Məhkəmə qərarları › İş №2-1(103)-1965/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1965/2023

23.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1965/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5468/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından X2 apellyasiya şikayətinin mümkünlüyü məsələsinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbini irəli sürərək Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5468/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə X4 İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5468/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından X4 xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti və 16.05.23-cü il tarixində apellyasiya şikayətinə əlavə verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab gəlir ki, aşağıdakı əsaslara görə X2 apellyasiya şikayəti (apellyasiya şikayətinə əlavə) mümkün sayılmamalıdır. Belə ki, 2-1(112)-5468/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmə barədə qəradadından X1 əsasən apellyasiya şikayəti verilməsi nəzərdə tutulmadığı halda biribci instansiya məhkəməsinin həmin qərardanda apellyasiya şikayəti vermək hüququ göstərilmişdir. Lakin, İPM-nin 28.4.-cü maddəsinəəsasən İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. İPM-nin 28.5.-cü maddəsinə əsasən isə məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İPM-ə əsasən: 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İPM-in 87.3-cü maddəsi isə nəzərədə tutur ki, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiya məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5468/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından X2 apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbulundan imtina olunsun . Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar