Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-198/2024 01.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qoyulmuş məhdudiyyətin götürülməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X5 və X7 ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 1630/2022 saylı, xx.xx.2022-ci il tarixli bildirişini əsas götürərək Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi, 58-ci km ünvanında yerləşən 110B saylı qeyri-yaşayış binası üzərinə cavabdeh tərəfindən məhdudiyyət qoyulmasının qanunsuz hesab edilməsi və götürülməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3743/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 01 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 3əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi, 58-ci km ünvanında yerləşən 110B saylı qeyri-yaşayış binası üzərinə cavabdeh tərəfindən qoyulmuş məhdudiyyətin götürülməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3743/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1630/2022 saylı, xx.xx.2022-ci il tarixli bildirişini əsas götürərək Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi, 58-ci km ünvanında yerləşən 110B saylı qeyri-yaşayış binası üzərinə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhdudiyyət qoyulmasının qanunsuz hesab edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı Şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi, 58-ci km ünvanında yerləşən 11 OB saylı qeyı-yaşayış binası üzərində mövcud olan məhdudiyyətin götürülməsi ilə bağlı ********** nömrəli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1630/2022 saylı inzibati işi ilə bağlı sözügedən qeyri-yaşayış binası üzərində müvafiq qeydlər aparılmışdır. Qeyd edilən məhkəmə işləri üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktları (əsli və ya təsdiq edilmiş surəti) və bu barədə məlumat rəsmi qaydada məhkəmədən 1 saylı Bakı Ərazi İdarəsinə daxil olacağı təqdirdə ərizəyə qanuna müvafiq qaydada yenidən baxılacağı ilə bağlı iddiaçıya **********28 saylı, xx.xx.2022-ci il və xx.xx.2022-ci il və tarixlərdə cavab məktubları ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 03 fevral 2022-ci il tarixli qərarı ilə İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi, İddiaçı və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bak Ərazi İdarəsi üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla hərracın nəticələrinə dair protokolun etibarsız hesab olunması, müqavilənin və çıxarışın ləğv olunmasına dair iddiası Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi 58-ci km, 110B ünvanda yerləşən 227,9 kv. metr olan 5/2 saylı dükana dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Aksion Mərkəzinin 09 iyul 2019-c il tarixli 26/1 nömrəli hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi vəAzərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (“Satıcı”) ilə İddiaçı (“Alıcı”) arasında bağlanmış 10 iyul 2019-cu il tarixli 4377 saylı müqavilənin ləğv edilməsi hissələrində təmin edilməmişdir.Вakı Apellyasiya Məhkəməsinin 19 avqust 2022-ci il tarixli 2-1(1 3)- 1630/2022 saylı qərarı ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2-1 (112)-2115/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 19 avqust 2022-ci il tarixli 2-1 (103)-1630/2022 saylı qərarından X3 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-78/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 19 avqust 2022-ci il tarixli 2-1 (103)-1630/2022 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Daha sonra Bakı Apellyasiya Məhkəməsiniı 03 may 2023-cü il tarixli, 2-1(112)-1627/2023 saylı bildirişi idarəyə daxil olmuş, lakin уekun məhkəmə aktı 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmamışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X4 cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığından Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-198/2024 saylı işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə cavabdehin ərizəsinin təmin olunmasına etirazı olmadığını bildirmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi, 58-ci km ünvanında yerləşən 110B saylı qeyri-yaşayış binası üzərinə cavabdeh tərəfindən qoyulmuş məhdudiyyətin götürülməsini tələb edir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il) əsasən Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi, Salyan şossesi 58-ci km ünvanında yerləşən 110B saylı qeyri-yaşayış binası İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi, 58-ci km ünvanında yerləşən 110B saylı qeyri-yaşayış binasına dair xx.xx.2019-cu il tarixdə olan vəziyyətinə əsasən texniki pasport tərtib edilmişdir. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-2883/2023 **********83 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, xx.xx.2023-cü il tarixinə olan məlumata əsasən qeyd olunan qeyri-yaşayış binasına dair Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1630/2022 saylı, xx.xx.2022-ci il tarixli bildirişi idarəyə daxil olmuş və bağlı sözügedən qeyri-yaşayış binası üzərində müvafiq qeydlər aparılmışdır. Bakı Apellyasiya 19 avqust 2022-ci il tarixli 2-1 (103)-1630/2022 saylı qərarından iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Bununla əlaqədar, Azərbaycan Respublikası Ali Məhkəməsindən 2-1(102)-2248/2022 saylı, xx.xx.2022-ci il tarixli bildiriş daxil olmuş, lakin yekun məhkəmə aktı 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmamışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 21.2-ci maddəsinə əsasən daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən iddiaçıya ünvanlanmış 67/43981 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi, İddiaçı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla hərracın nəticələrinə dair protokolun etibarsız hesab olunması, müqavilənin və çıxarışın ləğv olunması tələbinə dair Bakı İnzibati Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2-1(112)-2115/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılan zaman Qobustan qəsəbəsi, Salyan şossesi 58-ci km 110B ünvanda yerləşən ümumi sahəsi 227.9 kv. metr olan 5/2 saylı dükana dair hər hansı bir məhdudiyyət qoyulmamışdır. Hazırki inzibati işin apellyasiya baxışı zamanı "Elektron Məhkəmə" sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən verilən ərizədə bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1630/2022 saylı inzibati işi ilə bağlı qeyd olunan qeyriyaşayış binasına dair daşınmaz əmlakın dövlət reyestrində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi əsasında aparılmış müvafiq qeydə münasibətdə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-2115/2022 saylı məktubu və Ali Məhkəmənin 2-1(102)-167/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı nəzərə alınmışdır. Həmçinin hazırda daşınmaz əmlakın dövlət reyestrində sözügedən əmlak üzərində hər hansı məhdudiyyət aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 198/2024 saylı işi üzrə icraata xitam verilməsi xahiş olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci madddəsinə əsasən Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 1630/2022 saylı, xx.xx.2022-ci il tarixli bildirişini əsas götürərək Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi, 58-ci km ünvanında yerləşən 110B saylı qeyri-yaşayış binası üzərinə cavabdeh tərəfindən məhdudiyyət qoyulmasının qanunsuz hesab edilməsi” ilə bağlı tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən və bununla da tərəflər arasında mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67, 80, 87-ci 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X11 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-198/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-198/2024
01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver