin mübahisələndirmə haqqında iddia növü üçün nəzərdə tutulmuş 30 günlük müddəti ötürülməklə məhkəməyə təqdim edildiyinə istinad etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 59-cu maddəsinə əsasən yazılı inzibati aktın əsas rekvizitlərindən biri də həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan haqqında məlumatdır. Eləcə də həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Beləliklə, işin hallarından müəyyyən olunur ki, mübahisələndirilən təhqiqat Aktı 29 aprel 2024-cü il tarixində qəbul edilmişdir. Lakin mübahisə edilən təhqiqat aktı sığorta şirkətinə 21 iyun 2024-cü il tarixində daxil olmuş və özündə hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutmamışdır. Məhkəməyə iddia ərizəsi xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Odur ki, məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik normalarını diqqətə alaraq hesab edir ki, mübahisələndirilən əmrdə ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadığından və həmin hüquqi müdafiə vasitələri barədə iddiaçıya rəsmi məlumat verilmədiyindən, qanunvericiliklə müəyyən edilmiş müddət (iddiaçıya münasibətdə 6 aylıq müddət) ötürülməmişdir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4882/2025 saylı 06 fevral 2025-ci il tarixli tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar