Məhkəmə qərarları › İş №2-1(103)-1962/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1962/2021

29.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1962/2021 29.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltan Həmid oğlunun sədrliyi və məruzəsilə, Tağızadə Mirzə Nəsib oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzilə kirayə müqaviləsinin bağlanmasına dair sərəncamın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 20.04.2021-ci il tarixli, 2-1(112)-1239/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiаçı X3 cаvаbdеh Bakı şəhəri Cavabdehnə qarşı ünvan 1 ünvanında yerləşən mənzilə kirayə müqaviləsinin iddiaçı ilə bağlanmasına dair sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 20.04.2021-ci il tarixli, 2-1(112)-1239/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 20.04.2021-ci il tarixli, 2-1(112)-1239/2021 saylı qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X1 Cavabdehnə təqdim etdiyi sənədlərdən görünür ki, O, və ailə üzvləri müəyyən edilmiş qaydada aztəminatlı hesab edilə bilən və ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ayrılma normasından az olan kirayəçilər və (və ya) mülkiyyətçilər kateqoriyasına aid deyildir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 20.04.2021-ci il tarixli, 2-1(112)-1239/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə, habelə, məhkəməyə gəlmədiyi təqdirdə onların iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmişdir, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarında olan: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. xx.xx.1959-cu ildə Qusar rayonunda doğulmuşdur, yaşayış yeri Bakı şəhəri N.Hikmət küçəsi, ev 25, mənzil 54-dür. İddiaçının Cavabdehnə ünvanladığı ərizədən görünür ki, o, ünvan 3a yerləşən 64 saylı mənzilin kirayəçisi hesab olunmasına dair sərəncam verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçı X2 ünvanladığı 16.04.2020-ci il tarixli, Ş-4/2-091/2-111 nömrəli məktubunun surətinə əsasən, iddiaçıya hüquq müəyyənedici sənədi rayon İcra Hakimiyyətinin Mənzil Məsələləri üzrə Komissiyasına təqdim etdikdən sonra müraciətinə yenidən baxıla bilər. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 28.02.2019-cu il tarixli arayışına görə, İddiaçı qısı 14 iyun 2014cü ildən ünvan 5 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Bakı şəhər Cavabdeh Mənzil Kommunal Təsərrüfat Birliyi 22 saylı Mənzil Kommunal İstismar sahəsinin N.Hikmət küçəsi, ev 25, mənzil 64 ünvanına dair planına əsasən, binanın ümumi sahəsi 3267,0 kv.metr, binanın yaşayış sahəsi 2305,0 kv.metr, mənzilin ümumi sahəsi 99,0 kv.metr, mənzilin yaşayış sahəsi 52,8 kv.metr, binanın tikilmə tarixi 1964-cü il qeyd edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-208/2014 saylı işi üzrə qəbul edilmiş 09 aprel 2014-cü il tarixli qərarına əsasən, iddiaçının iddia tələbi təmin edilmiş və ünvan 1 ünvanına pasport qeydiyyata alınması cavabdeh Yasamal rayon Polis İdarəsinə həvalə edilmişdir. Bakı şəhər Cavabdeh məhkəməyə ünvanladığı 06 noyabr 2020-ci il tarixli, 2098/d nömrəli məktubuna əsasən, ünvan 1 ünvanında yerləşən mənzil Dövlət Mənzil Fonduna aid olmaqla yanaşı Cavabdeh balansındadır. Mənzilin kirayəçisi barədə məlumatın və müqavilənin mövcud qanunvericiliyə əsasən Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialına göndərildiyindən qeyd olunan məlumat və müqavilə rayon İcra Hakimiyyətində aşkar edilməmişdir. Azərbaycan Respublikası Cavabdeh Mənzil Kommunal Təsərrüfat Birliyi 22 saylı Mənzil Kommunal İstismar sahəsinin Cavabdehnə ünvanladığı 03.11.2020-ci il tarixli, 59 nömrəli məktubuna əsasən, X4 həqiqətəndə 1993-cü ildən 14.06.2014-cü ilədək qeydiyyatsız yaşamışdır. O, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09.04.2014-cü il tarixli, 2-1(81)/2014 saylı qərarına əsasən, 09.04.2014-cü ildən hal-hazıra qədər daimi pasport qeydiyyatındadır və bina Cavabdeh balansındadır. Azərbaycan Respublikası Cavabdeh Mənzil Kommunal Təsərrüfat Birliyi 22 saylı Mənzil Kommunal İstismar sahəsinin 28.10.2020-ci il tarixli, 56 nömrəli arayışına əsasən, X4 1993-cü ildən 14.06.2014cü ilədək qeydiyyatsız yaşamışdır. O, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 09.04.2014-cü il tarixli, 2-1(81)/2014 saylı qərarına əsasən, 09.04.2014-cü ildən halhazıradək pasport qeydiyyatındadır. X9, X5, X6 Bakı şəhəri 19 saylı notariat kontoruna ərizə təqdim edərək, X4 ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildə 1993-cü ildən yaşadığını bildirmişlər. Azərbaycan Respublikası Cavabdeh Mənzil Kommunal Təsərrüfat Birliyi 22 saylı Mənzil Kommunal İstismar sahəsinin 21.04.2021-ci il tarixli arayışından görünür ki, iddiaçı X4 N.Hikmət küçəsi, ev 25, mənzil 64 ünvanında qeydiyyatdadır. Birinci instansiya məhkəməsi işin hallarına Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli, 649 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.9.8-ci maddəsini, 2009-cu ilin оktyаbrın 1-dək qüvvədə оlmuş Аzərbаycаn SSR-in 1982-ci il 08 yul tаriхli qаnununu ilə təsdiq оlunmuş Аzərbаycаn SSR-i Mənzil Məcəlləsinin 51-ci mаddəsini, 2009-cu ilin оktyаbrın 1-dən qüvvəyə minmiş Аzərbаycаn Rеspublikаsının Mənzil Məcəlləsinin 1, 4.0, 16, 17.3.1, 17.4, 18, 59.1, 135.1ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia təmin edilərək, ünvan 1 ünvanında yerləşən mənzilə kirayə müqaviləsinin iddiaçı X3 ilə bağlanmasına dair sərəncam verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli, 649 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.9.8-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli İcra Hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. İddiаçının məhkəməyə təqdim еtdiyi sənədlər əsаsındа müəyyən оlunmuşdur ki, iddiаçının 1993-cü ildən yаşаdığı 30 ilə yaxın bir müddət ərzində iddiaçının fаktiki istifаdəsində оlmаsınа baxmayaraq inzibаti оrqаn tərəfindən yаşаyış sаhəsinə dаir iddiаçının həmin mənzilə istifаdə hüququ rəsmiləşdirilməmişdir. Hаzırki iddiа vаsitəsi ilə iddiаçı оnun istifаdəsində оlаn mənzilə dаir kirаyə müqаviləsini bаğlаmаq bаrədə аrzulаdığı inzibаti аktın - sərəncаmın vеrilməsi vəzifəsinin cаvаbdеh Bakı şəhər Yasamal rayon İcrа Hаkimiyyətinin üzərinə qоyulmаsını tələb еdir. İş mаtеriаllаrındаn göründüyü kimi inzibati orqan tərəfindən qаnunvеricilik ilə müəyyən еdilmiş dövlət mənzil fоndunа dаir nəzаrəti həyаtа kеçirmək vəzifəsi yеrinə yеtirilməmiş, iddiaçının yaşadığı mənzil dövlət nəzаrətindən kənаrdа qаlmışdır, belə ki, həmin mənzilin kirayəçisinin mənzildən istifadə etməsinə baxmayaraq yeni kirayə müqaviləsi bağlanmamışdır. Göründüyü kimi iddiaçının həm 2009-cu ilin oktyabr ayının 1-nə qədər, həm də ondan sonra, yəni hazırda mənzil münasibətlərini tənzimləyən Mənzil Məcəllələrində iddiaçının istifadə etdiyi mənzilə dair kirayə müqaviləsinin onunla bağlanmasını tələb etmək hüququ nəzərdə tutulmuşdur. Bununla yanaşı cavabdehin apellyasiya şikayətində geyd edilən digər dəlili, yəni iddiaçının ailəsinin normadan artıq sahədən istifadə etməsi dəlili də əsaslı hesab edilə bilməz, çünki bu hal iddiaçının 30 ilə yaxın istifadə etdiyi və qeydiyyatda olduğu sahədən çıxarılmasına səbəb ola bilməz və nəticədə onunla kirayə müqaviləsininbağlanması üçün maneə yarada bilməz. Odur ki, məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən mənzilə dair kirayə müqaviləsinin iddiaçı ilə bağlanılması barədə müvafiq inzibati akt qəbul edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 20.04.2021-ci il tarixli, 2-1(112)-1239/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar