Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1967/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı pensiyaya çıxmasını təmin etmək məqsədilə xidmət etdiyi illərin düzgün hesablanılması tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2285/2021 saylı, 06 may 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh DİN Baş Mühafizə İdarəsinə qarşı “pensiyaya çıxmasını təmin etmək məqsədi ilə xidmət etdiyi illərin düzgün hesablanılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiаçı tələbini оnunlа əsаslаndırmışdır ki, o, 1992-ci ildən 2003-cü ilədək Cavabdehndə sıravi polis kimi xidmət etmişdir. 2003-cü ilin yanvar ayında onu qanunsuz olaraq Baş Mühafizə İdarəsində xidmətdən xaric etmişlər. Bununla əlaqədar olaraq yazılı və şifahi şikayətlərinə baxmayaraq, xidmətini bərpa etməmişlər. İşdən xaric olunmasına səbəb kimi Tahirə adlı xanımı döyüb, ona xəsarətlər yetirdiyini bildirmişlər. Lakin bunlar hamısı cəfəngiyyatdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə dair yazılı etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı, vətəndaş Tahirə Mirzəyeva ilə aralarında baş vermiş mübahisə zəminində döyüb bədən xəsarəti yetirdiyinə görə DİN-nin Baş Mühafizə İdarəsinin 23.01.2003-cü il tarixli, 20 ş/h nömrəli əmri ilə “Azərbaycan Respublikasının X3 xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən (DİO əməkdaşı adına ləkə gətirən hərəkətlər etdiyinə görə) X3 xidmətdən xaric edilmişdir. Azərbaycan Respublikasının X3 xidmət keçmə haqqında Əsasnamənin 17-ci maddəsində mənfi motivlə X3 xidmətdən xaric edilmiş əməkdaşların yenidən xidmətə qəbulun yolverilməz olduğu, 137-ci maddəsində isə siravi və kiçik rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələrdə olan əməkdaşların 50 yaşınadək xidmət edə bildikləri göstərilmişdir. Mənfi motivlə xidmətdən xaric olunduğu üçün və gələcəkdə təqaüd təyin edilməsi baxımından xidmətə yenidən qəbulu mümkün hesab olunmamışdır. Əsasnamənin 144-cü maddəsinə əsasən xidmət illərinə görə pensiya almaq hüququna xidmətdən buraxılanadək imtiyazlı günlərlə birlikdə 25 il və daha çox xidmət etmiş əməkdaşlar malik olmuşdur. İddiaçı DİOda xidmət illəri təqvimi hesablama ilə 12 il, 02 ay, 25 gün, imtiyazlı hesablama ilə 17 il, 01 ay, 01 gün təşkil etdiyindən qüvvədə olan “Əmək Pensiyaları” haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən iddiaçıya təqaüdün təyin edilməsi mümkün hesab edilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2285/2021 saylı, 06 may 2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı pensiyaya çıxmasını təmin etmək məqsədilə xidmət etdiyi illərin düzgün hesablanılması tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. İş üzrə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izаhаtını dinləyərək, təqdim еdilmiş sənədləri tədqiq edərək, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, Azərbaycan Respublikasının Cavabdehndə polis nəfəri kimi 05 iyun 1992-ci il tarixdən 23 yanvar 2003-cü il tarixədək xidmət etmişdir. Azərbaycan Respublikasının X3 Xidmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən 23 yanvar 2003cü ildə xidmətdən xaric edilmişdir. İddiaçı cavabdehə pensiyanın təyin edilməsi üçün Baş Mühafizə İdarəsində polis heyətində xidmət etdiyi dövrünün düzgün hesablanılması barədə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının xidmətinin təqvimi hesablama 12 il, 02 ay, 25 gün (on iki il, iki ay, iyirmi beş gün) imtiyazlı hesablama 17 il, 01 ay, 01 gün (on yeddi il, bir gün, bir ay) olması müəyyən edilməsi ilə razılaşmamış, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini əsassız hesab edərək rədd edərkən ona əsaslanmışdır ki, Azərbaycan Respublikasının Cavabdeh 23 yanvar 2003-cü il tarixli 20ş/h saylı əmri ilə Azərbaycan Respublikasının “X3 Xidmət Keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən (daxili işlər orqanlarının əməkdaşlarının adına ləkə gətirən hərəkətlər etdiyinə görə) X3 xidmətdən xaric edilmişdir. İddiaçı X3 xidmət illəri Əsasnamənin 145-ci maddəsində nəzərdə tutulmuş və pensiya almaq hüququ verən müddətdən (imtiyazlı 25 il) az olduğundan (17 il 01 ay 01 gün) onun təqaüd almaq hüququ yaranmamışdır. Ona görə də inzibati orqanın imtinası əsaslı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi mövqe ilə razılaşaraq aşağıdakıları qeyd edir. İddiaçı iddia tələbində və apellyasiya şikayətində cavabdeh tərəfindən iddiaçının xidmət illərinin səhv hesablanmasını göstərsə də, məhkəmə kollegiyası hesab edir ki, bu dəlillər əsassızdır. Belə ki, işin faktiki hallarına əsasən iddiaçının təqvim üzrə xidmətinin 12 il 02 ay 25 gün, imtiyazlı hesablama ilə isə 17 il 01 ay 01 gün müəyyən edilmişdir. İş materiallarında olan X4 Baş Mühafizə İdarəsinin iddiaçıya və məhkəməyə ünvanladığı çoxsaylı cavab məktublarından da görünür ki, İddiaçı 05 iyun 1992-ci il tarixdən 23 yanvar 2003-cü il tarixədək X3 xidmət etmiş və Azərbaycan Respublikasının “X3 Xidmət Keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 09-cu bəndinə əsasən xidmətdən xaric edilmişdir. X3 xidmətdən xaric edilərkən Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının “X3 Xidmət Keçmə haqqında Əsasnamə”nin 144-cü maddəsinə əsasən xidmət illərinə görə pensiya almaq hüququna xidmətdən buraxılanadək imtiyazlı günlərlə birlikdə 25 il və daha çox xidmət etmiş əməkdaşlar malik olduğundan qüvvədə olan “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən təqaüdün təyin edilməsi mümkün olmamışdır. İddiaçı apellyasiya şikayətində onun X3 xidmət illlərinin cavabdeh tərəfindən düzgün hesablanmamasının nədən ibarət olduğunu göstərməmiş, buna dair dəlilləri əsaslandırmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə uyğun olaraq, polis – Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır; Həmin Qanunun 36-cı maddəsinə əsasən, polis əməkdaşının pensiyasının və sosial təminatının məbləği və təyin edilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edən qanun “Əmək pensiyaları haqqında” Qanundur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.3. hərbi qulluqçular—Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdirlər. Həmin Qanunun 9.5-ci maddəsinə görə, aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır:9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular;9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər;9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. 29 iyun 2001-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X3 xidmət keçmə haqqında Əsasnamə”nin Həmin Əsasnamənin 144-cü maddəsinə uyğun olaraq, xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər. Həmin Əsasnamənin 141-ci maddəsinə əsasən, daxili işlər orqanları əməkdaşlarının xidmətdən xaric edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada həyata keçirilir. İşin faktiki hallarına əsasən məhkəmə tərəfindən iddiaçının xidməti 12 il, 02 ay, 25 gün (on iki il, iki ay, iyirmi beş gün) imtiyazlı hesablama 17 il, 01 ay, 01 gün (on yeddi il, bir gün, bir ay) müəyyən edilmişdir. İddiaçı onun X3 xidmət illərin cavabdeh tərəfindən düzgün hesablanmamasının nədən ibarət olduğunu bildirməmiş, buna dair dəlilləri əsaslandırmamışdır. İşin halları məhkəmə prosesi zamanı araşdırılarkən, cavabdeh tərəfindən iddiaçının xidmət illərin səhv hesablanması sübuta yetirilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2285/2021 saylı, 06 may 2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1967/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1967/2021
18.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver