Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1981/2023 08.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), oğlu, X4, Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2637/2023 saylı xx.xx.2023-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi, daha sonra dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyinin etibarsız hesab edildiyi xx.xx.2020-ci il tarixdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2018-ci ildə 5 illik müddətə 2-ci dərəcəli əllilik təyin olunmuş və həmin tarixdən pensiya təyin edilmişdir. Lakin bu yaxınlarda ona məlum olub ki, əmək pensiyasının ödənilməsi dayandırılmışdır. Pensiyanın dayandırılmasının səbəbini dəqiqləşdirilməsi üçün AR ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Müraciətinə cavab olaraq xx.xx.2022-ci tarixli məktubla bildirilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən daxil olmuş xx.xx.2020-ci il tarixli **********0 nömrəli məktuba əsasən əlilliyi xx.xx.2020-ci il tarixində etibarsız edildiyi üçün ona əlilliyə görə ödənilən əmək pensiyası xx.xx.2020-ci il tarixindən dayandırılmışdır. Əlilliyin bərpa edilməsi məsələsi ilə əlaqədar olaraq aidiyyəti üzrə adıçəkilən agentliyə müraciət etməsi məqsədamüvafiq olduğu bildirilmişdir. Daha sonra iddiaçı Agentliyiə müraciət edərək əlilliyinin ləğv edilməsinin (dayandırılmasının) səbəbləri barədə məlumat verilməsini və ləğv edilmiş (dayandırılmış) əlilliyin bərpa edilməsinə göstəriş verilməsini xahiş etmiş, lakin sonuncu tərəfindən xx.xx.2022-ci il tarixli məktubla imtina cavabı verilərək, araşdırma zamanı 4110003AACRB nömərli göndərişdə qeyd olunan müalicə tarixində MEİS-in Əmək Müqaviləsi və «Sığorta» altsistemlərində müalicə müddətlərinə dair məlumatlar öz təsdiqini tapmamışhdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Cavabdeh iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Daxili İşlər Nazirliyinin Bakı Tibbi İdarəsinin xx.xx.2018-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S30-S39 - Qarnın, arxanın aşağı hissəsinin, onurğanın bel şöbəsinin və çanağın travmaları => S30 - Qarnın...; Diaqnozun mətni: Travma nəticəsində qara ciyərin sağ payının subkapsulyar hematomasına görə laparotomiya və hematomanın çıxarılması əməliyyatından sonrakı vəziyyət. Qaraciyər sirrozu, dekompensasiya mərhələsi. Ümumi qidalanmanın pozulması. Portal hipertenziya. Hepatosplenomeqaliya. Minimal assit.; Meyar: 2.2 İkinci dərəcə 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xəstəlikləri səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.X8-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilərək 776 nəfərin rəsmiləşdirilmiş göndərişlərdə stasionar və ambulator müalicə müddətlərinə dair məlumatlarla Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödəniş aparılmış xəstəlik vərəqələri arasında uyğunsuzluqlar mövcud olduğu qeyd edilmişdir. Həmçinin stasionar və ambulator müalicə tarixlərində şəxslərə əmək haqqı ödənilmişdir ki, bu da vətəndaşa rəsmiləşdirilmiş göndərişdə qeyd olunan məlumatların saxtalaşdırılması və əlillik təyinatı üçün əsas götürülmüş stasionar müalicə faktının təhrif edilməsidir. Bunun əsasında Agentlik tərəfindən göndərişlərin ləğv olunmasının nəzərə alınması xahiş edilmişdir. İddiaçının adı göndərişləri etibarsız hesab edilənlərin siyahısında qeyd edildiyindən (431-ci sıra), xx.xx.2020-ci il tarixdə “Əlillik altsistemi”ndə İddiaçı aid qiymətləndirmə etibarsız hesab edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2637/2023 saylı xx.xx.2023-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2018-ci il tarixdə təyin olunmuş 2-ci dərəcəli əlilliyin etibarsız hesab olunduğu xx.xx.2020-ci il tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayətini cavabdeh iddia ərizəsinə dair etirazında göstərilənlərə uyğun əsaslandırmış, eyni zamanda, qeyd etmişdir ki, iddiaçının əlilliyin etibarsız hesab edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. “İnzibati icraat haqqında” Qanunun tələblərinin pozulmadığına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhduduluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə uyğun olaraq qiymətləndirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə, maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.İsmayılova apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını, iddiaçının nümayəndəsi Vəkil isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqında iddia vasitəsilə əlilliyinin etibarsız hesab edildiyi xx.xx.2020-ci il tarixdən bərpa edilməsinin həvalə edilməsi vəzifəsinin sonucuya həvalə edilməsini tələb etmiş, birinci instansiya məhkəməsi tərəfindən həmin tələbi təmin olunmuşdur. Birinci instansiya məhkəməsi qərarından görünür ki, iddianı təmin edərkən qeyd etmişdir ki, cavabdeh xx.xx.2018-ci i il tarixli inzibati aktın qanunsuz sayılması barədə “İnzibati icraat haqqında” Qanunun yuxarıda bəhs edilən normalarına uyğun icraat aparmamaqla həmin aktın qanunsuz sayılmasına dair inzibati akt qəbul etmədiyindən xx.xx.2018-ci il tarixli akt ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtarana və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, əvvəllər iddiaçının iştirakı ilə onun hərtərəfli müayinəsi aparılıb inzibati araşdırmanın nəticələri üzrə TSEK tərəfindən ona əlillik dərəcəsi təyin olunduğu halda, sonradan, Bakı Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinin xx.xx.2018-ci il tarixli göndərişi əsasında onun 5 il müddətinə əlilliyi müəyyən edildikdən sonra, həmin əlilliyinə dair qiymətləndirmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilmiş tədbirlər çərçivəsində cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdən “Əlillik altsistemi”ndə etibarsız hesab edilmişdir. Halbuki, həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 saylı qərarı ilə təsdiq edilmiş, “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin: 4.9-cu bəndinə əsasən Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 Sosial Ekspertiza və X5 (bundan sonra - TSERAS) ötürülür; 4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Nazirliər Kabinettinin xx.xx.2020ci il tarixli 11 saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.1-ci bənidinə əsasən əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinin tələbindən isə görünür ki, qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsidir. Həmin Qanunun 28.1.1-ci maddəsinin tələbi baxımından, sonradan, iddiaçının da onun əlilliyinin etibarsız hesab edildiyi gündən bərpası barədə cavabdehə ünvanlanmış yazılı müraciəti də inzibati icraatın başlanması üçün əsasdır. İşdən isə görünür ki, qanunvericiliyin sözügedən tələblərinə cavabdeh inzibati orqan tərəfindən riayət olunmamış, qanuni mənafelərinə toxunduğu halda, iddiaçının iştirakı ilə onun barəsində inzibati icraat başlamağa borclu olduğu halda, qanunla üzərinə düşən bu öhdəlyini yerinə yetirməmiş, əlillik dərəcəsi təyin edildikdən xeyli müddət keçdikdən sonra, barəsində olan, etimad göstərdiyi əlverişli inzibati aktı (qərarı) faktiki hərəkətləri ilə ”Əlillik alt sistemi”nə daxil etməklə, etibarsız hesab edilmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 36.3-cü maddəsi isə nəzərdə tutur ki, qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsinin tələbinə görə isə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 58.1-ci inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Göründüyü kimi, “Əsasnamə”nin və “Qayda”nın müddəalarında, ümumiyyətlə, TSEK tərəfindən qiymətləndirilmə yolu ilə təyin edilən əlillik dərəcəsinin etibarız hesab edilməsi nəzərdə tutulmur. Əgər cavabdeh hesab edirdisə, iddiaçıya təyin olunan əlillik dərəcəsi qanunsuz olmuşdur, belə olan halda, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələbləri qaydasında həmin qərarını ləğv etmək imkanı mövcud olmuşdur ki, bu halda da, maraqlarına toxunan iddiaçının cavabdehin həmin qərarını mübahisləndirmək hüququndan istifadə etmək imkanına malik olurdu. Beləliklə də iddiaçının əlilliyinin etibarsız hesab edilməsi üçün “İnzabati icraat haqqında” Qanunun 65-ci maddəsində sadalanan hallardan hər hansı birinin mövcudluğu müəyyən olunmur. Belə olan halda, iddiaçının qanunla qorunan hüquqları əsaslı şəkildə pozulmuş olur. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının tələbinin təmin olunmasını işin sübutlarla müəyyən edilən hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Odur ki, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin cavabdeh tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilmədiyini, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2637/2023 saylı xx.xx.2023-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2637/2023 saylı xx.xx.2023-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1981/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1981/2023
08.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver