Məhkəmə qərarları › İş №2-1(103)-1979/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1979/2024

04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1979/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11014/2023 saylı 14 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 04 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı mənzil növbəsinə götürülmə barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11014/2023 saylı 14 noyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi və İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması barədə sərəncamın qəbul edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərarında iddiaçının valideyn himayəsindən məhrum edilmiş uşaq kimi imtiyazlı əsasla mənzil növbəsinə qəbul edilməli olduğunu qeyd etmişdir. Onun valideyn hüququndan məhrum edilmiş uşaq kimi mənzil növbəsinə götürülməsi əsassızdır. Bundan başqa Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsində qeyd olunur ki, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləməsi məsələləri haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinrti 3 ay müddətində Mənzil Məcəlləsinin 51.7-ci maddəsində qeyd olunan qaydaları Azərbayan Respublikasının Pezidenti ilə razılaşdırılaraq təsdiq edilməlidir. Lakin həmin qaydalar Nazirlər Kabineti tərəfindən müəyyən edilməmişdir. Qeyd edilənlərdən görünür ki, Nazirlər Kabineti qeyd olunan qaydaları müəyyən etmədiyindən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qanunla tənzimlənmir. Bu baxımdan onların mənzil növbəsinə götürülməsi barədə məhkəmə qərarı qanunsuzdur. Məhkəmə qərar qəbul edərkən maddi hüquq norması olaraq Mənzil Məcəlləsinin 48-ci, 50-ci maddlərini əsas götürmüş, sosial kirayə müqaviləsinin bağlanmasının əsaslarını qeyd edərək qərarı əsaslandırmışdır. Baxmayaraq ki, iddia tələbi mənzil növbəsinə götürülmə öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Tərəflərin izahatları xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmişdir. Cavabdeh inzibati orqan “Elektron Məhkəmə” sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə ərizə verərək, məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətini müdafiə etdiklərini bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı və cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı tələbi “İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması barədə sərəncamın qəbul edilməsi” barədədir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1992-ci il təvəllüdlü İddiaçı yaşayış yeri üzrə ünvan 3 ünvanında qeydiyyatdadır. 1 saylı tam orta internat məktəbi tərəfindən verilmiş 22 nömrəli xx.xx.2023-cü il tarixli arayışa əsasən xx.xx.1992-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1998-ci il tarixində “Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün” 1 nömrəli tam orta internat məktəbinin 1-ci sinfinə qəbul edilmiş, xx.xx.2006-cı il tarixində həmin məktəbin 9-cu sinfindən azad edilmişdir. İddiaçı təhsilini davam etdirmək üçün xx.xx.2006-cı il tarixində sənədlərini 8 nömrəli Bakı Peşə Liseyinə təqdim etdiyindən arxiv sənədlərində ona məxsus heç bir sənəd tapılmamışdır. Cavabdeh tərəfindən verilmiş 260.4.2023-cü il tarixli 5-18/2-H-124-068/2023 nömrəli məktuba əsasən iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilməlidir. Lakin, həmin qaydalar müəyyən edilmədiyindən vətəndaşların yaşayış yeri üzrə Rayon İcra Hakimiyyətində mənzil növbəsinə qəbul edilməsi dayandırılmışdır. Həmin qaydalar müəyyən edildikdən sonra qaldırdığı məsələyə baxılacaqdır. İşə baxan birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-33055/2023 **********55 nömrəli məktubla təqdim edilmiş məlumata əsasən bildirilmişdir ki, İddiaçı adına ailə üzvləri ilə ümumi birgə mülkiyyətdə olan Salyan rayonu, Kürqaraqaşlı kəndində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair JN-431A saylı şəhadətnaməyə əsasən 0.24 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. Sorğu ilə əlaqədar olaraq müvafiq şəhadətnamənin təsdiq edilmiş surəti təqdim edilmişdir. Apellyasiya baxışı zamanı müəyyən olundu ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia tələbi təmin olunarkən iddiaçının Mənzil Məcəlləsinin 48-51-ci maddələrinin məzmununda nəzərdə tutulan kateqoriyadan olan şəxs olması məsələsi tam araşdırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2-ci maddəsinə əsasən qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq məlum olmuşdu ki, İddiaçı adına ailə üzvləri ilə ümumi birgə mülkiyyətdə olan Salyan rayonu, Kürqaraqaşlı kəndində 0.24 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. Bundan əlavə, məhkəmə araşdırmaları zamanı iddiaçının internat məktəbini bitirdikdən və peşə litseyini yarımçıq qoyduqdan sonra uzun müddət harada yaşaması, maddi imkanının hansı vəziyyətdə olması, yaşadığı yaşayış sahəsi əgər hansısa ailə üzvünə aiddisə, onun ümumilikdə sahəsinin iddiaçının da həmin mənzildə yaşaması üçün qanunla müəyyən edilmiş minimum yaşayış sahəsinin ölçüsünə uyğun olub-olmadığı, ailə üzvləri ilə ailə bağlarının mövcudluğu və digər bu kimi məsələlər tam araşdırılmamışdır. Odur ki, hazırki vəziyyətdə iddiaçının Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsində göstərilən yaşayış sahəsinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara aid olub-olmaması müəyyən olunmur. Qeyd olunan halları işə birinci instansiya qaydasında baxmış məhkəmə araşdırmadan iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin 2-1(112)-11014/2023 saylı 14 noyabr 2023-cü il tarixli qərarı ləğv edilməli və iş bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla zəruri prosessual hərəkətlərin edilməsi məqsədilə həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.1-ci bəndinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11014/2023 saylı 14 noyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyalə Cəmilova X5 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar