Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1982/2025 29.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X4 Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Mərkəzi Hərbi Həkim Komissiyasının 04 dekabr 2021-ci il tarixli 23860 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən müvafiq əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-313/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia qaldıraraq “Mərkəzi Hərbi Həkim Komissiyasının 04 dekabr 2021-ci il tarixli 23860 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən müvafiq əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan mərmi nəticəsində “Sağ-sağrı nahiyəsinin qəlpə yaralanması və Partlayış travması, Qapalı kəlləbeyin travması” xəsarəti almışdır. Bu fakt N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 4708 nömrəli travma haqqında arayışla təsdiqini tapır. İlk tibbi yardım N nömrəli hərbi hissədə göstərilmişdir. xx.xx.2020-ci il tarixədək Şirvan ŞMX-da “Sağ-sağrı nahiyəsinin geniş ölçülü qəlpə yarası, dəri və əzələ defektinin olması ilə” diaqnozu ilə stasionar müalicədə olmuşdur. xx.xx.2021- ci il tarixində hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.2021-xx.xx.2021-ci il tarixədək 5 saylı Şəhər Klinik Xəstəxanasında "Sağ sağrı nahiyəsinin geniş ölçülü qəlpə yaralanmasından sonrakı vəziyyət, Sağ aşağı ətraf sinirlərinin bud nahiyyəsinin zədələnməsi, Sağ aşağı ətrafda hissi, hərəki funksiyanın pozulması, Posttravmatik ensefalopatiya, Qabarıq astenonevrotik sindrom, vegetativ pozulmalar" diaqnozu ilə stasionar müalicədə olmuşdur. xx.xx.2021-ci il tarixində Səhiyyə Nazirliyinin baş nevroloqu, tibb elmləri doktoru Rövşən Həsənov tərəfindən müayinə olunmuş və "Keçrilmiş qapalı kəllə-beyin travmasının qalıqları. Postkommotsion sindrom, ifadəli sefalgik, insomnik, insomnik emisional affektiv və koqnitiv pozulmalar" ilə diaqnozu təyin edilmişdir. xx.xx.2020-xx.xx.2020-ci il tarixrlərdə Şirvan ŞMX-da, xx.xx.2021-xx.xx.2020- ci il tarixrlərdə 3 saylı şəhər Klinik Xəstəxanada, xx.xx.2021- MN MHP-da olmuşdur. HHKnın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq qərarına əsasən, o, həm dinc dövrdə, həm müharibə dövründə hərbi xidmətə yararsızdır, müşayiətçiyə zərurət var. xx.xx.2022-ci il tarixdə əlilliyin təyin edilməsi ilə bağlı müayinə aparılmış və bunun əsasında Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı əlillik qrupunun təyin edilməsindən diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən arayışla imtina verilmişdir. Cavabdeh işin birinci instansiya icraatı zamanı iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı Nərimanov Tibb Mərkəzinin 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35- Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması.Qapalı kəllə beyin travması.Baş beyin silkələnməsi davamlı qalıq əlamətləri.Kəllə daxili hipertenziya,tez-tez təkrarlanan diensefal krizlərlə.Posttravmatik ensefolopatiya.Üzvi emosional labil pozuntu.Vertebro-bazilyar çatmamazİığı.Koordinator-statik pozulmaataksiya Sağ sarğı nahiyyəsinin qəlpə yaralanmasından sonrakı bərkimiş çapıq toxuması. Arterial hipertenziya.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-313/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və İddiaçı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-313/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - AA******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası vətəndaşıdır. - Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli, 23860 №-li “xəstəlik haqqında şəhadətnamə”sindən görünür ki, diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı: - Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıqları. - Postkommotsion sindrom, ifadəli sefalgik, imsomnik, emosional-affektiv, koqnitiv pozulmalar ilə. - Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi emosional hal, labil pozuntu. - Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. - Sağ sağrı nahiyəsinin qəlpə yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidməti üzrə xidmətə və s. yararlılıq haqqında qərar: - “Xəstəliklər cədvəli”nin 23a, 14b, 17bb maddəsinin İİ qrafasına və ƏTC-yə əsasən “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır”. Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı: “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunur - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş İddiaçı Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2022-ci ildə qiymətləndirilmiş, ona əlilliyin təyin edilməsindən imtina edilmişdir. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi, Ətraflı: Diaqnoz əlillik əlaməti təyin etmir. Diaqnoz: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması. Qapalı kəllə beyin travması. Baş beyin silkələnməsi davamlı qalıq əlamətləri. Kəllə daxili hipertenziya, tez-tez təkrarlanan diensefal krizlərlə. Posttravmatik ensefolopatiya. Üzvi emosional labil pozuntu. Vertebro-bazilyar çatmamazlığı. Koordinator-statik pozulma-ataksiya, Sağ sarğı nahiyyəsinin qəlpə yaralanmasından sonrakı bərkimiş çapıq toxuması. Arterial hipartenziya. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubdan görünür ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar" əlillik vəziyyəti xx.xx.2022-ci il tarixində qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir" qərarı qəbul edilmişdir. Belə ki, onun hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması, qapalı kəllə beyin travması, başbeyin silkələnməsinin davamlı qalıq əlamətləri, kəllə daxili hipertenziya, tez-tez təkrarlanan diensefal krizlərlə. Posttravmatik ensefolopatiya, üzvi emosional labil pozuntu, Vertebrobazilyar çatışmazlıq, Koordinator-statik pozulma-ataksiya, sağ sarğı nahiyyəsinin qəlpə yaralanmasından sonrakı bərkimiş çapıq toxuması, arterial hipertenziya" diaqnozu anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir" qərarı verilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli T 533/2024 saylı ekspert rəyində aşagıdakılar göstərilmişdir: Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” phş müalicə müəssisəsi olmadığından və İddiaçı tibb müəssisəsində kifayət qədər müayinə olunduğundan onun digər tibb müəssisəsindəki mütəxəssisə göndərilməsinə ehtiyac duyulmadı. Vətəndaş İddiaçı adına Bakı Nərimanov Tibb Mərkəzinin 1 nömrəli Şəhər Poliklinikasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli 27090003AADUD saylı Forma 088 göndərişində qeyd edilmiş Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Partlayış travması. Qapalı kəllə-beyin travması. Baş beyin silkələnməsi davamlı qalıq əlamətləri. Kəllə daxili hipertenziya, tez-tez təkrarlanan diensefal krizlərlə. Posttravmatik ensefalopatiya. Üzvi emosional labil pozuntu. Vertebro-bazilyar çatmamazlıq. Koordinatorstatik pozulma-ataksiya. Ağırlaşmalar: G93.2- Xoşxassəli kəllədaxili hipertenziya, Kəllədaxili hipertenziya, tez-tez təkrarlanan diensefal krizlərlə. G11.2- Gecikmiş beyincik ataksiyası. Koordinator-statik pozulma-ataksiya. G44.3- Xroniki postravmatik baş ağrısı. Posttravmatik xroniki başağrıları. F06.6- Üzvi mənşəli emosional labil (astenik) pozğunluq. Üzvi emosional labil pozuntu. G90.8-Vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları. Vegetativ damar distoniyası. G45- Keçici tranzitor serebral işemik tutmalar (həmlələr) və Vertebro-bazilyar çatmamazlığı. T90.5- Kəllədaxili travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasının baş beyin silkələnməsinin davamlı qalıq əlamətləri. Yanaşı xəstəliklər: R52.2- Digər daimi ağrı, Dərinin hipertrofık dəyişiklikləri. Sağ sağrı nahiyəsinin qəlpə yaralanmasından sonrakı bərkimiş çapıq toxuması. 110-Essensial (birincili) hipertenziya.'’ diaqnoz ona stasionarda müalicəsi zamanı anamnestik, klinik və laborator-instrumental müayinələrin əsasında təyin edilmişdir. Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nm 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. ... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 1.1 əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 2.1 insanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 3.1 anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81- 100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0), baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları (F07.8) 2.1.1. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının mülayim pozulması (zədələnməsi) ilə - 35-60% - 1 il 2.1.2. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ciddi pozulması (zədələnməsi) ilə - 65-80% - 2 il 2.1.3. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ağır pozulması (zədələnməsi) ilə - 85-100% - müddətsiz 6.1... Vegetativ (avtonom) sinir sisteminin pozuntuları (G90) 6.1.10. Müvazinətin və koordinasiyanın pozulması, vestibulopatiya ilə nəticələnən mərkəzi sinir sisteminin üzvi mənşəli zədələnməsi (posttravmatik, damar, degenerativdistrofik). Hentinqton xəstəliyi (G10). İrsi ataksiya (G11) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”a əsasən : 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: ... 2.1.4. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik; 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrıayrı götürüldükdə ən azı orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlillik müəyyən etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); ... 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı müharibə zamanı döyüşlərdə düşmən tərəfindən atılan mərmi nəticəsində partlayış travması, qapalı kəllə-beyin travması xəsarəti almışdır. Uzun müddətdir mütəmadi ambulator və stasionar müalicələr alır. Daha sonra iddiaçıya “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması. Qapalı kəllə beyin travması. Baş beyin silkələnməsi davamlı qalıq əlamətləri. Kəllə daxili hipertenziya, tez-tez təkrarlanan diensefal krizlərlə. Posttravmatik ensefolopatiya. Üzvi emosional labil pozuntu. Vertebrobazilyar çatmamazlığı. Koordinator-statik pozulma-ataksiya, Sağ sarğı nahiyyəsinin qəlpə yaralanmasından sonrakı bərkimiş çapıq toxuması. Arterial hipartenziya” diaqnozu qoyulmuşdur. İddiaçı əlilliyinin qiymətləndirilməsi üçün cavabdehə müraciət etsə də, ona əlillik təyin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır. İlk növbədə qeyd edilməlidir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbiinstrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdehin imtinasının əsası kimi forma 088 arayışda diaqnoz kimi göstərilən “Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Partlayış travması. Qapalı kəllə-beyin travması. Baş beyin silkələnməsi davamlı qalıq əlamətləri. Kəllə daxili hipertenziya, tez-tez təkrarlanan diensefal krizlərlə. Posttravmatik ensefalopatiya. Üzvi emosional labil pozuntu. Vertebro-bazilyar çatmamazlıq. Koordinatorstatik pozulma-ataksiya. Ağırlaşmalar: G93.2- Xoşxassəli kəllədaxili hipertenziya, Kəllədaxili hipertenziya, tez-tez təkrarlanan diensefal krizlərlə. G11.2- Gecikmiş beyincik ataksiyası. Koordinator-statik pozulma-ataksiya. G44.3-Xroniki postravmatik baş ağrısı. Posttravmatik xroniki başağrıları. F06.6- Üzvi mənşəli emosional labil (astenik) pozğunluq. Üzvi emosional labil pozuntu. G90.8-Vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları. Vegetativ damar distoniyası. G45- Keçici tranzitor serebral şemik tutmalar (həmlələr) və Vertebro-bazilyar çatmamazlığı. T90.5- Kəllədaxili travmaların nəticələri. Keçirilmiş qapalı kəlləbeyin travmasının baş beyin silkələnməsinin davamlı qalıq əlamətləri. Yanaşı xəstəliklər: R52.2- Digər daimi ağrı, Dərinin hipertrofık dəyişiklikləri. Sağ sağrı nahiyəsinin qəlpə yaralanmasından sonrakı bərkimiş çapıq toxuması. 110-Essensial (birincili) hipertenziya” diaqnozun əlillik təyin etmədiyi bildirilmişdir. Lakin, göndərişin göndərildiyi dövrdə və hal-hazırda qüvvədə olan Meyarlarda Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Partlayış travması. Qapalı kəllə-beyin travması. Baş beyin silkələnməsi davamlı qalıq əlamətləri. Kəllə daxili hipertenziya, tez-tez təkrarlanan diensefal krizlərlə. Posttravmatik ensefalopatiya. Üzvi emosional labil pozuntu. Vertebrobazilyar çatmamazlıq. Koordinatorstatik pozulma-ataksiya. Ağırlaşmalar: G93.2- Xoşxassəli kəllədaxili hipertenziya, Kəllədaxili hipertenziya, tez-tez təkrarlanan diensefal krizlərlə. G11.2- Gecikmiş beyincik ataksiyası. Koordinator-statik pozulma-ataksiya. G44.3- Xroniki postravmatik baş ağrısı. Posttravmatik xroniki başağrıları. F06.6- Üzvi mənşəli emosional labil (astenik) pozğunluq. Üzvi emosional labil pozuntu. G90.8-Vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları. Vegetativ damar distoniyası. G45- Keçici tranzitor serebral işemik tutmalar (həmlələr) və Vertebro-bazilyar çatmamazlığı. T90.5- Kəllədaxili travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasının baş beyin silkələnməsinin davamlı qalıq əlamətləri. Yanaşı xəstəliklər: R52.2- Digər daimi ağrı, Dərinin hipertrofık dəyişiklikləri. Sağ sağrı nahiyəsinin qəlpə yaralanmasından sonrakı bərkimiş çapıq toxuması. 110-Essensial (birincili) hipertenziya göstərilir ki, həmin xəstəlik iddiaçıya əlilliyin təyininə əsas verir. Cavabdeh inzibati orqan isə göstərilənləri, iddiaçıda olan diaqnozları və onların yaranma səbəblərini və həmin xəstəliklərin tam reablitasiyası mümkün olmadığını nəzərə almamış və ona əlilliyin təyinatından əsassız imtina etmişdir. Həmçinin işin birinci instansiya icraatı zamanı təyin edilmiş məhkəmə ekspertizasına əsasən Aparılmış ekspertiza tədqiqatının nəticəsində təqdim olunmuş ekspert rəyindən görünür ki, İddiaçı adına Bakı Nərimanov Tibb Mərkəzinin 1 nömrəli Şəhər Poliklinikasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli 27090003AADUD saylı Forma 088 göndərişində qeyd edilmiş diaqnoz iddiaçıya stasionarda müalicəsi zamanı anamnestik, klinik və laborator-instrumental müayinələrin əsasında təyin edilmişdir. Xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” Göründüyü kimi təqdim edilmiş ekspert rəyinə əsasən iddiaçıya Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Partlayış travması. Qapalı kəllə-beyin travması. Baş beyin silkələnməsi davamlı qalıq əlamətləri. Kəllə daxili hipertenziya, tez-tez təkrarlanan diensefal krizlərlə. Posttravmatik ensefalopatiya. Üzvi emosional labil pozuntu. Vertebro-bazilyar çatmamazlıq. Koordinatorstatik pozulma-ataksiya. Ağırlaşmalar: G93.2- Xoşxassəli kəllədaxili hipertenziya, Kəllədaxili hipertenziya, tez-tez təkrarlanan diensefal krizlərlə. G11.2- Gecikmiş beyincik ataksiyası. Koordinator-statik pozulma-ataksiya. G44.3-Xroniki postravmatik baş ağrısı. Posttravmatik xroniki başağrıları. F06.6- Üzvi mənşəli emosional labil (astenik) pozğunluq. Üzvi emosional labil pozuntu. G90.8-Vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları. Vegetativ damar distoniyası. G45- Keçici tranzitor serebral işemik tutmalar (həmlələr) və Vertebro-bazilyar çatmamazlığı. T90.5- Kəllədaxili travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasının baş beyin silkələnməsinin davamlı qalıq əlamətləri. Yanaşı xəstəliklər: R52.2- Digər daimi ağrı, Dərinin hipertrofık dəyişiklikləri. Sağ sağrı nahiyəsinin qəlpə yaralanmasından sonrakı bərkimiş çapıq toxuması. 110-Essensial (birincili) hipertenziya.'’ diaqnozu qoyulmuşdur. Başqa sözlə, forma 088 arayışında göstərilən və hal-hazırda iddiaçınn əziyyət çəkdiyi xəstəliklər “hərbi travmadır və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Əlavə olaraq qeyd edilməlidir ki, Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” Phş müalicə müəssisəsi olmadığına əsaslanaraq ekspert rəyində iddiaçının hansı xəstəliklərdən əziyyət çəkməsini dəqiq göstərə bilməmişdir. Göstərilən bu hal əlavə ekspertizanın təyini üçün əsas deyil və ya ekspert rəyinin sübut kimi qiymətləndirilməsinə maneə yaratmır. Belə ki, “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun: - 1.0.10. psixiatriya müəssisəsi (psixonevroloji müəssisə) - psixiatriya yardımı sahəsində qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən tibb müəssisəsi və ya onun bölməsi; - 1.0.11. psixi pozuntu (xəstəlik) – sosial uyğunlaşmanın və səhhətin pozulması ilə müşayiət olunan, kliniki ifadə olunmuş psixopatoloji davranış forması. 15.0. Dövlət aşağıdakılara təminat verir: 15.0.3. psixiatriya ekspertizasının bütün növlərinin (hərbi-həkim, tibbi-sosial və məhkəməpsixiatriya ekspertizalarının) aparılmasına, lazım olduqda fəaliyyət qabiliyyətinin müvəqqəti itirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydada məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə, əlilliyi müəyyən edilməsinə; Qeyd edilməlidir ki, psixi pozuntu vəziyyətində olan şəxslərə tibbi və sosial yardım göstərilməsi dövlət təminatı, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquqlarına və azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçirilir. Nəzərə alınmalıdır ki, bu sahədə hüququ mexanizm “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun müddəaları ilə həyata keçirilir. Bu Qanun Azərbaycan Respublikasında psixiatriya yardımı göstərilməsi sahəsində yaranan münasibətləri tənzimləyir, bu sahədə hüquqi və fiziki şəxslərin hüquq və vəzifələrini müəyyən edir. Sözügedən Qanunun 15.0-ci maddəsində dövlətin psixi pozuntu xəstəliyindən əziyyət çəkən şəxslər qarşısında olan təminatların əhatə dairəsi sadalanmışdır ki, bunlardan biri də əlilliyin müəyyən edilməsidir. İş materiallarında olan tibbi sənədlərdən görünür ki, iddiaçı stasionar müalicələr almış, mütəmadi olaraq həkim müşahidə altında olmuşdur. Göründüyü kimi iddiaçının forma 088 arayışında göstərilən xəstəlikdən əziyyət çəkməsi müvafiq tibb sənədlər ilə təsdiq olunur və forma 088 arayışı əlilliyin təyini üçün kifayət qədər obyektiv arqument hesab olunur Azərbaycan Respublikası İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-313/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-313/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1982/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1982/2025
29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver