Məhkəmə qərarları › İş №2-1(103)-1981/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1981/2020

11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1981/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Elmira Eyvaz qızı Nağıyevadan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X9 üzrə Mərkəzi Filialı) qarşı “cavabdehin imtinasının əsassız hesab edilməsi, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1241/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh inzibati orqanın imtinasının əsas hesab edilərək, ona güzəştli şərtlərlə yaşa görə 57 yaşından, xx.xx.2014-cü ildən iş stajının arxiv arayışı əsasında stajı xx.xx.1974-cü il tarixdən xx.xx.1991-ci il tarixədək Məişət Xidmət Kombinatında qazelektrik əl ilə qaynaqçı vəzifəsində, xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək 2 saylı X3 əl ilə qaynaqçı, xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək 3 saylı X3 əl ilə qaz qaynaqçısı peşəsində işlədiyi ilədək pensiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1241/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-11612020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə cavabeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün sayılmaması və apellyasiya şikayətinin qəbulundan imtina olunması qərara alınmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1747/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-11612020 saylı xx xxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1747/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarında göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən cavabdeh inzibati orqanın qeydiyyat kitabına uyğun olaraq mübahisələndirilən qərarın cavabdeh inzibati orqana hansı tarixdə daxil olması və ondan şikayət vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin ötürülməsi məsələsi araşdırılmamış, nəticədə İnzibati Prosessual Məcəllənin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə müvafiq olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi, apellyasiya şikayəti verən şəxs və ya onun nümayəndəsinin belə şikayəti verməkdə səlahiyyətli olması məsələsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Hazırki iş üzrə qərardan apellyasiya şikayətinin vaxtında verilib-verilməməsi, vaxtında verilmədiyi təqdirdə prosessual müddətin üzrlü səbəblərdən ötürülüb-ötürülmədiyi, apellyasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən imzalanıb-imzalanmaması məsələlərinin aydınlaşdırılması üçün şikayətin mümkünlüyünün yoxlanılması xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı iştirakını təmin etməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı apellyasiyanın mümkünlük məsələsinə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə X1 iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1241/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qərarı poçt vasitəsilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə xx.xx.2017-ci il tarixdə göndərilmiş, həmin məktubun aşağı hissəsinə cavabdeh orqanın “daxil olma” ştampı vurulmaqla qarşısında “DSMF Suraxanı rayon şöbəsi qəbul etdi R.Əzizov” yazılmış və xx.xx.2017-ci il tarixdə imza edilməklə qəbul edilmişdir. Belə olan halda həmin qərardan apellyasiya şikayəti verilməsi üçün cavabdehə münasibətdə son müddət xx.xx.2017-ci il tarix hesab olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcədə işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bu səbəbdən məhkəmə kollegiyası cavabdeh inzibati orqana (hazırki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X9 üzrə Mərkəzi Filialına)göndərilmiş xx xxxxxxx 2020-ci il tarixli bildirişlə Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək, apellyasiya şikayətini imzalayan şəxsin onu vermək və imzalamaq səlahiyyətini təsdiq edən sənədi, həmçinin apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardan şikayət verilməsi üçün prosessual müddətin ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizə verilməsini təklif etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi Nurani Rüstəmli mübahisələndirilən 2-1(82)-1241/2017 saylı xx xxxxxx 2017-ci il tarixli məhkəmə qərarının inzibati orqana həqiqətən də xx.xx.2017-ci il tarixdə daxil olduğunu, sonradan sənədlərin Şöbə tərəfindən itirilməsi səbəbindən apellyasiya şikayətinin vaxtında verilmədiyini, müddət ötürülməklə xx.xx.2020-ci il tarixdə verildiyini, hazırki cavabdeh orqanda isə ümumiyyətlə bu inzibati işlə əlaqədar hər hansı sənədin olmadığını, buna görə də apellyasiya şikayətini imzalayan şəxsin buna səlahiyyətinin olmasını təsdiq edən sənədi də təqdim etmək imkanının olmadığını bildirmişdir. İş materiallarından görünür ki, xx.xx.2017-ci il tarixli qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün son tarix xx.xx.2017-ci il hesab olunduğu halda, apellyasiya şikayəti məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Hazırki işdə cavabdeh inzibati orqan xx.xx.2017-ci il tarixli qərardan apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş 30 günlük prosessual müddətin onun təqsiri üzündən ötürülməməsini təsdiq edən sübutları və ya həmin müddətin ötürülmə əsasının üzrlü səbəblərlə bağlı olduğu təqdirdə, prosessual müddətin həmin əsaslarla bərpa edilməsinə dair ərizə verməmişdir. Halbuki yuxarıda da qeyd olunduğu kimi, prosessual müddətin bərpası qanunun tələbinə görə şəxsin ərizəsi əsasında mümkündür. Kollegiya tərəfindən hazırki cavabdeh orqana bu barədə müvafiq hüquqi yardım göstərilsə də, sonuncu həmin hüququndan istifadə etməmişdir. Digər tərəfdən, apellyasiya şikayəti nəzərdən keçirilərkən müəyyən edildi ki, şikayət cavabdeh Şöbənin müdir müavini Y.Möhbalıyev tərəfindən imzalandığı halda, onun apellyasiya şikayətini imzalamaq səlahiyyətinin olması barədə hər hansı sənəd də apellyasiya şikayətinə əlavə edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən cavabdehə göndərilmiş xx.xx.2020-ci il tarixli məhkəmə bildirişi ilə apellyasiya şikayətini imzalayan şəxsin onu vermək və imzalamaq səlahiyyətini təsdiq edən sənədin təqdim edilməsi ilə bağlı hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə əsasən bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli məhkəmə bildirişində cavabdeh inzibati orqana apellyasiya şikayətini imzalayan şəxsin buna səlahiyyətinin olması barədə müvafiq sənədi təqdim etməklə bağlı hüquqi yardım göstərilsə də, cavabdehin nümayəndəsi tərəfindən bu barədə hər hansı sənəd məhkəməyə təqdim olunmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün sayılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarından apellyasiya şikayəti cavabdeh inzibati orqana münasibətdə onun verilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük prosessual müddət ötürülməklə verildiyindən, bu müddətin bərpası ilə bağlı hər hansı ərizə məhkəməyə təqdim olunmadığından, həmçinin apellyasiya şikayətini imzalayan şəxsin onu vermək və imzalamaq səlahiyyətini təsdiq edən mötəbər sənədlər təqdim edilmədiyindən verilmiş apellyasiya şikayətinin mümkün sayılması üçün hər hansı əsas mövcud deyildir. Bu səbəbdən də apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası QƏRARAALDİ: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1241/2017 saylı xx xxxxxx 2017-ci il tarixliqərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindənverilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Elmira Nağıyeva Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar