Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1983/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “pul məbləğinin və sərəncamların ləğv edilməs”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7690/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli **********1685 nömrəli gömrük bəyannaməsi ilə idxal edilmiş malların rəsmiləşdirilməsi zamanı iddiaçı tərəfindən malların XİF MN kodu **********, gömrük dəyəri isə malın sövdələşmə qiymətinə əsasən qeyd edilmiş və malların gömrük dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra gömrük baxışı keçirilərək xx.xx.2019-cu il tarixdə yükün sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir.
2. Həmin müddət ərzində və malların rəsmiləşdirilməsi zamanı, eləcə də, rəsmiləşdirmədən sonra qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh orqan tərəfindən apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəlinərək, gömrük orqanının vəzifəli şəxsinin gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı, o cümlədən elektron bildiriş təqdim etməsi müəyyən edilməmişdir.
3. Cavabdehin özü daxili araşdırma nəticəsində analoji işlər üzrə əldə etdiyi ekspert rəyini əsas götürərək malın XİF MN kodunun ********** kodunda bəyan edilməli olması qənaətinə gələrək iddiaçıya birbaşa gömrük borcunun ödənilməsinə dair bildirişlər göndərilmiş (hansı ki, həmin bildirişlərin iddiaçıya çatdırılması iş materiallarında olan sübutlarla təsdiq edilməmişdir), həmçinin iddiaçının müvafiq banklarda olan hesablarına sərəncamlar qoyulmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin İddiaçı MMC-in "xxxx" ASC-də olan AZ23TURA******************** saylı bank hesabına həbs qoyulmasına dair xx.xx.2023-cü il tarixli 66 saylı, xx.xx.2023-cü il tarixli 67 saylı və xx.xx.2023-cü il tarixli 68 saylı sərəncamlarının ləğv edilməsi və həmin sərəncamlara əsasən dövlət rüsumu olaraq 4501.18 manat, ƏDV olaraq 810.21 manat və dəbbə pulu olaraq 138.66 manat, cəmi 7.250,05 (yeddi min iki yüz əlli manat, beş qəpik) manat borcunun tutulmasına dair inzibati iş üzrə icraata xitam verilməsi barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Çin Xalq Respublikasından “Yag & Alexandrite laser instrument” adlı tibb sahəsində istifadə olunan avadanlıqlar sifariş etmişlər. Həmin avadanlıqlar "xxxx" MMC-nin (gömrük brokeki) vasitəsi ilə Azərbaycan Respublikası DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsində bəyan edilmiş və broker tərəfindən gömrük orqanına xx.xx.2019-cu il tarixli **********1685 nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Broker tərəfindən Gömrük orqanına təqdim edilmiş bəyənnaməyə əsasən, bəyan olunan mallar idxal rüsumundan azad, yəni 0 % olmaqla bəyan edilmişdir. Uzun müddət keçdikdən sonra gömrük orqanı İddiaçı MMCnin "xxxx" ASC-də olan bank hesabına ümumilikdə 7 250 manat pul vəsaitinə həbs qoymuşdur. Belə ki, cavabdeh xx.xx.2023-cü il tarixli, 66 nömrəli sərəncamda idxal rüsumu olaraq 4501.18 manat, xx.xx.2023-cü il tarixli, 67 nömrəli sərəncamda ƏDV olaraq 810.21 manat, xx.xx.2023-cü il tarixli, 68 nömrəli sərəncamda dəbbə pulu olaraq 1938.66 manat tələb göstərmiş və həmin məbəğin dondurulması barədə bank hesabına sərəncam vermişdir. Hesab edirlər ki, cavabdeh orqanın həyata keçirdiyi tədbirlər və hesablarına qoyduğu sərəncamlar əsassızdır, mövcud qanunvericiliyin tələblərinə tamamilə ziddir. Belə ki, iddiaçı xx.xx.2019-cu il tarixli, **********1685 nömrəli bəyannamədən də göründüyü kimi, sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altına yerləşdirilmiş mallar qanunvericiliklə tələb olunan 15 beş gün müddətində gömrük brokeri tərəfindən bəyan olunmuşdur. Məlum olduğu kimi malın gömrükdə bəyan olunması, məhz broker şirkəti olan "xxxx" MMC tərəfindən həyata keçirilmişdir və malın düzgün bəyan olunmamasına görə İddiaçı MMC heç bir məsuliyyət daşımır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 249.1 - ci maddəsinə əsasən, ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanlar tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. Cavabdeh orqan qeyd olunan maddənin tələbini pozaraq, xx.xx.2023-cü il tarixdə bank hesablarına sərəncam qoymuşdur. Belə ki, qanunla müəyyən olunmuş 3 (üç) il müddət 2022-ci ilin fevral ayında bitsə də, cavabdeh sərəncamı ödəmək öhdəliyinin yarandığı tarixdən tam 4 (dörd) il sonra qoymuşdur. Hesab edirlər ki, cavabdehin Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 249.3-cü maddəsini rəhbər tutaraq, iddiaçıya məxsus bank hesablarına sərəncam qoyması, ümummillikdə Məcəllədə təsbit olunan “Gömrük borcunun hesablanması və ödənilməsi” haqqında 44-cü fəslin tələblərini kobud səkildə pozmuşdur. Digər tərəfdən, Azərbaycan Gömrük Məcəlləsinin 4.1-ci maddəsinə əsasən gömrük brokeri malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması, yaxud tranziti ilə əlaqədar olaraq dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxsdir. Həmin Məcəllənin 4.2-ci maddəsinə əsasən gömrük brokeri öz fəaliyyətini Gömrük Məcəlləsinə və bu Qaydalara uyğun olaraq həyata keçirir. Həmin Məcəllənin 4.3- cü maddəsinə görə gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin sahibi ilə bağlanılan müqavilə əsasında gömrük brokeri bəyannaməçi ola bilər. Həmin Məcəllənin 4.4-cü maddəsinə əsasən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi həyata keçirilərkən, gömrük brokeri malları gömrük sərhədindən müstəqil keçirən şəxsin bütün vəzifələrini yerinə yetirir və onun kimi məsuliyyət daşıyır. Yuxarıda göstərdikləri, dəlillərin olmamış kimi hesab etsələr belə, cavabdehin cari gündə ödənilməmiş gömrük borcları ilə bağlı malları bəyan edən gömrük brokerin deyil, məhz onların hesablara sərəncam qoyması Məcəllənin 22.3-cü maddələrinin tələblərinə ziddir.
6. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin İddiaçınə tətbiq etdiyi 4501.18 manat məbləğində idxal rüsumunun, 810.21 manat məbləğində ƏDV-nin və 1938.66 manat məbləğində dəbbə pulunun (cəmi 7.250, 05 (yeddi min iki yüz əlli beş qəpik) ləğv edilməsi və İddiaçı MMC-nin "xxxx" ASC-də olan AZ23TURA******************** saylı bank hesabına qoyulmuş xx.xx.2023-cü il tarixli 66, 67 və 68 saylı sərəncamlarının, eləcə də, xx.xx.2023-cü il tarixli 123, 124 və 125 saylı sərəncamlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
7. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən Çin Xalq Respublikasının “X7 Laser CO., LTD” şirkətindən idxal edilən mənşə ölkəsi Çin olan 2 ədəd “Nd: Yag & Alexandrite laser instrument” ticarət nişanlı cihazı tibb sahəsində istifadə olunan cihaz kimi gömrük rəsmiləşdirilməsi üçün xx.xx.2019-cu il tarixdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə elektron formada **********1685 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş **********1685 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında yükün xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu **********, 42- ci qrafasında invoys dəyəri 52000,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 90023,50 manat, 46-cı qrafasında statistik dəyəri 52955,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 01 - malların sövdələşmə qiyməti üsulu seçilərək İddiaçı MMC tərəfindən bəyan olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımı 200,00 manat, idxal gömrük rüsumu 0,00, əlavə dəyər vergisi 16240,23 manat, elektron gömrük xidmətinin göstərilməsinə görə 30,00 manat və elektron gömrük xidmətinin göstərilməsinə görə əlavə dəyər vergisi 5,40 manat, cəmi 16475,63 manat hesablanaraq İddiaçı MMC tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra yükə gömrük baxışı keçirilərək xx.xx.2019-cu il tarixdə yükün sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. Bildirirlər ki, malların buraxılışından sonra aparılan yoxlamalar nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı MMC tərəfindən **********1685 sorğu nömrəli gömrük bəyannaməsi əsasında idxal olunmuş “Nd: Yag & Alexandrite laser instrument” ticarət nişanlı kosmetoloji cihaz fərdi funksiyaları olan elektrik maşınlar və aparatura kimi xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə ********** kodunda bəyan edilməli olduğu halda, tibbdə tədbiq edilən cihaz kimi ********** kodu altında düzgün bəyan olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının əsas şərhetmə Qaydaları”nın tələblərinə əsasən “fərdi funksiyaları olan elektrik maşınlar və aparatura” ********** mal kodu altında sinifləşdirilməklə gömrük dəyərinin 5 faizi həcmində idxal gömrük rüsumuna cəlb olunur. Lakin, İddiaçı MMC vaxtında həmin hüququndan istifadə etməmiş, **********1685 sorğu nömrəli gömrük bəyannamələri ilə idxal etdiyi malları tibb sahəsində istifadə olunan cihaz kimi gömrük dəyərinə 0 faiz idxal rüsumu dərəcəsi tətbiq etməklə gömrük rəsmiləşdirilməsini başa çatdırmış və yüklər onun sərəncamına verilərək sərbəst dövriyyəyə buraxılmışdır. Həmçinin bildirilmişdir ki, malın təsnifatının müəyyənləşdirilməsi zərurəti yarandıqda, mal sahibi və ya bəyannaməçi məcburi qərar çıxarılması üçün gömrük rəsmiləşdirilməsini aparan orqana müraciət edə bilər. Belə ki, Gömrük Məcəlləsinin 50.1 -ci maddəsinə əsasən şəxs konkret mallar və əməliyyatlarla əlaqədar malların təsnifatını, gömrük dəyərini, mənşə ölkəsini və gömrük ödənişlərinin məbləğini əvvəlcədən müəyyənləşdirmək məqsədilə gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Gömrük orqanları həmin müraciət əsasında bu mallar və əməliyyatlarla əlaqədar malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin müəyyən edilməsi baxımından məcburi olan qərarlar qəbul edirlər. Yuxarıda qeyd olunan Gömrük Məcəlləsinin 50.1-ci maddəsinin müddəalarının mənasından bəlli olur ki, xarici iqtisadi fəaliyyət aparıldığı təqdirdə, o cümlədən malların idxalı zamanı onların təsnifatının müəyyən edilməsi zəruridir, çünki həmin təsnifata uyğun olaraq mallar bəyan edilməli və gömrük rüsumları ödənilməlidir. Bu prosedur zamanı maraqlı şəxs malları bəyan etmədən əvvəl onların gömrük dəyərinin müəyyən edilməsi məqsədilə əvvəlcədən gömrük orqanına müraciət etdiyi halda, gömrük orqanı malın təsnifatının müəyyən edilməsi ilə bağlı məcburi olan qərar qəbul etməlidir. Lakin İddiaçı MMC bununla bağlı gömrük orqanına müraciət etməmiş və vaxtında bu hüququndan istifadə etməmişdir. Hava Nəqliyyatında Baş Gömrük İdarəsində aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, digər idxalatçılar tərəfindən idxal olunan eyni mallar fərdi funksiyaları olan elektrik maşınlar və aparatura kimi xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə ********** kodunda bəyan edilmiş və gömrük dəyərinin 5 faizi həcmində idxal gömrük rüsumu tətbiq olunmaqla gömrük rəsmiləşdirilməsindən keçirilmişdir. Həmçinin analoji funksiyalara malik lazer avadanlıqları müvafiq dövr ərzində X4 İdarəsi tərəfindən ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində XİF MN -ə görə kodu ********** müəyyən edilmişdir. Hesab edirlər ki, **********1685 sorğu nömrəli gömrük bəyannaməsi ilə İddiaçı MMC tərəfindən bəyan edilən “Nd: Yag & Alexandrite laser instrument” ticarət nişanlı kosmetoloji cihazın XİFMN üzrə təsnifat kodunun düzgün bəyan olunmaması ilə əlaqədar olaraq yaranan və gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il müddəti keçmədən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən İddiaçı MMC-nin bəyannamədə göstərdiyi hüquqi ünvanına göndərilən xx.xx.2022-ci il tarixli 1900-012/0xx-xx/000630 nömrəli və təkrarən göndərilən 25.11,2022-ci il tarixli 1900- 012/0xx-xx/004840 nömrəli Bildirişdə qeyd olunan ümumilikdə 7250,05 manat gömrük borcu gömrük qanunvericiliyinə uyğun olaraq düzgün hesablanmışdır. Gömrük Məcəlləsinin 249.3-cü maddəsinə əsasən vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. Qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı MMC tərəfindən gömrük borcu ödənilmədiyi üçün bank hesablarından pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması və müvafiq gömrük borcu məbləğinin borclunun bank hesabından tutularaq dövlət büdcəsinə alınması məqsədilə müvəkkil banka sərəncamlar göndərilmişdir. İddia tələbi üzrə idxalatçının gömrük borcunun gömrük orqanı tərəfindən gömrük brokerindən tələb edilməsi hissəsinə münasibətdə bildirirlər ki, gömrük brokeri dolayı gömrük təmsilçiliyini həyata keçirir, müqavilə əsasında idxalatçılara xidmət göstərir. Yuxarıda qeyd olunanlara əsasən xüsusi olaraq bildirirlər ki, **********1685 sorğu nömrəli gömrük bəyannaməsi üzrə maliyyə tənzimlənməsinə məsul şəxs kimi qeyd olunan İddiaçı MMC sözügedən bəyannamənin 33-cü qrafasında idxal etdiyi malların XİFMN kodunu düzgün göstərməmiş, 50-ci qrafasında gömrük bəyannaməsində göstərilən yanlış XİFMN kodununun düzgünlüyünü təsdiq etmiş, gömrük orqanı da həmin gömrük bəyannaməsində göstərilən məlumatlara uyğun olaraq gömrük ödənişləri tətbiq etmiş və gömrük ödənişləri ödənildikdən sonra mallar gömrük rəsmiləşdirilməsindən keçirilərək xx.xx.2019-cu il tarixdə sərbəst dövriyyəyə buraxılmışdır.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7690/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin İddiaçınə tətbiq etdiyi 4501.18 manat məbləğində idxal rüsumu, 810.21 manat məbləğində ƏDV və 1938.66 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 7.250, 05 (yeddi min iki yüz əlli beş qəpik) manat məbləğində pul məbləği və İddiaçı MMC-nin "xxxx" ASC-də olan AZ23TURA******************** saylı bank hesabına qoyulmuş xx.xx.2023-cü il tarixli 66, 67 və 68 saylı, eləcə də, xx.xx.2023-cü il tarixli 123, 124 və 125 saylı sərəncamları ləğv edilməsi qərara alınmışdır.
9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu sövdələşmə qiyməti olduğu halda, iddiaçı tərəfindən də, malın sövdələşmə qiyməti bəyan edildiyi təqdirdə, iddiaçıya sövdələşmə qiyməti ilə ödənişlərin həyata keçirilməsi ona daha əlverişli olduğu halda, iddiaçının üzərinə qanunvericiliyin tələblərinin pozulması ilə müşayiət olunan daha ağır yük qoymuşdur. Cavabdeh tərəfindən iddiaçıdan düzgün tutulmadığını hesab etdiyi gömrük borcu məbləğlərinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada tələb etmə müddəti də, ötürülmüşdür.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
10. Qərardan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7690/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə qərarının əsaslandırma hissəsində müxtəlif qanunvericilik normalarını sadalamış, həmin normaları işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlmişdir ki, cavabdehin tətbiq etdiyi 4501,18 manat məbləğində idxal rüsumu, 810,21 manat məbləğində ƏDV və 1938,66 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 7250,05 manat məbləğində pul məbləği və İddiaçı MMC-nin"xxxx" ASC-də olan AZ23TURA******************** saylı bank hesabına qoyulmuş xx.xx.2023-cü tarixli 66, 67 və 68 saylı, eləcə də, xx.xx.2023- cü il tarixli 123, 124, 125 saylı sərəncamları ləğv edilsin. İddiaçı MMC tərəfindən Çin Xalq Respublikasının “X7 Laser CO., LTD” şirkətindən idxal edilən mənşə ölkəsi Çin olan 2 ədəd “Nd: Yag & Alexandrite laser instrument” ticarət nişanlı cihazı tibb sahəsində istifadə olunan cihaz kimi gömrük rəsmiləşdirilməsi üçün xx.xx.2019-cu il tarixdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə elektron formada **********1685 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş **********1685 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında yükün xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu **********, 42-ci qrafasında invoys dəyəri 52000,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 90023,50 manat, 46-cı qrafasında statistik dəyəri 52955,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 0 1 - malların sövdələşmə qiyməti üsulu seçilərək İddiaçı MMC tərəfindən bəyan olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımı 200,00 manat, idxal gömrük rüsumu 0,00, əlavə dəyər vergisi 16240,23 manat, elektron gömrük xidmətinin göstərilməsinə görə 30,00 manat və elektron gömrük xidmətinin göstərilməsinə görə əlavə dəyər vergisi 5,40 manat, cəmi 16475,63 manat hesablanaraq İddiaçı MMC tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra yükə gömrük baxışı keçirilərək xx.xx.2019-cu il tarixdə yükün sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. Malların buraxılışından sonra aparılan yoxlamalar nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı MMC tərəfindən **********1685 sorğu nömrəli gömrük bəyannaməsi əsasında idxal olunmuş “Nd: Yag & Alexandrite laser instrument” ticarət nişanlı kosmetoloji cihaz fərdi funksiyaları olan elektrik maşınlar və aparatura kimi xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə ********** kodunda bəyan edilməli olduğu halda, tibbdə tətbiq edilən cihaz kimi ********** kodu altında düzgün bəyan olunmamışdır. Nəticədə İddiaçı MMC- nin ümumilikdə 7250.95 manat gömrük borcu yaranmış, gömrük borcunun ödənilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən İddiaçı MMC-nin bəyannamədə göstərdiyi hüquqi ünvanına xx.xx.2022-ci il tarixli 1900-012/0xx-xx/000630 nömrəli və sonradan digər ünvanına 25.11 2022-ci il tarixli 1900-012/0xx-xx/004840 nömrəli bildirişlər göndərilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 249.3-cü maddəsinə əsasən vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. İddiaçı MMC tərəfindən borc tələbi könüllü icra edilmədiyi üçün ilk öncə onun bank hesabından gömrük borcunun dondurulmasına dair sərəncam, daha sonra gömrük borcunun alınmasına dair sərəncamlar "xxxx" ASC-yə göndərilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini həmin Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı həmin Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Həmin Məcəllənin 65.2.1.1-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər həmin Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2.3-2-ci maddəsinə əsasən vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə vergi orqanı tərəfindən ƏDV depozit hesabından ƏDV üzrə vergi borcunun, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması həyata keçirilir. Göründüyü kimi İddiaçı MMC müvafiq bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində şikayət verməmişdir. İddiaçı MMC Bakı İnzibati Məhkəməsinə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin ona qarşı olan pul məbləğinin və sərəncamların ləğv edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli iddia ərizəsi təqdim etmiş, Bakı İnzibati Məhkəməsi iddianı əsaslı hesab edərək şirkətin lehinə qərar çıxarmışdır. Məhkəmə qərarında iddianın əsaslı olması onunla göstərilmişdir ki, cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsi malların dəyərləndirilməsinin düzgün olmadığı barədə qənaətə gəlmiş, ancaq dəyərin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlərin edilməsi, onun əsaslandırılması barədə şəxsə yazılı və ya elektron bildiriş göndərməmişdir. Qeyd etmək istəyir ki, tərəflər arasında mübahisə gömrük dəyərləndirilməsi ilə əlaqəli olmamış, gömrük dəyəri İddiaçı MMC-nin bəyan etdiyi södələşmə qiyməti üsulu ilə rəsmiləşdirilmişdir.Gömrük borcu gömrük bəyannaməsinin təsdiqi ilə yaranır. Gömrük Məcəlləsinin 249.1-ci maddəsinə əsasən ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. Gömrek Məcəlləsinin 249.2-ci maddəsinə əsasən gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar. Hava Nəqliyyatında Baş Gömrük İdarəsi 3 (üç) il ərzində İddiaçı MMC-nin gömrük borcunu müəyyənləşdirmiş, ona gömrük bəyannaməsində göstərdiyi ünvanına borcun məbləğinin əks olunduğu xx.xx.2022-ci il tarixli 1900-012/0xx-xx/000630 nömrəli bildiriş göndərmişdir. Bildirişin surəti Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı MMC tərəfindən hesablanmış gömrük borcu ödənilmədiyi üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən şirkətin ünvanına xx.xx.2022-ci il tarixli 1900-012/0xx-xx/004840 nömrəli təkrar bildiriş göndərilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 73cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Əsas qanun imeprativ qaydada şəxslərin üzərinə vergiləri ödəmək öhdəliyini qoyur. Həmçinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 10.3-cü maddəsinə əsasən sözügedən qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Hava Nəqliyyatında Baş Gömrük İdarəsi İddiaçı MMC-nin öhdəliyin könüllü icra edilməsi üçün zəruri şərait yaratmaqla humanizm mövqeyindən çıxış etmişdir. Məhkəmə icraatı zamanı İddiaçı MMC-nin ünvanına göndərilmiş bildirişlər barədə məlumatlı olmaları məlum olmuş, ancaq məhkəmədən öncə gömrük orqanına borca dair şikayət, eləcə də sənəd və dəlillər təqdim etməmişlər. Nəzərə almaq lazımdır ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə qərarında tətbiq edilən hüququn mənbəyi qismində göstərilmiş Gömrük Məcəlləsində iddiaçının hüquqlarına aid olan normalar əks olunsa da, gömrük orqanının haqlı tələbini əks etdirən normalara istinad edilməmişdir. Belə ki, Gömrük Məcəlləsinin 8.0.7-ci maddəsinə əsasən gömrük rüsumlarını, müvafiq vergiləri və digər gömrük ödənişlərini almaq gömrük orqanlarının vəzifəsidir. Həmin Məcəllənin 9.0.3-cü maddəsinə əsasən isə gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq onun hüququdur. X5 Baş Gömrük İdarəsi tərəfindən İddiaçı MMC tərəfindən təqdim edilmiş bəyannamə üzrə məlumatların düzgünlüyünü araşdırmaqla onun gömrük borcu olduğunu müəyyənləşdirmişdir. Məhkəmə “Gömrük tarifi haqqında” Qanununa istinad etməklə gömrük dəyərinin müəyyənləşdirilməsində sövdələşmə qiymətinin əsas üsulu olmasını qeyd etmiş, invoys dəyərinə əsasən gömrük ödənişlərinin ödənilməsini şübhəsiz hal kimi göstərmişdir. Bildirmək istəyirik ki, əsas üsuldan istifadə etmək mümkün olmadıqda digər üsullardan istifadə olunur. “Gömrük tarifi haqqında” Qanunun 7.4-cü maddəsinə əsasən malların gömrük dəyərinin müəyyən edilməsi sadə və ədalətli meyarlara əsaslanmalı və gömrük dəyərləndirilməsinin prosedurları malların təchizat mənbələrindən asılı olaraq fərqlənməməlidir. Qanunun 8.4-cü maddəsinə əsasən gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə gömrük orqanı nəzarət edir. Göründüyü kimi məhkəmə qanunun müddəalarını əsas gətirərkən yenə də maddi normaların tövsifinə birtərəfli yanaşmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmçinin İPM-nin 60-cı maddəsinə əsasən inzibati orqanlar məhkəmənin tələb etdiyi sənədləri və ya aktları, habelə zəruri məlumatları təqdim etməyə borcludurlar. Həmin sənədlərin və ya aktların məzmununun açıqlanmasının qanunla qorunan maraqlara ziyan vura biləcəyi hallarda və ya müəyyən fəaliyyətin mahiyyətinə görə, yaxud qanuna əsasən məxfi saxlanılmalı olduğu hallarda məhkəmə həmin sənədlərin və ya aktların, habelə məlumatların qapalı məhkəmə iclasında araşdırılması barədə qərardad qəbul edir. Məhkəmə qərarında bildiriş təqdim edilməsi ilə bağlı sübutun olmadığını qeyd etsə də, onun əldə edilməsi ilə bağlı inzibati orqana tələb ünvanlamamışdır.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
e) Prosses iştirakçılarının izahatları
13. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.Məhkəmə Kollegiyasının sualına cavab olaraq bildirmişdir ki, iddiaçı tərəfindən 2019-cu ildə tibbdə tətbiq edilən cihaz kimi ********** kodu altında düzgün bəyan olunmadığı zaman məsul olmuş gömrük əməkdaşı cəzalandırılmışdır.Belə ki, gömrük əməkdaşı da hesab etmişdir ki, kosmetoloji deyil, bu tibbdə tətbiq edilən cihaz kimi ********** kodu altında bəyan olunmalıdır.Həmçinin, məhkəmə sorğusu əsasında xx.xx.2022-ci il tarixli 1900-012/0xx-xx/000630 nömrəli bildirişin iddiaçıya təqdim edilməsi ilə bağlı sübutun məhkəməyə təqdim edilməsi təklif olunsa da cavabdehin nümayəndəsi onlarda belə sübut qalmadığına istinad etmişdir.
14. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi iclasda iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
16. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə əsasən: Maddə 40.4. Gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər. Maddə 221.1. Apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı, o cümlədən elektron bildiriş təqdim edir. Buraxılışı həyata keçirilməmiş malların gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə dair bildiriş həmin mallarla bağlı gömrük bəyannaməsinin gömrük orqanına təqdim olunduğu andan ən geci 24 saat müddətində bəyannaməçiyə təqdim edilməlidir. Maddə 221.2. Bu Məcəllənin 221.1-ci maddəsi malların gömrük orqanlarının nəzarətində qalmasından, hesablanmış gömrük ödənişlərinin ödənilməsindən asılı olmayaraq tətbiq edilir. Maddə 221.3. Şəxs bu Məcəllənin 221.1-ci maddəsinə uyğun olaraq ona təqdim edilən bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Bu barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır. Maddə 249.1. Ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur.
17. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. Gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. Maddə 11.2. Aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı, o cümlədən elektron bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır. Maddə 11.3. Bəyannaməçi bu Qanunun 11.2-ci maddəsinə uyğun olaraq ona təqdim edilmiş bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Bu barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır. Maddə 12.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. Maddə 12.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2013-cü il tarixli, 25 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”na əsasən: 1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra Gömrük Məcəlləsi) 266-270-ci maddələrinə əsasən hazırlanmışdır və gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması qaydalarını müəyyən edir. 6.1. Gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir. 6.2. Gömrük ödənişlərinin qaytarılması və ya bundan imtina edilməsi haqqında qərar şəxs tərəfindən ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün müddətində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan Gömrük Məcəlləsinin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. 6.7. Gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir. 6.8. Tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti gömrük rüsumunun dövlət büdcəsindən qaytarılması məqsədi ilə ərizə daxil olduğu tarixdən 15 (on beş) gün müddətində gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına, 1 nüsxəsi ərizəçiyə göndərilir, 1 nüsxəsi isə gömrük orqanında qalır. 6.9.Gömrük orqanı bu Qaydaların 6.2-ci bəndində qeyd olunan gömrük yığımlarının və haqqın qaytarılması haqqında qəbul etdiyi qərarın və ərizənin surətinin 1 (bir) iş günü müddətində Komitəyə göndərilməsini təmin edir. 7.1. Maliyyə orqanı gömrük orqanı tərəfindən bu Qaydaların 6.7-ci bəndinə uyğun olaraq tərtib edilmiş rəyi və bu Qaydaların 6.10-cu bəndinə uyğun olaraq, Komitənin göndərdiyi müraciəti qəbul edir. 7.2. Gömrük ödənişlərinin qaytarılması maliyyə orqanı tərəfindən həyata keçirilir.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, iddiaçıya imtina cavabı verilmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
23. İddianın mahiyyəti və cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası hazırkı mübahisəyə tətbiq edilən hüquq normalarına əsasən aşağıdakıları qeyd edir:
24. İşin hallarına görə iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli **********1685 nömrəli gömrük bəyannaməsi ilə idxal edilmiş malların rəsmiləşdirilməsi zamanı iddiaçı tərəfindən malların XİF MN kodu **********, gömrük dəyəri isə malın sövdələşmə qiymətinə əsasən qeyd edilmiş və malların gömrük dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra gömrük baxışı keçirilərək xx.xx.2019-cu il tarixdə yükün sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. Həmin müddət ərzində və malların rəsmiləşdirilməsi zamanı, eləcə də, rəsmiləşdirmədən sonra qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh orqan tərəfindən apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəlinərək, gömrük orqanının vəzifəli şəxsinin gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı, o cümlədən elektron bildiriş təqdim etməsi müəyyən edilməmişdir. Özü daxili araşdırma nəticəsində analoji işlər üzrə əldə etdiyi ekspert rəyini əsas götürərək malın XİF MN kodunun ********** kodunda bəyan edilməli olması qənaətinə gələrək iddiaçıya birbaşa gömrük borcunun ödənilməsinə dair bildirişlər göndərilmiş (hansı ki, həmin bildirişlərin iddiaçıya çatdırılması iş materiallarında olan sübutlarla təsdiq edilməmişdir), həmçinin iddiaçının müvafiq banklarda olan hesablarına sərəncamlar qoyulmuşdur.
25. İddiaçının hazırkı halda malların invoys dəyəri üzərindən sövdələşmə qiyməti üsuluna əsasən gömrük ödənişlərinin həyata keçirməsi işin şübhəsiz halıdır.
26. Məhkəmə hesab edir ki, “Gömrük tarifi haqqında” Qanunun 12.2-ci maddəsində malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu kimi müəyyən edilmişdir, əsas üsuldan istifadə etmək mümkün olmadıqda isə digər vasitələrlə (eyni malların sövdələşmə qiyməti ilə, eynicinsli malların sövdələşmə qiyməti ilə, dəyərin çıxılması üsulu ilə, dəyərin toplanması üsulu ilə, ehtiyat üsulu ilə) gömrük dəyərinin müəyyən edilməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Həmçinin həmin maddədə nəzərdə tutulmuşdur ki, əsas üsuldan (malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi) istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir.
27. Lakin məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı mübahisə İddiaçı MMC tərəfindən **********1685 sorğu nömrəli gömrük bəyannaməsi əsasında idxal olunmuş “Nd: Yag & Alexandrite laser instrument” ticarət nişanlı kosmetoloji cihaz fərdi funksiyaları olan elektrik maşınlar və aparatura kimi xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə ********** kodunda bəyan edilməli olduğu halda, tibbdə tətbiq edilən cihaz kimi ********** kodu altında düzgün bəyan olunmaması ilə bağlıdır.
28. Məhkəmə Kollegiyası qeyd edir ki, Gömrük Məcəlləsinin 249.1-ci maddəsinə əsasən ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. Lakin, cavabdeh orqan tərəfindən iddiaçıdan düzgün tutulmadığını hesab etdiyi gömrük borcu məbləğləri qanunvericiliklə nəzərdə tutulmuş qaydada 3 il müddət ərzində tutulmamışdır.
29. Belə ki, cavabdeh tərəfindən gömrük borcunun ödənilməsinə dair 22 fevral 2022-ci il tarixli və 25 noyabr 2022-ci il tarixli bildirişlər iş materiallarına əlavə edilsə də, həmin gömrük bildirişlərinin iddiaçıya çatdırılması, onun səlahiyyətli nümayəndəsi tərəfindən qəbul edilməsi barədə sübutlar iş materialları ilə sübuta yetirilməmişdir.
30. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıdan düzgün tutulmadığını hesab etdiyi gömrük borcu məbləğlərinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada tələb etmə müddəti də, ötürülmüşdür .
31. Apellyasiya şikayətinin dəlilləri olaraq göstərilmişdir ki, Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra yükə gömrük baxışı keçirilərək xx.xx.2019-cu il tarixdə yükün sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. Malların buraxılışından sonra aparılan yoxlamalar nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı MMC tərəfindən **********1685 sorğu nömrəli gömrük bəyannaməsi əsasında idxal olunmuş “Nd: Yag & Alexandrite laser instrument” ticarət nişanlı kosmetoloji cihaz fərdi funksiyaları olan elektrik maşınlar və aparatura kimi xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə ********** kodunda bəyan edilməli olduğu halda, tibbdə tətbiq edilən cihaz kimi ********** kodu altında düzgün bəyan olunmamışdır.Tərəflər arasında mübahisə gömrük dəyərləndirilməsi ilə əlaqəli olmamış, gömrük dəyəri İddiaçı MMC-nin bəyan etdiyi södələşmə qiyməti üsulu ilə rəsmiləşdirilmişdir.
32. Bununla əlaqədar məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri ilə bağlı İddiaçı MMC tərəfindən **********1685 sorğu nömrəli gömrük bəyannaməsi əsasında idxal olunmuş “Nd: Yag & Alexandrite laser instrument” ticarət nişanlı kosmetoloji cihaz fərdi funksiyaları olan elektrik maşınlar və aparatura kimi xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə ********** kodunda bəyan edilməli olmasına dair sənədlərin təsdiq olunmuş surətinin məhkəməyə təqdim olunması xahiş olunmuşdur.Lakin Sorğuya cavab olaraq təqdim edilmiş sənədlərdən İddiaçı MMC tərəfindən **********1685 sorğu nömrəli gömrük bəyannaməsi əsasında idxal olunmuş “Nd: Yag & Alexandrite laser instrument” ticarət nişanlı kosmetoloji cihaz fərdi funksiyaları olan elektrik maşınlar və aparatura kimi xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə ********** kodunda bəyan edilməli olması müəyyən oluna bilməmişdir.
33. Həmçinin apellyasiya baxışı zamanı məhkəmə Kollegiyasının düzgün kodlaşdırma aparılması ilə bağlı iddiaçıya cavabdeh inzibati orqanın yardım etməli olması ilə bağlı müəyyənlik gətirməsinə dair suala cavabında cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçı tərəfindən 2019-cu ildə tibbdə tətbiq edilən cihaz kimi ********** kodu altında düzgün bəyan olunmadığı zaman məsul olmuş gömrük əməkdaşı cəzalandırılmışdır.Belə ki, gömrük əməkdaşı da hesab etmişdir ki, kosmetoloji deyil, bu tibbdə tətbiq edilən cihaz kimi ********** kodu altında bəyan olunmalıdır.
34. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1066/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, “..Gömrük Məcəlləsinin 319, 320 və 321-ci maddələrinin tənzimləmələrindən hərəkət edilməlidir. Məhz həmin normalar kodun və gömrük ödənişlərinin məbləğlərinin müəyyənləşdirilməsi məsələlərinə tətbiq edilməli olan maddi hüquq normaları kimi çıxış edirlər. Buna görə, xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının şərh etmə qaydaları və istənilən təsnifatlandırma səviyyəsindəki mövqelərə dair şərhlər (qeydlər) xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının ayrılmaz hissəsidir, gömrük orqanları xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının aparılması ilə əlaqədar xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının beynəlxalq əsaslarına edilən dəyişikliklərin və əlavələrin, bu əsasların təfsiri üzrə beynəlxalq şərhlərin (qeydlərin) və qərarların izlənməsini və gömrük işində operativ tətbiqini təmin etməlidirlər. Qanunvericilik, həmçinin nəzərdə tutur ki, bəyan edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər...”
35. Bundan başqa apellyasiya şikayətinin dəlilləri olaraq göstərilmişdir ki, İddiaçı MMC-nin ümumilikdə 7250.95 manat gömrük borcu yaranmış, gömrük borcunun ödənilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən İddiaçı MMC-nin bəyannamədə göstərdiyi hüquqi ünvanına xx.xx.2022-ci il tarixli 1900-012/0xx-xx/000630 nömrəli və sonradan digər ünvanına 25.11 2022-ci il tarixli 1900-012/0xx-xx/004840 nömrəli bildirişlər göndərilmişdir. İddiaçı MMC Bakı İnzibati Məhkəməsinə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin ona qarşı olan pul məbləğinin və sərəncamların ləğv edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli iddia ərizəsi təqdim etmiş, Bakı İnzibati Məhkəməsi iddianı əsaslı hesab edərək şirkətin lehinə qərar çıxarmışdır. Məhkəmə qərarında iddianın əsaslı olması onunla göstərilmişdir ki, cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsi malların dəyərləndirilməsinin düzgün olmadığı barədə qənaətə gəlmiş, ancaq dəyərin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlərin edilməsi, onun əsaslandırılması barədə şəxsə yazılı və ya elektron bildiriş göndərməmişdir.Hava Nəqliyyatında Baş Gömrük İdarəsi 3 (üç) il ərzində İddiaçı MMC-nin gömrük borcunu müəyyənləşdirmiş, ona gömrük bəyannaməsində göstərdiyi ünvanına borcun məbləğinin əks olunduğu xx.xx.2022-ci il tarixli 1900-012/0xx-xx/000630 nömrəli bildiriş göndərmişdir. Bildirişin surəti Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.İddiaçı MMC tərəfindən hesablanmış gömrük borcu ödənilmədiyi üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən şirkətin ünvanına xx.xx.2022-ci il tarixli 1900-012/0xxxx/004840 nömrəli təkrar bildiriş göndərilmişdir. Məhkəmə qərarında bildiriş təqdim edilməsi ilə bağlı sübutun olmadığını qeyd etsə də, onun əldə edilməsi ilə bağlı inzibati orqana tələb ünvanlamamışdır.
36. Apellyasiya şikayətinin göstərilən dəlilinə münasibətdə məhkəmə Kollegiyası bir daha qeyd edir ki, əvvəla apellyasiya baxışı zamanı da cavabdeh tərəfindən gömrük borcunun ödənilməsinə dair 22 fevral 2022-ci il tarixli və 25 noyabr 2022-ci il tarixli bildirişlər iş materiallarına əlavə edilsə də, həmin gömrük bildirişlərinin iddiaçıya çatdırılması, onun səlahiyyətli nümayəndəsi tərəfindən qəbul edilməsi barədə sübutlar iş materialları ilə sübuta yetirilməmişdir.
37. İkincisi, apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsinə məhkəmə sorğusu əsasında xx.xx.2022-ci il tarixli 1900-012/0xx-xx/000630 nömrəli bildirişin iddiaçıya təqdim edilməsi ilə bağlı sübutun məhkəməyə təqdim edilməsi təklif olunsa da cavabdehin nümayəndəsi onlarda belə sübut qalmadığına istinad etmişdir.
38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi İddiaçınə 4501.18 manat məbləğində idxal rüsumu tətbiq etməkdə, 810.21 manat məbləğində ƏDV və 1938.66 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 7.250, 05 (yeddi min iki yüz əlli beş qəpik) manat məbləğində pul məbləği hesablamaqda və İddiaçı MMC-nin "xxxx" ASC-də olan AZ23TURA******************** saylı bank hesabına xx.xx.2023-cü il tarixli 66, 67 və 68 saylı, eləcə də, xx.xx.2023-cü il tarixli 123, 124 və 125 saylı sərəncamlar qoymaqda haqlı olmamışdır.
39. Lakin məhkəmə Kollegiyası qeyd edir ki, İddiaçı MMC-nin "xxxx" ASC-də olan AZ23TURA******************** saylı bank hesabına qoyulmuş xx.xx.2023-cü il tarixli 66, 67 və 68 saylı, eləcə də, xx.xx.2023-cü il tarixli 123, 124 və 125 saylı sərəncamlar inzibati akt olmadığından məhkəmənin həmin sərəncamı ləğv etməsi ilə bağlı mövqeyi düzgün olmamışdır.
40. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2.-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 41.Həmin Qanunun 59-cu və 59.1-ci ( Yazılı inzibati aktın rekvizitlər) maddəsinə əsasən yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: inzibati aktı qəbul etmiş orqanın adı;inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı;inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi;inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası;həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü.İnzibati akt texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə, həmin aktda vəzifəli şəxsin imzasının və inzibati orqanın möhürünün olmaması mümkündür.İnzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər.Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
42. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
43. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7690/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilməli və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin İddiaçınə tətbiq etdiyi 4501.18 manat məbləğində idxal rüsumu, 810.21 manat məbləğində ƏDV və 1938.66 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 7.250, 05 (yeddi min iki yüz əlli beş qəpik) manat məbləğində pul məbləğinin silinməsi və İddiaçı MMC-nin "xxxx" ASC-də olan AZ23TURA******************** saylı bank hesabına qoyulmuş xx.xx.2023-cü il tarixli 66, 67 və 68 saylı, eləcə də, xx.xx.2023-cü il tarixli 123, 124 və 125 saylı sərəncamların götürülməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin üzərinə qoyulmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7690/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin İddiaçınə tətbiq etdiyi 4501.18 manat məbləğində idxal rüsumu, 810.21 manat məbləğində ƏDV və 1938.66 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 7.250, 05 (yeddi min iki yüz əlli beş qəpik) manat məbləğində pul məbləğinin silinməsi və İddiaçı MMC-nin "xxxx" ASC-də olan AZ23TURA******************** saylı bank hesabına qoyulmuş xx.xx.2023-cü il tarixli 66, 67 və 68 saylı, eləcə də, xx.xx.2023-cü il tarixli 123, 124 və 125 saylı sərəncamların götürülməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin üzərinə qoyulsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.