Məhkəmə qərarları › İş №2-1(103)-1976/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1976/2022

05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1976/2022 05.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı1 hüquqi varisi-İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı (Azərbaycan Respublikası İcbari Tibbi sığorta üzrə dövlət agentliyi Cavabdeh2 (TƏBİB) publik hüquqi şəxs “Gəncə şəhər birləşmiş xəstəxanası”PHŞ, (Gəncə Səhiyyə İdarəsi) 3 saylı X5 üçüncü şəxs qismində cəlb edilməklə ) “sığorta pulunun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işin ərazi aidiyyəti ilə bağlı mübahisənin həll edilməsi barədə Bakı İnzibati Məhkəməsinin müraciətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2ul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi sığorta üzrə dövlət agentliyi Cavabdeh2nə qarşı 10.11.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək sığorta pulunun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 məhkəməyə təqdim etdiyi ərizə əsasında Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul olunmuş 10.02.2022-ci il tarixli, 2-1(114)-233/2022 nömrəli qərardad ilə İddiaçı2 iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi sığorta üzrə dövlət agentliyi Cavabdeh2nə qarşı (üçüncü şəxslər Gəncə Səhiyyə İdarəsi, 3 saylı X5) sığorta pulunun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə İddiaçı1 hüquq varisi kimi tanınmışdır. İddiaçı (İddiaçı1 hüquqi varisi) İddiaçı2 məhkəməyə təqdim etdiyi ərizəsi əsasında Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul olunmuş 10.02.2022-ci il tarixli, 2-1(114)-233/2022 nömrəli qərardad ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi sığorta üzrə dövlət agentliyi Cavabdeh2nə qarşı (üçüncü şəxslər Gəncə Səhiyyə İdarəsi, 3 saylı X5) sığorta pulunun ödənilməsi tələbi üzrə cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi sığorta üzrə dövlət agentliyi Cavabdeh1 əsl cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi sığorta üzrə dövlət agentliyi ilə əvəz edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-233/2022 saylı 07.02.2022-ci il tarixli qərardadı (hakim E.Axundov) ilə hazırkı işin baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-233/2022 saylı 07.02.2022-ci il tarixli qərardadı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 8.1.4-ci maddəsinə istinad etməklə onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi cavabdeh orqandan kompensasiya tələbidir və cavabdeh orqanın yerləşdiyi ünvan ünvan 3zırki işdə səlahiyyətli məhkəmə Bakı İnzibati Məhkəməsidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6872/2022 nömrəli 06.04.2022-ci il tarixli qərardadı (hakim E.Əliyev) ilə İddiaçı1 hüquqi varisi - İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi sığorta üzrə dövlət agentliyinə qarşı (üçüncü şəxslər - Azərbaycan Respublikası İcbari Tibbi sığorta üzrə dövlət agentliyi Cavabdeh2 (TƏBİB) publik hüquqi şəxs “Gəncə şəhər birləşmiş xəstəxanası” PHŞ, (Gəncə Səhiyyə İdarəsi) 3 saylı X5) sığorta pulunun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair 2-1(112)-6872/2022 nömrəli inzibati iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6872/2022 nömrəli 06.04.2022-ci il tarixli qərardadı onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi öhdəliyin icrası haqqındadır. Belə olan halda İPM-in 8.1.2-ci maddəsinə əsasən iddiaçının yaşadığı yer üzrə məhkəmə səlahiyyətli hesab edilir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə kollegiyası məhkəmələr arasında yaranmış fikir ayrılığı ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən, məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı sığorta pulunun ödənilməsi tələbinə dair inzibati iş baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, məhkəmə aidiyyəti və ərazi aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biridir və qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə və hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış olur. Belə qeyri-müəyyənlik isə işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yaradır, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edir. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Azərbaycan Respublikasının qanunvericiliyi aidiyyətin pozulmasına qadağa qoyur. Konstitusiyanın 62-ci maddəsinə müvafiq olaraq, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Qeyd olunan normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının 10 iyun 1997-ci il tarixli Qanununun 15-ci maddəsində deyilir ki, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. İnzibati işdən göründüyü kimi, iddia tələbi öhdəliyin icrası haqqındadır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə X1”nin 1.1-ci bəndinə əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra - Agentlik) “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əsasında yaradılmış, icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri icbari tibbi sığorta fondunda cəmləşdirən, icbari tibbi sığorta üzrə dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı funksiyasını həyata keçirən və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.1-ci bəndinə əsasən Agentliyin fəaliyyətinin məqsədi Azərbaycan Respublikasında əhalini icbari tibbi sığortaya cəlb etmək, baza (əsas xidmətlər) zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri cəmləşdirmək, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görmək, həmin xidmətlərə əhalinin əlçatanlığını təmin etmək, habelə sığortaolunanların hüquqlarını və qanuni mənafelərini qorumaq, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar toplanmış vəsaitlərdən təyinatı üzrə səmərəli istifadəni və sığorta ödənişlərinin vaxtında icra olunmasını təmin etməkdir. Göründüyü kimi, mövcud qanunvericilikdə nəzərdə tutulmuş sığorta ödənişinin ödənilməsi müvafiq inzibati orqanın öhdəlikləri sırasına aiddir. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırki iddia tələbi növ baxımından öhdəliyin icrası haqqında iddiadır və cavabdeh orqan olan Azərbaycan Respublikası İcbari Tibbi sığorta üzrə dövlət agentliyinə qarşı yönəlmişdir. İddia tələbi üzrə mübahisəyə İPM-in 8.1.2-ci maddəsinin müddəaları tətbiq edilməklə baxılmalıdır. Məhkəmə Kollegiyası qeyd etmək istəyir ki, iddia ərizəsinə əlavə edilən sənədlərdən görünür ki, iddiaçının AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinə (AZEMİS elektron məhkəmə sistemindən çıxarış) əsasən onun yaşayış yeri (qeydiyyatda olduğu ünvan) ünvan 4tə çatdırır ki, qanunvericiliyin tələbi baxımından məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsi məhkəmə iclasında həll edilən məsələlərə aid edildiyindən və İnzibati Prosessual Məcəlləyə edilən 01.10.2021-ci il tarixli dəyişiklikdən sonra Gəncə İnzibati Məhkəməsi qeyd olunan işə baxılması ilə əlaqədar X2 tələbləri baxımından səlahiyyətli olduğundan, sözügedən mübahisəyə həmin məhkəmədə baxılaraq qərar qəbul edilməli idi. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası İnzibati prosessual Məcəlləsinə 01 oktyabr 2021-ci il tarixdə qüvvəyə minmiş yeni dəyişikliklərə əsasən bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Göründüyü kimi Qanunvericiliyin ərazi aidiyyətinin müəyyənləşdirilməsində, o cümlədən “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 09.07.2021-ci il tarixli 365-VİQD nömrəli Qanununa əsasən İnzibati Prosessual Məcəlləyə edilmiş dəyişikliklərin başlıca məqsədi şəxslərin məhkəməyə əlçatanlığının, işlərə ağlabatan müddətdə baxılmasının, prosessual qənaət prinsipinin, ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. “Yaşayış yeri və olduğu yer üzrə” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Qanun normasından da aydın olduğu kimi şəxsin qeydiyyatda olduğu yer şəxsin yaşayış yeri sayılır. Məhkəmə kollegiya qeyd edir ki, iddiaçı X3 qeydiyyat ünvanı ünvan 5n Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi və inzibati məhkəmələrin ərazi yurisdiksiyası” təsdiq edilmişdir ki, həmin qərara görə Gəncə şəhəri Gəncə İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. İPM-nin 8.6-cı maddəsinə görə İnzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı1 hüquqi varisi - İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi sığorta üzrə dövlət agentliyinə qarşı (üçüncü şəxslər -Azərbaycan Respublikası İcbari Tibbi sığorta üzrə dövlət agentliyi Cavabdeh2 (TƏBİB) publik hüquqi şəxs “Gəncə şəhər birləşmiş xəstəxanası” PHŞ, (Gəncə Səhiyyə İdarəsi) 3 saylı X5) sığorta pulunun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilsin. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar