Məhkəmə qərarları › İş №2-1(103)-1971/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1971/2022

17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1971/2022 17.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı «bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi tələbinə dair» iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4111/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (indiki: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) 1 saylı Bakı şəhəri ərazi idarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhər X10 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 20/396 saylı Qərarı ilə “Gülüstan” Bağşılıq Yoldaşlıq üzvlərinin Ümumi Yığıncağının xx.xx.1996-cı il tarixli 2 saylı protokoluna əsasən Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, X13 3-cü Şimal küçəsində yerləşən, sahəsi 1000 kv. metr (10 sot) olan 52 saylı bağ sahəsinin İddiaçı adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə Bakı şəhəri X10 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli, 20/396 saylı qərarı və “Gülüstan” X6 Heyətinin 14 mart 1996-cı il tarixli 2 saylı protokoluna əsasən Bakı şəhəri, Əzizbəyov rayonu (indiki Xəzər) X13 3-cü Şimal küçəsində yerləşən 1000 kv.m olan 52 saylı bağ sahəsi iddiaçının daimi istifadəsinə verilmişdir. Bağ sahəsinin planı onun adına tərtib edilərək, bağçılıq tərəfindən təsdiq edilmişdir. Qeyd edilən bağ sahəsinin üzvlük pulu tərəfindən ödənilmişdir. Buna dair Azərbaycan SSR Rabitə Nazirliyi Bakı Teleqraf “Gülüstan” X6 Heyəti tərəfindən onun adına üzvlük kitabçası verilmişdir. Daha sonra onun müraciəti əsasında Bakı şəhəri, Əzizbəyov rayonu (indiki Xəzər) X13 3-cü Şimal küçəsində yerləşən 52 saylı bağ evi tikintisi üçün ayrılan 1000 kv. metr torpaq sahəsi il bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən mülkiyyət hüququnu təsdiq edən torpağın mülkiyyətə verilməsi barədə xx.xx.2006-cı il tarixli **********3000177 nömrəli torpaq sahəsinin kadastr planı verilmişdir. Qeyd edilən torpaq sahəsindən iyirmi beş ildən artıq istifadə edir. Bununla əlaqədar, bağ sahəsinin onun adına ilkin dövlət qeydiyyatına alınaraq çıxarış verilməsi məqsədi ilə ərizə ilə cavabdehə müraciət etmiş, lakin sonuncu tərəfindən müraciəti cavablandırılmamışdır. İddiaçı hesab edir ki, cavabdehin hərəkətləri (hərəkətsizliyi) qanunsuz və əsassızdır. Cavabdeh sonradan məhkəməyə təqdim etdiyi iddiaçıya ünvanlanmış məktubunda və iddia ərizəsinə etirazında iddia tələbini qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddia tələbində qeyd olunan bağ sahəsinə texniki baxış keçirmək və çölölçmə işlərinin aparılması mümkün olmadığını və bu barədə iddiaçıya **********40 nömrəli xx.xx.2021-ci tarixli məktub ünvanlandığını bildirmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4111/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhər X10 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 20/396 saylı Qərarı və “Gülüstan” X6 Heyətinin xx.xx.1996-cı il tarixli 2 saylı protokoluna əsasən Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, X13 3-cü Şimal küçəsində yerləşən sahəsi 1.000 kv. metr olan 52 saylı bağ sahəsinə dair iddiaçı xüsusi mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddiaçının tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, bağ sahəsinə texniki baxış keçirmək və çöl-ölçmə işlərinin aparılması üçün idarənin mütəxəssislərin şərait yaradılmamışdır. İdarənin mütəxəssisləri tərəfindən keçirilən yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin sənəd üzrə ölçüsü 1000 kv.m olsa da, iddiaçı tərəfindən göstərilən hasar daxilində olan ərazinin faktiki olaraq sahəsi 765,0 kv m təşkil edir. Qonşu bağ sahəsinin hasarının daxilində yerləşən iddiaçının iddia etdiyi 491 kv.m sahəyə dair dair digər şəxsin (X7) adına torpaq sahəsinə dair plan və ölçü sənədi verilmişdir. Bağ sahəsinin hasarından 5,85 məsafədən 6 kv-luq yüksək gərginlikli xətt keçir. Ümumi sahənin (1256 kv.m) 104 kv m hissəsi elektrik xəttinin mühafizə zolağında yerləşir. Məlumat üçün Bakı şəhəri, Xəzər rayonu X13 AR Rabitə Nazirliyinin b/y-nın 52/64 saylı bağ sahəsi X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. İdarəyə təhvil verilmiş bağçılıq yoldaşlığın arxiv siyahısında 52 saylı bağ sahəsi ilə bağlı iddiaçının adı qeyd edilmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Abbaslı apellyasiya şikayətini müdafiə etdiyini bildirərək şikayətin təmin olunmasını, iddiaçının nümayəndəsi Vəkil isə onunla razılaşmamış, şikayətin tamamilə əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin qeyd olunan hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə Bakı şəhəri, iddiaçı Əzizbəyov (Xəzər) rayonu, X13 3-cü Şimal küçəsində yerləşən, sahəsi 1000 kv. metr (10 sot) olan 52 saylı bağ sahəsinə mülkiyyət hüqüqunun dövlət qeydiyyatına alınmasını və reyestrdən çıxarış verilməsinin cavabdehə həvalə edilməsini tələb etmişdir. Cavabdehin işə əlavə olunmuş iddiaçıya ünvanladığı məktubundan və iddia ərizəsinə yazılı etirazından görünür ki, bağ sahəsinə texniki baxış keçirmək və çöl ölçmə işlərinin aparılması mümkün olmadığını mübahisələndirdiyi halda, hazırkı apellyasiya şikayətinin qeyd olunan dəlillərində faktiki olaraq əvvəlki dəlillərini təkzib edərək bildirir ki, idarənin mütəxəssisləri tərəfindən keçirilən yerli baxış keçirilmiş və bu zaman torpaq sahəsinin sənəd üzrə ölçüsü 1000 kv.m, iddiaçı tərəfindən göstərilən hasar daxilində olan ərazinin faktiki olaraq 765,0 kv.m təşkil edir və qonşu bağ sahəsinin hasarının daxilində yerləşən iddiaçının iddia etdiyi 491 kv.m sahəyə dair digər şəxsin (X7) adına torpaq sahəsinə dair plan və ölçü sənədi verilmişdir. Bağ sahəsinin hasarından 5,85 məsafədən 6 kv-luq yüksək gərginlikli xətt keçir, ümumi sahənin (1256 kv.m) 104 kv m hissəsi elektrik xəttinin mühafizə zolağında yerləşir. Lakin iş materialları ilə cavabdehin qeyd olunan dəlillərinin tamamilə əsassız olduğu və iddiaçının mübahisəli bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün qanunvericiliklə müəyyən edilən bütün əsasları mövcud olduğu öz təsdiqini tapır. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır. Qanunun qeyd olunan tələbindən görünür ki, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışı kifayət edir ki, iddiaçının mübahisəli bağ sahəsinə mülkiyyət hüququ qeydə alınsın. Həmin sənədlər də konkret halda, iddiaçıda və cavabdehdə olan keçmiş bağlar idarəsi tərəfindən verilmiş arxiv qovluğunda mövcud olması cavabdeh tərəfindən mübahisələndirilmir. İşdən (“Gülüstan” X5 Heyətinin 14 mart 1996-cı il tarixli 2 saylı protokolundan çıxarışdan, 52 saylı Bağçılıq Yoldaşlığı tərəfinjdən verilmiş üzvlük kitabçasından və s.) görünür ki, iddiaçının ərizəsinə əsasən “Gülüstan” X5 Heyətinin üzvüləyinə qəbul olunaraq, X13 3-cü Şimal küçəsində yerləşən 1000 kv. metrdən ibarət 52 saylı bağ sahəsi onun daimi istifadəsinə ayrılmış, ona bağçılığın üzvülük kitabçası verilmiş və adına bağ sahəsinin planı tərtib olunmuşdur. Hazırki apellyasiya mərhələsində məhkəmənin sorğusu əsasında cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş “Gülüstan” Bağçılıq Yoldaşlığının üzvlərinin Ümumi yığıncağının 14 mart 1996-cı il tarixli 2 saylı protokolu ilə təsdiq edilmiş bağçılığın üzvlərinin Siyahısından göörünür ki, həmin Siyahıda 52 saylı bağ sahəsi iddiaçının adı 52ci sırada yer almışdır. İşdən görünür ki, sonradan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (Bakı şəhər şöbəsi) tərəfindən xx.xx.2006-cı il tarixdə Bakı şəhər XDS İK-nin xx.xx.1987-ci il tarixli 20/396 saylı Qərarı və “Gülüstan” Bağçılıq Yoldaşlığın xx.xx.1996-cı il tarixli 02 saylı Protokoluna əsasən iddiaçının adına ona Əzizbəyov rayonu Dübəndi qəsəbəsində ayrılmış 52 saylı bağ evi tikintisi üçün ayrılan 1.000 kv. metr torpaq sahəsinə dair **********3000177 nömrəli «Torpaq sahəsinin kadastr planı da tərtib olunmuşdur. Onu da qeyd etmək lazımdır ki, işə əlavə olunmuş notarial qaydada təsdiq olunan ərizələrinə əsasən iddiasının ailə üzvləri bağ sahəsinin onun adın rəsmiləşdirilməsinə etiraz da etməmişlər. Göründüyü kimi, mübahisəli bağ sahəsinin iddiaçının adına qeydə alınması üçün Qanunun qeyd olunan normasından irəli gələn bütün şərtlər ödənilir. Lakin cavabdeh apellyasiya şikayətində mübahisələndirir ki, faktiki olaraq iddiaçının bağ sahəsi 765,0 kv metrdir, qonşu bağ sahəsinin hasarının daxilində yerləşən, iddiaçının iddia etdiyi 491 kv.m sahəyə dair üçüncü şəxs X4 adına plan və ölçü sənədi verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlillərinin hüquqi əsası yoxdur. Birincisi ona görə ki, sübutlarla əsaslandırılmamışdır. İşdən aydın olur ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (Bakı şəhər şöbəsi) tərəfindən üçüncü şəxsin adına xx.xx.2006-cı il tarixində 003030-**********8 saylı kadastr planı tərtib olunmuş və ona məxsus bağın ayrıca koordinat nöqtələri müəyyən edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasına gəlmiş üçüncü şəxs G.Rzayeva İddiaçı bağ sahəsinə dair heç bir mübahisəsi olmadığını, hər kəsin öz torpaq sahəsində olduğunu bildirmişdir. Bundan əlavə, onun iddiaçıya məxsus bağ sahəsi ilə bağlı hər hansı bir yazılı etirazı da məhkəməyə daxil olmamış, iş materiallarında belə sənəd-sübut da mövcud deyildir. İddiaçının iddia ərizəsinə və nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlarına əsasən üçüncü şəxslə aralarında torpaq sahəsi ilə bağlı, heç bir mübahisənin mövcud olmadığı müəyyən olunur. Cavabdehin apellyasiya şikayətinin iddiaçıya məxsus torpaq sahəsinin faktiki olaraq 1000 kv.metrdən az olması ilə bağlı olan dəlillərinə gəldikdə isə iddiaçı ona məxsus bağ sahəsinin az olub-olmamasından asılı olmayaraq, naturada yerləşdiyi, və bütün hüquqmüəyyənedici sənədlərlə qanuni sahibi və istifadəçisi olduğu həmin bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb edir. Qeyd olunanlar və hər bir halda cavabdeh tərəfindən qeydiyyat zamanı bağ sahəsinin faktiki vəziyyətində real ölçüləri nəzərə alınmaqla qeydiyyat aparılacağı da nəzərə alınmaqla, sonuncunun sözügedən dəlilləri də əsassızdır. Cavabdehin digər bir dəlili bağ sahəsinin hasarından 5,85 məsafədən 6 kv-luq yüksək gərginlikli xətt keçdiyini mübahisələndirən dəlilinə gəldikdə, birincisi, bu halı mübahisəndirməkdə onun subyektiv hüququ yoxdur. Bu hüquqa malik olan müvafiq qürum tərəfindən öz əşyasının qanuni sahibi olan iddiaçıya 25 ildən çox olan müddətdə hər hansı bir tələb də irəli sürülməmişdir. Digər tərəfdən, iş materiallarından (xx.xx.2022-ci il tarixli aktdan) görünür ki, istinad olunan həmin xətt 6 kv-luq deyil 380 v-luqdur ki, həmin xətt də işlək vəziyyətdə də deyildir ki, 380v-luq və 220 v-luq sahənin =bağlarda mühafizə zolaığı 2 m nəzərdə tutulur ki, cavabdehinn bu halları təkzib edə bilən dəlil-sübutu da mövcud deyildir. Cavabdeh şikayətinin sonuncu bir dəlilində formal olaraq məlumat üçün bildirilir ki, Bakı şəhəri, Xəzər rayonu X13 AR Rabitə Nazirliyinin b/y-nın 52/64 saylı bağ sahəsi X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. İdarəyə təhvil verilmiş bağçılıq yoldaşlığın arxiv siyahısında 52 saylı bağ sahəsi ilə bağlı iddiaçının adı qeyd edilmişdir. Birincisi, burada cavabdehin nə demək istədiyi başa düşülən deyil. Hər bir halda məhkəmə kollegiyası qeyd edir ki, “Gülüstan” bağçılıq yoldaşlığına məxsus bağçılıq ərazisi cavabdehin istinad etdiyi Rabitə Nazirliyinin bağçılıq yoldaşdığına məxsus ərazi ilə qonşuluqda yerləşir. İşə əlavə olunmuş Azərbaycan SSR Rabitə Nazirliyi Bakı X2 tərəfindən “Gülüstan” Bağçılıq Yoldaşlığına ünvanlanmış 19 nömrəli 27 noyabr 2004-cü il tarixli məktubda da qeyd olunur ki, Rabitə Nazirliyinin Dübəndi qəsəbəsi ərazisində yerləşən bağçılıq sahəsində üzvləri respublikadan köçüb getdiklərinə görə uzun müddət boş qalmış 3-cü və 4-cü Şimal küçələri arasında Bakı Teleqrafının sahəsinə bitişik olan, uzunluğu 90, eni 50 metr sahənin onun bağçılıq yoldaşlığın üzvlərinə verilməsinə etiraz etməmişdir. Ən azından, iddiaçının bağ sahəsi nömrəsinin 52, Rabitə Nazirliyinin bağçılıq yoldaşlığının üzvü X11 məxsus bağ sahəsinin isə nömrəsi 52/64, yəni, fərqli nömrələr olması onu deməyə əsas verir ki, cavabdeh orqan 52 saylı bağ sahəsinin iddiaçının adına qeydiyyata almamaq üçün, fikrinə gələn istənilən formal səbəbi əsas gətirməklə, hər bir vasitə ilə qeydiyyatdan imtina etməyə çalışır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 22.1-ci maddəsinə əsasən 22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş,“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin 2.0-cı maddəsinə əsasən DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək; 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək...; 3.1.16-ci bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq...; 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək. Göründüyü kimi, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək qeyd olunan Nizamnamə ilə cavabdeh orqanın üzərinə düşən öhdəliyidir. Beləliklə də qeyd olunanlarla sübuta yetirilir ki, mübahisəli bağ sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınması üçün əsaslar mövcud olduğu halda, cavabdeh orqan qanunvericiliyin qeyd olunan göstərişlərindən irəli gələn öhdəliyini əsassız olaraq yerinə yetirməmiş, iddiaçının qanun qorunan hüquqların pozmuşdur. İPM-in 73.1-ci maddəsininin tələbindən isə görünür ki, aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını işdə olan sübutlara və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4111/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4111/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Anar Tanrıverdiyev İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar