Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1982/2021 08.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi Novruzov Dünyamin oğlunun və İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81)-827/2019 saylı, 30.04.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri Binəqədi rayon Şöbəsinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının 52 yaşdan, yəni, 13.02.2013-cü il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı 20.07.1978-02.06.1981-ci illərdə zəhmət sahəsində, 09.06.1981-30.12.1982-ci illərdə Tikiş fabrikində, 19.01.1983-16.12.1994-cü ilədək “Bakı Poladtökmə” zavodunda maşinist, 1980-1987-ci illərdə Bakı maşınqayırma texnikomu neft və qaz mədənləri avadanlığı ixtisası üzrə təhsil almış, 17.05.2006-01.02.2008-ci illərdə “Azərpoçt”un 6 saylı poçt filialında poçtalyon, 07.03.2008-01.12.2009-cu illərdə 6 saylı poçt filialında poçtalyon işləmiş, 13.11.2017-15.04.2018-ci illərdə "xxxx" ASC-də işləmişdir. Zərərli sahədə işləməsi ilə bağı güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciəti nəticəsiz qalmış, mümkün olmadığı bildirilmişdir. O, 11 il ərzində zərərli istehsalat sahəsində işləmiş, 3 növbəli iş qrafiki zərərli işə görə südlə təmin edilirdi. “X2” ASC tərəfindən verilmiş KŞ-036 saylı, 26 aprel 2018-ci il tarixi arayışda göstərilən peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş siyahının 35-ci ümumi peşələr bölməsində “qaz kompressorlarına xidmət ilə məşğul olan texnoloji kompressorların maşinistləri” şifrəsinə aid olması qeyd edilmişdir. Onun 19.01.1983-16.12.1994-cü illərdə işləməsi barədə məlumatlar əmək kitabçasında qeyd edilmiş, lakin, cavabdeh bunu nəzərə almamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 aprel 2019-cu il tarixli, 2-1(81)- 827/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşdan, yəni 13.02.2013-cü il tarixdən təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv ediməsini və iddiaçının tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilir. Lakin iddiaçının işləmiş olduğu peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007ci il 23 yanvar 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda öz əksini tapmamışdır. Bundan əlavə “İş yerlərinin atestasiya keçirilməsi qaydalarına” uyğun olaraq iş yerində keçirilmiş atestasiya nəticəsində, zərərli və ağır hesab olunmasına dair və işlədiyi müddətdə zərərli iş şəraitinə görə əlavə əmək haqqı və əlavə məzuniyyət alması haqqında müvafiq sənədlər olmadığından, işlədiyi peşələrin ağır və zərərli olmasını təsdiq etmək mümkün olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin X1 22 avqust 2019-cu il tarixli 2-1(103)1979/2019 saylı qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş və birinci instansiya məhkəməsinin həmin qərarı ləğv edilmiş və iddia rədd edilmişdir Həmin qərardan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin X1 29.01.2020-ci il tarixli 2-1(102)47/2020 saylı qərarı ilə qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin həmin qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə təkrar apellyasiya qaydasında baxılarkən Bakı Apellyasya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2020-ci il tarixli ilə iş üzrə cavabdeh ƏƏSMN DSMİF-nin Binəqədi rayon şöbəsi - Xüsusi Şərtlərlə təyinat ilə əvəz edilmişdir idarəsi ilə əvəz edilmişdir. (hazırkı adı:Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı). Daha sonra, Bakı Apellyasya Məhkəməsinin İnzibati Kollegiyasının Məhkəmənin 2- 1(103)-84/2021 saylı 27.01.2021-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qərarı dəyişdirilmədən qüvvədə saxlanımışdır. Apellyasya Məhkəməsinin həmin qərarı cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18.05.2021-ci il tarixli 2-1(102)-833/2021 saylı qərarı ilə ləğv edilmiş iş təkrar baxılması üçün göndərilmişdir. Ali Məhkəmə həmin qərarında qeyd etmişdir ki, “...apellyasiya instansiyası məhkəməsi iddiaçının ağır və zərərli işlərdə iş stajı ilə bağlı dəlillərini araşdıraraq onlara qiymət versə də, iddiaçının 52 yaşının tamam olduğu tarixə 20 il ümumi sığorta stajının tamam olub-olmadığına dair işin hallarını tam və hərtərəfli araşdırmamışdır. ...Məhkəmə iddiaçının sonradan dəyişdirilmiş məzmunda iddiasının təmin olunması üçün 52 yaşının tamam olduğu 2013-cü il 13 fevral tarixə azı 20 il ümumi sığorta stajına malik olduğunu və bu stajın hansı iş illəri hesabına yarandığını qərarında əsaslandırmalı idi. İddiaçı, 20 il əmək stajını 2018-ci il 15 yanvar tarixdə tamamlamışdır. Çatışmayan 2 ay 2 günlük stajı məhz həmin tarixdə toplanmış olur. Lakin məhkəmə, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş digər şərtin - iddiaçının zəruri pensiya kapitalını toplayıb-toplaması məsələsinə hüquqi qiymət verməmişdir. ... İddiaçı ilkin iddia ərizəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini təqvim tarixi və ya yaş həddi ilə məhdudlaşdırmamışdır. Başqa sözlə, həmin (ilkin) məzmunda ərizə iddianın təmin olunmasını hüququn yaranma vaxtına bağlamaqla bu vaxtın müəyyən edilməsini məhkəmənin öhdəsinə buraxır. Sonrakı ərizə isə ilkin ərizədən imtinanı nəzərdə tutmur, yalnız arzu olunan əmək pensiyasının təyinat tarixini dəqiqləşdirir...” Ali Məhkəmənin qərarından irəli gələn həmin göstərişləri nəzərə alınmaqla, işin üçüncü apellyasiya icraatı mərhələsində məhkəmə kollegiyası tərəfindən iddiaçıya (və vəkilinə) 52 yaşının tamam olduğu 13.02.2013-cü il tarixinə onun azı 20 il ümumi iş stajının toplanmadığı, bu iş stajının 2018-ci ilin yanvar ayının 15-də tamamlandığı diqqətinə çatdırılaraq, buna müvafiq iddia tələbini dəqiqləşdirilməsi ona təklif olunsa da, iddiaçı israrlı şəkildə iş stajının cavabdeh və məhkəmələr tərəfindən düzgün hesablanmadığını bildirərək, bir daha məhkəməyə təqdim etdiyi ərizəsində və ona əlavə edilən iş stajına dair əlyazma hesablamasında, onun işə qəbul və və işdən azad olma əmrləri nəzərə alınmaqla, onun 20 il ümumi iş stajının mövcud olduğunu iddia edərək, qəti şəkildə 52 yaşından güzəştli şərtlərlə pensiya təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi apellyasiya şikayətinə əlavəsində iddiaçının ümumi iş stajınının müfəssəl açıqlamasını verərək, 2013-cü ilə qədər müəssisələrdə olan iş stajındakı fasilənin təhsil müddəti ilə doldurulmuş olsa belə, iddiaçının ümumi iş stajının 20 ilə çatmadığını bildirərək, 52 yaşından ona güzəştli şərtlərələ pensiya təyin edilməsnin mümkünsüz olduğunu bildirmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd olunması barədə yeni qərarı çıxarılmalıdır. Belə ki, 01.01.2006-cı il tarixindən qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin, 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-3.2-ci bəndlərinə əsasən Qanunun qüvvəyə mindiyi günədək və qüvvəyə mindikdən sonra sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: “...İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Bu başlıq altında 1-ci qrafada daxil edilən yazılışın sıra nömrəsi, 2-ci qrafada isə işçinin qəbul edildiyi tarix göstərilir. “Qaydalar”ın qeyd olunan tələblərindən göründüyü kimi, işçinin qəbul edilmə və onun işdən azad olunma tarixi “İş haqqında məlumat” bölməsində 2-ci qrafada göstərilir. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, hazırkı mərhələdə iddiaçı yenə də israrlı şəkildə mübahisələndirir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə müvafiq olaraq ona 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün onun 20 ildən çox ümumi iş stajı mövcuddur. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətinə (Binəqədi RPİ: 01.06.2012) əsasən iddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. Belə olan halda, 52 yaşı 13.02.2013-cü il tarixində tamamlanır. İddiaçının hazırkı mərhələdə məhkəməyə təqdim etdiyi hesablamasından görünür ki, əmək kitabçasının qeydləri üzrə 52 yaşı tamam olan dövrədək ümumi iş stajını aşağıdakı kimi hesablamışdır: 1) 20.06.1978 – 02.06.1981 = 02 il 11 ay 12 gün; 2) 09.06.1981 – 30.12.1982 = 01 il 06 ay 21 gün; 3) 19.01.1983 – 16.12.1994 = 11 il 10 ay 27 gün; ----------------------------------- Cəmi: 14 il 27 ay 60 gün = 16 il 5 ay İddiaçı tərəfindən bir daha həmin iş dövrləri arası fasilə nəzərə alınmadan hesablanan cəmi : --------------------------------------------------- 0.06.1978 - 16.12.1994 = 16 il 5 ay 26 gün 4) 17.05.2006 – 01.02.2008 = 01 il 08 ay 14 gün; 5) 07.03.2008 – 01.12.2009 = 01 il 09 ay 24 gün. ---------------------------------------- 2 il 17 ay 38 gün = 3 il 6 ay 8 gün 16 il 5 ay 26 gün + 3 il 6 ay 8 gün ----------------------------------------- 19 il 11 ay 34 gün = 20 il 4 gün İddiaçının qeyd olunan hesablaması təhlil olunduqda 3-cü mövqedə (19.01.1983 – 16.12.1994 =11 il 10 ay 27 gün) əmək kitabçasında işdən azad edildiyi gün “16” yox, “06” qeyd olunduğu halda, iddiaçı həmin günü əmrin tarixindəki gün ilə (16.12.1994) götürmüşdür. Halbuki, qeyd olunan “Qaydaları”ın tələblərinə görə işçinin faktiki işə qəbul və işdən azad olma günü əmək kitabçasının “İş haqqında məlumat” bölməsinin 2-ci qrafasında “gün, ay və il” sütunlarında təsbit olunur. Digər tərəfdən, iddiaçının qeyd olunan hesablamasından göründüyü kimi, birinci üç mövqedə olan iş dövrləri arasındakı fasilə günlərini (o cümlədən: birinci (02.06.1981) ilə ikinci (09.06.1981) dövr arasında “7 gün”(9-2), ikinci (30.12.1982) ilə üçüncü(19.01.1983) dövr arasında isə “27” gün) də ümumi iş stajına daxil etməklə, hər üç mövqeynin əhatə etdiyi 20.06.1978 - 16.12.1994 dövrə görə 16 il 5 ay 26 gün iş stajı hesablamışdır. Halbuki onun işə əlavə olunmuş diplomunun surətindən görünür ki, orta ixtisas məktəbində 1980-1987-ci illərdə istehsalatdan ayrılmadan (axşam) təhsil almışdır. Eyni zamanda iddiaçı öz hesablamasında 5-ci mövqe (07.03.2008–01.12.2009) üzrə iş stajının hesablanmasında da (01 il 09 ay 24 gün) səhvə yol verərək “8 ay” yazmalı olduğu halda “9 ay” yazmışdır. Belə olan halda isə onun son nəticədə hesablamış odluğu 20 il 4 gün ümumi iş stajından, həmin artıq hesablanan bir ayı çıxdıqda (hətta, qeyd olunan fasilə iş stajı kimi qəbul olunsa belə), onun ümumi iş stajı - 19 il 11 ay 4 gün ıl təşkil etmiş olur, yəni 20 ilə yenə də çatmır. Məhkəmə kollegiyası tərəfindən isə “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın tələbləri nəzərə alınmaqla, əmək kitabçasının “İş haqqında məlumat” bölməsinin 2-ci qrafasının işə qəbul və işdən azad olma günü, ayı və ili göstərən qeydlərinə əsasən iddiaçının 52 yaşının tamam olduğu 13.02.2013-cü il tarixinə olan iş stajı aşağıdakı kimi olduğu müəyyən olunur: 1) 20.06.1978 – 02.06.1981 = 02 il 11 ay 12 gün; 2) 09.06.1981 – 30.12.1982 = 01 il 06 ay 21 gün; 3) 19.01.1983 – 06.12.1994 = 11 il 10 ay 17 gün; 4) 17.05.2006 – 01.02.2008 = 01 il 08 ay 14 gün; 5) 07.03.2008 – 01.12.2009 = 01 il 08 ay 24 gün. -------------------------------------------------------------- Cəmi: 19 il 09 ay 28 gün İddiaçının birinci və ikinci iş dövrü arasındakı (02.06.1981-09.06.1981) fərq 07 gün, ikinci və üçüncü iş dövrü arasındakı (30.12.1982-19.01.1983) fərq 20 gün, cəmi, 27 gün fərqi, onun 1980-1987-ci illərdə orta ixtisas məktəbində axşam bölməsində təhsil aldığı dövr hesabına doldurulsa belə, ümumi iş stajı 19 il 10 ay 25 (19 il 09 ay 28 gün+27 gün) gün təşkil edir. Beləliklə də iddiaçının 52 yaşının tamam olduğu 13.02.2013-cü il tarixinə 20 il ümumi iş stajı tamamlanmır. Onun həmin iş stajı əmək kitabçasına əsasən 01 iyul 20127ci ildən sonra (15.01.2018) tamamlanır (13.11.2017-15.04.2018 dövrünədə 05 ay 02 gün iş staj var) Belə olan halda isə Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci ildən qüvvədə olan redaksiyasına əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün qadınlara 55 yaş, 20 il ümumi və 10 il güzəştli iş stajla yanaşı, onun fərdi hesabındanda minimum əmək pensiyası məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının mövcud olması da tələb olunur. Cavabdeh orqanı (vəkili) tərəfindən hazırkı mərəhələdə məhkəməyə təqdim edilmiş apellyasiya şikayətinə əlavəsində də, məhz, iddiaçının əmək kitabçasının qeydləri üzrə düzgün hesablama aparıldığı müəyyən olunur. Göründüyü kimi, 52 yaşından pensiya təyin edilməsi üçün 20 il ümumi iş stajı toplanmadığı halda, iddiaçının 52 yaşdan ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini cavabdehdən tələb etməkdə haqlı hesab oluna bilməzdi. Bu isə dolayısı ilə onu deməyə əsas verir ki, cavabdehin ona 52 yaşından pensiya təyin olunmasından imtina etməsi qanuni və əsasılıdır. Qanuni və əsaslı imtina isə iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə inzibati orqanın üzərinə o halda inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqları pozulsun. Lakin birinci instansiya məhkəməsinin qərarında məhkəmə tərəfindən əmək kitabçasının qeydləri üzrə iddiaçının işlədiyi dövrlər ümumi şəkildə sadalansa da, onun 52 yaşının tamam olduğu tarixə zəruri olan 20 il ümumi, 10 il xüsusi iş stajına aydınlıq gətirilməmiş, ümumiyyətlə, xüsusilə əhəmiyyət kəsb edən işin bu halına hüquqi qiymət verilməmiş, qanunvericiliyin tələbləri formal şəkildə sadalanmaqla, əssssız olaraq iddiaçıya 52 yaşdan, yəni, 13.02.2013-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə - işin hallarına və maddi hüquq normalarına uyğun olmayan nəticəyə gəlinmişdir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə istinadən iddiaçıya 52 yaşından pensiya təyin edilməsini mümkün olmadığını vurğulayan, bununla da, dolayısı ilə birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2- 1(81)-827/2019 saylı, 30.04.2021-ci il tarixli qərarı ləğv edilməli və iddianın rədd olunması barədə yeni qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81)-827/2019 saylı, 30.04.2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı 52 yaşından güzəştli şərtlərlə əmək penmsiyası təyin olunması haqqında iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Mirzə Tağızadə Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2-1(103)-1982/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1982/2021
08.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver