Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1973/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlunun sədrliyi ilə (məruzəçi); Tanrıverdiyev Anar Vəzir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Hüseynova Arzu İsrafil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu icra və probasiya şöbəsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3940/2022 saylı, 18 mart 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu icra və probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin işə məsuliyyətsiz yanaşması nəticəsində iddiaçıya vurulan 1800 AZN (min səkkiz yüz manat) maddi ziyanın və etibarının alçaldıldığına, şərəf və ləyaqətinin təhqir olunduğuna görə 3.000 AZN (üç min manat) mənəvi ziyanın cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, 2012-2015-ci illərdə "xxxx" ASC-də çalışmış, əməkhaqqı kartına 168.20 (yüz altmış səkkiz AZN iyirmi qəpik) artıq pul ödənilmiş, bank iddiaçıdan xəbərsiz onu Bakı şəhər Sabunçu rayon məhkəməsinə verərək həmin pulu tələb etmiş, iddiaçının bütün bu olanlardan sonradan xəbəri olmuş, 2018-ci ilin dekabr ayında ona Sabunçu rayon İcra şöbəsindən məktub gələrək banka olan borcunun ödənilməsi tələb olunmuş, iddiaçı dərhal xx.xx.2018-ci il tarixində həmin borcu ödəmiş və bu barədə Sabunçu rayon İcra və Probasiya şöbəsinə məlumat vermişdir. İddiaçı xx.xx.2021-ci il tarixinə həyat yoldaşı X3 və övladları X2 və X1 ilə birlikdə Türkiyə Respublikasına birhəftəlik istirahətə getmək üçün 4 nəfərlik təyyarə üçün gediş-dönüş bileti və “X10” otelinin bir günü üçün 170 avro ödəniş edərək rezerv etdirmişdir. xx.xx.2021-ci il tarixində ailəsi ilə birlikdə Heydər Əliyev adına Hava Limanına daxil olarkən orada olan polis əməkdaşları ailəsinin gözü qarşısında heç bir səbəb bildirmədən onu qəfil saxlamışlar. Həmin vaxt onlara təyyarəyə gecikəcəyini və onu saxlama səbəblərini soruşsa da, ona heç bir məlumat verilməmiş, polis bölməsinə aparılmış, orada onun Bakı şəhəri Sabunçu rayon icra şöbəsi tərəfindən xaricə giriş-çıxışına məhdudiyyət qoyulduğunu öyrənmişdir. Lakin iddiaçının bunlardan xəbəri olmadığını bildirmişdir. İddiaçı Sabunçu rayon icra şöbəsində işinə baxan icra məmuru X6 müraciət etmiş və onun üzərinə qoyulan məhdudiyyət həmin gün dərhal götürülmüşdür. Lakin həmin günü iddiaçı və ailəsi biletlərdən və rezerv etdiyi oteldən istifadə edə bilmədiyindən məcbur olub yenidən daha baha qiymətə xx.xx.2021-ci il tarixinə 1.457 AZN (min dörd yüz əlli yeddi manat) dəyərində yeni uçuş bilətləri almış və yenidən 170 avro ödəyərək bir günlük otel rezerv elətdirmişdir. İddiaçı sonradan öyrənmişdir ki, iddiaçı "xxxx" ASC-də olan 168.20 (yüz altmış səkkiz AZN iyirmi qəpik) borcun alınması işi xx.xx.2018-ci il icra sənədinə əsasən Bakı şəhər Sabunçu rayon icra şöbəsinin icra məmuru X4 həvalə edilmiş, lakin icra məmuru “İcra haqqında” Qanunun 8-ci maddəsinə əsasən 3 gündən sonra həmin icra sənədinə əsasən məcburi icraya başlamalı, iddiaçını məlumatlandırmalı, borcun iddiaçının maaşından tutulması üçün müəyyən tədbirlər görməli oldugu halda iddiaçıya heç bir məlumat vermədən, digər icra tələbləri görmədən uzun müddət gözlədikdən sonra iddiaçı borcunu 2018-ci ildə ödəyib icra şöbəsinə şifahi məlumat verməyinə baxmayaraq, yenə də iddiaçının ölkədən giriş-çıxışına məhdudiyyət qoymuş, 3 il ərzində borcun ödənilməsini öyrənməmişdir. Bununla da icra məmurunun səhlənkarlığı nəticəsində iddiaçı ailəsinin gözü qarşısında hava limanında saxlanılaraq etibarı zədələnmiş, cəmiyyət içində özünü alçalmış hiss etmiş, ona külli miqdarda maddi ziyan dəymişdir. Dəfələrlə qarşı tərəfə şifahi və yazılı müraciət etməyinə baxmayaraq, qarşı tərəf barışıq istəmir və ödənişdən boyun qaçırır. İşin birinci instaniya icraatı zamanı cavabdeh iddiya yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 5681/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı 188,20 manat borc "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2018-ci il tarixdə icra olunması üçün şöbənin icraatına daxil olmuş və qanunamüvafiq şəkildə icraya yönəldilməklə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş borclunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədilə müvafiq təşkilatlara sorğular göndərilmiş lakin borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak aşkar edilməmişdir. xx.xx.2018-ci il tarixdə tələbin təmin edilməsi istiqamətində borclunun icra sənədində qeyd olunan ünvanına xəbərdarlıq məktubu göndərilmiş, lakin borclu könüllü surətdə icra şöbəsinə gəlməmişdir. Borclu İddiaçı ilə dəfələrlə ********** və ********** saylı mobil nömrələrlə əlaqə saxlamağa çalışsalar da, nömrələr təyin edilmədiyindən borclunu şöbəyə dəvət etmək mümkün olmamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün icra məmuru tərəfindən müddət təyin edir. Həmin müddət ərzində tələb təmin edilmədikdə, borclu könüllü şəkildə icra şöbəsinə gəlmədikdə icra məmuru borclu barəsində məcburi icra tədbirləri həyata keçirir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən icra sənədləri üzrə icraat zamanı borclunun yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. xx.xx.2021-ci il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilərək Bakı şəhəri Sabunçu RPİ-nə göndərilmiş və müvafiq olaraq borclu İddiaçı barəsində 52268 saylı axtarış işi açılmışdır. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Sabunçu RPİ-nin əməkdaşları tərəfindən şöbəyə təhvil verilən borclu İddiaçı borcunu 2018-ci ildə ödədiyini, lakin xitam məktubunu şöbəyə təqdim etmədiyini bildirmişdir. Tələbkar "xxxx" ASC-nin nümayəndəsi ilə əlaqə saxlanıldıqda o borcun ödənildiyini təsdiq etmiş və elektron formada icraata xitam verilməsi barədə məktubla şöbəyə müraciət etmişdir. Müvafiq olaraq xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5681/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə xitam verilmiş və borclunun axtarışının dayandırılması barədə məktub Bakı şəhəri Sabunçu RPİ-nə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3940/2022 saylı, 18 mart 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3940/2022 saylı, 18 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - İddiaçının cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, iddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra va Probasiya Şöbəsinin işə məsulliyyətsiz yanaşması nəticəsində iddiaçıya vurduğu 2000 AZN (iki min manat) maddi ziyanın Bakı şəhəri Sabunçu rayon İcra va Probasiya Şöbəsindən alınaraq iddiaçıya verilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. -Buta Airways”-in elektron biletlərindən görünür ki, iddiaçı və onun ailə üzvləri xx.xx.2021-ci tarixdə Bakı şəhərindən İzmir şəhərinə getmək üçün təyyarə bileti almışlar. - "xxxx" QSC-nin 771-**********, 771-**********, 771- **********, 771-********** saylı elektron biletlərindən görünür ki, iddiaçı və onun ailə üzvləri xx.xx.2021-ci tarixdə Bakı şəhərindən Bodrum şəhərinə getmək üçün təyyarə bileti almışlar. - "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 122/21 BKF saylı arayışından görünür ki, İddiaçı barəsində Sabunçu rayon məhkəməsinin 02 iyul 2018-ci il tarixli e-2(008)- 5681/18 saylı əmrinə əsasən ödənilməli olan borcu (məbləğ - 168,20 AZN) 20 dekabr 2018-ci ildə ödənilmişdir. - Bakı şəhəri Sabunçu rayonu Məhkəməsinin e-2(008)-5681/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra işinə dair materiallardan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Məhkəməsinin e-2(008)-5681/2018 nömrəli xx.xx.2018-ci il tarixli əmri ilə iddiaçıdan 168,20 manat borcun və 20 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması qərara alınmışdır. İcra sənədi icra olunması üçün şöbənin icraatına daxil olmuş və qanunamüvafiq şəkildə icraya yönəldilməklə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş borclunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədilə müvafiq təşkilatlara sorğular göndərilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak aşkar edilməmişdir. xx.xx.2018-ci il tarixdə tələbin təmin edilməsi istiqamətində borclunun icra sənədində qeyd olunan ünvanına xəbərdarlıq məktubu göndərilmiş, lakin borclu könüllü surətdə icra şöbəsinə gəlməmişdir. xx.xx.2021-ci il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilərək Bakı şəhəri Sabunçu RPİ-nə göndərilmiş və müvafiq olaraq borclu barəsində 52268 saylı axtarış işi açılmışdır. İcra sənədində qeyd olunan tələb iddiaçı tərəfdən tam icra edildiyi üçün xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 5681/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə xitam verilmiş və borclunun axtarışının dayandırılması barədə məktub Bakı şəhəri Sabunçu RPİ-nə göndərilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin etməyərək qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə məhkəmə araşdırması zamanı hər-hansı qanunsuz və əsassız hərəkətlərin edilməsi müəyyən edilməmişdir. Əksinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş fəaliyyət sferasında müvafiq tədbirlər görülmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı mübahisəyə aşağıdakı maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2ci maddə). “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. 87.3. İcra hərəkətinin yerinə yetirilməsi vaxtı və yeri haqqında xəbərdar edilməmiş şəxslər üçün bu Qanunun 87.1-ci maddəsində maddələrində nəzərdə tutulmuş müddətin axımı həmin şəxslərin müvafiq hərəkət barəsində məlumat aldıqları gündən başlayır. 87.4. İcra məmuru tərəfindən fiziki və hüquqi şəxslərə vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilir. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2.-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (Mülki Məcəllənin 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin mövcud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. Mülki Məcəllə: Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur Hazırkı işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı cavabdeh tərəfindən məhkəmə qərarının icrası təmin edilərkən ona maddi və mənəvi ziyanın dəydiyini hesab edərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə etirazında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5681/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borcludan 188,20 manat borc "xxxx" ASC-nin xeyrinə tutulmalı oldugundan icra sənədi xx.xx.2018-ci il tarixdə icra olunması üçün şöbənin icraatına daxil olduğunu və qanunamüvafiq şəkildə icraya yönəldilməklə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş borclunun icra sənədində qeyd olunan ünvanına göndərildiyini bildirərək, borclunun könüllü surətdə icra şöbəsinə gəlmədiyini, borclu ilə dəfələrlə ********** və ********** saylı mobil nömrələrlə əlaqə saxlamağa çalışsalar da, nömrələr təyin edilmədiyindən borclunu şöbəyə dəvət etmək mümkün olmadığını qeyd etmişdir. Bu səbəbdən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilərək Bakı şəhəri Sabunçu RPİ-nə göndərildiyini və müvafiq olaraq borclu İddiaçı barəsində 52268 saylı axtarış işi açıldığını qeyd edən cavabdeh, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Sabunçu RPİ-nin əməkdaşları tərəfindən şöbəyə təhvil verilən borclunun borcunu 2018-ci ildə ödədiyini, lakin xitam məktubunu şöbəyə təqdim etmədiyini, tələbkar "xxxx" ASC-nin nümayəndəsi ilə əlaqə saxlanıldıqda onun borcun ödənildiyini təsdiq etdiyini və elektron formada icraata xitam verilməsi barədə məktubla şöbəyə müraciət etdiyini, müvafiq olaraq xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e- 2(008)-5681/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə xitam verildiyini və borclunun axtarışının dayandırılması barədə məktub Bakı şəhəri Sabunçu RPİ-nə göndərildiyini bildirmişdir. Yuxarıda qeyd edilənlərdən, həmçinin iş materiallarında olan sənədlərdən göründüyü kimi cavabdeh inzibati orqan hər hansı qanunazidd hərəkətə yol verməmiş, bu səbəbdən iddiaçı 1800 AZN maddi ziyanın ödənilməsində haqlı olmamışdır. İddiaçının mənəvi ziyanın ödənilməsi ilə bağlı tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə MM-nin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bununla yanaşı, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (MM-in 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin mövcud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. İddia tələbinin mənəvi zərərin ödənilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “mənəvi zərərin ödənilməsi” barədə hüquqi mövqeyindən göründüyü kimi, sözügedən iddia o zaman təmin edilə bilər ki, cavabdehi hərəkət və ya hərəkətsizliyi ilə iddiaçıya vurulmuş mənəvi zərər arasında səbəbli əlaqə müəyyən edilmiş olsun. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxılarkən isə belə əlaqə müəyyən edilməmişdir. İddiaçı cavabdehin hərəkətsizliyi nəticəsində iztirab keçirdiyini, bu səbəbdən mənəvi zərər tələbinin əsaslı olduğunu qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Ali Məhkəmə Plenumunun göstərilən qərarında qeyd edilmişdir ki, şəxsin iztirab keçirməsi dedikdə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İşin məhkəmədə araşdırılan hallarından isə cavabdehin hərəkət və ya hərəkətsizliyi səbəbindən iddiaçının sağlamlığının pozulması, bunun nəticəsində fiziki əzab çəkməsi öz təsdiqini tapmamışdır. İddiaçının iddia tələbi ilə eynilik təşkil etmiş apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçının vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3940/2022 saylı, 18 mart 2022-ci il tarixli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3940/2022 saylı, 18 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1973/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1973/2022
05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver