Məhkəmə qərarları › İş №2-1(103)-1976/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1976/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1976/2025 15.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı cavabdeh Bakı Şəhər Baş Polis İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “iddianın mümkünsüzlüyü”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı “xarici ali təhsilə dair kvalifikasiyasının tanınması haqqında qərarın qəbul edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13669/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İŞİN HALLARİ

1. Cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsin (bundan sonra – cavabdeh) NA00027982 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı (bundan sonra – iddiaçı) xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir.

2. “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxs tərəfindən İddiaçı ünvanlanmış 3-29/2-Ə-1633-4/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Qaydalara əsasən tanınmanın həyata keçirilməsi zamanı Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, bu Qaydalar, Azərbaycan Respublikası Prezidentinin digər fərmanları, həmçinin sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınır. Bununla bərabər, Qaydaların 4.1.5-ci yarımbəndinə əsasən orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təiim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tanınmaya dair tələblərə aid edilmişdir və Qaydaların 3.10.1-ci yarımbəndinə əsasən sözügedən tələbə riayət olunmaması kvalifikasiyanın tanınmasından imtina olunması üçün əsas təşkil edir.

3. İddiaçı dair SX seriyalı ******* saylı xx.xx.2014-cü il tarixli hərbi biletin surəti iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir.

4. Rusiya Federasiyasının Moskva Politexnik Universiteti tərəfindən iddiaçıya verilmiş 107718 ******* nömrəli, AB/1593 qeydiyyat nömrəli, 06 mart 2018-ci ii tarixli bakalavr diplomu və əlavəsinə əsasən İddiaçı həmin universitetdə iqtisadiyyat ixtisası üzrə qiyabi bakalavr təhsili almışdır

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 20 may 2024-cü il tarixli NA00027982 nömrəli qərarı və xx.xx.2024cü il tarixli məktubu ilə verilmiş inzibati aktın ləğv edilərək xarici ali təhsilə dair kvalifikasiyasının tanınması haqqında qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)13669/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi ““Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli NA00027982 saylı qərarının ləğv edilərək iddiaçının xarici ali təhsilə dair kvalifikasiyasının tanınması haqqında qərarın qəbul edilməsi” kimi dəyişdirilmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2012-ci ildə Rusiya Federasiyasının Moskva Dövlət Maşınqayırma Universitetinə (2016-cı ildən hazırki adı - Moskva Politexnik Universiteti) qəbul olmuşdur. 2018-ci ildə Dövlət İmtahan Komissiyasının qərarına əsasən “İqtisadiyyat” ixtisasına bakalavr səviyyəsində yiyələnmiş və AB/1593 nömrəli 06 mart 2018-ci ii tarixli diplom əldə etmişdir. Təhsilin böyük hissəsini Rusiya Federasiyasının Moskva şəhərində, təhsil müəssisəsinin inzibati binasında almışdır: xx.xx.2016xx.xx.2016-cı il; xx.xx.2017-xx.xx.2017-ci il; xx.xx.2018-xx.xx.2018 il; xx.xx.2018xx.xx.2018-ci il. Tədris Rusiya Federasiyasının “Təhsil haqqında” Federal Qanununa uyğun olaraq qiyabi təhsil formasında həyata keçirilmişdir. Qeyd edilməlidir ki, həmin Qanunun 17-ci maddəsində təhsilin “əyani”, “qiyabi" və “əyani-qiyabi” formaları mövcuddur. Eyni zamanda həmin Qanunun 16-cı maddəsinə əsasən hər üç təhsil formasının distant təhsil texnologiyalarından və elektron təhsil proqramlarından istifadə etməklə keçirilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Göründüyü kimi Rusiya Federasiyasında “qiyabi təhsil” təhsilin forması kimi, “distant imkanlar” isə təhsilalma forması kimi müəyyən edilmişdir. 2024-cü ilin yanvar ayında Təhsildə Keyfiyyət Təminatı Agentliyinə elektron formada müraciət edərək, diplomunun tanınması haqqında qərarın qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Prezidentinin 2023cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.1-ci bəndinə zidd olaraq müraciətinə 5 ay müddətində baxmış və nəticə olaraq, xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina etmişdir. İmtinadan tərəfindən Eim və Təhsil Nazirliyinə inzibati qaydada xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə şikayət ünvanlanmışdır. Qeyd edilən şikayətə baxılmasının nəticəsi barədə qərar rəsmi olaraq poçt vasitəsilə təqdim edilməmişdir. Bu barədə dəfələrlə qaynar xətlə əlaqə saxlamağından sonra, məsələ ilə bağlı TKTA-ya yaxınlaşmağı xahiş olunmuşdur. Nəticədə xx.xx.2024-cü il tarixdə Xarici kvalifikasiyanın tanınması şöbəsinin müdiri tərəfindən formal qaydada cavablandırılmış məktub təqdim edilmişdir. Məktubun məzmunundan aydın olur ki, şikayətinə mahiyyəti üzrə baxılmamış, inzibati icraat çərçivəsində işə baxılmada iştirakı təmin edilməmişdir

8. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddianın mümkün hesab edilməməsini xahiş etmişdir.

9. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı buna müvafiq olaraq qiyabi təhsilalma forması üzrə dövlət standartları və tanınmaya dair tələplər ilə uyğunsuzluq müəyyən edilmişdir. İddiaçı əldə etdiyi kvalifikasiyanın ölkə ərazisində tanınması haqqında şəhadətnamənin verilməsi məqsədilə elektron ərizə sistemi vasitəsilə Agentliyinə mürac ət etmiş, Cavabdeh ərizəçinin tanınma haqqında müraciətinə baxaraq iddiaçının təhsil aldıdı ölkədə olduğu müddətin qüvvədə olan tanınmaya dair tələblərlə uyğunsuzluğunu müəyyən etmiş və xx.xx.2024-cü il tarixində iddiaçıya tanınma haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Qeyd etmək istərdik ki, iş üzrə inzibati icraat ərizəçinin müraciəti məhz xx.xx.2024-cü il tarixində olduğu üçün Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na (bundan sonraQaydalar) uyğm olaraq aparılmışdır. Yəni, hazırkı icraat onun xarici dövlətdəki diplomun əldə edilməsi məsələlərini deyil, tonun Azərbaycan Respublikasındakı təsdiqi üzrə məsələləri tənzimlədiyi üçün qüvvədə olan norıfıativ hüquqi akt üzrə aparılmışdır. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının .Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanünları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu Qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbşycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirili Ölkə ərazisində müvafiq sahəni tənzimləyən əsas qanunaltı normativ aktlardan biri olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır və 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur ki, bu da ərizəçinin hər tədris ili üzrə auditoriya dərslərində 6-8 həftə müddətində iştirakını zəruri edir. Hazırkı işin faktiki halları üzrə də iddiaçının diplom əlavəsindən onun məhz qiyabi təhsilalma formasında tədrisdə iştirak etməli olduğu aydın olur. Xarici dövlətlərdə əldə edilmiş kvalifikasiyaların tanınması üzrə tətbiq olunan Qaydaların 4.1.4-cü yarımbəndində Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisad təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmui təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tapınmaya dair tələblər arasında əks olunmuşdur. Qaydaların 4.1,5-ci yarımbəndinə əsasən isə orta ixtisas təhsili, bakalavriat (əslas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhslflin əldə olunması tanınmaya dair tələb kimi müəyyən olunur. İddiaçının müraciəti əsasında aparılmış inzibati icraat zamanı onun xarici ali təhsil aldığı ölkədə olmasını yoxlamaq məqsədilə sərhədkeçmə məlumatları tədqiq edilmiş, onun təhsil aldığı illər üzrə xarici ali təhsil aldığı ölkədə olma müddətləri aşağıdaki müəyyənləşdirilmişdir: 1. il - Getməyib 2. il - Getməyib 3. il - Getməyib 4. il - 7 gün 5. il - 1 ay 16 gün 6. il - 10 gün Aparılan icraat zamanı məlum olmuşdur ki, iddiaçı qiyabi təhsilalma forması üzrə mövcud olan normativ tədris müddətlərinə qarşılıq sadəcə bir tədris ili üzrə xarici ali təhsil aldığı ölkədə olmuşdur. İddia ərizəsində qeyd olunmuşdur ki, Tanınma qaydalarında tədrisdə iştirak yoxlayan sərhədkeçmə barədə tələb olmadığı üçün o buna əməl etməmişdir, halbuki, hem əvvəlki redaksiyada 64 nömrəli qərar, həm də 2306 nömrəli Fərmanla təsdiq edilən yeni redaksiyada da tanınmanın Azərbaycan Respublikasında mövcud olan təhsil qanunvericiliyi və standartlarının əsas alınaraq həyata keçirildiyi vurğulanmışdır. Lakin belə bir müddəa qanunvericilikdə olmasaydı belə, qiyabi formada ali təhsil almaq istəyən şəxslərin tədrisdə iştirakı bu prosesin zəruri hissəsidir və tədrh də iştirak Tanınma Qaydalarının tələblərindən əvvəl tədris prosesinin təşkilin zəruri elementlərindəndir. İnzibati icraat zamanı daha bir ziddiyətli məqam aşkar olunmuşdur ki, iddiaçıhın inzibati icraata təqdim etdiyi hərbi biletə baxış keçirilərkən onun 2014-cü ilin yanvaıjın 10-dan 2015-ci il iyulun 27-sinə qədər hərbi xidmətdə olduğu müəyyən edilmişdir. Bu fakta əsasən iddiaçı 2013-2014-cü il tədris ilinin 2-ci yarımilini və 2014- 2015-ci tədris ilinin bütün dövrünü hərbi xidmətdə keçirdiyi üçün tədrisdə iştirakı mdimkünsüz olmuşdur. Beləliklə ümumi tədris dövrünün də bir yarımil əskik olduğu müəyyən olunur, iddiaçı 10 yarımil tədrisdə iştirak yerinə bu 9 yarımil olmuşdur. Bununla bərabər, Azərbaycan Respublikası Əmək Məcəlləsi 124.3-cü yarırfnbəndində Ali təhsil müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərim yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 30 təqvim günü, qalan kurslarda 40 təqvim günü müddətində təhsil məzuniyyəti verildiyi öz əksini tapmışdır ki, bu da qiyabi təhsilalma formasında tədrisin təşkili müddətlərinə nisbətdə qanunvericilik aktları arasında ahəngi göstərməsi baxımından önəmli nüansdır. X3 Kollegiyasının oxşar işlər üzrə xx.xx.2024-cü il tarixli, 2- 1(102)- 959/2024 nömrəli Qərarında Kassasiya Məhkəməsinin mövqeyi hissəsində qeyd edilir: “Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdırlar. Ona görə də iddiaçıya münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır. Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır Eyni zamanda Qaydaların 1.3-cü bəndinə əsasən Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir ki, bu da “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununda əks olunmuş diskresion səlahiyyətin mövcudluğuna əsasdır. Cavabdeh inzibati orqan tərəfindən tanınma üzrə inzibati icraatın aparılması zamanı Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanunun 14.1-ci bəndinə uyğun olaraq diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində və ona verilmiş səlahiyyətlər daxilində çərçivəsində həyata keçirdiyindən və Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 73.3.1ci yarımbəndinə uyğun olaraq inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qarar qəbul edildiyi üçün Məhkəmə məcburetmə haqqında iddiaya dair iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Qiyabi təhsilalma formasında tədris olunan təhsil proqramları üzrə tədris yükünün qeyd olunmuş müddətlərdə yerinə yetirilməsinin faktiki olaraq mümkünsüzlüyü nəzərə alınaraq habelə iddia tələbi həm maddi həm də prosessual normalarla ziddiyyət təşkil etdiyi üçün rədd edilməlidir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13669/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, bakalavr təhsilinin qanunvericiliklə müəyyən edilmiş müddət meyarlarına riayət edilməsi məcburi şərtdir. Həmin şərtlərin ödənilməməsi mahiyyət və nəticə etibarı ilə diplom verilmiş şəxsin ixtisasa yiyələnməməsini ehtiva edir. Belə olan halda məhkəmənin mövqeyinə görə, iddiaçı Rusiya Federasiyasının Moskva Politexnik Universitetinin normativi qarşılığında həmin ölkədə (ölkə hüdudlarından kənarda) qısa müddət olduğundan cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi təhsil müddətinin yetərli olmaması qənaəti ilə iddiaçının adıçəkilən təhsil müəssisəsinin ona verdiyi 107718 ******* nömrəli, AB/1593 qeydiyyat nömrəli, 06 mart 2018-ci ii tarixli bakalavr diplomu üzrə ixtisasının tanınmasından imtina etməkdə haqlı olmuşdur və həmin imtina qanuna zidd sayıla bilməz.

12. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 13669/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, mənim təhsil alma müddətim 2012-2018-ci illəri əhatə edir, və təhsil haqqında diplom 2018-ci ildə verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cü maddəsinə əsasən Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Belə olan halda müraciətimə baxılan zaman, “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nda müəyyən olunmuş yalnız prosesual hüquq normaları tətbiq oluna bilərdi, maddi hüquq normaları deyil. Cavabdeh imtina üçün istinad etdiyi və həmin Qaydalarda əks olunmuş maddi hüquq normaları ölkə qanunvericiliyində 2023-cü ildə öz təsbitini tapmışdır. Həmin ilədək bu münasibətlər “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalan”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli Qərarı ilə tənzimlənirdi və bu qərarda imtina üçün əsas kimi göstərilmiş tələblər mövcud deyildir. Bildirirəm ki, təhsil aldığım müddətdə imtina üçün cavabdehin əsas gətirdiyi maddi hüquq normaları barədə məlumatlı ola bilmədiyimdən, hüquqi davranışımı həmin anda ölkədə qüvvədə olan qanunvericilik aktlarına uyğun təşkil etmişdim. Bununla belə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın maddi hüquq normalarına əsasən imtina üçün əsas kimi göstərilmiş tələblərə baxdıqda, müəyyən etmək olar ki, bu halda belə kvalifikasiyanın tanınmasından imtina haqqında cavabdehin qərarı qanunsuzdur. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təhsilalmanın distant forması nəzərdə tutulmuşdur. Təhsil forması kimi isə formal təhsil mövcuddur. Rusiya Federasiyasında verilmiş diplomun əlavəsinə baxdıqda məlum olur ki, “qiyabi” olaraq qeyd edilmiş ifadə “təhsilin forması” xanasında öz əksini tapır. Burada nəzərə alınmalıdır ki, Rusiya Federasiyasının qanunvericiliyində göstərilmiş “qiyabi”, “əyani” və “əyani- qiyabi” formalar, təhsilin formaları kimi müəyyən edilərək Azərbaycan qanunvericiliyinin “formal” təhsil forması termini ilə ekvivalentdir. Təhsil müəssisəsinə verilmiş sorğudan aydın olur ki, tədrisimin təhsilalma forması distantdır və bu hal azərbaycan qanunvericiliyində nəzərdə tutulmuşdur. Məhkəmənin hüquqi mövqeyinin Ali Məhkəmənin 08 dekabr 2023-cü il tarixli qərarına tam uyğun olması ilə bağlı qeydinə bildirirəm ki, vahid məhkəmə təcrübəsi maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə təmin edilir. Belə ki, Azərbaycan Respublikası hüquqi dövlətdir və Konstitusiyasına əsasən qanunvericilik sistemi mövcuddur. Məhkəmə aktı qanunvericilik aktı olmadığından hər hansı münasibətlərin tənzimlənməsində boşluqları doldura bilməz. Ali Məhkəmənin İnzibati Kollegiyasının 18 oktyabr 2024-cü il tarixli, 2-1(102)- 2402/2024 nömrəli iş üzrə hakim Zakir Quliyevin xüsusi rəyində deyilir: “İddiaçı 2012-ci ildə X3 Universitetinə qəbul edilmiş və onunla təhsil müəssisəsi arasında bağlanmış müqavilədə onun ödənişli əsaslarla distant təhsil texnologiyalarının elementləri olan qiyabi şöbəyə qəbul edilməsi qeyd edilmişdir. İddiaçı 2017-ci ildə həmin təhsil müəssisəsini bitirərək ona Bakalavr Diplomu verilmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilmişdir. Həmçinin həmin təhsilalma formaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramf’nda təkrarlanmışdır. “Ali təhsil pilləsinin dövlət standartı və proqramf’nın” 8.7.5-ci bəndində əlavə olaraq qeyd edilmişdir ki, Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Qeyd olunan maddi hüquq normasından göründüyü kimi, əyanı və qiyabi təhsilalma formaları üzrə təhsil qaydaları müəyyən edilsə də, lakin distant təhsil forması üzrə həmin qaydalar açıqlanmayıb. Belə olan halda, hesab edirəm ki, hazırkı halda distant formasının tələbləri (müddət, sessiyalar, qayda və s.) qanunda açıqlanmadığı üçün bu təhsil forması deyil, daha çox metodikadır. İddiaçı həmin metodikaya riayət edərək qiyabi, lakin distant metodikası ilə təhsil almış, bakalavr proqramını mənimsəmiş və yekunda ona Bakalavr Diplomu verilmişdir. Hesab edirəm ki, hazırkı məsələ həll edilərkən ən azı qanunun müvafiq maddəsinə şərh verilməsi üçün Konstitusiya Məhkəməsinə sorğu göndərilməli idi. Bu səbəbdən hesab edirəm ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1226/2024 nömrəli, 8 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalı idi.”

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 149. İddia ərizəsinin forması və məzmunu 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.

21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən, yəni birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslıdır. Birinci instansiya məhkəməsi məhkəmə icraatı zamanı prosessual pozuntuya yol vermişdir. Buna görə də, iş təkrar birinci instansiya məhkəməsinə göndərilməlidir.

23. İPM-in 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır.

24. İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

25. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forması və məzmunu ilə bağlı tələblər qeyd edilmişdir: Maddə 149. İddia ərizəsinin forması və məzmunu 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı.

27. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə icraatı zamanı prosessual pozuntuya yol vermişdir.

28. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanmamışdır.

29. Lakin birinci instansiya məhkəməsi bununla bağlı hüquqi yardım göstərməmiş və iddia ərizəsi İPM-in tələblərinə uyğun olmadan işə baxaraq mahiyyəti üzrə qərar qəbul etmişdir.

30. Bununla bağlı Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçıya məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifədən istifadə edilərək, həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardım göstərilməmişdir.

31. İPM-in 13-cü maddəsinə görə, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

32. Prosessual qanunvericiliyin tələblərinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin təkrar baxılmaq üçün birinci instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır.

33. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

34. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

35. Avropa İnsan Hüquqları Məhkəməsinin «Delkurun Belçikaya qarşı işi üzrə» qərarında qeyd etmişdir ki, «ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: - qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; - məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; - müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması.

36. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir».

37. İPM-in 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda (inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə) apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər.

38. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işə təkrar baxarkən qərarın 27- 31 bəndlərində göstərilənləri nəzərə almalıdır.

39. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə icraatı zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Bu səbəbdən də şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin 2-1(112)-13669/2024 nömrəli, xx.xx.2024-ci il tarixli qərarı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13669/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar