Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1963/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Elmira Eyvaz qızı Nağıyevadan ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçının vəkili İsgəndərli Könül Teyyub qızının iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “cavabdehin imtinasının əsassız hesab edilməsi, xx.xx.1981-ci il təvəllüdlü X1 Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsi, 1-ci döngə, 4 saylı evdən pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2632/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzildən pasport qeydiyyatından çıxarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilməsi, xx.xx.1981-ci il təvəllüdlü X1 Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsi, 1-ci döngə, 4 saylı evdən pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2632/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2632/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Hazırki iş üzrə qərardaddan apellyasiya şikayətinin vaxtında verilib-verilməməsi, vaxtında verilmədiyi təqdirdə prosessual müddətin üzrlü səbəblərdən ötürülüb-ötürülmədiyi məsələsinin aydınlaşdırılması üçün şikayətin mümkünlüyünün yoxlanılması xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Lakin həmin tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh və 3-cü şəxs iştiraklarını təmin etməmişlər. İnzibati məhkəmə icraatının iştirakçısı apellyasiyanın mümkünlük məsələsinə cavabdehin nümayəndəsinin və 3-cü şəxsin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsinin və 3-cü şəxs X1 iştirakı olmadan baxılmasını və iş üzrə müvafiq qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarından görünür ki, 2-1(112)-2632/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardad poçt vasitəsilə xx.xx.2020-ci il tarixdə İddiaçı iş materiallarındakı ünvanına göndərilmiş və xx.xx.2020-ci il tarixdə poçt xəbərnaməsinin “şəxsən” qrafasının qarşısına imza edilməklə (i.v.36) qəbul edilmişdir. Belə olan halda həmin qərardaddan apellyassiya şikayəti verilməsi üçün iddiaçıya münasibətdə son müddət xx.xx.2020-ci il tarix hesab olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yolverilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcədə işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası xidməti vəzifəsindən istifadə etməklə apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün İddiaçıgöndərilmiş xx xxxxxxx 2020-ci il tarixli bildirişlə İPM-nin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardaddan şikayət verilməsi üçün prosessual müddətin ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizə verilməsini təklif etmişdir. Lakin apellyasiya baxışı zamanı iddiaçının vəkili Könül İsgəndərli izahatında bildirdi ki, iddiaçıya məhkəmə kollegiyası tərəfindən hüquqi yardımın göstərilməsi ilə bağlı göndərilmiş xx.xx.2020-ci il tarixli məhkəmə bildirişi iddiaçı tərəfindən alınsa da, iddiaçı bu barədə ona bildirsə də, xx.xx.2020-ci il tarixli qərardaddan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair hər hansı ərizəni məhkəməyə təqdim etmək üçün ona verməmişdir. Hazırki vəziyyətdə iddiaçının nümayəndəsi deyil, yalnız vəkili olduğundan mübahisələndirilən qərardaddan apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin hansı səbəblərdən ötürülməsi də ona məlum olmadığından həmin müddətin üzrlü hesab edilərək bərpa olnmasına dair ərizə vermək imkanı xaricindədir. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixli qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün son tarix xx.xx.2020-ci il hesab olunduğu halda, apellyasiya şikayəti məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Hazırki işdə iddiaçı xx.xx.2020-ci il tarixli qərardaddan şikayət verməsi üçün qanunla müəyyən edilmiş 10 günlük prosessual müddətin onun təqsiri üzündən ötürülməməsini təsdiq edən sübutları və ya həmin müddətin ötürülmə əsasının üzrlü səbəblərlə bağlı olduğu təqdirdə, prosessual müddətin həmin əsaslarla bərpa edilməsinə dair ərizə verməmişdir. Halbuki yuxarıda da qeyd olunduğu kimi, prosessual müddətin bərpası qanunun tələbinə görə şəxsin ərizəsi əsasında mümkündür. Kollegiya tərəfindən iddiaçıya bu barədə müvafiq hüquqi yardım göstərilsə də, iddiaçı həmin hüququndan istifadə etməmişdir. Həmçinin apellyasiya baxışı zamanı iddiaçının vəkili Könül İsgəndərli iddiaçıya göstərilmiş hüquqi yardımla bağlı ötürülmüş prosessual müddətin bərpası barədə məhkəməyə müvafiq ərizə verməmişdir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı məhkəmə qərardadından şikayət vermək üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürdüyündən və həmin müddətin bərpası ilə bağlı müvafiq ərizəni təqdim etmədiyindən şikayət qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARAALDİ: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2632/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1963/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1963/2020
11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver