Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1976/2021 24.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Həmidov Həmid Üzeyir oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı kompensasiyanın ödənilməsi barədə iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5590/2021 saylı 07 may 2021-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə 21-24 sentyabr 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehlər tərəfindən dəyən zərərin bir səhmə görə 5 (beş) manat qiymətləndirilərək, İddiaçı1 2400 manat (480 səhm x 5 manat), İddiaçı2 6720 manat (1344 səhm x 5 manat), İddiaçı3 17500 manat (3500 səhm x 5 manat), İddiaçı4 720 manat (144 səhm x 5 manat), İddiaçı5 1920 manat (384 səhm x 5 manat), İddiaçı6 720 manat (144 səhm x 5 manat) kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia ərizəsində qeyd etmişlər ki, onlar Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Respublika Auksion Mərkəzində 07 fevral 2006-cı ildə keçirilmiş çek hərracında iştirak etməklə və Birjada Qiymətli kağızlarla alqı-satqı haqqında müqavilə əsasında səhmləri almaq hüququndan istifadə edərək. ünvan 1 ünvanında yerləşən “Xətai Tikinti Sənaye" ASC-nin səhmdarları olmuşlar. Lakin iddiaçıların xəbəri olmadan 2007-ci ildə "xxxx" ASC ləğv edilmişdir. Qanunvericiliyin tələbinə zidd olaraq bununla bağlı səhmdarlara heç bir məlumat verilməmiş, yaradılan ləğvetmə komissiyası səhm sahibi olan vicdanlı sahiblərin hüquqlarını nəzərə almalı olduğu halda bu nəzərə alınmamış və onlarla hər hansı haqq hesab aparılmamışdır. Bu yaxınlarda əldə etdikləri rəsmi sənədə, yəni Birjada Qiymətli kağızlarla alqı-satı haqqında müqaviləyə əsasən məlum olmuşdur ki, 2007ci ildə "xxxx" ASC-nin səhmləri bazarda biri 1 (bir) manata satılıb. Bu rəsmi sənədləri əsas götürüb, səhmlərin taleyi ilə bağlı iddia ərizəsi ilə müraciət etməyi qərarlaşmışlar. Milli Depozit Mərkəzinin verdiyi 01.05.2006-cı il tarixli, ********* saylı depo hesabından çıxarışa əsasən İddiaçı1 480 (dörd yüz səksən) ədəd. 27.04.2006-cı il tarixli, ********* saylı depo hesabından çıxarışa əsasən İddiaçı2 1344(bir min üç yüz qırx dörd) ədəd, 22.02.2008-cı il tarixli, ********* saylı depo hesabından çıxarışa əsasən İddiaçı3 3500 (üç min beş yüz) ədəd, 23.06.2006-cı il tarixli. ********* saylı depo hesabından çıxarışa əsasən İddiaçı4 144 (bir yüz qırx dörd) ədəd, 06.07.2006-cı il tarixli, ********* saylı depo hesabından çıxarışa əsasən İddiaçı5 384 (üç yüz səksən dörd) ədəd, 23.05.2006-cı il tarixli, ********* saylı depo hesabından çıxarışa əsasən İddiaçı6 144 (bir yüz qırx dörd) ədəd "xxxx" ASC-nin adlı səhminə sahibdirlər. 2007-ci ildə "xxxx" ASC-nin səhmləri bazarda biri l(bir) manata satılıb. Bu mənada hüquqi şəxs ləğv edildiyi dövrdə səhmdarlara kompensasiya verilsəydi, İddiaçı1 480 manat, İddiaçı2 1344 manat, İddiaçı3 3500 manat, İddiaçı4 144 manat, İddiaçı5 384 manat, İddiaçı6 144 manat almalı idilər. Kompensasiyanın ödənilməsi vəzifəsi cavabdehlərin üzərində olduğu üçün onlar bu kompensasiyanı vaxtında almadıqlarından əldən çıxan fayda şəklində iddiaçılara 2007-ci ildə verilməli olan məbləğ qanunvericiliyin tələbinə uyğun surətdə indeksləşdirilməlidir. İddiaçılar "xxxx" ASC-nin səhmdarları olan dövrdə, yəni 2006-2007-ci illərdə 1ABŞ dollarının Azərbaycan manatına görə qiyməti 1 USD=0,78 manat olub. Hal-hazırda isə 1 ABŞ dollarının qiyməti 1,70 manatdır. Yəni manat 2,18 dəfə dəyərdən düşüb. 2007-ci ildə "xxxx" ASC-nin səhminin birjada bazar qiymətinin 1 (bir) manat olmasını, manatın dollara nisbətdə 2,18 dəfə dəyərdən düşməsini, keçən 13 ildən çox olan dövrdə inflyasiyanı, puldan istifadə əmsalının sıfır olmasını və Mərkəzi Bankın bank faizinin uçot dərəcəsinin hər il üçün orta hesabla 9 % olmasını nəzərə alınsa, "Xətai Tikinti Sənaye” ASC-nin hal-hazırda bir səhminin qiyməti təxminən 5 (beş) manat olmalıdır. İddiaçılara dəyən zərərin ödənilməsindən ötrü Bakı şəhəri Xətai Rayon Məhkəməsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ərizə ilə müraciət etmişlər. Cavablarda Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət etməklərini bildiriblər. Sonda iddiaçılar iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5590/2021 saylı 07 may 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim: A.Əhədova) Həmin qərardaddan narazı qalan iddiaçılar apelyasiya şikayəti vermişlər və apelyasiya şikayətində iddia ərizəsində göstərdiyi dəlilləri qeyd edərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələblərinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apelyasiya baxışı zamanı iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apelyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdilər. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə digər iddiaçılar İddiaçı4, İddiaçı5, İddiaçı6, cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə qeyd olunan iddiaçıların və cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə iddiaçıları dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçılar hərracda müvafiq müəssisənin özəlləşdirməsi nəticəsində əldə etdikləri səhmlərə görə kompensasiyanın ödənilməsini məhkəmədən xahiş edirlər. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və qeyd etmişdir ki, mübahisə inzibati orqanlara qarşı əmlak tələbi ilə bağlı olsa da, bu tələb həmin orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti- inzibati aktı və ya inzibati xarakterli hərəkətləri (və ya hərəkətsizliyi) ilə bağlı deyil. Belə ki, işdən də müəyyən olunur ki, iddiaçılar yuxarıda qeyd edildiyi kimi səhmdar cəmiyyətinin səhmlərinin ixtisaslaşdırılmış çek hərracında satılması ilə bağlı qəzetdə dərc edilmiş elanla tanış olmuşlar, bundan sonra öz sərbəst iradələri əsasında Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin Respublika Auksion Mərkəzində keçirilmiş çek hərracında iştirak etmişlər və yenə də iradə sərbəstliyi, müqavilə azadlığı prinsiplərinə uyğun olaraq birjada qiymətli kağızlarla alqı-satqı müqaviləsi bağlayaraq "Xətai Tikinti Sənaye” Açıq Səhmdar Cəmiyyətinin səhmlərini əldə etmişlər. Bu müqavilə münasibətlərində iddiaçılar səhmləri əldə edən alıcı, Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi səhmlərin satıcısı qismində çıxış etmişdir. Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi səhmlərin alqı-satqısına dair müqavilə üzrə bilavasitə hakimiyyət səlahiyyətini tətbiq edən inzibati orqan statusunda deyil, mülki dövriyyənin bərabər hüquqlu subyekti statusunda çıxış etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçılar səhmlərə mülkiyyət hüququ və hazırkı halda onların dəyərini kompensasiya şəklində tələb etmək hüququnu Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin inzibati aktı hesab olunan özəlləşmə barədə sərəncamı ilə deyil, bilavasitə həmin sərəncamdan sonra əmlakın satıcısı ilə alıcısı arasında iradə sərbəstliyi əsasında bağlanmış mülki müqavilə-alqı-satqı müqaviləsi əsasında əldə etmişlər. Eyni zamanda bu hüquq inzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində də pozulmamışdır. İnzibati orqanın inzibati hüquq məsuliyyəti o zaman yarana bilərdi ki, həmin orqan iddiaçıların səhmlərinə münasibətdə hər hansı qanunsuz inzibati akt qəbul etmiş və ya faktiki xarakterli hərəkətə yol vermiş olsun. Lakin yuxarıda da qeyd edildiyi kimi iddiaçıların səhmdarı olduqları cəmiyyət məhkəmə qətnaməsi ilə ləğv olunmuşdur. Məhkəmə iddianın məhkəmə aidiyyəti üzrə göndərilməsinin inzibati məhkəmə icraatında mümkünsüzlüyünü bildirməklə yanaşı izah etmişdir ki, iddiaçıların hazırkı tələblə mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüquqları saxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramına uyğun olaraq Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin 02.06.2005-ci il tarixli, 140 nömrəli sərəncamı ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tərkibində olan "Azərneftyağ" Neft Emalı zavodunun ünvan 3 ünvanında yerləşən İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmiş, "xxxx" ASC-nin nizamnamə kapitalı ********** (bir milyard əlli səkkiz milyon bir yüz min) manat həcmində müəyyən edilmiş, ASC-nin nizamnamə kapitalının müqabilində hər birinin nominal dəyəri 10000 (on min) manat olmaqla 105810 (bir yüz beş min səkkiz yüz on) ədəd sənədsiz adlı səhm buraxılmışdır. Eyni zamanda ASC-nin səhmləri özəlləşdirmə üsullarına görə aşağıdakı nisbətdə bölüşdürülməsi qərara alınmışdır: -əmək kollektivinə güzəştli satışa yönəldilən səhmlər-15%; -pul hərracına yönəldilən səhmlər-30%; - ixtisaslaşdırılmış çek hərracına yönəldilən səhmlər -55%. Həmçinin, sərəncama əsasən Respublika Auksion Mərkəzinə tapşırılmışdır ki, bu sərəncama uyğun olaraq cəmiyyətin səhmlərinin satışının təşkili ilə bağlı zəruri tədbirlər həyata keçirsin. İş materiallarında olan Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin 29.12.2006-cı il tarixli 10-2/12794 saylı məktubundan görünür ki, dövlət proqramına uyğun olaraq "xxxx" ASC-nin əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı 01-25 fevral 2005-ci il tarixlərində keçirilərək, səhmlərin 14,61 %-i özəlləşdirilmiş, 55,08 %-i 07-11 fevral 2006-cı il tarixlərində ixtisaslaşdırılmış çek hərracına çıxarılmış, qalan 30,31 %-i isə 27.06.2006-cı il tarixində pul hərracında özəlləşdirilmişdir. İş materiallarında olan satıcı adlandırılacaq X1 və alıcı adlandırılacaq İddiaçı3 (adından çıxış edən şəxs "xxxx" MMC) arasında bağlanmış qiymətli kağızlarla alqı-satqı haqqında 2853 nömrəli, 20.08.2007-ci il tarixli və 2875 nömrəli, 22.08.2007-ci il tarixli müqavilələrin 1-ci maddələrinə əsasən satıcı qeyd edilən qiymətli kağızları (və onlar üzrə dividentlərin alınmasını, səhmdarların ümumi yığıncaqlarında iştirak etməsini və s. hüquqları) alıcının mülkiyyətinə verməyi, alıcı isə öz növbəsində həmin qiymətli kağızları qəbul edərək onların dəyərini satıcıya nağd halda şəxsən ödəmək öhdəliyini öz üzərinə götürür. Qiymətli kağızın adı səhm, qiymətli kağızın növü adi adlı səhm, emitent "xxxx" ASC. İş materiallarında olan satıcı adlandırılacaq X3 və alıcı adlandırılacaq İddiaçı3 (adından çıxış edən şəxs "xxxx" MMC) arasında bağlanmış qiymətli kağızlarla alqı-satqı haqqında 2824 nömrəli, 17.08.2007-ci il tarixli müqavilənin 1-ci maddələrinə əsasən satıcı qeyd edilən qiymətli kağızları (və onlar üzrə dividentlərin alınmasını, səhmdarların ümumi yığıncaqlarında iştirak etməsini və s. hüquqları) alıcının mülkiyyətinə verməyi, alıcı isə öz növbəsində həmin qiymətli kağızları qəbul edərək onların dəyərini satıcıya nağd halda şəxsən ödəmək öhdəliyini öz üzərinə götürür. Qiymətli kağızın adı səhm, qiymətli kağızın növü adi adlı səhm, emitent "xxxx" ASC. İş materiallarında olan Milli Depozit Mərkəzinin verdiyi 01.05.2006-cı il tarixli, ********* saylı depo hesabından çıxarışa əsasən İddiaçı1 480 (dörd yüz səksən) ədəd, 27.04.2006-cı il tarixli, ********* saylı depo hesabından çıxarışa əsasən İddiaçı2 1344 (bir min üç yüz qırx dörd) ədəd, 22.02.2008-cı il tarixli ********* saylı depo hesabından çıxarışa əsasən İddiaçı3 3500 (üç min beş yüz) ədəd, 23.06.2006-cı il tarixli ********* saylı depo hesabından çıxarışa əsasən İddiaçı4 144 (bir yüz qırx dörd) ədəd, 06.07.2006-cı il tarixli, ********* saylı depo hesabından çıxarışa əsasən İddiaçı5 384 (üç yüz səksən dörd) ədəd, 23.05.2006-cı il tarixli, ********* saylı depo hesabından çıxarışa əsasən İddiaçı6 144 (bir yüz qırx dörd) ədəd "xxxx" ASC-nin adlı səhminə sahibdirlər. İş materiallarında olan Azərbaycan Respublikasının 1 saylı Yerli İqtisad Məhkəməsinin 04.06.2007-ci il tarixli, 474/1-177 nömrəli qətnaməsinə əsasən Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin 02.06.2005-ci il tarixli, 140 nömrəli sərəncamı etibarsız hesab edilmiş, "xxxx" ASC-nin qanunvericiliklə nəzərdə tutulmuş qaydada ləğv edilməsi, hüquqi şəxslərin dövlət qeydiyyatından çıxarılması, ARDNŞ-nin mülkiyyət hüquqlarını, “Azərneftyağ” Neft Emalı zavodunun isə sahiblik, istifadə və sərəncam hüququnu bərpa edərək "xxxx" ASC-ni 20.10.2006-cı il tarixli 000123 saylı şəhadətnamədə göstərilən ünvan 5 ünvanında yerləşən qarajın yerləşdiyi 11728,8 kv.m olan torpaq sahəsi və 08.08.2006-cı il tarixli ******* saylı çıxarışda göstərilən ünvan 6 ünvanında olan 0.09807 ha torpaq sahəsində yerləşən 818,2 kv.m ümumi, 475,6 kv.m əsas, 342,6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi istisna olmaqla əmlakı ilə birgə “Azərneftyağ” X4ytarılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 18 mart 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramına uyğun olaraq Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 02.06.2005-ci il tarixli, 140 nömrəli sərəncamı ilə Dövlət Neft Şirkətinin "Azərneftyağ" Neft Emalı zavodunun İxtisaslaşdırılmış Təmir Tikinti idarəsinin bazasında "xxxx" açıq səhmdar cəmiyyəti yaradılmışdır. Azərbaycan Respublikasının 1 saylı Yerli İqtisad Məhkəməsinin 04.06.2007-ci il tarixli, 474/1-177 nömrəli qətnaməsinə əsasən, "Xətai Tikinti Sənaye” Açıq Səhmdar Cəmiyyəti ləğv edilmiş və cəmiyyətin əmlakı "Azərneftyağ" X6 geri qaytarılmışdır. Lakin cəmiyyətin səhmdarlarına kompensasiyanın ödənilməsi məsələsinə aydınlıq gətirilməmişdir. Ləğv edilmiş "Xətai Tikinti Sənaye” Açıq Səhmdar Cəmiyyətində malik olduğunuz səhmlərə görə kompensasiyanın ödənilməsi ilə bağlı məhkəmənin qüvvəyə minmiş qərarı olduğu təqdirdə qanunvericiliyə uyğun olaraq müraciətə baxıla biləcəyi göstərilmişdir. Göründüyü kimi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 02.06.2005ci il tarixli, 140 nömrəli sərəncamı ilə Dövlət Neft Şirkətinin "Azərneftyağ" Neft Emalı zavodunun İxtisaslaşdırılmış Təmir Tikinti idarəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış, cəmiyyətin nizamnamə kapitalı müqabilində səhmlər buraxılmış, həmin səhmlər özəlləşdirilmiş, sonradan Azərbaycan Respublikasının 1 saylı Yerli İqtisad Məhkəməsinin 04.06.2007-ci il tarixli, 474/1-177 nömrəli qətnaməsinə əsasən "Xətai Tikinti Sənaye” Açıq Səhmdar Cəmiyyəti ləğv edilmiş və cəmiyyətin əmlakı "Azərneftyağ" X6 geri qaytarılmışdır. İş üzrə iddiaçılar ləğv edilmiş "Xətai Tikinti Sənaye” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarıdır və hazırki tələblərində özəlləşmə nəticəsində sahib olduqları səhmlərə görə kompensasiyanın cavabdehlər tərəfindən ödənilməsini inzibati məhkəmə icraatında mübahisələndirirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafıq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fıziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fıziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Plenum Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.2-ci bəndinə görə işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qərarın 2.3-cü bəndinə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 7.1-ci bəndində göstərilmişdir ki, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır........Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. Həmin Qərarın 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmçinin qeyd olunan normaların tələblərinə və yuxarıda göstərilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Qeyd olunan normaların tələblərindən çıxış etdikdə müəyyən olunur ki, inzibati orqanlara qarşı kompensasiya ödənilməsinə dair iddialar o zaman inzibati məhkəmə icraatında baxıla bilər ki, vurulmuş ziyan inzibati orqanın bilavasitə inzibati hüquq sahəsindəki fəaliyyəti (qərar, hərəkət və ya hərəkətsizliyi) nəticəsində vurulmuş olsun və bununla bağlı yaranmış mübahisə inzibati hüquq mübahisəsi olsun. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. Bu fəaliyyətdən kənar yaranan münasibət inzibati hüquq münasibəti, həmin münasibətdən doğan mübahisə isə inzibati mübahisə deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, mübahisə inzibati orqanlara qarşı əmlak tələbi ilə bağlı olsa da, bu tələb həmin orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti inzibati aktı və ya inzibati xarakterli hərəkətləri (və ya hərəkətsizliyi) ilə bağlı deyil, mübahisə mülki hüquq xarakterli olduğundan iddia tələbinə inzibati mübahisə kimi inzibati məhkəməsində baxıla bilməz. İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Məhkəmə kollegiyası hesab edir ki, sadalanan işin hallarına və qanunvericiliyin normalarına əsasən hazırki mübahisə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10.04.2015-ci il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır (15.1-15.3-cü maddələr). Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd edilən tələb üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmadığından birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçıların apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5590/2021 saylı 07 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1976/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1976/2021
24.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver