Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1968/2021 02.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-2855/202N saylı 04.05.202N-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə),açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi və sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı N989-cu ildə Astara rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, NN-ci ildə hərbi xidmətini başa vurmuşdur. O, 0N.N0.N2-ci il tarixdə N saylı hərbi hissə komandirinin N saylı əmri ilə baş gizir, həmin hərbi hissə komandirinin 08.02.N3-cü il 23 saylı əmri ilə tağım komandiri, N saylı hərbi hissə komandirinin 30.07.N3-cü il tarixli 67 saylı əmri ilə (Ağcabədi rayon ərazisinə) döyüş bölgəsinə göndərilmiş və döyüş pulu almışdır. Döyüş pulu alması və döyüş bölgəsində olması Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi arxiv sənədi ilə təsdiq edilir. Belə ki, N saylı hərbi hissə komandirinin 0N.09.N3-cü il tarixli əmri ilə N saylı hərbi hissəyə göndərilmişdir. N6-cı il tarixdə həmin hərbi hissədə xidmətini başa vurub tərxis olunmuşdur. 03.0N.N7-ci il tarixdə Azərbaycan X2masına dair vəsiqə almışdır. Belə ki, vəsiqənin müddəti qurtardığı üçün dəfələrlə cavabdehə müraciət etsə də vəsiqəsinin dəyişməsindən əsassız olaraq imtina edir. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-2855/202N saylı 04.05.202N-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə iddiaçı N3.06.N97N-ci ildə Astara rayonunda doğulmuş İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar əsassızdır. Məhkəmə tələbdə olmayan vəzifəni cavabdehin üzərinə qoymuşdur. Çünki iş materiallarından görünür ki, iddiaçı artıq Komissiyaya müraciət etmiş, ona imtina olunmuşdur. Yəni. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı artıq inzibati akt qəbul olunmuş və artıq həmin imtinanı mübahisələndirmişdir. Qərar qəbul etmək əvəzində məhkəmə qərardad da qəbul edə bilərdi ki, həmin müddət ərzində və orada müvafiq inzibati aktın qəbul edilməsi üçün müəyyən müddət təyin olunsun və inzibati inzibati iş üzrə icraat həmin müddətdə dayandırıla bilərdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddianın tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi. Habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. İddiaçı döyüş əməliyyatları aparan hərbi hissələrə döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmadığı arxiv arayışı ilə təsdiq olunduğundan ona müharibə veteranı adının verilməsindən imtina olunmuşdur. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı cavabdehin ona veteran vəsiqəsi verməkdən imtina etməsini əsassız olduğunu vurğulayaraq, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşıdırıb belə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi qərardadında hesab etmişdir ki, «…cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır…» Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə əlaqədar əvvəla onu qeyd edir ki, iddiaçıya ünvanlanmış 22.N0.2020-ci il tarixli N/S- N3999 №li məktubda, cavabdeh iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etməsinin səbəbini konkret göstərərək qeyd etmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivin 22.0N.2020-ci il tarixli 9/2-876 nömrəli arayışına əsasən N () nömrəli hərbi hissədə 30.06.N3-cü il tarixdən sonrakı dövrdə xidmət keçmək barədə məlumat olmadığına və Ağcabədi rayonu döyüş bölgəsinə göndərilməsinin məqsədi bilinmir. Digər tərəfdən, birinci instansiya məhkəməsi, işdə olan - N nömrəli hərbi hissə komandirinin N iyun N3-cü il tarixli 67 №-li əmrində döyüş bölgəsində olmuş V.Ə.Sadıqovun döyüş pulu alması, N nömrəli hərbi hissə komandirinin N fevral N3-cü il 23 №-li əmrində tağım komandiri XN şəhərinə döyüş bölgəsinə göndərilməsi, bundan əlavə, iddiaçının hərbi biletinin 3-cü səhifəsindəki qeydlərində iddiaçının 23.0N.N6-cı il tarixində qanuni əsaslarla tərxis olunması barədə -məlumatları tədqiq etsə də, onlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N5-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələbləri qaydasında cavabdehin imtinasına münasibətdə hüquqi qiymət vermək əvəzinə, məsələyə yenidən baxılmasını cavabdehə həvalə etməklə, hüquqi müəyyənlik prinsipinə uyğun olmayan nəticəyə gəlmişdir. Ən azından, artıq formalaşmış məhkəmə təcrübəsində kifayət qədə oxşar işlərə mahiyyəti üzrə baxılıb müvafiq qərarlar qəbul edilmişdir. Əgər məhkəmə, istinad etdiyi sübutlarla müəyyən edilən hallarla, cavabdehin imtinasında istinad etdiyi mənbə arasında ziddiyyətli məqamlara aydınlıq gətirilməsini və bu zaman cavabdehin iddiaçıya olan mövqeyində müsbət mənada iddiaçının xeyrinə dəyişiklik yarana biləcəyini ehtimal edirsə, prosessual qənaət prinsipi baxımından, bununla bağlı işə mahiyyəti üzrə baxılması çərçivəsində qanunvericiliklə müəyyən edilən hüquqlarından istifadə etmək imkanına malikdir. Belə ki, İPM-in 67.2-ci maddəsinin tələbinə görə sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi. Habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə borcludur. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələblərinin təmin olunması üçün heç bir tədbir görülmədiyi və ya görülmüş yeni tədbirlərin iddiaçının tələbini təmin etmədiyi hallarda mübahisə ilə bağlı məhkəmə icraatı davam etdirilir və işə mahiyyəti üzrə baxılır. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab ki, konkret halda, birinci instansiya məhkəməsinin iddiaçıya veteran adı və vəsiqəsinin verilməsi məsələsinə yenidən baxılmasının cavabdehə havalə edilməsi barədə gəldiyi nəticə işdə olan sübutlara, maddi və prosessual hüquq normalarına uyğun sayıla bilməz. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə qismən razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2- N(NN2)-2855/202N saylı 04.05.202N-ci il tarixli qərarı ləğv edilməli, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Eyni zamanda, İPM-in 87.9-cu maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, sonrakı prosessual hərəkətlərin davamı çərçivəsində birinci instansiya məhkəməsi cavabdehin (nümayəndəsinin) məhkəmə iclasında iştirakını təmin etməli, işdə olan sübutlara əsasən müəyyən etdiyi hesab etdiyi məqamlara aydınlıq gətirməli, zəruri olduqda, qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri qaydasında prosessual hərəkətləri yerinə yetirməklə, məsələni hərtərəfli araşdırıb hüquqi qiymətləndirmə aparmalı və nəticəsindən asılı olaraq da iddiaçının tələbi üzrə mahiyyəti üzrə konkret nəticəyə gəlməlidir. Qeyd olunanlara əsasən və İPM-in 68, 69, 87, 90, 89, 90-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-2855/202N saylı 04.05.202N-ci il tarixli qərarı ləğv edilsin. İş məhkəmə icraatının davam etdirilməsi yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir. Sədrlik edən Cahangir Yusifov Hakimlər Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1968/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1968/2021
02.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver