Məhkəmə qərarları › İş №2-1(103)-1973/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1973/2023

13.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1973/2023 13.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2-1(112)-3752/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə 13 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1101e nömrəli bağ torpaq sahəsinin 0,167 kv.m. hissəsinin 2017-2018-ci illərdə “Novxanı-PirşağıSahil yolu avtomobil yolunun yenidən qurulması” layihəsi həyata keçirilən zaman həmin layihə altına düşdüyünə görə 17.000 manat kompensasiya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən, qanuni istifadəsi və sahibliyində olan 0,12 ha torpaq sahəsi olan 1101E saylı bağ sahəsi Bakı şəhər X5 14 aprel 1989- cu il tarixli 3/100 saylı qərarı ilə 66 saylı BTK nəzdində 12 saylı order əsasında ayrılmışdır. Bağ sahəsi (0.1033 ha) üzərində hüquqları qeydə alınaraq dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya bildirilmişdir ki, bağ sahəsinin bir hissəsi Novxanı-Pirşağı magistral yolunda yerləşir. Qeyd olunanlarla yanaşı, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1200 kv.m olsa da, faktiki olaraq 1033 kv.m təşkil edir, 0.167 kv.m torpaq sahəsi müvafiq layihəyə uyğun olaraq ümumi yola daxil edilmişdir. Cavabdeh tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması” layihəsinin icrası ilə əlaqədar olaraq mülkiyyətində olan 1200 kv.m torpaq sahəsinin 0,167 kv.m hissəsi yol tikintisi sahəsinə düşmüşdür. Qeyd olunan tikinti layihəsinin icrasına başlanmasından ötən müddət ərzində mülkiyyətində olan torpaq sahəsinin tikinti altına düşmüş hissəsinə qanunda nəzərdə tutulmuş qaydada kompensasiya ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə şifahi qaydada müraciət edilməsinə baxmayaraq bu günədək həmin kompensasiya iddiaçıya ödənilməmişdir. 0,0167 kv.m torpaq sahəsinə görə ədalətli şəkildə kompensasiya verilməsi barədə ərizə ilə xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh müraciətdə qeyd edilənlərin icrasından imtina etmişdir. İmtina məktubunda bildirilmişdir ki, sözügedən layihə çərçivəsində ona kompensasiya ödənilməsi nəzərdə tutulmamışdır. Cavabdehin verdiyi əsassız cavab ona məhkəməyə müraciət etmək üçün əsas vermişdir. Cavabdehin imtinası onun mülkiyyət hüquqlarını pozmaqla, həm də mülkiyyət hüququ haqqında normaların tələblərini pozmuş olur. Bakı İnzibati Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2-1(112)-3752/2023 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya məhkəməsinin 25 aprel 2023-cü il tarixli qərardadı ilə İddiaçı 31 yanvar 2023-cü il tarixdə vəfat etdiyindən mərhumun arvadı X4 onun hüquqi varisi ilə əvəz edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, cavadehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2-1(112)-3752/2023 saylı saylı qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından aydın olur ki, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1101e saylı bağ sahəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən Novxanı-Pirşağı (Sahil yolu) avtomobil tikintisi layihəsi çərçivəsində aprılan tikintinin altına düşmür. Belə ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən Novxanı-Pirşağı (Sahil yolu) avtomobil tikintisi layihəsi çərçivəsində aprılan tikintinti Bakı şəhər X5 14 aprel 1989-cu il tarixli 3/100 saylı qərarı ilə 66 saylı BTK nəzdində 12 saylı order əsasında Novxanı bağlar sahəsində yerləşən, ümumi sahəsi 0.12 ha olan 1101E saylı bağ sahəsi X8 verilmiş torpaq sahəsinin üzərinə düşmüşdür. Göründüyü kimi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən Novxanı-Pirşağı (Sahil yolu) avtomobil tikintisi hazırkı iddiaçının mülkiyyətində olan ərazidə deyil, X7 mülkiyyətində olan ərazidə aparıldığından hazırkı iddia üzrə iddiaçının belə bir iddia qaldırmaq üçün heç bir subyektiv hüququ olmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)”. Lakin birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən iddia tələbini mümkünlük şərtlərini yoxlamadan, iddiaya mahiyyəti üzrə baxaraq iddia tələbini rəmin etmiş və bununla da düzgün nəticəyə gəlməmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2-1(112)-3752/2023 saylı qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2-1(112)-3752/2023 saylı qərarı ləğv edilsin. İddia tələbi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar