Məhkəmə qərarları › İş №2-1(103)-1974/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1974/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1974/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X8 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması və reyestrdən çıxarışın verilməsi və plan ölçünün tərtib edilməsi tələbinə dair” (üçüncü şəxslər: X3 və X9) inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-631/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «öhdəliyin icrası haqqında» iddia ərizəsi, daha sonra, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddianın “Bakı şəhəri Qaradağ rayonu, Səngəçal qəsəbəsində ayrılmış bağ sahəsi üzrə mülkiyyət hüququnun iddiaçının adına qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi, bağ sahəsinin planölçünün tərtib edilməsi, ünvan verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi məhkəmənin icraatına qəbul edilməsini xahiş etmişdir (İPM m.34.1). İddianın əsaslarına görə: İddiaçı xx.xx.1979-cu il tarixdən etibarən Nəriman Nərimanov adına NQÇİ-də bu günə kimi işləmişdir. Ona bağçılıq cəmiyyəti üzvlərinin 30 yanvar 2000-ci il tarixli, 17 nömrəli prot okoluna əsasən sahəsi 500 kv.metr olan, 30 yanvar 2000-ci il tarixli qərarına əsasən Bakı şəhəri Qaradağ rayonu, Səngəçal qəsəbəsində 20 nömrəli bağ sahəsi daimi istifadə etmək üçün iddiaçıya verilmişdir. İddiaçı bağ sahəsini hər tərəfdən hasara almış və mütəmadi istifadə edir. Həmin bağ sahəsini özəlləşdirmək üçün cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2017-ci il tarixli ərizəsinə cavab olaraq bildirmişdir ki, İdarənin arxiv məlumatlarına əsasən «20» saylı bağ nömrəsi eyni bağçılıqla digər fiziki şəxsin adına qeydiyyatdan keçirmişdir. Bundan əlavə sözügedən bağçılıq yoldaşlığın ayrıc aktı idarənin elektron bazasında aşkar olunmadığından bağ sahəsinin yerləşməsini dəqiq araşdırmaq mümkün olmamış, bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Bundan başqa, iddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehə müraciət etmiş, bu dəfə sonuncu cavab olaraq bildirmişdir ki, arxiıv məlumatlarına əsasən «20» saylı bağ nömrəsi eyni bağçılıqla digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir. Elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi bağçılıq yoldaşlıq ayrıc aktından kənarda yerləyir və ərazənin bölgü sxemi olmadığından yerin təyin etmək mümkün olmamış,bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Bir müddət sonra, onun yeni müraciətinə cavabdeh xx.xx.2019-cu il tarixli cavab olaraq bildirilmişdir ki, N.Nərimanov adına NQÇİ-nin Həmkarlar İttifqı Komitəsinin bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin birgə iclasının 27 mart 1998-ci il tarixli, 54 saylı protokoluna əsasən X5 900m2 torpaq sahəsi olan 20-52 saylı bağ sahəsi ayırılmış və onun adına xx.xx.1998-ci il tarixli üzvlük kitabçası verilmişdir. Daha sonra, sözügedən bağçılıq yoldaşlıq birliyinin 27 mart 1998-ci il tarixli, 54 saylı protokoluna xx.xx.1998-ci il üzvlük kitabçası və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş xx.xx.2010-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Qaradağ rayonu, Səngəçal qəsəbəsi, “Dəniz Neftçisi” b/y-nın 20-52 saylı bağ sahəsi (0.086309 hektar torpaq sahəsi) xx.xx.2012-ci il tarixdə X4 adına daşınmaz əmikin dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Həmçinin, Nəriman Nərimanov adına NQÇİ Həmkarlar İttifaqı Komitəsi bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin xx.xx.1999-cu il tarixli 54 saylı protokoluna, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədinə və 1 saylı BİM-nin 2-1(81)-339/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarına əsasən Qaradağ rayonu, Səngəçal qəsəbəsi, «Dəniz Neftçisi» b/y-nın 20 saylı bağ sahəsi (0.0578 hektar torpaq sahəsi) xx.xx.2019-cu il tarixdə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İddiaçıya məxsus bağ sahəsinin nömrəsində uyğunsuzluq var, çünki “Dəniz Neftçisi” b/y-nın 20 saylı bağ sahəsi (0.0578 hektar torpaq sahəsi) xx.xx.2019-cu il tarixdə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hazırda onun mülkiyyətində olsa belə, bu günə kimi iddiaçının bağ sahəsinə gəlib həmin sahənin ölçülərini çəkən olmayıb. Hazırda bu ünvan yalnışlığına görə, iddiaçı bağ sahəsini özəlləşdirə bilmir. Səngəçal qəsəbəsi, “Dəniz Neftçisi” b/y-nın 20-52 saylı bağ sahəsi (0.086309 hektar torpaq sahəsi) xx.xx.2012-ci il tarixdə X4 adına qeydiyyata alınmış, hazırda mülkiyyətindədir. Həmçinin bildirilir ki, Nəriman Nərimanov adına NQÇİ Həmkarlar İttifaqı Komitəsi bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin xx.xx.1999-cu il tarixli 54 saylı protokoluna, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədinə və 1 saylı BİM-nin 2- 1(81)-339/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarına əsasən 20 saylı bağ sahəsi (0.0578 hektar torpaq sahəsi) xx.xx.2019-cu il tarixdə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Həmin sorğunun cavabını iddiaçı xx.xx.2019-cu il tarixdə almışdır. İddiaçıya məxsus bağ sahəsinin nömrəsində uyğunsuzluq var, çünki “Dəniz Neftçisi” b/y-nın 20 saylı bağ sahəsi (0.0578 hektar torpaq sahəsi) xx.xx.2019-cu il tarixdə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hazırda onun mülkiyyətində olsa belə, bu günə kimi iddiaçının bağ sahəsinə gəlib həmin sahənin ölçülərini çəkən olmayıb.» Cavabdeh iddia ərizəsinə dair etirazında iddianı qəbul etməmiş,rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, idarənin arxiv məlumatlarına əsasən “20” saylı bağ nömrəsi eyni bağçılıqla digər fiziki şəxslərinX4 (20-52 saylı bağ) və X2 (20 saylı bağ sahəsi və evi) adına qeydiyyatdan keçmişdir. Elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi- bağçılıq yoldaşlıq ayrıc aktından kənarda yerləşir və ərazinin bölgü sxemi olmadığından yerin təyin etmək mümkün olmamışdır. Əlavə olaraq qeyd edilmişdir ki, bağ sahəsinin ilkin sənədlərində düzəlişlərin edilməsi İdarənin səlahiyyətləri xaricindədir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-631/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı adına Bakı şəhəri Qaradağ rayonu, Səngəçal qəsəbəsində ayrılmış bağ sahəsi üzrə mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi, bağ sahəsinin plan-ölçünün tərtib edilməsi, ünvan verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, İdarənin arxiv məlumatlarına əsasən 20 saylı bağ nömrəsi eyni bağçılıqla digər fiziki şəxslərin-X4 (20-52 saylı bağ) və X2 (20 saylı bağ sahəsi və evi) adına qeydiyyatdan keçmişdir. Elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi- bağçılıq yoldaşlıq ayrıc aktından kənarda yerləşir və ərazinin bölgü sxemi olmadığından yerin təyin etmək mümkün onmamış, əlavə olaraq, bağ sahəsinin ilkin sənədlərində düzəlişlərin edilməsi idarənin səlahiyyətləri xaricindədir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi H.Allahverdiyev apellyasiya şikayətinə uyğun izahat verərək, göstərilən bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş iddiaçı və üçüncü şəxslər məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. ІІ.Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 82-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işə cavabdehin apellyasiya şikayəti həddində baxılmalıdır. Apellyasiya şikayətindən və nümayəndəsinin məhkəməyə verdiyi izahatından göründüyü kimi, cavabdeh tərəfindən mübahisələndirilir ki, arxiv məlumatlarına əsasən 20 saylı bağ nömrəsi eyni bağçılıqla digər fiziki şəxslərin (X4 (20-52 saylı bağ) və X2 (20 saylı bağ sahəsi və evi) adına qeydiyyatdan keçmişdir. Elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi - bağçılıq yoldaşlıq ayrıc aktından kənarda yerləşir və ərazinin bölgü sxemi olmadığından yerin təyin etmək mümkün onmamışdır. Dolayısı ilə cavabdeh apellyasiya şikayətinin əksər dəlilləri mübahisəli bağ sahəsinin nömrəsində olanvə sxematik xəritəyə uyğunsuzluğu ilə bağlıdır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hallar iddiaçının Bakı şəhəri Qaradağ rayonu, Səngəçal qəsəbəsində ayrılmış bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz. Birincisi, cavabdeh tərəfindən iddiaçıya məxsus bağ sahəsinin bağçılıq yoldaşlıığın ayrıc aktından kənarda yerləşdiyini sübutlarla əsaslandırılmamış və ümumiyyətlə, onun bu dəlili işdə olan hüquqmüəyyənedici sənədlərlə müəyyən olunan hallara da uyğun gəlmir. Çünki, həmin sənədlər əsasında iddiaçı həmin bağ sahəsi ona ayrıldığı vaxtdan sahəibliyindədir və hal-hazıradək həmin sənədlər qüvvəsini saxlayır. Belə ki, iş materialları üzrə iddiaçının əmək kitabçasının surətinə, onun adına tərtibolunmuş torpaq sahəsinin planı və ölçüyə, N.Nərimanov adına NQÇİ-nin işçilərinə paylanmış bağ sahəsinin siyahısına, Bakı şəhər X7 İcraiyyə Komitəsinin 7/437 nömrəli, 10 dekabr 1990-cı il tarixli və 10/518 nömrəli, 24 iyul 1991-ci il tarixli qərarların, 05/438 nömrəli ayrıc aktının və Dövlət Neft Şirkətinin (“SOCAR”) məktublarının surətlərinə və s. müəyyən olunur ki, 1979-cu ildən İddiaçı N. Nərimanov adına NQÇİ-də müxtəlif vəzifələrdə işləmiş, işlədiyi vaxt NQÇİ nəzdində bağçılıq yoldaşlığının yaradılması üçün Qaradağ rayonu, Səngəçal qəsəbəsində torpaq sahəsi ayrılmış və NQÇİ-nin əmək kollektivi üzvləri tərəfindən yaradılmış Bağçılıq yoldaşlığının xx.xx.2001-cı il tarixli, 17 nömrəli protokolu ilə ona Bakı şəhəri Qaradağ rayonu, Səngəçal qəsəbəsində 20 nömrəli bağ sahəsi ayrılmış və ona bağçılığın üzvlük kitabçası verilmişdir. İşə əlavə olunmuş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən onun adına tərtib edilmiş, Qaradağ rayonu, Səngəçal qəsəbəsində ayrılmış mübahisəli 20 nömrəli bağ sahsinin planı və ölçüsü ilə üçüncü şəxslərin (X3 və X9) adına, eyni nömrəli bağ saəhəsinə dair AR DTXK-nin Bakı şəhər ş.bəsi tərəfindən ayrı-ayrılıqda tərtib olunmuş plan ölçülər müqayisəli surətdə tədqiq olunduqda, müəyyən olunur ki, hər üç bağın bir-birindən fərqli olan kkoordinat nöqtələrinə, müxtəlif konftqurasiyaya və sahə ölçülərinə malikdər və sonuncular artıq həmin bağ sahələrini öz adlarına da özəlləşdirmişlər və onların iddiaçı ilə hər hansı bir mübahisəsi mövcudluğu müəyyən olunmur. İddia ərizəsinə və işin digər materiallarına əsasən də müəyyən olunur bağ saəhsi ona ayrıldığı vaxtdan istifadəsindədir və üçüncü şəxslərlə hər hansı bir mübahisəsi yoxdur. Belə olan halda, bağ nömərələrinin eyni olması, habelə bağların yerləşməsinin sxematik xəritəyə uyğunsuzluğu ilə bağlı bütün formal çatışmazlıqların aradan qaldırılması qeydiyyat orqanı olaraq cavabdeh üzərinə düşən öhdəliyidir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin xx.xx.2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsinin 3.1.20-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək həmin qürumun vəzifəsidir. Beləliklə də birinci instansiya məhkəməsinin qərarıı ilə iddianın təmin edilməsi nəticə etibarı ilə işdə olan sübutlarla müəyyən edilən hallara və maddi hüquq normalarına uyğundur. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: …; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; …; Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, mübahisəli bağ sahəsinin iddiaçının adına əvəzsiz olaraq mülkiyyət hüququ ilə öz adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını zəruri edən faktiki şərtlərin mövcuddur Belə olan halda, cavabdeh tərəfindən həmin bağ sahəsinin onun adına qeyd alınmasından və bu barədə çıxarış və plan ölçü tərtib edilməsindən imtina olunması qanunsuzdur, iddiaçının qanunla qorunan hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu, mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-631/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-631/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar