Məhkəmə qərarları › İş №2-1(103)-1983/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1983/2022

07.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1983/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3063/2022 saylı 30 mart 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 07 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. NZ seriyalı ******* saylı xx.xx.1984-cü il tarixli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci ilədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsyus İT-İ seriyalı ******* saylı xx.xx.1984-cü il tarixli əmək kitabçasının notarial qaydada təsdiq və tərcümə olunmuş surətində qeyd olunmuş məlumatlara əsasən İddiaçı xx.xx.1982-ci ildə “Telefontikintiittifaqının” Bakı Tikinti-Montaj İdarəsinə- Rabitə montajçısı, 2-ci dərəcəli lehimçi vəzifəsinə qəbul edilmişdir (Əmr № OK/90, xx.xx.1982); xx.xx.1986-cı ildə 3-cü dərəcəli lehimçi vəzifəsinə qəbul edilmişdir (Əmr № OK/53, xx.xx.1986); xx.xx.1988-ci ildə 4-cü dərəcəli kabelçi vəzifəsinə keçirilmişdir (Əmr № ORQ/9, xx.xx.1988); xx.xx.1993-cü ildə 5-ci dərəcəli kabelçi vəzifəsinə qəbul edilmişdir (Əmr № OK/6, xx.xx.1993); xx.xx.1994-cü ildə 6-cı dərəcəli kabelçi vəzifəsinə qəbul edilmişdir (Əmr № OK/33, xx.xx.1994); xx.xx.2000-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir (Əmr 1/K, xx.xx.2000); xx.xx.2000-ci ildə “AZ Evrotel” BM-də Kabel qurğuları üzrə təmir quraşdırma şöbəsinə qəbul olunmuşdur ( Əmr № 7, xx.xx.2000); xx.xx.2000-ci ildə Kabel qurğuları üzrə təmir quraşdırma şöbəsinin kabelçisinə 8-ci kateqoriya verilmişdir (Əmr № 146, xx.xx.2001); xx.xx.2004-cü ildə Kabel calayıcısı vəzifəsinə keçirilmişdir (Əmr № 11, xx.xx.2004); xx.xx.2007-ci ildə X2 informasiya və kommunikasiya texnologiyaları üzrə tövsiyyələrinə uyğunlaşdıraraq vəzifə adlarının dəyişdirilməsi ilə əlaqədar “TMQT və QD”-nin “Texnoloji qurğularının inkişafı sahəsinin “Fibro-optik” kabellərinin istismarı qrupunun kabel-calayıcısı vəzifəsində sayılmışdır; xx.xx.2011-ci ildə "xxxx" BM təşkilatıhüquqi formasını dəyişdirərək "xxxx" MMC-yə çevrilmişdir ; xx.xx.2022-ci ildə "xxxx" MMCnin X1 şöbəsinin “İnkişafı üzrə fiber optik kabellərin istismarı qrupunun kabel-calayıcısı vəzifəsi sayılmışdır (Əmr № 11/t, xx.xx.2011); xx.xx.2019-cu ildə "xxxx" MMC-nin yeni təsdiq edilmiş strukturasına əsasən xətt qurğularının istismarı şöbəsinin kabelkanalizasiya qurğularının tikintisi və təmiri sektoruna kabel-lehimləyici keçirilmişdir; xx.xx.2021-ci il tarixdən hal-hazıradək "xxxx" MMC-də işləyir. İddiaçıya aid pensiya kapitalı barədə çıxarışdan müəyyən olunur ki, İddiaçı 1992-ci ilə qədər PSK-sı 7.638,18 manat, 1992-ci ildən 2006-cı ilədək PSK-sı 11383,1 manat, 2006-dan sonra 77.388,55 manat, cəmi PSK-sı 96.410,38 manat, pensiya kapitalına görə sığorta hissəsi 494,83 manat təşkil edir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış **********7 saylı 03 sentyabr 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Rabitə bölməsində qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyicilər; qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan lehimləyici-rabitə montajçıları; qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsində məşğul olan xətti qurğuların telefon rabitəsinin və radiolaşdırmanın elektrik montyorları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş 26 noyabr 1984-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.2007-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində Texnoloji qurğuların inkişafı sahəsində fibro-optik kabellərinin istismarı qrupunun kabel-calayıcısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifə yuxarıda qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı müraciət ediyi tarixə 12 il 6 aydan az (8 il 11 ay 23 gün (xx.xx.1982-xx.xx.1986-cı il, xx.xx.2004-xx.xx.2007-ci il və xx.xx.2019- xx.xx.2021-ci il tarixləri arasındakı dövlər)) təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 60 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1961-ci ildə doğulmuş və 1982- ci ildən əmək fəaliyyətinə başlamışdır, buna dair əmək kitabçası açılmış və qeyd aparılmışdır. 09 avqust 1982-ci il tarixdən X4 Bakı Tikinti-Montaj İdarəsində lehimləyicimontajçı işinə qəbul olunmuş və hal-hazırda da həmin sahədə çalışır. İşlədiyi peşələr (vəzifələr) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №li Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 1 nömrəli Siyahısı”na; 01 yanvar 2006-cı ildən sonrakı vəzifə (peşə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq olunan siyahıya əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən vəzifələrdir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı **********7 saylı xx.xx.2021-ci il tarixli məktubu ilə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmasından imtina etmişdir. Hesab edir ki, imtina əsassızdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən verilmiş iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Rabitə bölməsində qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyicilər; qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan lehimləyici-rabitə montajçıları; qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsində məşğul olan xətti qurğuların telefon rabitəsinin və radiolaşdırmanın elektrik montyorları vəzifələri nəzərdə tutulmuşdur. İmtinanın əsasları kimi ərizəçinin təqdim etdiyi 26 noyabr 1984-cü il tarixli İE-1 ******* nömrəli əmək kitabçasında xx.xx.2007-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində Texnoloji quğuların inkişafı sahəsində fibro-optik kabellərinin istismarı qrupunun kabel-calayıcısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifə yuxarıda qeyd olunan vəzifəyə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı müraciət etdiyi tarixə 12 il 06 aydan az (08 il 11 ay 23 gün (xx.xx.1982-xx.xx.1986-cı il, xx.xx.2004- xx.xx.2007-ci il və xx.xx.2019xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər güzəştli stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3063/2022 saylı 30 mart 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı 60 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı, onun nümayəndəsi və vəkili apelyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçı xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən artıq olmasına, güzəştli şərtlərlə pensiya təyin olunması üçün tələb olunan 12 il 6 ay güzəştli iş stajının toplanmasına əsaslanaraq ona 60 yaşdan pensiya təyin edilməsini tələb edir. Bu barədə o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun güzəştli iş stajının 12 il 6 aydan az, yəni 8 il 11 ay 23 gün olması əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Sonradan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun tələbi məhkəmə tərəfindən təmin edilmişdir. Belə ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının xx.xx.2021-ci il tarixədək (60 yaşı tamam olduğu tarixə) ümumi iş stajının 25 ildən, xüsusi is stajının isə 12 il 06 aydan çox olmasına istinad edərək, iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun tələblərinə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 60 yaşa çatması; 2) həmin vaxtadək 25 ildən artıq ümumi iş stajının toplanması, 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 12 il 6 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) işlərdə çalışması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, əmək kitabçasını, arxiv arayışlarını və iş yerindən güzəştli arayışları təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletdən görünür ki, o, xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” 67-ci maddəsin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Nəzərə alınmalıdır ki, qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçının xx.xx.2006-cı ilədək işlədiyi vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 70-ci maddəsində qeyd edilir ki, pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. Bu qayda “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsində də öz əksini tapmışdır. Beləliklə, iddiaçıya məxsus əmək kitabçasındakı məlumatlar və hərbi xidmət dövrü nəzərə alınmaqla ümumilikdə iş stajının 25 ildən artıq olduğu müəyyən olunur, bu staj eləcə də pensiya kapitalı cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Nəzərə alınmalıdır ki, hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının xüsusi iş stajının kifayət qədər olması mübahisələndirilir. Belə ki, iddiaçının xx.xx.1982-xx.xx.1986-cı il, xx.xx.2004-xx.xx.2007-ci il və xx.xx.2019- xx.xx.2021-ci il tarixləri arasındakı dövlərdə işlədiyi müddət cavabdeh tərəfindən qəbul edilir, xx.xx.2007-xx.xx.2019-cu il tarixlərdə Texnoloji qurğuların inkişafı sahəsində fibro-optik kabellərinin istismarı qrupunun kabel-calayıcısı vəzifəsində işlədiyi müddət isə cavabdeh inzibati orqan tərəfindən güzəştli iş stajı kimi qəbul edilmir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 17 saylı xx.xx.2021-ci il tarixli Güzəştli arayışdan görünür ki, İddiaçı həqiqətən "xxxx" MMCnin Xətt qurğuların istismarı şöbəsinin kabel-kanalizasiya qurğularının tikintisi və təmiri sektorunda xx.xx.2000-ci il tarixdən (07 nömrəli xx.xx.2000-ci il tarixli əmr) hal-hazıradək kabel-lehimləyicisi vəzifəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında nəzərdə tutulduğu kimi 09:00-17:00-dək qurğuşunlaşdırılmış kabellərin polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə kabel-lehimləyicisidir (zərərli faktorla işlədiyindən xüsusi geyim və südlə təmin olunur). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 30-cu bəndinin 1-ci abzasındakı kabelçilər-lehimləyicilər (kabel-lehimləyiciləri ilə eyni əmək funksiyasını yerinə yetirir, beləki qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi ilə məşqul olur) vəzifəsi salınmasını nəzərə alaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyasına çıxma hüququ verilmişdir. "xxxx" MMC-nin 18 saylı xx.xx.2021-ci il tarixli Güzəştli arayışından görünür ki, İddiaçı həqiqətən "xxxx" MMCnin Xətt qurğularının istismarı şöbəsinin kabel-kanalizasiya qurğularının tikintisi və təmiri sektorunda xx.xx.2000-ci il tarixdən (07 nömrəli xx.xx.2000-ci il tarixli əmr) hal-hazıradək kabel-lehimləyicisi vəzifəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında nəzərdə tutulduğu kimi, 09:00-17:00-dək qurğuşunlaşdırılmış kabellərin polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə kabel-lehimləyicisidir (zərərli faktorla işlədiyindən xüsusi geyim və südlə təmin olunur). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarının 2 nömrəli əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li Siyahısının XXİX maddəsinin 23100000- 12624 bəndinə əsasən kabelçilər-lehimləyicilər (lehimləyici, kabelçi, kabel-calayıcısı, kabel-lehimləyiciləri ilə eyni əmək funksiyasını yerinə yetirir, belə ki, qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi ilə məşğul olur) vəzifəsi salınmasını nəzərə alaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyasına çıxma hüququ verilmişdir. Azərbaycan Respublikası Rəqamsal İnkişaf və Nəqliyyat Naziliyi Bakı X8 Məsuliyyətli Cəmiyyəti "xxxx" MMC tərəfindən verilmiş 15 saylı xx.xx.2021-ci il tarixli arayışında qeyd olunmuşdur ki, İddiaçı "xxxx" MMC-nin Xətt qurğularının istismarı şöbəsində kabel-lehimləyicisi vəzifəsində 03 yanvar 2000-ci il tarixindən hal-hazıra kimi işləyir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 1-6- 118/1504-22 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim olunmuş MA-54/xx.xx.2022 saylı arxiv arayışında göstərilmişdir ki, xx.xx.1961-ci ildə doğulmuş İddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi arxivində saxlanılan arxiv sənədlərinə əsasən: xx.xx.1982-ci il tarixdən (xx.xx.1982-ci il tarixli, kş/90 №-li əmr) İttifaq Telefon Tikinti Trestinin Bakı Tikinti Quraşdırma İdarəsinə (ATS-74) 2-ci dərəcəli rabitə quraşdırıcı lehimləyicisi vəzifəsinə işə qəbul olunmuşdur. - xx.xx.1986-cı il tarixdən (xx.xx.1986-cı il tarixli, kş/ 53 №-li əmr) 3-cü dərəcəli rabitə quraşdırıcı lehimləyicisi vəzifəsinə keçirilmişdir. - xx.xx.1993-cü il tarixdən (xx.xx.1993-cü il tarixli, kş/ 6 №-li əmr) 5-ci dərəcəli lehimləyici vəzifəsinə keçirilmişdir. - xx.xx.1994-cü il tarixdən (xx.xx.1994-cü il tarixli, kş/ 33a-li əmr) 6-cı dərəcəli kabelçi vəzifəsinə keçirilmişdir. xx.xx.2000-ci il tarixdən (xx.xx.2000-ci il tarixli, kş/10 №-li əmr) əmək müqaviləsinə xitam verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş məktubda qeyd edilmişdir ki, İddiaçı güzəştli İş stajı qanunvericiliklə tələb olunan 12 il 6 ay güzəştli iş stajından az təşkil edir. Belə ki, vətəndaşın təqdim etdiyi əmək kitabçasında xx.xx.2007-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində texnoloji qurğuların inkişafı sahəsində fıbro-optik kabellərinin istismarı qrupunun kabel-calayıcısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “Rabitə” bölməsində qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyicilər; qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan lehimləyici-rabitə montajçıları; qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsində məşğul olan xətti qurğuların telefon rabitəsinin və radiolaşdırmanın elektrik montyorları vəzifələri nəzərdə tutulmuşdur. Göründüyü kimi, vətəndaşın işlədiyi vəzifə yuxarıda qeyd olunan vəzifələrə uyğun olmadığından onun güzəştli iş stajı müraciət etdiyi tarixə 8 il 11 ay 23 gün (xx.xx.1982-xx.xx.1986-cı il, xx.xx.2004-xx.xx.2007-ci il və xx.xx.2019-xx.xx.2021ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Hazırki işdə iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmasına əsas verən- işəgötürən tərəfindən verilmiş müvafiq arayışlar mövcud olsa da, cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayətində iddiaçıya verilmiş imtinada olduğu kimi iddiaçının işlədiyi peşələrin zərərli sahəyə aid olması məsələsi mübahisələndirilmişdir. Bununla bağlı apellyasiya baxışı zamanı iddiaçının güzəştli iş stajının kifayət qədər olubolmaması faktı yenidən araşdırılmış və məhkəmə kollegiyası tərəfindən İddiaçı işlədiyi kabelçi, kabel-calayıcısı və kabel-lehimləyicisi peşələrinin zərərli peşəyə aid olubolmaması barədə məhkəməyə məlumat verilməsi, işlədiyi peşələrin zərərli peşəyə aid olduğu təqdirdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan hansı peşənin funksiyası ilə eynilik təşkil etməsi, hansı kod altında olan peşəyə uyğun olması barədə təfərrüatlı arayışın məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X7 Xidmətinə məhkəmə sorğusu göndərilmişdir. Həmçinin məhkəmə kollegiyası tərəfindən İddiaçı işlədiyi kabelçi, kabel-calayıcısı və kabel-lehimləyicisi peşələrinin funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan hansı peşənin funksiyası ilə eynilik təşkil etməsi, hansı kod altında olan peşəyə uyğun olması barədə təfərrüatlı arayışın məhkəməyə təqdim olunması ilə bağlı "xxxx" MMC-yə məhkəmə sorğusu göndərilmişdir. Eyni zamanda İddiaçı işlədiyi kabelçi, kabel-calayıcısı və kabel-lehimləyicisi peşələrinin funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 30.Rabitə - qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyicilər peşəsinin funksiyaları ilə eynilik təşkil edib-etməməsi, eynilik təşkil etdiyi təqdirdə həmin peşələrin vəzifə təlimatı üzrə gördüyü işlər barədə təfərrüatlı arayışın məhkəməyə təqdim edilməsi, iddiaçının gördüyü işlər barədə ətraflı məlumat verilməsi məqsədilə mütəxəssisin yuxarıda göstərilən tarixdə məhkəmə iclasında iştirakının təmin edilməsi ilə bağlı "xxxx" MMC-yə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğulara cavab olaraq xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-dən məhkəməyə daxil olmuş məktubun məzmunundan görünür ki, İddiaçı işlədiyi kabelçi, kabel-calayıcı və kabel-lehimləyici peşələrinin funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının rabitə sahəsinə aid olan 30-cu bəndində göstərilmiş qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşqul olan kabelçilərlehimləyicilər peşəsinin funksiyaları ilə eynilik təşkil edir. İddiaçı hazırda MMC-də peşə fəaliyətini davam etdirir. Məktuba əlavə edilmiş güzəştli arayışın məzmunu iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 17 saylı xx.xx.2021-ci il tarixli Güzəştli arayışın məzmunu ilə eynilik təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş 130-1-6/255-22 nömrəli xx.xx.2022-ci il tarixli Güzəştli arayışın məzmunundan görünür ki, İddiaçı işlədiyi kabel-lehimləyici vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında nəzərdə tutulduğu kimi 09:00- 17:00-dək qurğuşunlaşdırılmış kabellərin polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə kabel lehimləyicisidir. Güzəştli arayışda iddiaçının zərərli faktorla işlədiyindən xüsusi geyim və südlə təmin olunduğu, 3 tip kabel (TQ, TPP və FO (fiber optik)) ilə işlədiyi, onlardan TQ qurğuşun üzlüklü, TPP və FO isə polietilen üzlüklü olduğu, buna görə də İddiaçı işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının rabitə sahəsinə aid olan 30-cu bəndində göstərilmiş qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilərlehimləyicilər peşəsinin funksiyaları ilə eynilik təşkil etdiyi göstərilmişdir. Əlavə olaraq qeyd edilmişdi ki, iddiaçının əmək kitabçasındakı xx.xx.2007-ci il tarixli qeydə əsasən o, "xxxx" BM-nin Texnoloji qurğuların inkişafı sahəsinin “fibro-optik kabellərinin istismarı qrupunun, BM-nin təşkilatı-hüquqi forması dəyişildiyi üçün isə xx.xx.2011-ci il tarixli qeydi ilə MMC-nin X1 Şöbəsinin “İnkişaf üzrə fiber-optik kabellərin istismarı qrupu”nun kabel-lehimləyicisi kimi fəaliyyət göstərmişdir. Bu qrupların adlarında fiber-optik söz birləşməsinin olması heç də bu işçinin fiber-optik kabellərlə işləməsi məsələsini təsdiqləmir. Sadəcə Qrupun adı belə adlandırılmışdır. Bunu müəssisədə GPON texnologiyasının tətbiqi ilə əlaqədar fiber-optik kabellərin istifadəsinin 2017-ci ildən başlanması da sübut edir. Hətta işçi qeyd olunan illər ərzində fiber-optik kabellərlə fəaliyyət göstərmişsə də belə fiber-optik kabellərin istifadəsi və oehimlənməsi də işçi üçün zərərlidir. Çünki bu kabellər polietilen üzlüklüdür. Həmçinin apellyasiya baxışı zamanı "xxxx" MMC-nin mütəxəssisi X5 izahat verərək, İddiaçı 40 ildir ki, rabitə sahəsində çalışdığını, onun 3 tip kabel (TQ, TPP və FO (fiber optik)) ilə işlədiyini, onlardan TQ qurğuşun üzlüklü, TPP və FO-nun isə polietilen üzlüklü olduğunu, GPON texnologiyasının tətbiqi ilə əlaqədar fiber-optik kabellərin istifadəsinin müəssisədə 2017-ci il tarixdən başlanıldığını, fiber-optik kabellərin də polietilen üzlüklü olduğundan digər kabellər kimi zərərli sayıldığını bildirmişdir. Apellyasiya baxışı zamanı təqdim edilən "xxxx" MMC-nin sorğuya cavab məktubunun məzmunundan görünür ki, Cəmiyyətdə yalnız kabel-lehimləyicisi peşəsi üzrə ştat vahidi mövcuddur, həmin peşənin vəzifə öhdəlikləri sadalanaraq, kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyicilərinin əmək funksiyalarına qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsinin həyata keçirilməsi daxil olduğu təqdirdə, həmin vəzifələrin Aərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın əhatə dairəsinə aid edildiyi bildirilmişdir. Beləliklə, aparılmış araşdırmalar nəticəsində iddiaçının xx.xx.2007-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində texnoloji qurğuların inkişafı sahəsində fıbro-optik kabellərinin istismarı qrupunun kabel-calayıcısı vəzifəsində işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 30-cu bəndində “Rabitə” bölməsində nəzərdə tutulan “qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyicilər” peşəsinə uyğun olmaqla, zərərli peşə kimi qəbul edilir və bu dövr- 12 il 2 ay 21 gün, həmçinin cavabdeh orqanın qəbul etdiyi 8 il 11 ay 23 gün də nəzərə alınmaqla zərərli sahədə onun xüsusi iş stajı ümumilikdə 12 il 6 aydan artıq təşkil edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. İşlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı işlədiyi müəssisə (işəgötürən) tərəfindən təsdiq olunur. Odur ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddiaya dair yazılı etirazda qeyd edilənlərlə eynilik təşkil edib, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin edilməməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3063/2022 saylı 30 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3063/2022 saylı 30 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar