Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1972/2025 14.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1312/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. İddiaçı (bundan sonra – iddiaçı) məxsus AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur.
2. ИТ-İ № ******* nömrəli əmək kitabçasının notariat qaydasında təsdiq edilmiş surətinə əsasən iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilə qədər “Kirovneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) Təsərrüfathesablı Tikinti-Quraşdırma İdarəsində 2-ci dərəcəli boru kəməri quraşdırıcı çilingər peşəsində, xx.xx.1979-cu ildən xx.xx.1980-cı ilə qədər nəqliyyat təsərrüfatında elektromexanika sürücüsü peşəsində, xx.xx.1980-cı ildən xx.xx.1981-ci ilə qədər “Kirovneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) Təsərrüfathesablı Tikinti-Quraşdırma İdarəsində 2-ci dərəcəli boru kəməri quraşdırıcı çilingər peşəsində işləmişdir. O, xx.xx.1983-cü ildən xx.xx.1990-cı ilədək 2 nömrəli Avtobus Parkında avtoçilingər və avtoelektrik vəzifələrində, xx.xx.1990-cı ildən xx.xx.1991ci ilədək Hərəkət və rabitə Xidməti "xxxx" ASC-də avto elektrik peşəsində, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək həmin ASC-də elektro montajçı peşəsində, xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilə qədər “Kirovneft” NQÇİ-nin Təmir-tikinti icarə sexində (xx.xx.1992-ci ildən “Kirovneft” NQÇİ “Binəqədineft” NQÇİ adlandırılmışdır) texnoloji boru kəmərlərinin 4-cü dərəcəli (xx.xx.1993-cü ildən isə 5-ci dərəcə) quraşdırıcısı vəzifəsində işləmişdir. xx.xx.1995-ci ildən xx.xx.2006-cı ilədək Beynəlxalq sərnişin daşıma Avtokombinatında (xx.xx.1998-ci ildən “Magistral-Ekspress” adlandırılmışdır) avtoçilingər vəzifəsində işləmişdir. İddiaçı xx.xx.2007-ci ildən xx.xx.2012-ci ilədək "xxxx" MMC-də çilingər peşəsində, xx.xx.2012-ci ildən xx.xx.2012-ci ilədək Sumqayıt Texnologiyalar Parkında mexanik peşəsində, xx.xx.2012-ci ildən xx.xx.2016-cı ilədək Sumqayıt Texnologiyalar Parkı MMC-də mexanik peşəsində işləmişdir. xx.xx.2016-cı ildən xx.xx.2016-cı ilədək "xxxx" ASC-də akkumlaytorçu peşəsində, xx.xx.2016-cı ildən xx.xx.2017-ci ilədək Sumqayıt Texnologiyalar Parkı MMC-də akkumlaytorçu peşəsində, xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilədək "xxxx" ASC-də akkumlaytorçu peşəsində, xx.xx.2020-xx.xx.2024-cü il tarixlərində “X5” MMC-də akkumlyatorçu vəzifəsində işləmişdir. İddiaçı xx.xx.2024-cü ildən hal-hazıradək "xxxx" MMC-də akkumlaytorçu vəzifəsində işləyir.
3. НЗ seriyalı, ******* nömrəli Hərbi biletin surətinə əsasən iddiaçı xx.xx.1981xx.xx.1983-cü illərdə hərbi xidmətdə olmuşdur.
4. “Azneft” İstehsalat Birliyinin məhkəmə sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, “SOCAR”-ın Baş ofisinin Mərkəzi arxivindən verilmiş xx.xx.2024-cü il tarixli, 14-2/2-M-669-1/2024 nömrəli arxiv arayışında iddiaçının “Binəqədineft” Neft və Qazçıxarma İdarəsinin (əvvəlki 'Kirovneft" NQÇİ) Təsərrüfathesablı Tikinti-Quraşdırma İdarəsində xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək və 06.11,1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək boru kəməri quraşdırıcı çilingər peşəsində işlədiyi qeyd edilir. Qeyd edilən dövrlər üzrə “SOCAR”-ın Baş ofisinin Mərkəzi arxivində saxlanılan iddiaçıya aid kadr əmrlərində, T-2 nömrəli şəxsi uçot vərəqələrində və şəxsə məxsus ИT-l № ******* nömrəli əmək kitabçasında (surəti əlavə olunur) peşənin adı boru kəməri çilingəri (слесарь-трубопроводчик) olaraq qeyd olunur. Bundan başqa, 1987-ci ildə təsdiq edilmiş “Tikinti, quraşdırma və təmir-tikinti işləri bölməsi uzrə fəhlə peşələri və işlərin X4 Sorğu Kitabçasının (VTİSK) “Cari nəşrdəki bölmədə qeyd olunan peşə adlarının 1969-cu ildə nəşr olunan və qüvvədə olan peşə adları ilə müqayisəli siyahısında boru kəməri çilingəri peşə adı texnoloji boru kəmərlərinin quraşdırıcısı peşə adı ilə əvəz olunduğu qeyd olunur (surəti əlavə olunur). İddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək və xx.xx.1980-cı il tarixdən xx.xx.1981-ci il tarixədək işlədiyi boru kəməri çilingəri (слесарь-трубопроводчик) peşəsinin adı rus dilindən tərcümə edilən zamanı səhvən arayışda boru kəməri quraşdırıcı çilingər olaraq qeyd edilmişdir. Həmçinin sözügedən VTİSK-ya əsasən iddiaçının işlədiyi boru kəməri çilingəri (слесарьтрубопроводчик) peşəsi hal-hazırda qüvvədə olan normativ-hüquqi sənədlərdə nəzərdə tutulan texnoloji boru kəmərlərinin quraşdırıcısı peşəsi ilə eynilik təşkil edir. İddiaçının “Binəqədineft” Neft və Qazçıxarma İdarəsində (əvvəlki “Kirovneft” NQÇİ) işlədiyi “boru kəməri çilingəri" və “texnoloji boru kəmərlərinin quraşdırıcısı" peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 №-li Siyahıları"nın “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin Neftqaz və qaz kondensatının hasilatı" yarımbölməsində, “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” və “Ümumi peşələr" bölmələrində nəzərdə tutulan peşələrlə uyğunluq təşkil etmir. İddiaçının “Binəqədineft” Neft və Qazçıxarma İdarəsində (əvvəlki “Kirovneft" NQÇİ) xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək (02 ay 15 gün), xx.xx.1980-cı il tarixdən xx.xx.1981 -ci il tarixədək (05 ay 21 gün), xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək (03 il 08 ay 17 gün) işlədiyi “boru kəməri çilingəri" və “texnoloji boru kəmərlərinin quraşdırıcısı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin “a” (fəhlələr) bəndinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2024-cü il tarixli, 81 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” qərarının 1.2.4-cü bəndi ilə əlavə olunmuş “texnoloji boru kəmərlərinin quraşdırıcıları” peşəsi ilə uyğunluq təşkil edir.
5. SOCAR-ın 22 fevral 2024-cü il tarixli arxiv arayışına əsasən iddiaçı xx.xx.1979-cu ildə (əmr № 41, xx.xx.1979-cu il) “Kirovneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) Təsərrüfathesablı Tikinti-Quraşdırma İdarəsinə 2-ci dərəcəli boru kəməri quraşdırıcı çilingər peşəsinə işə qəbul edilmişdir. xx.xx.1979-cu ildə (əmr № 55, xx.xx.1979-cu il) Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən, öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1980-cı ildə (əmr № 116, xx.xx.1980-ci il) “Kirovneft” NQÇİnin Təsərrüfathesablı Tikinti-Quraşdırma İdarəsinə 2-ci dərəcəli boru kəməri quraşdırıcı çilingər peşəsinə işə qəbul edilmişdir. xx.xx.1981-ci ildə (əmr № 544 k, xx.xx.1981-ci il) Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 36-cı maddəsinin 3-cü bəndinə əsasən, hərbi xidmətə çağırılması ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.1992-ci ildə (əmr № 97 k, xx.xx.1992-ci il) “Kirovneft” NQÇİ-nin Təmir-tikinti icarə sexinə texnoloji boru kəmərlərinin 4-cü dərəcəli quraşdırıcısı peşəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 177 №-li Qərarına və “Azərineft” Birliyinin xx.xx.1992-ci il tarixli, 110 №-li əmrinə əsasən “Kirovneft” NQÇİ “Binəqədineft” NQÇİ adlandırılmışdır. xx.xx.1993-cü ildə (əmr № 497 k, xx.xx.1993-cü il) 5ci dərəcə verilmişdir. xx.xx.1995-ci ildə (əmr № 562 k, xx.xx.1995-ci il) Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən, öz xahişi ilə işdən azad olunmuşdur.
6. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli arxiv arayışına əsasən iddiaçı xx.xx.2012-ci ildə (əmr №223-kş, xx.xx.2012-ci il) Sumqayıt Texnologiyalar Parkının Xüsusi Maşınların İstehsalı və Təmiri Departamentinin Maşınqayırma Zavodunun Akkumlyator batareyalarının, şlanqların və mexanizmlərin bərpası sexinə mexanik vəzifəsinə təyin edilib və xx.xx.2012-ci ildə (Əmr №-48/6-kş, xx.xx.2012-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar) əsasən işdən azad edilmişdir. xx.xx.2016-cı ildə (Əmr № 07/3 1irş, xx.xx.2016-cı il) Avtomobil Nəqliyyatı və Maşın-Mexanizmlərin İstismarı İdarəsinin Təmir sexinin Yük və Xüsusi Təyinatlı Mexanizmlərin təmiri sahəsinə akkumlyatorçu peşəsinə qəbul edilib və xx.xx.2016-cı ildə (Əmr № 07/100-irş, xx.xx.2016-cı il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən işdən azad edilib. xx.xx.2017-ci ildə (Əmr №07/33-irş, xx.xx.2017-ci il) Avtomobil Nəqliyyat və Maşın-Mexanizmləri İstismarı İdarəsinin təmir sexinə akkumlyatorçu peşəsinə qəbul edilib və xx.xx.2020-ci ildə (əmr №- 07/114-irş, xx.xx.2020-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar) əsasən əmək müqaviləsinə xitam verilib. Göstərilən peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 35-ci “Ümumi peşələr’’ fəslinə əsasən akkumlyatorçuların işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Güzəştli pensiya üçün staj: 03 il, 10 ay, 08 gün təşkil edir. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il 323 №-li Sərəncamına əsasən "xxxx" ASC adlandırılmışdır.
7. "xxxx" MMC-nin 10 saylı, 27 fevral 2024-cü il tarixli şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayışa əsasən iddiaçı "xxxx" MMC-nin Xüsusi maşınların istehsalı və təmiri departamentin Maşınqayırma zavodunun Akkumulyator batareyalarının, şlanqların və mexanizmlərin bərpası sexində 9-cu dərəcəli mexanik vəzifəsində xx.xx.2012-ci il tarixindən (əmr 223-kş saylı) xx.xx.2012-ci il tarixinədək (əmr 48/6-İRD/x saylı) işləmişdir. Maşınqayırma zavodunun Akkumulyator batareyalarının, hidravlik şlanqların, mexanizmlərin bərpası və avtoşinlərin təmiri-montajı sahəsinə 9-cu dərəcəli mexanik vəzifəsində xx.xx.2012-ci il tarixindən (əmr 01-kş saylı) xx.xx.2016-cı il tarixinədək (əmr 242-İRD/x saylı) işləmişdir. İddiaçı avtomobillərin və texnikanın istehsalı və təmiri zavodunun texniki istehsalat şöbəsinin təmir sahəsinə 6-cı dərəcəli akkumulyatorçu peşəsinə təyin edilib xx.xx.2016-cı il tarixindən (əmr 49-kş saylı) xx.xx.2017-ci il tarixinədək (əmr 42-İRD/x saylı) işləmişdir. Göstərilən peşə Azərbaycan Respubllikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci hissəsinin-ümumi peşələr, 19-cu sətrində müəyyən edilmiş akkkumulyatorçular vəzifəsinin xüsusiyyətləri ilə eynidir. İşlədiyi peşə üzrə sosial sığorta (və ya iş) stajı 4 (dörd) il, 6 (altı) ay, 25 (iyirmi beş) gün təşkil edir.
8. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3855/2024 nömrəli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçının cavabdeh “X5” MMC-yə qarşı güzəştli arayışın verilməsi barədə iddiası təmin edilmiş, iddiaçıya güzəştli şərtlərlə (zərərli) əmək pensiyası hüququ verən işdə çalışması barədə arayışın təqdim edilməsi vəzifəsi cavabdeh “X5” MMC-nin üzərinə qoyulmuşdur.
9. Abşeron Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli məktubunda həmin qətnamədən xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən apellyasiya şikayəti verildiyi və şikayətin iş materialları ilə birlikdə baxılması üçün müvafiq yuxarı instansiya məhkəməsinə göndərildiyi bildirilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 60 yaşının tamam olduğu 31 yanvar 2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. O, xx.xx.1979-cu ildən etibarən bugünə qədər müxtəlif yerlərdə müxtəlif vəzifələrdə işləmişdir və hazırda da işləyir. Belə ki, xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilə qədər “Kirovneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) Təsərrüfathesablı Tikinti-Quraşdırma İdarəsində 2-ci dərəcəli boru kəməri quraşdırıcı çilingər peşəsində, xx.xx.1980-cı ildən xx.xx.1981-ci ilə qədər “Kirovneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) Təsərrüfathesablı TikintiQuraşdırma İdarəsində 2-ci dərəcəli boru kəməri quraşdırıcı çilingər peşəsində işləmişdir. O, xx.xx.1981-xx.xx.1983-cü illərdə hərbi xidmətdə olmuşdur. Bundan sonra iddiaçı xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilə qədər “Kirovneft” NQÇİ-nin Təmir-tikinti icarə sexində (xx.xx.1992-ci ildən “Kirovneft” NQÇİ “Binəqədineft” NQÇİ adlandırılmışdır) texnoloji boru kəmərlərinin 4-cü dərəcəli (xx.xx.1993-cü ildən isə 5-ci dərəcə) quraşdırıcısı vəzifəsində işləmişdir. xx.xx.2020xx.xx.2024-cü il tarixlərində X5 MMC-də akkumlyatorçu vəzifəsində işləmişdir. O, xx.xx.2024-cü ildən "xxxx" MMC-də akkumlaytorçu vəzifəsində işləyir. İddiaçı hal-hazırda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq istəyir. Bu məqsədlə 13 mart 2024-cü il tarixində cavabdehə müraciət etmiş, müraciətinə verilmiş imtina məktubunda bildirilmişdir ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (8 il 3 ay 2 gün (xx.xx.1992-xx.xx.1995-ci il, xx.xx.2016-xx.xx.2016-cı il, xx.xx.2016- xx.xx.2017-ci il, xx.xx.2017-xx.xx.2020-ci il, xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Həmçinin həmin məktubda məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, cavabdeh xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilə qədər və xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilə qədər olan dövrlədə iş stajını heç bir qanuni əsas olmadan nəzərə almamışdır.
12. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, iddiaçının əmək kitabçasının və digər sənədlərin surətinə əsasən, onun güzəştli stajı 12 il 6 aydan az (8 il 3 ay 2 gün (xx.xx.1992-xx.xx.1995-ci il, xx.xx.2016-xx.xx.2016-cı il, xx.xx.2016-xx.xx.2017-ci il, xx.xx.2017-xx.xx.2020-ci il, xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər) olduğundan müraciətinin müsbət həlli mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr yarımbəndində (a) texnoloji boru kəmərlərinin quraşdırıcıları vəzifəsi nəzərdə tutulmuşdur. Cavabdehə təqdim edilən iddiaçının MT-İ ******* nömrəli əmək kitabçasında və “SOCAR”-ın xx.xx.2024-cü il tarixli, 14-2/2-M-669-1/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 14-2-1/2-M-95-1/2024 nömrəli arayışlarında xx.xx.1979xx.xx.1979-cu il və xx.xx.1980- xx.xx.1981-ci il tarixləri arasındakı dövrlər ərzində “Binəqədineft" Neft və Qazçıxarma idarəsinin Təsərrüfathesablı Tikinti-Quraşdırma idarəsində iddiaçının “boru kəməri quraşdırıcı” çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Boru kəməri quraşdırıcı çilingər vəzifəsi sözügedən arayışda istinad edilmiş yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan texnoloji boru kəmərlərinin quraşdırıcıları vəzifəsinə uyğun deyil.
14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1312/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir.
15. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Göründüyü kimi iddiaçının cavabdeh tərəfindən güzəştli staj kimi nəzərə aldığı 08 il 03 ay 02 günün üzərinə iddiaçının xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilə qədər “Kirovneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) Təsərrüfathesablı Tikinti-Quraşdırma İdarəsində 2- ci dərəcəli boru kəməri quraşdırıcı çilingər peşəsində, həmçinin xx.xx.1980-cı ildən xx.xx.1981-ci ilə qədər “Kirovneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) Təsərrüfathesablı Tikinti-Quraşdırma İdarəsində 2-ci dərəcəli boru kəməri quraşdırıcı çilingər peşəsində işlədiyi dövrləri, həmçinin Sumqayıt Texnolgiyalar Parkı” MMC-də xx.xx.2012-ci ildən xx.xx.2016-cı ilədək, həmçinin xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək mexanik və akkumulyatorçu vəzifələrində işlədiyi dövrləri (cəmi 05 il 03 ay 05 gün) əlavə etsək onun 60 yaşının tamam olduğu tarixə ümumi güzəştli stajı 12 il 06 aydan artıq olur ki, bu da ona güzəştli şərtlərlə pensiya təyini üçün kifayət edir.
16. Eyni zamanda qeyd edilmişdir ki, iddiaçı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək ona güzəştli arayışın verilməsi öhdəliyinin “X5” MMC-yə həvalə edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3855/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçıya güzəştli şərtlərlə (zərərli) əmək pensiyası hüququ verən işdə çalışması barədə arayışın təqdim edilməsi vəzifəsi cavabdeh “X5” MMC-nin üzərinə qoyulmuşdur. Həmin qətnamədən və iddiaçının əmək kitbaçasında olan qeydlərdən görünür ki, iddiaçı xx.xx.2020-xx.xx.2024-cü illərdə “X5” MMC-d “akkumulyatorçu” vəzifəsində işləmişdir. Həmin qətnamə qanuni qüvvəsini alacağı təqdirdə iddiaçının xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilə qədər olan stajı da güzəştli staj kimi nəzərə alına bilər.
17. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1312/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
18. Apellyasiya şikayətinin dəlilləri imtina məktubunun və iddia ərizəsinə etirazın dəlilləri ilə oxşarlıq təşkil edir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası; əlilliyə görə əmək pensiyası; ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Maddə 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın:
1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
26. xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun:
Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.
“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
27. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
29. Qüvvədən düşmüş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”:
3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.
30. “İnzibati icraat haqqında” Qanunun: 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
33. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam yoxlanılır.
34. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə dair etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
37. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
38. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
39. Əvvəla qeyd edilməlidir ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 29 iyun 2022-ci ildən güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüquqi marağı 60 yaşı tamam olduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır.
41. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Bununla bağlı müraciəti cavabdeh qurum tərəfindən təmin edilməmişdir.
42. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda qeyd edilən səbəblərdən və istinad olunan normalara əsasən iddiaçıya 60 yaşı tamam olduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasından imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz.
43. Belə ki, qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: a. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; b. 12 il 6 ay xüsusi (müvafiq arayışla təsdiq edilən) və 25 il ümumi iş stajı mövcud olmalı; c. 60 yaşı tamam olmalıdır.
44. İlk öncə qeyd edilməlidir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ yarandığı dövrdə qüvvədə olan qanunvericilik normasının tələbinə görə, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatının aparılması üçün o, 60 yaşını tamamlayanda azı 25 il ümumi və azı 12 il 6 ay güzəştli iş stajını toplamalı idi.
45. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının ümumi iş stajının ən azı 25 il təşkil etməsi və 60 yaşının tamam olması işin mübahisəsiz halıdır.
46. Kollegiya qeyd edir ki, hazırkı halda mübahisəli hal iddiaçının güzəştli iş stajının tələb olunan müddətdən az olmasıdır. Belə ki, onun 08 il 03 ay 02 gün (xx.xx.1992xx.xx.1995-ci il, xx.xx.2016-xx.xx.2016-cı il, xx.xx.2016-xx.xx.2017-ci il, xx.xx.2017xx.xx.2020-ci il, xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər) güzəştli iş dövrü kimi nəzərə alınmış, cavabdeh iddiaçının xx.xx.1979-xx.xx.1979-cu il və xx.xx.1980xx.xx.1981-ci il tarixləri arasındakı işlədiyi iddia olunan dövrləri nəzərə almamış və bu halı onunla əsaslandırmışdır ki, “Binəqədineft" Neft və Qazçıxarma idarəsinin Təsərrüfathesablı Tikinti-Quraşdırma idarəsində iddiaçının “boru kəməri quraşdırıcı” çilingər vəzifəsi Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan “texnoloji boru kəmərlərinin quraşdırıcıları” vəzifəsinə uyğun deyil.
47. Eyni zamanda iddiaçının "xxxx" MMC-də xx.xx.2012-ci ildən xx.xx.2016-cı ilədək, həmçinin xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək mexanik və akkumulyatorçu vəzifələrində işləməsi "xxxx" MMCnin arayışı ilə təsdiq edilir. Lakin, cavabdeh iddiaçının həmin dövr üzrə iş stajını güzəştli staj kimi nəzərə almamışdır.
48. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarına görə iddiaçının 60 yaşının tamam olduğu vaxt onun 12 il 6 aydan artıq güzəştli iş stajının və 25 ildən artıq ümumi iş stajının olması sübuta yetirilmişdir.
49. Belə ki, “Azneft” İstehsalat Birliyinin Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, “SOCAR”-ın Baş ofisinin Mərkəzi arxivindən verilmiş xx.xx.2024-cü il tarixli, 14-2/2-M-669-1/2024 nömrəli arxiv arayışında iddiaçının “Binəqədineft” Neft və Qazçıxarma İdarəsinin (əvvəlki 'Kirovneft" NQÇİ) Təsərrüfathesablı Tikinti-Quraşdırma İdarəsində xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək və xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək boru kəməri quraşdırıcı çilingər peşəsində işlədiyi qeyd edilir. Qeyd edilən dövrlər üzrə “SOCAR”-ın Baş ofisinin Mərkəzi arxivində saxlanılan iddiaçıya aid kadr əmrlərində, T-2 nömrəli şəxsi uçot vərəqələrində və şəxsə məxsus ИT-l № ******* nömrəli əmək kitabçasında (surəti əlavə olunur) peşənin adı boru kəməri çilingəri (слесарь-трубопроводчик) olaraq qeyd olunur. Bundan başqa, 1987-ci ildə təsdiq edilmiş “Tikinti, quraşdırma və təmir-tikinti işləri bölməsi uzrə fəhlə peşələri və işlərin X4 Sorğu Kitabçasının (VTİSK) “Cari nəşrdəki bölmədə qeyd olunan peşə adlarının 1969-cu ildə nəşr olunan və qüvvədə olan peşə adları ilə müqayisəli siyahısında boru kəməri çilingəri peşə adı texnoloji boru kəmərlərinin quraşdırıcısı peşə adı ilə əvəz olunduğu qeyd olunur (surəti əlavə olunur). İddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək və xx.xx.1980-cı il tarixdən xx.xx.1981ci il tarixədək işlədiyi boru kəməri çilingəri (слесарь-трубопроводчик) peşəsinin adı rus dilindən tərcümə edilən zamanı səhvən arayışda boru kəməri quraşdırıcı çilingər olaraq qeyd edilmişdir. Həmçinin sözügedən VTİSK-ya əsasən iddiaçının işlədiyi boru kəməri çilingəri (слесарь-трубопроводчик) peşəsi hal-hazırda qüvvədə olan normativ-hüquqi sənədlərdə nəzərdə tutulan texnoloji boru kəmərlərinin quraşdırıcısı peşəsi ilə eynilik təşkil edir. İddiaçının “Binəqədineft” Neft və Qazçıxarma İdarəsində (əvvəlki “Kirovneft” NQÇİ) işlədiyi “boru kəməri çilingəri" və “texnoloji boru kəmərlərinin quraşdırıcısı" peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 №-li Siyahıları"nın “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin Neftqaz və qaz kondensatının hasilatı" yarımbölməsində, “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” və “Ümumi peşələr" bölmələrində nəzərdə tutulan peşələrlə uyğunluq təşkil etmir. İddiaçının “Binəqədineft” Neft və Qazçıxarma İdarəsində (əvvəlki “Kirovneft" NQÇİ) xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək (02 ay 15 gün), xx.xx.1980-cı il tarixdən xx.xx.1981 -ci il tarixədək (05 ay 21 gün), xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək (03 il 08 ay 17 gün) işlədiyi “boru kəməri çilingəri" və “texnoloji boru kəmərlərinin quraşdırıcısı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin “a” (fəhlələr) bəndinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2024-cü il tarixli, 81 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” qərarının 1.2.4-cü bəndi ilə əlavə olunmuş “texnoloji boru kəmərlərinin quraşdırıcıları” peşəsi ilə uyğunluq təşkil edir.
50. SOCAR-ın 22 fevral 2024-cü il tarixli arxiv arayışına əsasən iddiaçı xx.xx.1979-cu ildə (əmr № 41, xx.xx.1979-cu il) “Kirovneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) Təsərrüfathesablı Tikinti-Quraşdırma İdarəsinə 2-ci dərəcəli boru kəməri quraşdırıcı çilingər peşəsinə işə qəbul edilmişdir. xx.xx.1979-cu ildə (əmr № 55, xx.xx.1979-cu il) Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən, öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1980-cı ildə (əmr № 116, xx.xx.1980-ci il) “Kirovneft” NQÇİnin Təsərrüfathesablı Tikinti-Quraşdırma İdarəsinə 2-ci dərəcəli boru kəməri quraşdırıcı çilingər peşəsinə işə qəbul edilmişdir. xx.xx.1981-ci ildə (əmr № 544 k, xx.xx.1981-ci il) Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 36-cı maddəsinin 3-cü bəndinə əsasən, hərbi xidmətə çağırılması ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.1992-ci ildə (əmr № 97 k, xx.xx.1992-ci il) “Kirovneft” NQÇİ-nin Təmir-tikinti icarə sexinə texnoloji boru kəmərlərinin 4-cü dərəcəli quraşdırıcısı peşəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 177 №-li Qərarına və “Azərineft” Birliyinin xx.xx.1992-ci il tarixli, 110 №-li əmrinə əsasən “Kirovneft” NQÇİ “Binəqədineft” NQÇİ adlandırılmışdır. xx.xx.1993-cü ildə (əmr № 497 k, xx.xx.1993-cü il) 5ci dərəcə verilmişdir. xx.xx.1995-ci ildə (əmr № 562 k, xx.xx.1995-ci il) Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən, öz xahişi ilə işdən azad olunmuşdur.
51. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli arxiv arayışına əsasən iddiaçı xx.xx.2012-ci ildə (əmr №223-kş, xx.xx.2012-ci il) Sumqayıt Texnologiyalar Parkının Xüsusi Maşınların İstehsalı və Təmiri Departamentinin Maşınqayırma Zavodunun Akkumlyator batareyalarının, şlanqların və mexanizmlərin bərpası sexinə mexanik vəzifəsinə təyin edilib və xx.xx.2012-ci ildə (Əmr №-48/6-kş, xx.xx.2012-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar) əsasən işdən azad edilmişdir. xx.xx.2016-cı ildə (Əmr № 07/3 1irş, xx.xx.2016-cı il) Avtomobil Nəqliyyatı və Maşın-Mexanizmlərin İstismarı İdarəsinin Təmir sexinin Yük və Xüsusi Təyinatlı Mexanizmlərin təmiri sahəsinə akkumlyatorçu peşəsinə qəbul edilib və xx.xx.2016-cı ildə (Əmr № 07/100-irş, xx.xx.2016-cı il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən işdən azad edilib. xx.xx.2017-ci ildə (Əmr №07/33-irş, xx.xx.2017-ci il) Avtomobil Nəqliyyat və Maşın-Mexanizmləri İstismarı İdarəsinin təmir sexinə akkumlyatorçu peşəsinə qəbul edilib və xx.xx.2020-ci ildə (əmr №- 07/114-irş, xx.xx.2020-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar) əsasən əmək müqaviləsinə xitam verilib. Göstərilən peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 35-ci “Ümumi peşələr’’ fəslinə əsasən akkumlyatorçuların işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Güzəştli pensiya üçün staj: 03 il, 10 ay, 08 gün təşkil edir. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il 323 №-li Sərəncamına əsasən "xxxx" ASC adlandırılmışdır.
52. "xxxx" MMC-nin 10 saylı, 27 fevral 2024-cü il tarixli şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayışa əsasən iddiaçı "xxxx" MMC-nin Xüsusi maşınların istehsalı və təmiri departamentin Maşınqayırma zavodunun Akkumulyator batareyalarının, şlanqların və mexanizmlərin bərpası sexində 9-cu dərəcəli mexanik vəzifəsində xx.xx.2012-ci il tarixindən (əmr 223-kş saylı) xx.xx.2012-ci il tarixinədək (əmr 48/6-İRD/x saylı) işləmişdir. Maşınqayırma zavodunun Akkumulyator batareyalarının, hidravlik şlanqların, mexanizmlərin bərpası və avtoşinlərin təmiri-montajı sahəsinə 9-cu dərəcəli mexanik vəzifəsində xx.xx.2012-ci il tarixindən (əmr 01-kş saylı) xx.xx.2016-cı il tarixinədək (əmr 242-İRD/x saylı) işləmişdir. İddiaçı avtomobillərin və texnikanın istehsalı və təmiri zavodunun texniki istehsalat şöbəsinin təmir sahəsinə 6-cı dərəcəli akkumulyatorçu peşəsinə təyin edilib xx.xx.2016-cı il tarixindən (əmr 49-kş saylı) xx.xx.2017-ci il tarixinədək (əmr 42-İRD/x saylı) işləmişdir. Göstərilən peşə Azərbaycan Respubllikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci hissəsinin-ümumi peşələr, 19-cu sətrində müəyyən edilmiş akkkumulyatorçular vəzifəsinin xüsusiyyətləri ilə eynidir. İşlədiyi peşə üzrə sosial sığorta (və ya iş) stajı 4 (dörd) il, 6 (altı) ay, 25 (iyirmi beş) gün təşkil edir.
53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.
54. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
55. Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda vəya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
56. Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, iddiaçının əmək kitabçasının və digər sənədlərin surətinə əsasən, onun güzəştli stajı 12 il 6 aydan az (8 il 3 ay 2 gün (xx.xx.1992-xx.xx.1995-ci il, xx.xx.2016-xx.xx.2016-cı il, xx.xx.2016-xx.xx.2017-ci il, xx.xx.2017-xx.xx.2020-ci il, xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər) olduğundan müraciətinin müsbət həlli mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr yarımbəndində (a) texnoloji boru kəmərlərinin quraşdırıcıları vəzifəsi nəzərdə tutulmuşdur. Cavabdehə təqdim edilən iddiaçının MT-İ ******* nömrəli əmək kitabçasında və “SOCAR”-ın xx.xx.2024-cü il tarixli, 14-2/2-M-669-1/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 14-2-1/2-M-95-1/2024 nömrəli arayışlarında xx.xx.1979-xx.xx.1979-cu il və xx.xx.1980- xx.xx.1981-ci il tarixləri arasındakı dövrlər ərzində “Binəqədineft" Neft və Qazçıxarma idarəsinin Təsərrüfathesablı Tikinti-Quraşdırma idarəsində iddiaçının “boru kəməri quraşdırıcı” çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Boru kəməri quraşdırıcı çilingər vəzifəsi sözügedən arayışda istinad edilmiş yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan texnoloji boru kəmərlərinin quraşdırıcıları vəzifəsinə uyğun deyil. Cavabdehin mübahisələndirdiyi hal ondan ibarətdir ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunması üçün tələb olunan (12 il 6 ay) güzəştli iş stajı yoxdur.
57. İddiaçının güzəştli iş stajına münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququ verən peşələrdə işləməsi Azneft” İB, SOCAR, "xxxx" ASC və "xxxx" MMC tərəfindən verilən arayışla, həmçinin iddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunur.
58. Belə ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair Arayışda qeyd olunmuşdur ki, "Arayış verilir İddiaçı (FİN xxxxxxx) ondan ötrü ki, o, həqiqətən "xxxx" MMC-nin Xüsusu maşınların istehsalı və təmiri departamentin Maşınqayırma zavodunun Akkumulyator batareyalarının,şlanqların və mexanizmlərin bərpası sexində 9-cu dərəcəli mexanik vəzifəsində xx.xx.2012-ci il tarixindən (əmr 223-kş saylı) xx.xx.2012-ci il tarixinədək (əmr 48/6-İRD/x saylı) işləmişdir. Maşınqayırma zavodunun Akkumulyator batareyalarının,hidravlik şlanqların, mexanizmlərin bərpası və avtoşinlərin təmiri-montajı sahəsinə 9-cu dərəcəli mexanik vəzifəsində xx.xx.2012-ci il tarixindən (əmr 01-kş saylı) xx.xx.2016-cı il tarixinədək (əmr 242-İRD/x saylı) işləmişdir. Avtomobillərin və texnikanın istehsalı və təmiri zavodunun texniki istehsalat şöbəsinin təmir sahəsinə 6-cı dərəcəli akkumulyatorçu peşəsinə təyin edilib xx.xx.2016-cı il tarixindən (əmr 49-kş saylı) xx.xx.2017-ci il tarixinədək (əmr 42-İRD/x saylı) işləmişdir. Göstərilən peşə Azərbaycan Respubllikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci hissəsinin-ümumi peşələr, 19-cu sətrində müəyyən edilmiş akkumulyatorçuların işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli pensiya hüququna malikdir. Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarına əsasən "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası verən istehsalatların peşələrin vəzifələrin və göstəricilərin" 2N°li siyahısının XXXİİİ. Ümumi peşələr fəslinin 23200000—10047 koduna əsasən akkkumulyatorçular peşəsi xüsusi zərərli əmək şəraiti işlər hesab edildiyinə görə güzəştli pensiya hüququna malikdir.
59. Həmçinin məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna verilmiş cavab məktubunda iddiaçının xx.xx.2012-ci ildən xx.xx.2016-cı ilədək, həmçinin xx.xx.2016-cı ildən xx.xx.2017-ci ilədək işlədiyin mexanik və akkumlyatorçu vəzifəsinin üzrə gördüyü işin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci fəslində müəyyən edilmiş “Ümumi peşələr” sahəsinin 19-cu sətrində göstərilən “akkumulyatorçular”ın işi ilə eyni olduğu qeyd edilmişdir.
60. Beləliklə də, yuxarıda qeyd edilən peşələrdə 4 il 6 aydan çox güzəştli iş stajının olduğu nəzərə alındıqda və mübahisəsiz güzəştli iş stajı (8 il 3 ay) da hesablandığı halda 12 il 6 aydan çox güzəştli iş stajına malik olduğu müəyyən olunur.
61. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, işçinin əmək funksiyasını, yəni yerinə yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti işəgötürən müəyyən etdiyi üçün güzəştli arayış məhz iş yerindən tələb olunur.
62. Ali Məhkəmənin oxşar işlər üzrə artıq formalaşmış mövqeyinə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1122/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarının 45-ci bəndinə əsasən).
63. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, hazırkı iş üzrə iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi və güzəştli iş stajı mövcud olduğundan cavabdeh inzibati orqanın imtina üçün gətirdiyi dəlili əsassızdır.
64. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinaya əsas olan faktiki halların mövcudluğunu sübut edə bilməmişdir.
65. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün zəruri olan şərtlərin (60 yaş, azı 25 il ümumi iş stajı və 12 il 6 ay xüsusi iş stajının tamamlanması) ödənilməsi işin məhkəmə araşdırması ilə sübuta yetirilmişdir.
66. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
67. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
68. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1312/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı nəticə hissəsinə “İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” sözləri əlavə edilməklə dəyişdirilmədən saxlanılmalıdır.
69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1312/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının nəticə hissəsinə “İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” sözləri əlavə edilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.