Məhkəmə qərarları › İş №2-1(103)-1965/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1965/2020

24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1965/2020 24.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı (xx.xx.1962-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya fərqinin ödənilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-403/2020 nömrəli qərarından cavabdehin apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxx 1981-ci ildən xx xxxxxx 1984-cü ilə qədər Bakı şəhərlərarası telefon stansiyasının kommutator sexində 3-cü sinif telefonçusu vəzifəsində, xx xxxxxx 1985-ci ildən xx xxxxxx 1997-ci ilə qədər və yenidən xx xxxxxx 1997-ci ildən xx xxx 2001-ci ilə qədər "xxxx’’ İB-nin Şəhərlərarası Rabitə Şəbəkə qovşağının kommutator sexində 3-cü və 4-cü sinif telefonçu vəzifəsində, xx xxx 2001-ci ildən xx xxxxxx 2018-ci ilə qədər X4 stansiyasının şifarişli xidmət sexində 4-cü və 5-ci dərəcəli telefonçu vəzifəsində işlədiyi illərin sığorta stajına daxil edilməklə ona güzəştli şərtlərə görə 52 yaşdan əmək pensiyası təyin edilməsi və xx.xx.2014-cü il tarixdən yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 idarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. Hal-hazırda heç bir yerdə işləmir. Güzəştli şərtlərlə pensiya təyin olunmasına görə pensiya yaşı tamam olmuşdur. Belə ki, xx xxxxxx 1981-ci ildən xx xxxxxx 1984-cü ilə qədər Bakı şəhərlərarası telefon stansiyasının kommutator sexində 3- cü sinif telefonçusu vəzifəsində, xx xxxxxx 1985-ci ildən xx xxxxxx 1997-ci ilə qədər və yenidən xx xxxxxx 1997-ci ildən xx xxx 2001-ci ilə qədər “xxxx” İB-nin Şəhərlərarası Rabitə Şəbəkə qovşağının kommutator sexində 3-cü və 4-cü sinif telefonçu vəzifəsində, xx xxx 2001-ci ildən xx xxxxxx 2018-ci ilə qədər X4 stansiyasının şifarişli sexində 4-cü və 5-ci dərəcəli telefonçu vəzifəsində işləmişdir. İşlədiyi həmin illər əmək kitabçasında qeyd edilmişdir. O, əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin həmin idarədən verilmiş xx.xx.2019-cu il tarixli **********9 nömrəli məktuba əsasən ona bildirmişlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ vardır. Cavabdehin xx xxxxxxxx 2019-cu il tarixli məktubuna əsasən ona güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmiş və ona görə də o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi iş stajı olan və bu stajın 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İdarəyə təqdim etdiyi əmək kitabçasında qeyd olunan “Bakı şəhərlərarası Telefon Stansiyasında” işlədiyi telefonçu vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin sıyahısı”nda nəzərdə tutulmamışdır.Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün olmamışdır. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, pensiya hüququnun yarandığı xx.xx.2014-cü ildən 52 yaşdan ona pensiya təyin edilməsi, müraciət edildiyi tarixdən geri 3 ilin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-403/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya fərqinin ödənilməsi tələbi barədə iş üzrə verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə “pensiya hüququnun yarandığı xx.xx.2014-cü ildən 52 yaşdan İddiaçı pensiya təyin edilməsi, müraciət edildiyi tarixdən geri 3 ilin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” kimi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-403/2020 nömrəli qərarı ilə (hakim F.Mədətli) iddia təmin edilmiş, İddiaçı 52 yaşı tamam olduğu xx.xx.2014cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya təyin edilməsi üçün müraciət edildiyi tarixdən 3 il əvvəlki dövr üzrə pensiyanın ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X6 üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərarla razılaşmayan cavabdeh xx.xx.2020-ci il tarixdə ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu İddiaçı münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının xx xxxxxx 2006-cı il tarixinədək, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsinə qədər güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırkı iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. Belə ki, iddiaçının işlədiyi peşə yuxarıda qeyd edilən Qərarda mövcud deyildir. Bundan başqa “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasinin xx xxxxxx 2017-ci il tarixli 17 saylı Qərarının Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən) əlavə edirlər. (bənd 2.2) Qeyd edilən 2 saylı əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir (əlavənin 2.4-cü bəndi). Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X7 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı dəqiqləşdirilmiş iddia tələbinə uyğun izahat verdi və apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdırıb belə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək, qərarın nəticə hissəsində “pensiya təyin edilməsi üçün müraciət edildiyi tarixdən” sözləri “ xx.xx.2019-cu il tarixdən” sözləri ilə əvəz edilməlidir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarına əsasən: -AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. -Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 53 saylı arayışdan görünür ki, İddiaçı “xxxx” MMC-nin Kommersiya departamenti, Müştəri xidmətləri şöbəsinin Çağrı mərkəzi sektorunda xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək çağrı mərkəzi üzrə təmsilçi vəzifəsində işləmişdir. -Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxx” MMC-nin X4 Stansiyası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 07 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.1981-ci ildən (k/ə 9,xx.xx.1981-ci il) xx.xx.1984-cü il tarixinə qədər Bakı Şəhərlərarası Telefon Stansiyasının Kommutator sexində 3-cü sinif telefonçu vəzifəsində işləmişdir. xx.xx.1984-cü ildən Azərbaycan SSR ƏQM-in 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur (k/ə 126, xx.xx.1984-cü il). xx.xx.1985-ci ildən (k/ə 75, xx.xx.1985-ci il) xx.xx.1997-ci ilə qədər “xxxx” İB-nin Şəhərlərarası Rabitə Şəbəkə qovşağının Kommutator sexində 3-cü sinif telefonçu vəzifəsində işləmişdir. xx.xx.1997-ci ildən Azərbaycan Respublikası ƏQM-nin 38-ci maddəsinin “b” bəndinə əsasən (ştatın ixtisarı ilə əlaqədar) işdən azad edilmişdir (“xxxx” İB-nin k/ə 349, xx.xx.1997-ci il tarixli əmri). xx.xx.1997-ci il tarixdən (k/ə 180, xx.xx.1997-ci il) xx.xx.2001-ci il tarixə qədər “xxxx” İB-nin Bakı Şəhərlərarası Telefon qovşağının Kommutator sexində 4-cü tarif dərəcəli telefonçu vəzifəsində işləmişdir. xx.xx.2001-ci il tarixdən Azərbaycan Respublikası ƏM-nin 70 maddəsinin “a” bəndinə əsasən (müəssisənin ləğv edilməsi ilə əlaqədar) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2001-ci ildən (k/ə 36,xx.xx.2001-ci il) xx.xx.2018-ci il tarixinə qədər X4 Stansiyasınin Sifarişli xidmət sexində 4-cü dərəcəli, xx.xx.2003-cü ildən (k/ə 258,xx.xx.2003-cü il) 5-ci dərəcəli telefonşu vəzifəsində işləmişdir. xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası ƏMnin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmişdir. (k/ə 82, xx.xx.2018-ci il). -iddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdə Bakı Şəhərlərarası Telefon Stansiyasına kommutator sexinə ştat cədvəli üzrə okladla telefonist öyrəncisi kimi qəbul edilmiş, xx.xx.1981-ci il tarixdə 3-cü dərəcəli telefonist keçirilmiş, 05..08.1984-cü ildə tutduğu vəzifədən öz istəyi ilə azad edilmiş, xx.xx.1985-ci il tarixdə səyyar xidmətin komutator sexinə ştat cədvəli üzrə okladla 3-cü dərəcəli telefonist kimi qəbul edilmiş, xx.xx.1988-ci il tarixdən BTS 3-cü dərəcəli telefonisti kimi keçirilmiş, xx.xx.1990-cı il tarixdən BTF və Bakı İB TS Bakı Şəhərlərarası Telefon Stansiyasının telefon rabitəsi istehsal bölməsi və onun struktur bölməsinə kommutator sexinin 3-cü dərəcəli telefonisti keçirilmiş, xx.xx.1992-ci il tarixdən İBTS “xxxx” kimi sayılmışdır. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxxxx 2019-cu il tarixli, **********9 saylı imtina məktubundan görünür ki, iddiaçının ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxılaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə istinad olunaraq, idarəyə təqdim etdiyi əmək kitabçasında qeyd olunan “Bakı şəhərlərarası Telefon Stansiyasında” işlədiyi telefonçu vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. - iddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının təsdiq edilmiş surətində ilk öncə X5 qeyd edilmiş, daha sonra soyadının üzərindən xətt çəkilmişdir. İş materiallarına əlavə edilmiş, nikahın bağlanması haqqında İİİ-ЖГ № 406305 seriya və nömrəli şəhadətnaməyə əsasən müəyyən edilir ki, X9 xx.xx.1984-cü il tarixdə (Bakı şəhəri Şaumyan rayonu, VVAQ İdarəsi akt qeydi № 616) nikah bağlamışlar. xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2014-cü il tarixdə iddiaçının 52 yaşı tamam olmuşdur, həmin tarixə 20 ildən artıq ümumi əmək stajı olduğuna və onun 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə onun 52 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyası hüququ yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası yuxarıda sadalanan normalara əsasən qeyd edir ki, xx.xx.2014cü il tarixdə iddiaçının 52 yaşı tamam olsa da, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsində müəyyən edilmiş müddətlərə təyin edilir. İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə cavabdeh inzibati orqana güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə müraciət edilmiş, sonuncu xx xxxxxxxx 2019-cu il tarixli məktuba əsasən ona güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə müəyyən olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona 52 yaşdan əmək pensiyasının təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək, qərarın nəticə hissəsində “pensiya təyin edilməsi üçün müraciət edildiyi tarixdən” sözləri “ xx.xx.2019-cu il tarixdən” sözləri ilə əvəz edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 90, 94 və 99-cu maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı : Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 üzrə Mərkəzi Filialının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-403/2020 nömrəli qərarı dəyişdirilsin. Qərarın nəticə hissəsində “pensiya təyin edilməsi üçün müraciət edildiyi tarixdən” sözləri “ xx.xx.2019-cu il tarixdən” sözləri ilə əvəz edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar