Məhkəmə qərarları › İş №2-1(103)-1966/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1966/2023

12.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1966/2023 12.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Həşim Rəşad Əlisahib oğlunun katibliyi, İddiaçı MMC-nin direktoru X3, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı “gömrük bəyannaməsinin müvafiq qrafasında dəyişiklik edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-52/2020 saylı 24 sentyabr 2020-ci il tarixli qərarına izah verilməsi məsələsinə dair həmin məhkəmənin iş üzrə 2-1(112)-52/2020 saylı, 15 fevral 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, İddiaçı MMC tərəfindən 04 iyul 2018-ci il tarixdə İran İslam Respublikasının Astara şəhərində yerləşən “X9 Trading Co. LTD” şirkətindən 02 aprel 2018-ci il tarixli, 2018/04/02/01 saylı müqavilə və 01 iyul 2018-ci il tarixli UE/18/07/01 saylı invoys üzrə idxal olunan 91047,95 kv.metr döşəmə, divar və s. üçün digər lövhəciklərin gömrük dəyərinin müəyyən olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçının idxal etdiyi **********6178 saylı gömrük bəyənnaməsinin “31.Malların təsviri” bölümündə olan “Döşəmə, divar üçün və su udma əmsalı 0,5 kütlə %-dən çox olan, lakin 10 kütlə %-dən çox olmayan digər lövhəciklər” adlı malların təsvirinin və “33.Malın kodu” bölümündə olan ********** saylı alt yarımmövqe koduna düzəliş verilərək, sənədlərdə (ixracatçı şirkət tərəfindən təqdim edilən invoys və ixracatçı ölkənin təqdim etdiyi mənşə sertifikatı) göstərilən, qanunvericiliyə uyğun olan “malların təsviri” və doğru olan alt yarımmövqe koduna dəyışdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-52/2020 saylı iş üzrə 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən iddia tələbi təmin edilərək İddiaçı MMC-nin idxal etdiyi **********6178 saylı gömrük bəyənnaməsinin “31.Malların təsviri” bölümündə olan “Döşəmə, divar üçün və su udma əmsalı 0,5 kütlə % - dən çox olan, lakin 10 kütlə %-dən çox olmayan digər lövhəciklər” adlı malların təsvirinin və “33.Malın kodu” bölümündə olan ********** saylı alt yarımmövqe koduna düzəliş verilərək, sənədlərdə (ixracatçı şirkət tərəfindən təqdim edilən invoys və ixracatçı ölkənin təqdim etdiyi mənşə sertifikatı) göstərilən, qanunvericiliyə uyğun olan “malların təsviri” və doğru olan alt yarımmövqe koduna dəyişdirilərək rəsmiləşdirilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-342/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-52/2020 saylı iş üzrə 24 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin 2-1(102)-1934/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-342/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmış, cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-770/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-52/2020 nömrəli, 24 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 2-1(102)-1292/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 770/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 21 yanvar 2023-cü il tarixli, 1400-001/0xx-xx/000841 saylı məktubu ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-52/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının nəticə hissəsinin izah edilməsi barədə ərizə verilmişdir. Ərizədə bildirilmişdir ki, məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(112)-52/2020 saylı məktubuna (Daxil olma tarixi: xx.xx.2023-cü il, nömrəsi xx/xx/001390) cavab olaraq bildirilir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-52/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı MMC-nin idxal etdiyi **********6178 sorğu nömrəli gömrük bəyannaməsinin “31.Malların təsviri” bölümündə olan "Döşəmə, divar üçün və su udma əmsalı 0.5 kütlə %-dən çox olan, lakin 10 kütlə %- dən çox olmayan digər lövhəciklər" adlı malların təsvirinin və “33.Malın kodu” bölümündə olan ********** saylı alt yarımmövqe koduna düzəliş verilərək, sənədlərdə (ixracatçı şirkət tərəfindən təqdim edilən invoys və ixracatçı ölkənin təqdim etdiyi mənşə sertifikatı) göstərilən, qanunvericiliyə uyğun olan “malların təsviri” və doğru olan alt yarımmövqe koduna dəyişdirilərək rəsmiləşdirilməsi öhdəliyi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulmuşdur. Qərarın icrası ilə əlaqədar aparılmış araşdırma zamanı **********6178 sorğu nömrəli gömrük bəyannaməsinin “31.Malların təsviri” bölümündə olan “Döşəmə, divar üçün və su udma əmsalı 0.5 kütlə %-dən çox olan, lakin 10 kütlə %-dən çox olmayan digər lövhəciklər” adlı malların təsviri və “33.Malın kodu” bölümündə olan ********** saylı alt yarımmövqe kodu ilə həmin gömrük bəyannaməsinə əlavə olunmuş ixracatçı ölkənin təqdim etdiyi mənşə sertifikatının 7-ci qrafasında göstərilən HS CODE 6907 22 (Təsnifat kodu) və malların təsviri arasında uyğunsuzluq aşkar edilməmişdir. **********6178 sorğu nömrəli gömrük bəyannaməsi sənədlərdə göstərilən, qanunvericiliyə uyğun olan “malların təsviri" və doğru olan alt yarımmövqe kodu ilə rəsmiləşdirilmişdir. Göstərilənlərin nəzərə alınaraq Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-52/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının nəticə hissəsinin izah edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-52/2020 saylı iş üzrə 15 fevral 2023-cü il tarixli qərardadına əsasən (hakim M.Qarayeva) məhkəmə qərarına izah verilməsi barədə cavabdehin ərizəsinin təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-52/2020 saylı 24 sentyabr 2020-ci il tarixli qərarının icrası ilə bağlı izah edilir ki, İddiaçı MMC-nin idxal etdiyi **********6178 saylı gömrük bəyənnaməsinin “31.Malların təsviri” bölümündə olan “Döşəmə, divar üçün və su udma əmsalı 0,5 kütlə % - dən çox olan, lakin 10 kütlə %-dən çox olmayan digər lövhəciklər” adlı malların təsvirinin və “33.Malın kodu” bölümündə olan ********** saylı alt yarımmövqe koduna düzəliş verilərək, sənədlərdə (ixracatçı şirkət tərəfindən təqdim edilən invoys və ixracatçı ölkənin təqdim etdiyi mənşə sertifikatı) göstərilən, qanunvericiliyə uyğun olan “malların təsviri” və doğru olan alt yarımmövqedə “**********” koduna dəyişdirilərək rəsmiləşdirilməsinin nəzərə alınması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və qərara izah verilməsinə dair ərizələrinə iştirakları təmin edilməklə təqdim olunmuş sübutlar nəzərə alınmaqla baxılması və izah verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır, qərarın icrası ilə əlaqədar aparılmış araşdırma zamanı **********6178 sorğu nömrəli gömrük bəyannaməsinin “31.Malların təsviri” bölümündə olan “Döşəmə, divar üçün və su udma əmsalı 0.5 kütlə %-dən çox olan, lakin 10 kütlə %-dən çox olmayan digər lövhəciklər” adlı malların təsviri və “33.Malın kodu” bölümündə olan ********** saylı alt yarımmövqe kodu ilə həmin gömrük bəyannaməsinə əlavə olunmuş ixracatçı ölkənin təqdim etdiyi mənşə sertifikatının 7-ci qrafasında göstərilən HS CODE 6907 22 (Təsnifat kodu) və malların təsviri arasında uyğunsuzluq aşkar edilməmiş, **********6178 sorğu nömrəli gömrük bəyannaməsinin sənədlərdə göstərilən, qanunvericiliyə uyğun olan “malların təsviri” və doğru olan alt yarımmövqe kodu ilə rəsmiləşdirildiyi müəyyən olunmuşdur. Məhkəmə iclası keçirilərkən gömrük orqanı iclasın vaxtı və yeri barədə məlumatlandırılmamış, qərardad qəbul edilərkən cavabdehin öz mülahizələrini bildirmək imkanına malik olduğu faktlar və sübutlarla əsaslandırılmamış, iş üzrə icraatda gömrük orqanının nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə qərardadının izahı zamanı **********6178 sorğu nömrəli gömrük bəyannaməsində göstərilən ********** təsnifat kodu ixracatçı ölkənin təqdim etdiyi mənşə sertifikatında göstərilən təsnifat kodu ilə eyni olduğundan məhkəmə qərarının gömrük orqanı tərəfindən icra edilmiş sayılmasına da münasibət bildirilməmişdir. Məhkəmə qərardadı işin faktiki hallarına və qanunvericiliyin tələblərinə uyğun gəlmir, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-52/2020 saylı iş üzrə 15 fevral 2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəfləri dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 116.1-ci maddəsinə görə bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarının icrası ilə bağlı Azərbaycan Respublikası MPM-nin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə görə işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə borcludur. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən, qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən qərarın izah olunmasına yalnız o halda yol verilir ki, həmin qərar icra edilməmiş olsun. Bu onunla əlaqədardır ki, qərar məhz onun icrasını təmin etmək üçün izah olunur və qərar icra edildikdən sonra onun izah olunması qərarın icrasına qədərki və ondan sonraki vəziyyəti dəyişmir. Şərh olunan maddəni tətbiq edərkən nəzərə almaq lazımdır ki, bu maddədə qərarın icra edilməməsi dedikdə onun tam icra edilməməsi başa düşülməlidir. Odur ki, qərarın qismən icra edilməsi onun icra edilməmiş hissəsində izah olunmasını istisna etmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-52/2020 saylı iş üzrə 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən iddia tələbi təmin edilərək İddiaçı MMC-nin idxal etdiyi **********6178 saylı gömrük bəyənnaməsinin “31.Malların təsviri” bölümündə olan “Döşəmə, divar üçün və su udma əmsalı 0,5 kütlə % - dən çox olan, lakin 10 kütlə %-dən çox olmayan digər lövhəciklər” adlı malların təsvirinin və “33.Malın kodu” bölümündə olan ********** saylı alt yarımmövqe koduna düzəliş verilərək, sənədlərdə (ixracatçı şirkət tərəfindən təqdim edilən invoys və ixracatçı ölkənin təqdim etdiyi mənşə sertifikatı) göstərilən, qanunvericiliyə uyğun olan “malların təsviri” və doğru olan alt yarımmövqe koduna dəyişdirilərək rəsmiləşdirilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulmuşdur. Qərar qüvvəyə mindiyindən icraya yönəldilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən gömrük orqanına verilmiş **********6178 sorğu nömrəli ilkin gömrük bəyannaməsində malın kodunun “6914 90 0000” kimi göstərilməsi qanunvericilik normalarının tələblərinə tamamilə uyğun olmuşdur. Gömrük orqanı ona təqdim edilən ilkin bəyannamə ilə razılaşmamaqda haqlı olmamış, özünü qane edən ikinci bəyannamənin qəbul edilməsi isə bəyannaməçidən əsassız səbəblərdən qanunvericiliklə müəyyən edilən məbləğdən xeyli artıq gömrük rüsumunun alınması ilə nəticələnmiş, bütün bunlar isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçını böyük maddi itkilərlə üzləşdirdiyindən onu əlverişsiz vəziyyətə salmışdır. Ali Məhkəmənin 2-1(102)-1292/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “Azərbaycan Respublikasının xarici X5 nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin 69-cu qrupunun “digər keramika məmulatları” adlanan 2-ci yarımqrupunda iddiaçının sərhəd gömrük orqanına təqdim etdiyi ilkin bəyannamədə “**********” kimi göstərdiyi mal kodu altında mal mövqelərinin adları “digərləri” kimi göstərilmişdir. Əvvəlki apellyasiya baxışında məhkəmə kollegiyası bu halla bağlı qeyd etmişdir ki, iddiaçı tərəf təyinat ölkəsinə ixrac etmək istədiyi malın kodunu öz mövqeyinə və iradəsinə əsasən deyil, mənşə ölkəsi İran İslam Respublikasının Astara şəhərində yerləşən “X9 Trading Co. LTD” şirkətindən 02 aprel 2018-ci il tarixli, 2018/04/02/01 saylı müqavilədə və 01 iyul 2018-ci il tarixli, UE/18/07/01 saylı invoysda, habelə xx.xx.2018-ci il tarixdə İran Ticarət, Sənaye, Mədən və Kənd Sənayesinin sədri tərəfindən verilmiş **********001 saylı, AA2294063 nömrəli mənşə sertifikatında göstərilənlərə əsasən müəyyən etmiş və gömrük orqanına bəyan etmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, bu zaman iddiaçı tərəfindən sərhəd gömrük orqanına verilmiş **********6178 sorğu nömrəli ilkin gömrük bəyannaməsində malın kodunun “**********” kimi göstərilməsi maddi hüquq normalarının tələblərinə uyğun olmuşdur. Sadəcə olaraq hazırki işdə gömrük orqanı ona iddiaçının təqdim etdiyi ilkin bəyannamə ilə razılaşmamış, öz təşəbbüsü ilə əsassız olaraq istinad etdiyi ikinci bir bəyannamənin verilməsini tələb etmiş və buna görə də iddiaçı məcbur qalaraq əsassız səbəbdən ikinci bəyannaməni-**********6178 sorğu nömrəli sonrakı gömrük bəyannaməsini (hansı ki, mənşə ölkəsi İran İslam Respublikasından təyinat ölkəsi Azərbaycan Respublikasına göndərilmiş malların kodu ********** kimi göstərilmişdir) təqdim etmiş və məhz bundan sonra həmin bəyannamə sərhəd gömrük orqanı tərəfindən qəbul edilərək mallar xx.xx.2018-ci il tarixdə sərhəd gömrük buraxılış məntəqəsindən buraxılmışdır. Hazırkı mübahisəyə münasibətdə işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından iddiaçının təqdim etdiyi ilkin gömrük bəyannaməsində məlumatların, o cümlədən yükün X1 Nomenklaturası (XİFMN) üzrə kodunun düzgün qeyd olunduğu görünür. Başqa sözlə, idxal olunan yükün X1 Nomenklaturası (XİFMN) üzrə kodunun məhz cavabdeh tərəfindən düzgün müəyyən edilmədiyi iş üzrə materiallarla təsdiq olunur. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadı ilə hesab etmişdir ki, cavabdehin ərizəsi təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-52/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının nəticə hissəsi izah edilərək İddiaçı MMC-nin idxal etdiyi **********6178 saylı gömrük bəyənnaməsinin “31.Malların təsviri” bölümündə olan “Döşəmə, divar üçün və su udma əmsalı 0,5 kütlə % - dən çox olan, lakin 10 kütlə %-dən çox olmayan digər lövhəciklər” adlı malların təsvirinin və “33.Malın kodu” bölümündə olan ********** saylı alt yarımmövqe koduna düzəliş verilərək, sənədlərdə (ixracatçı şirkət tərəfindən təqdim edilən invoys və ixracatçı ölkənin təqdim etdiyi mənşə sertifikatı) göstərilən, qanunvericiliyə uyğun olan “malların təsviri” və doğru olan alt yarımmövqedə “**********” koduna dəyişdirilərək rəsmiləşdirilməsi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər formal mülahizələrdən ibarət olmaqla birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas deyildir. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Beləliklə məhkəmə kollegiyası işin materiallarını nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-52/2020 saylı 24 sentyabr 2020-ci il tarixli qərarına izah verilməsi barədə ərizənin təmin edilməsinə dair düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə qəbul olunmuş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və İPM-in 68, 77 və 80-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-52/2020 saylı, 15 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçılarına rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar