Məhkəmə qərarları › İş №2-1(103)-1962/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1962/2023

19.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1962/2023 19.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4846/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdehlər Bakı ŞİH-ə, Bakı şəhəri Binəqədi RİH-ə və "xxxx" QSC-nə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, istifadəsində olan ünvan 1 ünvanında yerləşən 12 kv.m sahəsi olan mənzilin özgəninkiləşdirihnəsinə dair aktın və yaşayış evinin istismara qəbul aktının verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 16 aprel 2010-cu il tarixdə "xxxx" QSC tərəfindən 96 nömrəli xidməti order əsasında ünvan 1 ünvanında yerləşən 12 kv.m sahəsi olan mənzil verilmişdir. İddiaçı həmin tarixdən etibarən 4 nəfər ailə üzvləri ilə birgə sözügedən mənzildə yaşayır. Həmin mənzil onların yeganə yaşayış yeridir. İddiaçı qanunvericliyin tələblərinə əsasən həmin mənzili özəlləşdirmək istəyir. O, bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin qurumdan aldığı 13 oktyabr 2021ci il tarixli **********47 saylı cavab məktubunda qeyd olunur ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının və Şəhərsalma Tikinti Məcəlləsimin qüvvəyə minənədək 2013-cü ilin yanvarın 1dək inşa olunmuş tikililərə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.9.1.1-ci maddəsinə əsasən icarədə və ya istifadədə olan torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmş layihə və ya yaşayış evinin istismara qəbul aktı təqdim edilməlidir. Bundan sonra iddiaçı "xxxx" ASC-yə müraciət etmişdir. Həmin qurumdan daxil olmuş 13 sentyabr 2021-ci il tarixli 126/19 nömrəli məktubda bildirilir ki, "xxxx" QSC-nin rəhbərliyi tərəfindən vaxtilə ona ayrılmış mənzil müvafiq rayon inzibati idarəçiliyinə verilmişdir. Həmin mənzilin mövcud qaydalara uyğun aidiyyəti orqanlar tərəfindən onun adına sənədləşdirilməsinə "xxxx" QSC rəhbərliyi və Azərbaycan Dəmir Yollarının X2 Komitəsi etiraz etmir. Bu cavabdan sonra iddiaçı Binəqədi RİH-ə müraciət edərək mənzilin rəsmiləşdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Binəqədi RİH-dən daxil olmuş 6 dekabr 2021-ci il tarixli cavab məktubunda qeyd olunur ki, sözügedən mənzil MənzilKommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 113 saylı Mənzil Kommunal İstismar Sahəsinin balansındadır, aidiyyatı üzrə Mənzil- Komunal Təsərrüfatı Departamentinə müraciət edilməsi tövsiyyə olunur. Bundan sonar, iddiaçı Bakı Şəhəri Mənzil-Komunal Təsərrüfatı Departamentinə müraciət etmişdir. Həmin qurumdan alınmış 8 dekabr 2021-ci il tarixli cavab məktubunda qeyd olunur ki, ünvan 2 ünvanda yerləşən yataqxana binası Mənzil-Komunal Təsərrüfatı Departamentinin deyil "xxxx" QSC-nin balansında olduğundan, o (iddiaçı) qaldırdğı məsələ ilə bağlı aidiyyatı üzrə müraciət edə bilər. Göründüyü kimi, cavabdehlər onun yaşadığı binanın kimin balansında olduğunu guya müəyyənləşdirə bilmirlər, nəticə etibarilə iddiaçıya həmin mənzilin özəlləşdirilməsinə hüquqi əngəl yaradaraq hüquqlarını kobud şəkildə pozurlar. Ona görə də iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edir. Yuxarıda da qeyd edildiyi kimi, 16 aprel 2010-cu il tarixdə "xxxx" QSC tərəfindən ona ünvan 1 ünvanında yerləşən 12 kv.m sahəsi olan mənzilin ayrılmasını və həmin mənzilin onun istifadəsində olmasını 16 aprel 2010-cu il tarixli 96 nömrəli xidməti order də təsdiqləyir və iddiaçı həmin tarixdən etibarən 4 nəfər ailə üzvləri ilə birgə həmin mənzildə yaşayır. Başqa sözlə, sözügedən həmin mənzil üzərində onun və ailə üzvlərinin 2010-ci ildən etibarən istifadə hüquqları yaranıb. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Həmçinin, 2013-cü ilin yanvarın 1-dək inşa olunmuş tikililər özəlləşdirilərkən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.9.1.1-ci maddəsinə əsasən, icarədə və ya istifadədə olan torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmş layihə və ya yaşayış evinin istismara qəbul aktı təqdim edilməlidir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, onun istifadəsində olan mənzilin özəlləşdirilməsi üçün icra hakimiyyəti orqanlarından daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair akt və yaşayış evinin istismara qəbul aktını tələb etmək hüququdur. İddiaçı olaraq həmin mənzili özəlləşdirmək istəyərkən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti ondan dövlət qeydiyyatı üçün əsas ola biləcək hüquqmüəyyənedici sənədlər tələb edir, cababdehlər isə daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair akt və yaşayış evinin istismara qəbul aktını təqdim etmək istəmirlər, yaşadığı binanın hələ kimin balansında olduğunu guya aydınlaşdıra bilmirlər. İstinad olunan qanun normalarına görə cavabdehlərin ona istifadəsində olan daşınmaz əmlakın özəlləşdirilməsi üçün lazım olan sənədləri təqdim etməkdən imtina etməsi qanun pozuntusudur və bu pozuntu da məhkəmə qaydasında aradan qaldırılmalıdır. Məhkəmənin qərardadı ilə “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi inzibati məhkəmə icraatına cavabdeh qismində cəlb olunmuş, iddia tələbi dəyişdirilərək «ünvan 3 ünvanında yerləşən 12 kv.m sahəsi olan mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi» kimi qəbul edilmiş, Bakı ŞİH-in, Bakı şəhəri Binəqədi RİHin cavabdeh kimi işdə prosessual iştirakına xitam verilmiş və "xxxx" QSC cavabdeh qismində prosessual iştirakına xitam verilməklə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4846/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində "xxxx" QSC cəlb edilməklə) «mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4846/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazirkı iş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə qərarında qeyd etmişdir ki, “iddiaçının istifadəsinə verilmiş və hazırda yaşadığı ünvan 1 ünvanında yerləşən 12 kv.m sahəsi olan mənzil ona xidməti order əsasında verildiyindən, həmin yaşayış sahəsi xidməti mənzil statusuna malikdir. Bu qəbildən olan mənzillərin özəlləşdirilməsinə isə qanunvericiliklə yol verilmir və iddiaçının söüzgedən mənzilə mülkiyyət hüququ yaranmır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, (15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, (15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, (15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, (15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda (15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 6-cı maddəsinə görə təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. Memarlıq, tarixi və mədəni abidə sayılan binalardakı mənzillər özəlləşdirildikdən sonra həmin binaların arxitektura görkəmini pozmaq, binanın mədəni, tarixi dəyərinə xələl gətirmək qadağan edilir. Həmin binalar satılarkən onları almaqda dövlət üstün hüquqa malikdir. Hazırkı işin hallarından müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 12 kv.m sahəsi olan mənzil xidməti order əsasında İddiaçı ayrılmışdır. İddiaçı mınzilin qanuni istifadəçisi kimi ona mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin qurum məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda həmin qurumun imtinasını mübahisələndirir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (8.0.11) Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə görə təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının özəlləşdirilməsini tələb etdiyi, ünvan 1 ünvanında yerləşən 12 kv.m sahəsi olan mənzilə dair ona xidməti order verilməsi, həmin yaşayış sahəsinin xidməti mənzil statusuna malik olduğunu sübut edir. Göstərilən halda qeyd edilən mənzilin özəlləşdirilməsinə isə qanunvericiliklə yol verilmir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4846/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4846/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar