Məhkəmə qərarları › İş №2-1(103)-1979/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1979/2020

08.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1979/2020 08.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Nuriyeva Afaq Bayram qızı və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkil X1 iştirakı ilə, İddiaçı ( xx.xx.1958-ci il tarixdə Ağdam rayonunun Suma kəndində anadan olmuş, Bakı şəh., Binəqədi ray., Xocəsən ərazi dairəsi, Sulutəpə qəs., qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 üzrə Mərkəzi filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və xx xxxx 2003-cü ildən hal-hazıradək yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(81)-2840/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiаçı Əliyev Novruz Əfrasiyab oğlu xx xxxxxxxx 2019-cu il tarixdə iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, ona təyin olunmuş pensiyanın yenidən hesablanaraq xx xxxx 2003-cü ildən hal-hazıradək yaranmış fərqin (ziyanın) birdəfəlik ödənilməsi vəzifəsinin iş üzrə cavabdeh olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və Xüsusi rütbəli şəxslərlə iş departamentinə (indiki Dövlət Sosial Müdafiə Fondunun X2 İdarəsi) həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1993-cü ildən 2000-ci ilin sentyabr ayına qədər məhkəmə hakimi işləmişdir və 2000-ci ilin sentyabr ayından səlahiyyət müddəti başa çatdığına görə vəzifəsindən azad edilmiş və pensiyaya çıxmışdır. “Məhkəmələr və hakimlər haqqında“ Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi barədə xx xxxx 2003-cü il tarixli qanuna əsasən hərbi hakimlərin pensiyaları yenidən hesablanarkən iddiaçının pensiyası düzgün hesablanmamışdır. Belə ki, 9 il hakimlik stajının olmasına baxmayaraq ona hakimlik stajının hər 5 ilinə görə hər ay vəzifə maaşının 15% həcmində pul təminatı hesablamada nəzərə alınmamışdır. Ona pensiya hesablanması zamanı hakimlərə ikiqat vəzifə maaşı həcmində verilən məzuniyyət və müalicə müavinətləri nəzərə alınmalıdır ki, onlar da nəzərə alınmamışlar. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbində olan “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin 2-ci hissəsinə əsasən hakimlik stajının hər 5 ilinə görə hər ay vəzifə maaşının 15%-i həcmində əlavə barədə tələbini sonradan dəqiqləşdirmələr aparılması məqsədilə Azərbaycan Respublikası İPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələbindən çıxararaq, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 107-ci maddəsinə əsasən hakimlərə məzuniyyətə çıxdığı vaxt verilən 2 aylıq vəzifə maaşı məbləğində müavinətin ona pensiyaya çıxdığı vaxt bu əlavə məbləğdən pensiya hesablanmadığını, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin tələblərinə əsasən hakimlərə müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğində müavinət da ona təyin edilmiş pensiyada nəzərə alınmadığını, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7 və 29.3-cü maddələrinin tələblərinə uyğun olaraq “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinə xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hakimlərin vəzifə maaşlarındakı artımların nəzərə alınmadığını, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “2017-ci ilin iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”na əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə Əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasının tətbiq edildiyini bildirmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddianın təmin edilməsini, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinə əsasən hakimlik stajının hər 5 ilinə görə hər ay vəzifə maaşının 15 faizi həcmində əlavə haqqın ödənilməsini, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 107-ci maddəsinə əsasən hakimlər məzuniyyətə çıxdıqda onlara verilən iki aylıq əmək haqqı məbləğində müavinətin ödənilməsi nəzərə alınmaqla pensiyanın yenidən hesablanaraq, xx xxxx 2003-cü il tarixdən hal-hazıra kimi yaranmış fərqin birdəfəlik ödənilməsini, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinə əsasən hakimlərin müalicə olunmaqları üçün iki aylıq əmək haqqı məbləğində pul təminatının ödənilməsi nəzərə alınmaqla pensiyanın yenidən hesablanaraq, xx xxxx 2003-cü il tarixdən hal-hazıra kimi yaranmış fərqin birdəfəlik ödənilməsini, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7 və 29.3-cü maddələrinin tələblərinə uyğun olaraq “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinə xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hakimlərin vəzifə maaşlarındakı artımların yenidən hesablanaraq yaranmış fərqin ödənilməsini, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “2017-ci ilin iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”na əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə Əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanıb birdəfəlik ödənilməsi iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X2 İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(81)- 2840/2019 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddiа tələbi qismən təmin еdilmiş, İddiaçı “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 106-cı maddəsinə əsasən hakimlik stajının hər 5 ilinə görə hər ay vəzifə maaşının 15 faizi həcmində haqqın nəzərə alınmaqla, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 107-ci maddəsinə əsasən hakimlər məzuniyyətə çıxdıqda onlara verilən iki aylıq əmək haqqı məbləğində müavinətin ödənilməsi nəzərə alınmaqla, ”Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 109-cu maddəsinə əsasən hakimlərin müalicə olunmaları üçün iki aylıq əmək haqqı məbləğində pul təminatının ödənilməsi nəzərə alınmaqla pensiyanın yenidən hesablanması, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci və 29.3-cü maddələrinin tələblərinə uyğun olaraq “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinə xx xxx 2018-ci ildə edilmiş dəyişikliklərə əsasən hakimlərin vəzifə maaşlarındakı artımları nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “2017-ci ilin iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması qaydası”na əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirmə və sonrakı artımlar da nəzərə alınmaqla yenidən hesablanıb yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmuş, iddia tələbi- “yaranmış fərqin birdəfəlik ödənilməsi” hissədə təmin edilməmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçı qərardan apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2840/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarının qismən, yəni təmin edilməyən hissəsində dəyişdirilərək iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mübahisələndirilən məhkəmə qərarının 5/7-ci səhifəsinin 5-ci abzasında qeyd edildiyi kimi məhkəmə iddianı qismən rədd edərkən “ Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə istinad etmişdir.Məhkəmə bu nəticəyə gələrkən həmin Qanunda edilmiş aşağıdakı qeydin tələblərini nəzərə almamışdır. 37.3.5. bu qanunun 20.1.11-ci—20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr tam məbləğdə ödənilir. Qeyd. 2017-ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş bu Qanunun 20.1.11-20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.5-ci maddəsinin müddəaları tətbiq olunur. Hüquqi dövlətdə Qanun qəbul edildikdən sonra həmin qanunun şamil edildiyi vətəndaşların aidiyyəti orqanlara hətta müraciət etməsinə belə ehtiyac olmamalıdır.Aidiyyəti orqanlar həmin qanunların icrasını təmin etməlidirlər.Bütün bunlara baxmayaraq, analoji işlər üzrə həm birinci instansiya, həm apellyasiya və həm də kassasiya instansiya məhkəmələrinin Qərarları (hətta işə baxan hakim özünün qəbul etdiyi qərar da daxil olmaqla) məhkəmə araşdırması zamanı təqdim edilsə də, nədənsə işə baxan hakim məhkəmə təcrübəsini və yuxarı məhkəmələtin mövqeyini nəzərə almamışdır. Cavabdeh tərəfindən qərardan apellyasiya şikayəti verilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2933/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər K.Abiyeva, M.Tağızadə, Ü.Mayılov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(81)-2840/2019 nömrəli qərarı qismən iddiaçının ”Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 107 və 109-cu maddələrində nəzərdə tutulmuş əlavələr əsasında əmək pensiyasının yenidən hesablanması nəticəsində yaranmış fərqin xx xxxx 2003-cü ildən ödənilməsi tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş, iddia həmin hissədə qismən təmin edilmiş, ”Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 107 və 109-cu maddələrində nəzərdə tutulmuş, hakimlər məzuniyyətə çıxdıqda onlara verilən iki aylıq əmək haqqı məbləğində müavinət və hakimlərin müalicə olunmaları üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla İddiaçı əmək pensiyasının xx xxxxxx 2006-cı ildən yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, qərar yoxlanılan, qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qərardan xx.xx.2020-ci il tarixdə iddiaçı, daha sonra cavabdeh kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1083/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər N.Rəsulbəyova, Z.Quliyev, İ.Hüseynov) iddiaçının və cavabdehin kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2933/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1083/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər N.Rəsulbəyova, İ.Hüseynov, K.Bədəlov) İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-1083/2020 nömrəli qərarına izah verilməsi barədə ərizəsi təmin edilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı xx.xx.2020-ci il tarixdə iddiaçı məhkəməyə ərizə ünvanlayaraq, 2-1(103)-1979/2020 saylı inzibati iş üzrə tərəfindən verilmiş apelyasiya şikayətinin geri götürülmüş hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, iddia qaldırarkən həm birinci instansiya, həm apellyasiya instansiyası və həm də kassasiya instansiyası məhkəmələrinin ümumi təcrübəsini nəzərə alaraq iddia məbləğinin birdəfəlik ödənilməsini xahiş etmişdir. Qanunvericiliyin tələblərinə əsasən isə iddia məbləğinin birdəfəlik və ya hissə-hissə ödənilməli olması məsələsi müvafiq məhkəmə qərarı icraya yönəldilərkən icra mərhələsində həll edilməli olan məsələdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahat verərək, ərizənin qəbul edilməsi ilə bağlı yekun qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini, şikayətin geri götürülməsi barədə ərizəni araşdıraraq hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(81)-2840/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi ilə bağlı ərizə qəbul edilməli və həmin şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin geri götürülməsi tərəfin qanunla müəyyən edilmiş hüququdur və bu geri götürmə hər iki tərəfin qarşılıqlı mənafeyinə uyğun gəlir, başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir, apellyasiya şikayətinin geri götürülməsi birinci instansiya məhkəməsinin qərarının tanınmasına səbəb olur. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(81)-2840/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi ilə bağlı ərizə qəbul edilməli və həmin şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 88, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(81)- 2840/2019 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə qəbul edilsin. Həmin şikayət üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar