Məhkəmə qərarları › İş №2-1(103)-1980/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1980/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1980/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlunun sədrliyi ilə (məruzəçi); Eyvazov Rafael Əmir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Hüseynova Arzu İsrafil qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluğu stajının müəyyən edilərək əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4033/2022 saylı, 23 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək əmək pensiyasının əmək haqqının 2907,79 manatın 80%-i hesablanmaqla 2326,24 manat miqdarında müəyyən olunması və ümumilikdə xx.xx.2020-ci ildən ödənişin gecikdirilməsinə görə 20684,48 manat məbləğində borcun tutulmasını cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasına dair qərar qəbul edilməsi tələbini irəli sürmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, əmək fəaliyyətinə Şaumyan RKK (Sovet Orqanı) işçisi olaraq 1979-cu ildə başlayıb, dövlət məvacibi (maaşı) allb və bu Şaumyan RKK-in Büronun protokolu ilə təsdiq edilmişdir və Şaumyan RKK-ın xx.xx.1983-cu ilin 57ci Büro Protokolun əsasında Daxili İşlər Nazirliyinə keçirilmişdir. C.Naxcıvanski adına 2 №li ixtisaslaşdırılmış internat məktəbi komsomol komitəsinin katibi vəzifəsi Şaumyan rayon Komsomol Komitəsində işləyən işçilərin adlarının ümumi siyahısında olmaqla komsomol komitəsində qeydə alınmışdır. Daxili işlər orqanların aparatlarında işlədiyi müddət də dövlət qulluqçusu stajı kimi nəzərə alınmalıdır. Belə ki, DİN aparatında şlədiyi müddət xx.xx.1987-xx.xx.1993 ilə kimi hesablanmışdır, bu isə 6 il 3 ay edir, hansı ki 18,75% bərabərdir. Beləliklə 62%+18.75%=80,75% (80% çox edir) və 80% sayılaraq 2326,23 manat edir. Lakin onun dövlət qulluqçusu kimi ancaq Azərbaycan Respublikasının Ali Məhkəməsinin aparatında işlədiyi dövr nəzərə alınmışdır. Bununla da ona maddi zərər vurulmuşdur, odur ki, qeyd edilən dövlərlər üzrə pensiya fərqi hesablanaraq ona ödənilməlidir Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddianın tələbinin Şaumyan RKK-da işlədiyi 1979-1983-cü illərin və Daxili İşlər struktur qurumlarında işlədiyi 1987-1993-cü illərin dövlət qulluqçusu kimi qulluq stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması kimi dəyişdirilməsi qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4033/2022 saylı, 23 fevral 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.1979-xx.xx.1983-cü illərdə Şaumyan rayon komsomol komitəsinin C.Naxçıvanski adına hərbi məktəbin komsomol komitəsinin katibi və xx.xx.1987-xx.xx.1993-cü illərdə Daxili İşlər Nazirliyinin struktur qurumlarında işlədiyi dövr dövlət qulluqçusu kimi qulluq stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya Mərkəzi Filial tərəfindən 27 avqust 2020-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 1618,13 manat, qulluq stajına görə əlavəsi 384,31 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavəsi 59,84 manat, ixtisas dərəcəsinə görə əlavəsi 130,00 manat mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 560,21 manat olmaqla orta aylıq əmək haqqı 2752,49 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 15 il 9 ay 18 gün (xx.xx.1996xx.xx.2002-ci il və xx.xx.2010- xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər) dövlət qulluğu stajınıza uyğun olaraq orta aylıq əmək haqqınının (2752,49 manat) 52,25 faizi-1438,17 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Hesab edirlər ki, Azərbaycan Respublikası DİN orqanlarında və X6 Gənclər İttifaqında işlədiyi müddətin əmək pensiyasının hesablanması zamanı dövlət qulluğu stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4033/2022 saylı, 23 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin 10 iyul 2021-ci il tarixli məktubu ilə İddiaçı arxiv şəxsi işi əsasında 1983- 1996-cı illərdə daxili işlər orqanlarında xidmət etdiyi vəzifələrə dair məlumat göndərilmişdir: - xx.xx.1983 - xx.xx.1984 - Bakı şəhər Daxili İşlər İdarəsinin Post-patrul xidməti milis alayının 11-ci rotasının komandirinin siyasi-tərbiyəvi işlər üzrə müavini; - xx.xx.1984 - xx.xx.1985 - Bakı şəhər Daxili İşlər İdarəsinin Post-patrul xidməti milis alayının Çevik əməliyyat rotasının komandirinin siyasi hissə üzrə müavini; - xx.xx.1985 - xx.xx.1987 - Bakı şəhər Daxili İşlər İdarəsinin İctimai təhlükəsizliyin mühafizəsi şöbəsinin inspektoru; - xx.xx.1987 - xx.xx.1991 - Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsinin peşə hazırlığı şöbəsinin inspektoru; - xx.xx.1991 - xx.xx.1991 - Daxili İşlər Nazirliyinin X17 İdarəsinin peşə hazırlığı şöbəsinin inspektoru; - xx.xx.1991 - xx.xx.1992 - Daxili İşlər Nazirliyinin X7 İdarəsinin 4-cü şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili; - xx.xx.1992 - xx.xx.1993 - Daxili İşlər Nazirliyinin X3 İdarəsinin Statistika şöbəsinin nəzarət üzrə inspektoru; - xx.xx.1993 - xx.xx.1993 - Daxili İşlər Nazirliyinin X3 İdarəsinin Uçot-qeydiyyat intizamına nəzarət bölməsinin nəzarət üzrə inspektoru; - xx.xx.1993 - xx.xx.1993 - Daxili İşlər Nazirliyinin X5 şöbəsinin rəis müavini; - xx.xx.1993 - xx.xx.1996 - Daxili İşlər Nazirliyinin “Dinamo” Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin Kadr və Kargüzarlıq bölməsinin rəisi. İddiaçı xx.xx.1996-cı il tarixdə öz xahişi ilə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsi, X17 İdarəsi, X7 İdarəsi, X3 İdarəsi göstərilən dövrlərdə DİN-in Aparatının struktur qurumuna daxil olmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin 05 avqust 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı “Dinamo” BTİC-nin kadrlar və kargüzarlıq bölməsinin rəisi vəzifəsindən polis mayoru rütbəsi ilə “öz xahişinə” görə xx.xx.1996-cı il tarixindən daxili işlər orqanlarından xaric edilmişdir. Pensiya təyini üçün xidmət müddəti imtiyazlı hesablama ilə 2 il, 5 ay, 21 gün təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.5- ci maddəsinə əsasən polis əməkdaşlarının pensiya məbləğləri onların xidmətdən buraxıldığı günə aldıqları təminat xərcliyindən, yəni sonuncu aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən kompensasiyasından və vəzifə maaşına hesablanan digər əlavələrdən hesablandığı baxımından onun xidmət etdiyi sonuncu vəzifənin təminat xərcliyi pensiya hesablanmasında əsas götürülmüşdür. - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X4 tərəfindən verilmiş xx.xx.2021-ci il tairxli arxiv arayışında qeyd olunur: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X1 saxlanılan partiya-uçot sənədlərinə əsasən müəyyən edilmişdir ki, Məlik- X12 1979-cu ilin noyabr ayından 1983-cü ilin mart ayına kimi C.Naxçıvanski adına 2 №li ixtisaslaşdırılmış internat-məktəb komsomol komitəsinin katibi vəzifəsində işləmişdir. Qeyd: 1. Şaumyan rayon (indiki Xətai rayonu) komsomol komitəsinin 1977-ci ildən sonra sənədləri Arxivə təhvil verilmədiyi üçün İddiaçıovun əmək haqqı barədə məlumat vermək qeyri mümkündür. 2. C.Naxçıvanski adına 2 №li ixtisaslaşdırılmış internat məktəbi komsomol komitəsinin katibi vəzifəsi Şaumyan rayon komsomol komitəsində işləyən işçilərin adlarının ümumi siyahısında gedib, həmin vəzifə komsomol komitəsi tərəfindən təsdiq edilib və əmək haqqı işlədiyi komsomol komitəsindən alınıb (nümunə üçün 1976 və 1977- ci illərin əmək haqqı cədvəllərindən - F. 214, siy.10, sax.vah.30,v.16, sax.vah.69, v.9 arayışa əlavə olunmuşdir). - Azərbaycan Respublikası X10 24 avqust 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydalarının 9-cu bəndində müəyyən edilmişdir ki, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991 -ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991 -ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu” qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) mövcud olan vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005- ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991 -ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nın 1-ci bəndinə əsasən aparılmışdır. - Əmək pensiyasının yenidən hesablanmasından xx.xx.2021-ci il tarixli imtina onunla əsaslandırılmışdır ki, ona Mərkəzi Filial tərəfindən 27 avqust 2020-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yasa görə əmək pensiyası təyin edilmişdir. Vaxtilə qulluq keçdiyiniz vəzifələr üzrə ümumilikdə vəzifə maaşınız 1618,13 manat, qulluq stajına görə əlavəniz 384,31 manat, hakimiyyət səlahiyyətlərinin İcräsınä görə əlavəniz 59,84 manat, ixtisas dərəcəsinə görə əlavəniz 130,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəniz 560,21 manat olmaqla orta aylıq əmək haqqınız 2752,49 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanız “Əmək pensiyaları haqqında”'Qanunun 20.11.2-ci maddəsinə əsasən 15 il 9 ay 18 gün (xx.xx.1996- xx.xx.2002-ci il və xx.xx.2010-xx.xx.2020-ci ii tarixləri arasındakı dövrlər) dövlət qulluğu stajınıza uyğun olaraq orta aylıq əmək haqqınızın (2752,49 manat) 52,25 faizi1438,17 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabınıza köçürülür. - Əmək pensiyasının yenidən hesablanmasından xx.xx.2021-ci il tarixli imtina onunla əsaslandırılmışdır ki, ona Mərkəzi Filial tərəfindən 27 avqust 2020-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 1618,13 manat, qulluq stajına görə əlavəsi 384,31 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavəsi 59,84 manat, ixtisas dərəcəsinə görə əlavəsi 130,00 manat mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 560,21 manat olmaqla orta aylıq əmək haqqı 2752,49 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 15 il 9 ay 18 gün (xx.xx.1996-xx.xx.2002-ci il və xx.xx.2010- xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər) dövlət qulluğu stajınıza uyğun olaraq orta aylıq əmək haqqınının (2752,49 manat) 52,25 faizi-1438,17 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daxili işlər orqanlarında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi “Dövlət qulluğu haqqında” Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və daxili işlər orqanlarında qulluq dövlət qulluğunun xüsusi növüdür. Daxili işlər orqanlarının aparatında çalışan, hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan işçilər-xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. istisna olmaqla) “Dövlət qulluğu haqqında” Qanun şamil edilir. Eyni zamanda bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Qanunun 20.1.7ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya "Dövlət qulluğu haqqında" Qanuna uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması SiyahısTnda X6 Gənclər ittifaqı və həmin İttifaqda mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində və X6 Gənclər İttifaqında işlədiyiniz müddəti əmək pensiyanızın hesablanması zamanı dövlət qulluğu stajınıza daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. - X10 xx.xx.2021-ci il tarixli məktubunda bildirilir ki, X13 İttifaqının Şaumyan rayon komsomol komitəsinin C.Naxçıvanski adına hərbi məktəbin komsomol komitəsi Azərbaycan Kommunist Partiyasının şəhər (rayon) komitəsinin nomenklaturuna daxil olduğu və müvafiq şəhər (rayon) komitəsindən əməkhaqqı aldığı halda, iddiaçının həmin komitənin katibi vəzifəsində işlədiyi müddət dövlət qulluğu stajı hesablanarkən nəzərə alına bilər. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X4 tərəfindən verilmiş xx.xx.2021-ci il tairxli arxiv arayışına əsasən müəyyən olunur ki, C.Naxçıvanski adına 2 №li ixtisaslaşdırılmış internat məktəbi komsomol komitəsinin katibi vəzifəsi Şaumyan rayon komsomol komitəsində işləyən işçilərin adlarının ümumi siyahısında getmiş, həmin vəzifə komsomol komitəsi tərəfindən təsdiq edilmiş və əmək haqqı işlədiyi komsomol komitəsindən alınmışdır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə qərarında qeyd etmişdir ki, qanunvericiliyə edilən müvafiq dəyişikliyə əsasən, şəxsin dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına daxil edilməlidir. Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına daxil edilməsinin müvafiq qayda və şərtlərinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilməmiş olması iddia tələbinin təmin edilməməsi üçün əsas hesab oluna bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 1-ci bölməsinin 3-cü hissəsində Azərbaycan Kommunist Partiyasının şəhər (rayon) komitələrinin nomenklaturuna daxil olan və müxtəlif təşkilatların yerli partiya komitələrində mövcud olmuş katib (müvafiq şəhər (rayon) komitələrindən əməkhaqqı almış) vəzifəsi “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında böyük məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. Məhkəmə hesab etmişdir ki, qanunvericiliyə edilən müvafiq dəyişikliyə əsasən, şəxsin dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına daxil edilməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydalarının 9-cu bəndində müəyyən edilmişdir ki, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu” qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) mövcud olan vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005- ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nın 1-ci bəndinə əsasən aparılmışdır. Həmin Fərmanın 2-ci bəndində müəyyən edilmişdir ki, sözügedən Fərmanın 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan və pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğunda mövcud olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırılınası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının Xarici İşlər Nazirliyində və Azərbaycan Respublikasının Ali Məhkəməsinin aparatında işlədiyi - 15 il 9 ay 18 gün (xx.xx.1996-xx.xx.2002-ci il və xx.xx.2010xx.xx.2020-ci ii tarixləri arasındakı dövrlər) dövlət qulluğu stajı kimi nəzərə alınmışdır. İmtinada cavabdeh tərəfindən iddiaçının Şaumyan RKK-da işlədiyi 1979-1983-cü illər və Daxili İşlər struktur qurumlarında (aparatında) 1987- 1993-cü illərdə işlədiyi dövrlər mübahisələndirilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı xx.xx.1979-xx.xx.1983-cü illərdə Şaumyan rayon komsomol komitəsinin C.Naxçıvanski adına hərbi məktəbin komsomol komitəsi katibi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 1-ci bölməsinin 3-cü hissəsində Azərbaycan Kommunist Partiyasının şəhər (rayon) komitələrinin nomenklaturuna daxil olan və müxtəlif təşkilatların yerli partiya komitələrində mövcud olmuş katib (müvafiq şəhər (rayon) komitələrindən əməkhaqqı almış) vəzifəsi “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında böyük məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. Eyni zamanda iş materiallarında olan X10 xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, X13 İttifaqının Şaumyan rayon komsomol komitəsinin C.Naxçıvanski adına hərbi məktəbin komsomol komitəsi Azərbaycan Kommunist Partiyasının şəhər (rayon) komitəsinin nomenklaturuna daxil olduğu və müvafiq şəhər (rayon) komitəsindən əməkhaqqı aldığı halda, iddiaçının həmin komitənin katibi vəzifəsində işlədiyi müddət dövlət qulluğu stajı hesablanarkən nəzərə alına bilər. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X4 tərəfindən verilmiş xx.xx.2021-ci il tairxli arxiv arayışına əsasən müəyyən olunur ki, C.Naxçıvanski adına 2 №li ixtisaslaşdırılmış internat məktəbi komsomol komitəsinin katibi vəzifəsi Şaumyan rayon komsomol komitəsində işləyən işçilərin adlarının ümumi siyahısında getmiş, həmin vəzifə komsomol komitəsi tərəfindən təsdiq edilmiş və əmək haqqı işlədiyi komsomol komitəsindən alınmışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə iddia tələbini təmin etməkdə məhkəmə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının Daxili İşlər struktur qurumlarında işlədiyi dövrlə bağlı aşağıdakıları qeyd edir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanununun 2.3-cü maddəsinə əsasən, prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. 31 may 2021-ci il tarixli 340-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanununa yeni məzmunda 22.7-1-ci və 22.7-2-ci maddələr əlavə edilmişdir. 22.7-1. Dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. 22.7-2. Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Göründüyü kimi, Qanunvericiliyə edilmiş qeyd edilən dəyişiklik X10 xx.xx.2021-ci il tarixli məktubuna əsasən, iddiaçının daxili işlər orqanlarında işlədiyi müddətlə bağlı yanaşmanın tətbiqini istisna edir. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1987- xx.xx.1993-cü illərdə Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsində, Daxili İşlər Nazirliyinin X17 İdarəsində, Daxili İşlər Nazirliyinin X7 İdarəsində, Daxili İşlər Nazirliyinin X3 İdarəsinin Statistika şöbəsində müxtəlif vəzifələrdə işləmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin 10 iyul 2021-ci il tarixli məktubunda bildirilmişdir ki, Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsi, X17 İdarəsi, X7 İdarəsi, X3 İdarəsi göstərilən dövrlərdə DİN-in Aparatının struktur qurumuna daxil olmuşdur. Yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, şəxsin dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına daxil edilməlidir. Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına daxil edilməsinin müvafiq qayda və şərtlərinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilməmiş olması hazırda iddia tələbinin təmin edilməməsi üçün əsas hesab oluna bilməz və işə baxan məhkəmə iddia tələbini bu hissədə də təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili olan iddiaçının 15 il 9 ay 18 gün dövlət qulluğu stajına malik olması ilə bağlı qeyd edir ki, hazırkı işin hallarına və qanunvericilik normalarına əsasən iddiaçının xx.xx.1979-xx.xx.1983-cü illərdə Şaumyan rayon komsomol komitəsinin C.Naxçıvanski adına hərbi məktəbin komsomol komitəsinin katibi və xx.xx.1987- xx.xx.1993-cü illərdə Daxili İşlər Nazirliyinin struktur qurumlarında işlədiyi dövr dövlət qulluqçusu kimi qulluq stajına daxil edilməli olduğundan cavabdehin bu dəlili əsassız olmuşdur və həmin dövrlər də iddiaçının dövlət qulluğu illərinə əlavə edilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4033/2022 saylı, 23 fevral 2022-ci il tarixli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4033/2022 saylı, 23 fevral 2022ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar