Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1975/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «ata adının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9607/2022 nömrəli 03 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə və prosessual müddətin bərpasına dair ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9607/2022 nömrəli 03 noyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı məxsus doğum haqqında akt qeydində uşaq qrafasında «Vyaçeslav» ata adının «Sənan» ata adına, valideynləri qrafasında ata bəndində «X1» ata haqqında qeydin «X6» kimi dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması qərara alınmşdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9607/2022 nömrəli 14 fevral 2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9607/2022 nömrəli 03 noyabr 2022-ci il tarixli qərarının əsaslandırıcı və nəticə hissəsində ata haqqında qeydin «X6» əvəzinə «X7» kimi oxunması qərara alınmışdır. Hazırda cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin olunması, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9607/2022 nömrəli 03 noyabr 2022-ci il tarixli qərarının qismən ləğv olunması və ata bəndində ata haqqında qeydin «X1»dən X3 dəyişdirilməsi hissəsində iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh eyni zamanda buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9607/2022 nömrəli 03 noyabr 2022-ci il tarixli qərarından (qismən ləğv olunması) apellyasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsi ilə müəyyən edilmiş 30 gün müddətin buraxılmasının səbəbini üzrlü hesab edərək apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qeydiyyat şöbəsində iş yükünün çox olması, vətəndaş və elektron müraciətlərinin artması səbəbindən qərardan apellyasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi ilə nəzərdə tutulmuş müddəti buraxmışlar. Tərəflərindən prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə də məhkəmə tərəfindən İPM-nin 24.1-ci maddəsinə müvafiq olaraq həmin müddət bərpa edilməlidir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsini tərəflərin dinlənilmə hüququnu təmin etməklə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 müddətin bərpası barədə ərizənin təmin edilməsini və apellyasiya şikayətinin mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə ərizənin rədd edilməsini, apellyasiya şikayətinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, prosessual müddətin bərpa edilməsi barədə ərizəni və apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, ərizə təmin edilməməli, apellyasiya şikayəti mümkün sayılmamalı və həmin qərara dair apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. İş materiallarından görünür ki, cavabdehin nümayəndəsi qərarın surətini xx.xx.2022ci il tarixdə rəsmi olaraq qəbul etmişdir, apellyasiya şikayəti isə xx.xx.2023-cü il tarixdə verilmişdir. Göründüyü kimi, qanunla müəyyən edilmiş qərardan şikayət vermə müddəti cavabdeh tərəfindən buraxılmışdır (1 ay 12 gün). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 85.2-ci maddəsinə əsasən şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iş yükünün çox olması qərardan apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılmasının üzrlü səbəbi hesab oluna bilməz. Cavabdeh buraxılmış prosesual müddətin bərpa olunması barədə ərizəni məhkəməyə təqdim etsə də, həmin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Buna görə də buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür və apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir. Buna görə də cavabdehin qərardan verdiyi apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehnə tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9607/2022 saylı, 03 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1975/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1975/2023
26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver