Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1978/2023 25.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının, onun nümayəndəsi vəkil X1, və cavabdehin nümayəndəsi vəkil X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «məlumat vərəqəsinin tərtib edilərək aidiyyəti quruma göndərilməsi tələbinə dair» inzibati mübahisə üzrə cavabdehin yeni açılmış hallarla bağlı icraatın tələnməsi barədə ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-171/2021 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun daxili işlər orqanlarında uzun müddət xidmət illərinin təqvim hesablanması ilə 15 il 11 ay 14 gün, imtiyazlı hesablama ilə 28 il 03 ay 00 gün təşkil təşkil etməsi nəzərə alınmaqla, “məlumat vərəqəsinin” tərtib edilərək Dövlət Ssosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçının əmək kitabçasında daxili işlər orqanlarında 1 iyul 1994-ci il tarixdən 21 aprel 2006-cı il tarixdə kimi xidmət edərək öz arzusu ilə xidmətdən xaric edilmişdir. 21 aprel 2006-cı il tarixli əmrdə onun daxili işlər orqanlarında təqvimlə xidmət müddəti 13 il 11 ay 14 gün, imtiyazlı 16 il, 09 ay, 14 gün təşkil etdiyi göstərilmişdir. İddiaçı bununla razılaşmır. Belə ki, 10 may 1985-ci il tarixdən 26 iyun 1987-ci il tarixədək olan dövr 2 il, 1 ay, 21 gün təşkil etmiş, deməli, faktiki olaraq daxili işlər orqanlarında 1992ci ilin iyun ayından xidmət etmişdir. Bununla bağlı Cəbrayıl RPŞ-nin Növbətçi hissəsinin qeydiyyat kitabında qeydlər edilmiş, lakin onun daxili işlər orqanlarına daxil olma əmri 1 iyul 1994-ci il tarixdə Cəbrayıl RPŞ-nin 24 saylı əmri ilə rəsmiləşdirilmiş və 21 aprel 2006cı il tarixdə 134 saylı əmrlə öz arzusu ilə xidmətdən xaric olunmuşdur. Belə olan halda onun təqvim hesablanması ilə xidmət müddəti 15 il, 11 ay, 14 gün hesablanmalıdır. Nazirlər Kabinetinin 631 nömrəli 23 noyabr 1992-ci il tarixli qərarına istinadən aparılmış hesablama nəticəsində isə müəyyən edilir ki, onun polis orqanlarmdakı imtiyazlı şərtlərlə xidmət illəri 28 il 03 ay 00 gün olmuşdur. İddiaçı «Əmək pensiyaları haqqında» Qanunun 9.5, 20.1.11, 20.14.1, 31.1, 37.7-ci maddələrinə istinadən hesab edir ki, iddiası təmin olunmalıdır. Cavabdeh iddia ərizəsinə dair yazılı münasibətində iddianı qəbul etməmiş və bunu onunla əsaslandırmışdır ki, Xidmətdən xaric ediləkən xidmət müddəti təqvimi hesablama ilə 13 il, 11 ay, 14 gün, imtiyazlı hesablama ilə 16 il, 09 ay, 14 gün təşkil etmişdir. Daha sonra, cavabdeh etirazına dəqiqləşmə verərək qeyd etmişdir ki, «Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası əsasən daxili işlər orqanlarında orta, böyük və ali rəis heyətinə mənsub şəxslərə pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında xidmətə götürülməzdən əvvəl mülki ali, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində keçirdikləri təlim vaxtı beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən şəxslərə pensiya təyin edilərkən, ali və orta ixtisas təhsil müəssisələrində keçirdikləri təlim vaxtının uzun müddət xidmətə daxil edilməsi nəzərdə tutulmadığından iddiaçının təhsil müddətinin onun xidmət illərinə əlavə edilməsi mümkün deyildir. İddiaçının arxiv şəxsi işinə əsasən xidmət müddəti yenidən hesablanarkən müəyyən edilmişdir ki, onun təqvimi xidmət müddəti – 14 il, 00 ay, 10 gün (xx.xx.1985 – xx.xx.1987 = 02 il, 01 ay, 20 gün – Silahlı Qüvvələrdə, xx.xx.1994 – xx.xx.2006 = 11 il, 10 ay, 20 gün – DİO-da), imtiyazlı xidmət müddəti – 19 il, 06 ay, 09 gün (14 il, 00 ay, 10 gün + xx.xx.1994 – xx.xx.1996 = 02 il, 06 ay, 29 gün x 2 = 05 il, 01 ay, 28 gün + xx.xx.1996-xx.xx.1997=04 ay, 01 gün) təşkil edir. İiddiaçının Cəbrayıl RPŞ-nin əməkdaşı kimi döyüş əməliyyatlarında iştirak etdiyi müddətin (xx.xx.1994-xx.xx.1996=02 il, 06 ay, 29 gün) 1 günü 3 gün hesabı ilə hesablanmış v.ə həmin müddət bir dəfə təqvimi xidmətə, 2 dəfə imtiyazlı xidmətə əlavə olunmuşdur. Nazirlər Kabinetinin 23 noyabr 1992ci il tarixli 631 nömrəli qərarına və Daxili İşlər Nazirliyinin 24 may 1994-cü il tarixli 257 nömrəli əmrinə uyğun olaraq onun DİO-da 1 may 1997-ci il tarixədək xidmət müddətinin (Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin qorunması dövründə daxili işlər orqanılarında xidmətinə görə) bir ayı iki ay kimi hesablanmış və xidmət müddətinə 04 ay, 01 gün (xx.xx.1996-xx.xx.1997) əlavə olunmuşdur. «Əmək pensiyaları haqqında» Qanunun 20.14-cü maddəsinə və Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli '58-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 144-cü maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər.İddiaçının təqvimi hesabla xidmət illər 20 ildən az olduğuna görə onun əmək pensiyası hüququ yaranmamışdır. Bakı İnzibati Məhkəməsinin 15 aprel 2021-ci il tarixli 2-1(112)-171/2021 saylı qərarı ilə iddia təmin edilmiş və İddiaçı DİO-da 20 ildən artıq xidmət etdiyindən ona əmək pensiyasının təyin edilməsi üçün məlumat vərəqəsinin tərtib edilərək DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililına göndərilməsi öhdəliyi cavabdeh Daxili İşlər Nazirliyinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2025/2021 saylı 27 avqust 2021-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-171/2021 saylı 15 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə axlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 60/2022 saylı 19 yanvar 2022-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 avqust 2021-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdur. Ali Məhkəmə həmin qərarında vurğulamışdır ki,«…Qayda»lara”ya əsasən pensiya təyin edilərkən şəxsin daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl təhsil aldığı bütün orta ixtisas təhsil müəssisələrində deyil, yalnız hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində təlim vaxtının bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Hazırkı mübahisəyə münasibətdə məhkəmələr tərəfindən iddiaçının orta ixtisas təhsil müəssisələrində təlim vaxtının yarısının onun xidmət illərinə daxil olunması qərara alınmışdır. Lakin bu zaman məhkəmələr həmin təhsil müəssisələrində hərbi hazırlıq silsilə və bölmələrinin olub-olmamasını, iddiaçının hərbi hazırlıq silsilə və bölmələrində hərbi hazırlıq və ya təlim keçib-keçməməsini araşdırmamışdır.» Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən işə təkrar apellyasiya qaydasında baxılmış və məhkəmənin 2-1(103)-1412/2022 saylı 8 iyun 2022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-171/2021 saylı 15 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1695/2022 saylı 4 oktyabr 2022-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublkası Daxili İşlər Nazirliyinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1412/2022 saylı 8 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə nümayəndəsi vasitəsilə, ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iş üzrə yeni açılmış hallarla bağlı məhkəmənin 2-1(112)- 171/2021 saylı 15 aprel 2021-ci il tarixli qərarın ləğv edilməsini və icraatın təzələnməsini məhkəmədən xahiş etmişdir. Ərizə aşağıdakılarla əsaslandırılmışdır. “...İddiaçının 30 avqust 1984-cü il tarixdən 24 iyun 1988-ci il tarixədək Bakı şəhəri 80 nömrəli Texniki Peşə Məktəbində və 1991–1994-cü illər Bakı Sənaye-Pedaqoji Texnikumunda təhsil aldığı müəssisədə hərbi hazırlıq silsilə və bölmələrinin olubolmamasının aydınlaşdırılması üçün Daxili İşlər Nazirliyi tərəfindən Elm və Təhsil Nazirliyinə sorğular ünvanlanmışdır. Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən göndərilmiş 30 dekabr 2022-ci il taruxli 00-25-490/12 saylı cavab məktubunda göstərilir ki, İddiaçı 30 avqust 1984-cü il tarixdə 80 saylı Bakı Texniki Peşə Məktəbinin “kişi üst geyimləri dərzisi” ixtisasına qəbul olmuş və 24 iyun 1988-ci il tarixdə həmin ixtisası bitirmişdir. İddiaçı təhsil aldığı müddət ərzində yalnız ibtidai hərbi hazırlıq kursu dərsləri keçmiş, arxiv sənədlərində hərbi hazırlıq silsilə və bölmələrlə tədrisə dair heç bir məlumat qeyd edilməmişdir. Elm və Təhsil Nazirliyi tərəfindən göndərilmiş 30 dekabr 2022-ci il tarixli xx-xx-2347/10 saylı məktubda İddiaçı qiyabi təhsil aldığı dövrdə (1991 – 1994-cü illərdə) Bakı Sənaye-Pedaqoji Texnikumunda hərbi hazırlıq silsilə və bölmələri olmadığı üçün onun hərbi hazırlıq kursu dərslərinə cəlb olunmadığı bildirilmişdir. Qeyd edilənlərə əsasən məlum olmuşdur ki, iddiaçının təhsil aldığı orta ixtisas təhsili müəssisələrində hərbi hazırlıq silsilə və bölmələri olmamış və onun hərbi hazırlıq kursu dərslərinə cəlb olunmadığı müəyyən edilmişdir. Belə olan halda onun təhsil dövrünün yarısı uzun müddət xidmətə daxil edilə bilməz. Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarınının 1-ci bəndinin 13-cü abzasına əsasən zabit heyətinə daxili işlər, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək və Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin kiçik, baş və ali rəis heyətinə mənsub şəxslərə «Əmək pensiyaları haqqında» Qanunun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki alt təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, o cümlədən ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. İPM-in 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-171/2021 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehin ərizəsi təmin edilmiş və İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «məlumat vərəqəsinin tərtib edilərək aidiyyəti quruma göndərilməsi» barədə iddia tələbinə dair iş üzrə icraat təzələnməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və cavabdehin ərizəsinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad əsassız və qanuna ziddir. Belə ki, məhkəmə tərəfindən qərar qəbul etdikdən sonra cavabdeh sorğu verərək cavabını əsas götürərək məhkəməyə yeni açılmış hal kimi məhkəməyə müraciət etmişdir. Halbuki, qeyd olunan sorğu məhkəmə icraatı zamanı verilə bilər və cavab əldə oluna bilərdi. Qeyd olunan sübutun məhkəmə icraatı zamanı əldə olunması mümkün olmuşdur. Belə halda cavabdehin təqdim etdiyi hal yeni açılmış hal kimi qəbuledilməzdir. Beləliklə də, ilkin icraat zamanı əldə edilməsi mümkün olan sübut həmin vaxt əldə edilməmiş və cavabdeh orqan tərəfindən müvafiq sorğu verilməmişdir. 2 ilə yaxın müddət keçdikdən sonra qərarın icrasını dayandırmaq üçün belə bir ərizə verilmiş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını, cavabdehin nümayəndəsi isə apellyasiya şikayəti ilə razılaşmamış, yeni açılmış hallarla bağlı ərizədə göstərilənlənlərə uyğun izahat verərək, qərardadı qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 101-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Məcəllənin qeyd olunan tələbindən göründüyü kimi, yeni açılmış hallara görə icraatın təzələnməsi üçün, birincisi, məhkəmə icraatı başa çatdıqdan sonra yeni sübutlar və ya hallar aşkar olunmalı; ikincisi, həmin sübutlar və ya hallar birinci instansiyada icraat zamanı ərizəçidən asılı olmayan səbəblərdən təqdim olunmamış olsun. İş materiallarından görünür ki, hazırkı iş başa çatdıqdan sonra cavabdeh aşkar etdiyi yeni sübutlarla müəyyən olunan halları əsas tutaraq, iş üzrə icraatın təzələnməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmiş və məhkəmə tərəfindən ərizəsi təmin edilmişdir. Birinci instansiya məhkəməsi cavabdehin ərizəsini təmin edərkən, aşağıdakıları qeyd etmişdir: - «…ərizədə iddiaçının iki təhsil dövrü üzrə dəlillər təqdim olunur – vaxtilə Bakı şəhəri 80 nömrəli Texniki Peşə Məktəbində və Bakı Sənaye-Pedaqoji Texnikumunda təhsil aldığı dövrlərdə hərbi hazırlıq silsilə və bölmələri olmaması. İlkin icraat zamanı Ali Məhkəməsinin qərarında göstərişlə apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının Bakı şəhəri 80 nömrəli Yexniki Peşə Məktəbində “kişi üst geyimləri dərzisi” istisası üzrə təhsil dövrünün orada hərbi hazırlıq silsilə və bölmələrinin olması müəyyənləşdirilməklə onun uzun müddət xidmətinə daxil edilməsi məsələsinə qiymət verilsə də, onun Bakı Sənaye-Pedaqoji Texnikumunda hərbi hazırlıq kursu dərslərinə cəlb olunub-olunmaması ilə bağlı xüsusat geniş araşdırma predmetini təşkil etməmişdir. Halbuki, məhkəmə icraatında qiymətləndirilməli olan bu xüsusat iş üçün böyük əhəmiyyət kəsb edən haldır. Odur ki, məhkəmə həmin hal araşdırılmaqla işə yenidən baxılmasını məqsədəuyğun sayır. Məhkəmə bir xüsusatı da diqqətə çəkir ki, İPM-in müddəaları yeni açılmış hallarla icraatın təzələndiyi halda, ilkin icraat üzrə məhkəmə qərarının ləğvini yox, yeni qərarın ilkin qərarı əvəz etməsini nəzərdə tutur. Belə olan halda, məhkəmə hesab edir ki, bu xüsusatı formal xəta qismində qiymətləndirilməlidir…» Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin qeyd olunan mövqyei ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarınının 1-ci bən dinin tələbləri nəzərə alınmaqla, iddiaçının Bakı şəhəri 80 nömrəli Yexniki Peşə Məktəbində “kişi üst geyimləri dərzisi” istisası üzrə təhsil müddətinin, habelə, Bakı Sənaye-Pedaqoji Texnikumunda təhsil müddətinin təhsil dövrünün 1 ilinin 6 ayı, uzun müddət xidmət illərinə hesablandığı təqdirdə, onun təqvim hesabı ilə 20 ili tamamlanmış olur. Başqa sözlə, təqvimlə 20 il xidmətinə görə onun yaşa görə güzəştli şərtlərlə pensiya hüququ yaranır və həmin əsasla da cavabdeh orqanın ona pensiya təyinatı aparılması üçün DSMF-yə məlumat vərəqi göndərmək öhdəliyi yaranır. Göründüyü kimi, iş başa çatdıqdan sonra,cavabdehin qeyd olunan təhsil müəssisələrindən aşkar etdiyi sübutlara əsasən müəyyən olunan hallar, işin nəticəsinə əhəmiyyətli dərəcədə təsir edir. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin təqdim etdiyi yeni sübutlarla müəyyən olunan hallar İPM-in 100-cü maddəsində nəzərdə tutulan əsaslar kimi qiymətləndirilməsi düzgün nəticədir. İPM-in 106-cı maddəsindən isə görünür ki, məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Beləliklə də, gəöstərilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-171/2021 saylı xx.xx.2023-cü il tarixli qərardadının əsassız və qanuna zidd olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, həmin qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 80, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-171/2021 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim edildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1978/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1978/2023
25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver