Məhkəmə qərarları › İş №2-1(103)-1971/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1971/2021

14.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1971/2021 14.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçı X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi tələbinə dair» iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1755/2021saylı 06.05.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə xx.xx.1963-cü il tarixdə anadan olmuş iddiaçının 20.10.1989-cu il təvəllüdlü sağlamlıq imkanları məvdud uşağı X7; nömərli TSEK-in qərarına əsasən 09.04.2012-ci il tarixli qərarına əsasən İ qrup əlildir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən 13.06.2020-ci il tarixində sağlamlıq imkanları məhdud uşağına qulluq etdiyi üçün 56 yaş yarımdan əmək pensiyası hüququ yaranmış, bununla əlaqədar cavabdehə müraciət etmiş, lakin sonuncu 26.08.2020-ci il tarixində imtina cavabını almışdır. Halbuki 4 nömrəli TSEK-in müddətsiz (ömürlük) arayışı, qəyyumluq sənədini, sənədlərə əmək kitabçası və diplomun notariat qaydasında təsdiq olunmuş surətlərini ərizəsinə əlavə olunmuşdur. 1980-1985-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnistutunda təhsil dövrü, 01.08.1980-04.08.1982-ci illər ərzində Bakı şəhər Oktyabr rayonu məlumat-hesablama stansiyasında operator vəzifəsində işlədiyi 2 il, 27.01.1987-20.04.1991-ci illərdə Bakı şəhər, Yasamal rayonu, İcra Hakimiyyətinin Maliyyə şöbəsində büdcə üzrə iqtisadçı vəzifəsində işlədiyi 4 il 3 ay və qəyyum təyin edildiyi müddət mövcud qanunvericiliyə əsasən iş stajına aid edilir. Ümumi iş stajı 25 ildən çox təşkil edir. Cavabdeh iddia ərizəsinə qarşı etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının 21.04.1991-ci il tarixdən 02.01.1996-cı il tarixədək “Sevinc” kiçik müəssisəsində və 03.01.1996-cı il tarixdən 30.10.2003-cü il tarixədək “Sülh” kiçik müəssisəsində işlədiyinə dair hər hansı arxiv sənədləri aşkar edilməmiş və iddia etdiyi müəssisələrdən əmək haqqı almasına dair arayış təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1755/2021saylı 06.05.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı xx.xx.1963-ci il təvəllüdlü X3 yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…İddiaçının övladının əlilliyini təsdiq edən Zona TSEK tərəfindən 28.06.2001-ci il ildə verilmiş arayışdan aydın olur ki. əlillik ilk dəfə 12 yaşında müəyyən olunmuşdur. «Əmək pensiyaları haqqında» Qanunun 8.2-ci maddəsində sağlamlıq imkanları məhdud olan uşağın əlilliyi səkkiz yaşınadək müəyyən olunmalıdır. İddiaçının övladının əlilliyi səkkiz yaşınadək müəyyən olunmadığına görə yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ yoxdur. Bununla yanaşı, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1 və 3.9-cu bəndlərinə əsasən iddiaçının sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsinin və İ qrup əlilə qulluq etməsinin təsdiq olunması üçün akt (10 nömrəli əlavə) tərtib olunmalıdır. Bundan əlavə, əmək kitabçasında qeyd olunan «Sevinc» kiçik müəsissisəsində və «Sülh» kiçik müəsissəsində işlədiyi illərə dair Dövlət Vergi Xidmətindən alınmış sorğuya cavabında bildirilmişdir ki, «Sülh» firması 06.07.1999-cu ildə ş-715 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınimış, «Sevinc kiçik müəsisəsinə aid isə heç bir məlumat aşkar edilməmişdir. Bütün bunlar iddiaçının əmək kitabçasındakı qeyd olunan müəssisələrlə bağlı qeydlərini qeyri-mötəbər edir.(Qaydaların 3.1-ci bəndinin müddalarına istinad olunur). Bundan əlavə, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək pensiyasının təyin edilməsi qanunla müəyyən edilmiş hallar istisna olmaqla, 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərəfn şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır…» Məhkəmə kollegiyasının iclasında iştirakı edən cavabdehin nümayəndəsi N.Şahgəldiyeva iddiaçının sağlamlıq imkanları məhdud və sonradan İ qrup əlil olmuş uşağına qulluq etməsi barədə tərtib olunmuş Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 16.09.2021-ci il tarixli aktını (həmin akta iddiaçının ailə tərəkibi haqqında arayışda əlvə edilmişdir) məhkəməyə təqdim edərək, cavabdeh idddiaçının sağlamlıq imkanları məhdud uşağına qulluq etdiyi 2001-2005-ci illəri və 2012-ci ildən hazırkı dövrə qədər müddətin onun sığorta stajı kimi artıq qəbul edir, lakin iddiaçının «Sülh» firması və Sevinc kiçik müəssisəsində işlədiyi dövrlərin onun sığorta stajı kimi qeydə alınması mümkünsüz olduğundan iddiaçının 25 il sığorta stajı yaranmadığını bildirərək, hər bir halda, apellyasiya şikayətini müdafiə etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştiak edən iddiaçı S.Zəkəryayeva cavabdehin nümayəndəsi ilə razılaşmamış, apellyasia şikayətinə etiraz edərək, «Sülh» firması və Sevinc kiçik müəssisəsində işlədiyi dövrə dair saxlanılmış bir sıra sənədləri məhkəməyə təqdim edərək, onun həmin müəssisələrdə mühasib işlədiyi vaxt fəaliyyət göstərdiyini, hesabatlar verildiyini və ona əmək haqqı verildiyini bildirərək birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 (altmış üç) yaşına çatmış kişilərin və 60 (altmış) yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci 1 iyul tarixinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, sağlamlıq imkanları məhdud uşağını 8 (səkkiz) yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı Qanunun qeyd olunan tələbləri qaydasında ona əmək pensiyası təyin olunması üçün cavabdeh orqana 19.06.2020-ci il tarixində müraciət etmişdir. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, cavabdeh apellyasiya şikayətində şikayətində iddiaçının salamlıq imkanı məhdud və əlil uşağına qulluq etmə dövrünün onun sığorta stajına aid edilməsini bu barədə akt (10 nömrəli əlavə) olmadığını mübahisələndirsə də, hazırkı mərhələdə məhkəmədə iştirak edən nümayəndəsi tərəfindən Qaydaların 3.1-ci bəndinin nəzərdə tutduğu həmin Aktın cavabdehin əməkdaşları tərəfindən tərtib olunduğunu və iddiaçının sağlamlıq imkanı məhdud və İ qrup əlil uşağına qulluq etdiyi dövr onun sığorta stajı kimi cavabdeh tərəfindən qəbul edildiyini bildirərək, həmin Aktı məhkəməyə təqdim etmişdir. Təqdim edilən həmin Akta əsasən isə müəyyən olunur ki, iddiaçının sağlamlıq imkanı məhdud övladı X6 28.06.2001-19.08.2005-ci illərdə (4 il 1 ay 21gün), habelə, onun İ qrup əlilliyinin müəyyən edildiyi 09.04.2012-ci il tarixindən hal-hazıradək (pensiya təyinatı üçün cavabdehə müraciət etdiyi 19.06.2020-ci il tarixindək: 9 il 5 ay 7 gün) övladına qulluq ediyi cavabdehin əməkdaşlarının və iddiaçının qonşularının imzaları ilə təsdiq olunur (Uşağa qulluq dövrü ümumilikdə, 13 il 6 ay 28 gün təşkil edir). “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsinə əsasən, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ (birinci) qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti daxil edilir. Qanunun qeyd olunan tələbini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sağlamlıq imkanları məhdud və İ qrup əlil uşağına qulluq etdiyi dövr (13 il 6 ay 28 gün) iddiaçının sığorta stajı kimi qəbul edilməlidir. Cavabdehin işə əlavə olunmuş iddia ərizəsinə etirazına, habelə, apellyasiya şikayətinin dəlillərinə əsasən müəyyən olunur ki, iddiaçının 21.04.1991-ci il tarixdən 02.01.1996-cı il tarixədək “Sevinc” kiçik müəssisəsində, 03.01.1996-cı il tarixdən 30.10.2003-cü il tarixədək isə “Sülh” kiçik müəssisəsində işlədiyi dövrləri sığorta stajı kimi qəbul etmir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan dəlilləri əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3-cü bəndinin müəyyən etdiyi qaydalardan görünür ki, 2006-cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının adıçəkilən müəsissələrdə işlədiyi dövrdə qüvvədə olan və cavabdehin də apellyasiya şikayətində istinad etdiyi «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin 6-cı hissəsinə əsasən əmək pensiyasının təyin edilməsi qanunla müəyyən edilmiş hallar istisna olmaqla, 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002ci ilədək əmək fəaliyyəti göstərəfn şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır…». Qanunun qeyd olunan tələbindən göründüyü kimi, 1 yanvar 2002-ci il tarixindən sonra məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti işçinin əmək stajı müddətinə daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərəfən şəxslərə münasibətdə isə pensiyanın təyin olunması üçün dövlət sosial sığorta haqlarının ödənilməsi məcburiliyi nəzərə alınmır, iş stacı əsas götürülməklə pensiya təyinatı aparılır. İddiaçının işə əlavə olunmuş əmək kitabçasının surətinə əsasən müəyyən olunur ki, “Sevinc” kiçik müəssisəsində 21.04.1991-ci il tarixdən 02.01.1996-cı il tarixədək (4 il 8 ay 11gün) işləmişdir. Onun hazırkı mərhələdə məhkəməyə təqdim etdiyi sənədlərə, o cümlədən, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin 4 noyabr 1993-cü il tarixli 3619 saylı sərəncamına əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin 1 oktyabr 1990-cı il tarixli 480 N-li “Kiçik müəssisələrin yaradılması və inkişaf etdirilməsi tədbirləri haqqında” Qanunu və təsisçinin müraciətini nəzərə alaraq həmin sərəncamla, hüquqi ünvanı: ünvan 1i dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda, onun məhkəməyə təqdim etdiyi “Sevinc” kiçik müəssisəsinin nizamnamələrindən görünür ki, müəssisənin nizamnaməsi 04.11.1994-cü il tarixində Nizami rayon İcra hakimyyəti tərəfindən qeydiyyata alınmış, daha sonra 24 may 1996-cı il tarixində AR Ədliyyə Naziriliyində yenidən qeydiyyata alınmış və 29476 N-li şəhadətnamə verilmişdir (İddiaçının deməsinə görə müəssisənin qeydiyyata alınması barədə ilkin sərəncam mövcud olsa da, saxlanılmamışdır). Digər tərəfindən qeyd olunmalıdır ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X9 Qeydiyyatı İdarəsinin məhkəmənin sorğusuna ünvanladığı, işə əlavə olunmuş 29 yanvar 2021-ci il tarixli cavab məktubundan da görünür ki, reyestrdə “Sevinc” adında kiçik müəssisənin mövcud olmadığı qeyd olunmamış, sadəcə həmin adda bir neçə qürumun aşkar olunduğu qeyd edilmişdir. İddiaçının “Sevinc” kiçik müəssisəsinin fəaliyyətinə və həmin müəssisədə mühasib işləməsinə dair iddiaçının təqdim etdiyi sənədlərə (o cümlədən: 1993-1994-cü ildə bağlanmış müqavilələrə, ştat cədvəlinə, ödəniş cədvəllərinə memorial orderlərə və kassa məxaric, orderlərinə sığorta tədiyyə bildirişinə) əsasən isə müəyyən olunur ki, mübahisələndirilən dövrdə müəssisə fəaliyyət göstərmiş, iddiaçı orada mühasib işləmiş, maliyyə sənədlərini imzalamış, ona əmək haqqı hesablanmışdır. Onun əmək kitabçasının qeydləri üzrə 03.01.1996-cı il tarixindən 30.10.2003-cü il tarixinədək (7 il 9 ay 27 gün) işlədiyi “Sülh” kiçik müəssisəsinə gəldikdə isə bununla bağlı məhkəməyə təqdim etdiyi sənədlərə (o cümlədən: Nizami rayoun İcra Hakimiyyəti Başçısının 03.05.1993-cü il tarixli 1641 saylı sərəncam dövlət qeydiyyatına dair şəhadətnaməyə, vergi orqanı tərəfindən VÖEN verilməsi barədə bildirəşə, kassa mədaxil və məxaric orderlərinə, memorial orderələrə, ödəniş cədvəllərinə və DSMF vəsaitləri üzrə haqq-hesab cədvəllərinə, statistika hesabatına, vergi müfətişliyinə verilmiş vergi hesabatlarına, müəssisənin balansına və ödəniş cədvəllərinə və s.) əsasən məhkəmə kollegiysı tərəfindən müəyyən olunmuşdur: Bakı şəhəri Nizami rayonu Qaraqarayev prospekti ev 21 ünvanında yerləşən “Sülh” kiçik müəssisənin nizamnaməsi, ilk öncə, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin 03.05.1993-cü il tarixli sərəncamı ilə, daha sonra isə 17.06.1996-cı il tarixində Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıaraq bu barədə Şahadətnamə verilmiş, 14.11.1997-ci il tarixində isə müəssisəyə VÖEN (1********) nömrəsi verilmiş, müssisə fəaliyyət göstərmiş, iddiaçı müəssisənin mühisibi kimi işləmihş onun maliyyə sənədlərini imzalmış, hətta məcburi sosial sığorta ödənişləri üzrə DSMF-yə hesabatlar verilmiş və müəssisə tərəfindən iddiaçıya əmək haqqı hesablanmışdır. X9 Qeydiyyatı İdarəsinin qeyd edilən məhkəməyə ünvanlanmış 29 yanvar 2021-ci il tarixli cavab məktubundan isə göründüyü kimi, hüquqi ünvanı ünvan 3 firması kimi qeydiyyata alınmış və firmaya ********** saylı VÖEN verilmişdir. Beləliklə də tədqiq olunan sübutlarla müəyyən edilən hallar onun deməyə əsas verir ki, iddiaçının mübahisəli kiçik müəssisələrədə mühasib kimi işlədiyi öz təsdiqini tapır. Bu baxımdan, tədqiq olunan sübutlarla müəyyən edilən həmin halları nəzərə alan məhkəmə kollegiyası iddiaçının, nizamnaməsinin 04.11.1993-cü il tarixdə qeyd alındığı vaxtdan işdən azad olunduğu 02.01.1996-cı il tarixinədək “Sevinc” kiçik müəssisəsində mühasib kimi əmək fəaliyyəti (3 il 1 ay 28 gün) “Sülh” kiçik müəssisəsində (firmasında) isə tam olaraq (yəni, 7 il 9 ay 27 gün) iddiaçının iş stajına daxil edilməlidir. Belə olan halda iddiaçının həmin kiçik müəssisələrdə cəmi iş stajı 10 il 11 ay 25 gün təşkil etmiş olur. Bundan əlavə, iddiaçının əmək kitabçasına əsasən həmçinin müəyyən olunur ki, 1991-ci ilə kimi də «SSRİ» dövrünə düşən əmək fəaliyyəti də mövcuddur. O cümlədən: 01.08.1980- 04.08.1982 X4 stansiyasına operator (2 il 3 gün); 26.11.1985-07.02.1986 Dövlət Statistika Komitəsinin Sənaye üzrə Statistik materialların hazırlanması və buraxılış şöbəsinə iqtisadçı ( 2 ay 11 gün); 27.01.1987 - 20.04.1991 Yasamal Rayon İcra Hakimiyytində büdcə üzrə iqtisadçı (4 il 2 ay 23 gün). Cavabdehin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, iddiaçının SSRİ dövrünə düşən həmin iş stajı mübahihisələndirilməmişdir ki, həmin iş stajının da cəmi: 6 il 5 ay 7 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən isə 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Cavabdeh orqanın özü tərəfindən tərtib olunmuş Akt (10 nömrəli əlavə) əsasında sığorta stajı kimi qəbul etdiyi müddət 13 il 6 ay 28 gün, eyni zamanda, SSRİ dövründə işlədiyi 6 il 5 ay 7 gün (birlikdə: 20 il 5 gün), habelə hazırkı məhkəmə araşdırması ilə “Sevinc” və“Sülh” kiçik müəssələrində müəyyən olunan əmək fəaliyyəti üzrə 10 il 11 ay 25 gün iş stajı, eləcə də, iş stajı toplandıqda, iddiaçının ümumi iş stajı 31 il 19 ay 2 gün alınır. Göründüyü kimi, hətta, iddiaçının “Sevinc” və “Sülh” müəssisələrində işlədiyi müddətin (10 il 11 ay 25 gün) stajının 5 ilini nəzərə alındıqda belə, onun ümumi iş itajı 25 il təşkil edir. Beləliklə də “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci və 21.2.4-cü il maddələrinin tələbləri baxımından, sağlamlıq imkanları məhdud uşağını 8 (səkkiz) yaşınadək tərbiyə edən xx.xx.1963-cü il təvəllüdlü iddiaçının pensiya təyin olunması üçün cavabdehə müraciət etdiyi 19.06.2020-ci il tarixində pensiya yaş həddi 61 yaş 6 ay təşkil etdiyi və bu yaş həddinin 5 il azaldıldıqda, onun 56 yaş yarmıdan (6 ay), yəni, 13.06.2020ci il tarixindən pensiya hüququ yaranmış olur. Belə olan halda, həmin Qanunun 32.1-1-ci maddəsinin tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya pensiya təyin olunmasından imtina olunması onun qanunla müəyyən edilən əmək pensiyası hüququnu pozur. İPM-in 73.1-ci maddəsinin tələbindən də göründüyü kimi, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1755/2021 saylı 06.05.2021-ci il tarixli qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, həmin qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1755/2021 saylı 06.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar