Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1983/2025 22.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X11 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5851/2024 nömrəli, 18 dekabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X11 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********3911 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ildən iddiaçı kiçik sahibkarlıqla məşğul olmağa başlamışdır. Fəaliyyəti müddətində həmişə vergiləri aylıq olmaq şərtilə vaxtından əvvəl ödəmişir. 2023-cü ilin sentyabr ayında iddiaçı sahibkar kimi fəaliyyətini dayandırmışdır. Fəaliyyətini dayandırdığı müddətdə bəzi məhsulları şirkətlərə geri qaytara bilmədiyi üçün əlində olan məhsulların satışını davam etdirmişdir. Bu dövrdə onlara cavabdeh qurumdan yoxlama gəlmiş və barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. İddiaçı barəsində tətbiq olunan cərimə əsassızdır. Bakı İnzibati Məhkəməsinin (hakim Tural Məlikov) 2-1(112)-5851/2024 nömrəli, 18 dekabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 və Uçotun Təşkili Baş İdarəsinin İddiaçı əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********3911 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2023-cü il tarixli **********4399 nömrəli “X11nin həyata keçirilməsi haqqında” Qərarına əsasən İddiaçı fəaliyyət göstərdiyi, ünvan 1 ünvanında yerləşən təsərrüfat obyektə keçirilmiş X11 tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 (bir) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. X11 tədbiri zamanı vergi ödəyicisi tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxs X4 və fərdi sahibkar İddiaçı yazılı izahatı alınmışdır. X10 xx.xx.2023-cü il tarixdə vergi orqanına təqdim etdiyi izahatında heç bir müqavilə bağlamadan qohumuna (xalasına) kömək etdiyini bildirmişdir. İddiaçının xx.xx.2023-cü il tarixdə vergi orqanına təqdim etdiyi izahatında ünvan 1 ünvanında yerləşən “Banu” marketin bağlandığını, bununla əlaqədar quhumu (bacısı oğlu) X5 ona kömək etmək məqsədilə işə cəlb edilməsini bildirmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi tərəfindən daha sonra vergi orqanına xx.xx.2024-cü il tarixli **********595700 nömrəli izahat verilmiş və həmin izahatında X5 10-15 gündür ki, İddiaçı kömək məqsədi ilə işlərin görülməsinə cəlb edildiyini bildirmişdir. Bununla bağlı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin)yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X11nin nəticəsi haqqında xx.xx.2023-cü il tarixli DVX seriyalı 000887 nömrəli Akt tərtib edildi. İddiaçı tərəfindən həmin aktın imzalanmadığı, lakin bir nüsxəsinin qəbul edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2023-cü il tarixli **********3911 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Təlabnamə **********290400 nömrəli məktubla vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmişdir. Eyni zamanda iddiaçı tərəfindən vergi orqanına xx.xx.2023-cü il tarixli **********610700 nömrəli arayış təqdim edərək fəaliyyətin xx.xx.2023-cü il tarixdən xx.xx.2100-cü il tarixədək dayandırılmasının qeydə alınmasına baxmayaraq, xx.xx.2023-cü il tarixli **********4399 nömrəli “X11nin həyata keçirilməsi haqqında” Qərara əsasən xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Banu marketdə” nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti yoxlanılarkən müştəri tərəfindən alınan 1 ədəd fanta (0.5 l) və 1ədəd cola (0.5 l) üçün ödənilən 2,8 manat ödəniş olunduğu, lakin ödəniş müqabilində nəzarət-kassa aparatı çeki vurulmadığı və təqdim edilmədiyi aşkar olunmuşdur. Uçotdan yayındırılmış məbləği bərpa etmək istiyərkən iddiaçının NKA olmadan (NKA qeydiyyatdan çıxarılmışdır) fəaliyyət göstərməsi aşkarlanmışdır. Bununla bağlı “Əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında “ xx.xx.2023-cü il tarixli DVX 032483 nömrəli akt tərtib edilmiş və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 20 dekabr 2023-ci il tarixli **********3901 nömrəli qərar qəbul edilmişdir. Bu fakt da fərdi sahibkar İddiaçı sahibkarlıq fəaliyyətinin göstərməsini sübut edir və vergi ödəyicisi qeyd olunan qərarı nə inzibati qaydada, nə də məhkəmə qaydasında mübahisələndirməmişdir. Məhkəmə qərarında qeyd edilir ki, “İş materiallarından və yoxlamanın əsasını təşkil edən inzibati icraat materiallarından müəyyən edilir ki, əmək müqaviləsi olmadan xidmət göstərən işçi kimi qələmə verilən X10 vergi orqanının əməkdaşları tərəfindən yoxlama zamanı iddiaçının qohumu olduğundan idiaçı tərəfindən malların sayılmasında ona köməklik etməsi məqsədilə mağazada olduğunu bildirmişdir. Göründüyü kimi, göstərilmiş xidmət əvəzli deyildir və X5 xalası olan iddiaçının köməyə ehtiyacı olmasını istisna edən, yəni mağazadakı malların təhvil verilməsinin təkbaşına görə biləcəyini təsbit edən hər hansı dəlil də cavabdeh tərəfindən təqdim edilməmişdir. Odur ki, bu fəaliyyətin nəticələri maddi ifadə kəsb edən fəaliyyət sayılmadığından vergi qanunvericiliyində nəzərdə tutulmuş xidmət hesab edilə bilməz.” Bununla bağlı, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 41.1-ci maddəsinə görə, vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, bu Məcəllənin 41.1-ci maddəsi ilə müəyyən edilmiş foto və (və ya) video çəkilişin nəticələri vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edilir. Göründüyü kimi, inzibati orqan X11 zamanı video çəkiliş həyata keçirmiş və qeyd olunan görüntüləri CD diskdə məhkəmə araşdırmasına təqdim etmişdir. Həmin görüntülərin araşdırılması zamanı aktda adı çəkilən X5 İddiaçı sahibkarlıq fəaliyyət göstərdiyi, ünvan 2 ünvanında yerləşən “Banu Market” adlı təsərrüfat obyektində əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb olunduğu müəyyən edilmişdir. Bununla yanaşı fərdi sahibkar İddiaçı, onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2, eləcə də işlərin görülməsinə cəlb edilən X10 tərəfindən araşdırılmaya təqdim edilmiş izahatlara nəzər saldıqda oradan aydın görünür ki, həmin təsərrüfat subyektində əmək müqaviləsi bağlanmadan K.Ə.Məmmədovun işlərin görülməsinə cəlb edilməsi faktı bir daha təsdiqini tapır. Əmək Məcəlləsində qohum münasibətlərinin olması fiziki şəxslər arasında əmək müqaviləsi bağlanmasını istisna etmir. Məhkəmə qərarında qeyd edlir ki, “Cavabdehin tərəfindən iddiaçının məhkəmə iclasında Kərimin müştəriyə çörək satması ilə bağlı etirafına gəlincə məhkəmə hesab edir ki, iddiaçı bu etirafda Kərimlə əmək münasibətlərində olmasını bildirməmiş, hətta qəti təkzib etmiş, onun sadəcə satışla bağlı tapşırığını icra etdiyini bildirmişdir. Halbuki, əmək qanunvericiliyinə görə əmək münasibətləri şəxsin əmək funksiyasını əməkhaqqı ödənilməklə, iş vaxtı razılaşdırılmaqla, əmək şəraitinin təmin edilməklə həyata keçirilməsini ehtiva edir. Hazırkı halda isə tərəflər arasında qeyd olunan şərtlərin mövcudluğu təsdiqini tapmadığından X5 iddiaçı ilə əmək münasibətlərində olması sübuta yetirilmir.” Bununla bağlı, məhkəmə iclasında cavabdeh tərəfindən iddiaçıya verilmiş “Malların satışının kimin tərəfindən aparılması barədə” sualına “malların satışı X10 tərəfindən aparılmışdır” deyə İddiaçı tərəfindən etiraf edilməklə cavab vermişdir. Lakin məhkəmə bu faktı “....sadəcə satışla bağlı tapşırığını icra etdiyini” qeyd etməklə X5 iddiaçı ilə əmək münasibətlərində olmaması qənaətinə gəlmişdir. Halbuki, OVN tədbiri zamanı aparılmış video çəkilişdə, iddiaçı tərəfindən, onun nümayəndəsinin, eləcə də işlərin görülməsinə cəlb edilmiş şəxslərin araşdırmaya təqdim edilmiş izahatlarında, həm də məhkəmə araşdırması zamanı verilmiş etiraf edici ifadəsi iddiaçının X7 işlərə cəlb edilməsini aşkar sübut edir. Beləliklə, vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********3911 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı qanunvericiliyinin tələblərinə riayət edilməklə qəbul edilmiş və onun ləğv olunmasına heç bir əsas olmamışdır. X11 tədbiri zamanı aparılmış video çəkilişdə, iddiaçı tərəfindən, onun nümayəndəsinin, eləcə də işlərin görülməsinə cəlb edilmiş şəxslərin araşdırmaya təqdim edilmiş izahatlarında, həm də məhkəmə araşdırması zamanı verilmiş etiraf edici ifadəsi iddiaçının X7 işlərə cəlb edilməsini aşkar sübut edir. Lakin iş üzrə qəbul edilmiş qərardan göründüyü kimi, məhkəmə tərəfindən bütün qeyd olunan məqamlar hərtərəfli qiymətləndirilmədən iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışdan görünür ki, Dövlət Vergi Xidməti tərəfindən İddiaçı cari fəaliyyətinin X11 qaydasında plandankənar (növbədənkənar) qaydada yoxlanılması müvafiq reyestrdə qeydiyyata alınmışdır. Vergi orqanının keçirdiyi X11 tədbiri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixdə KY232059068 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Yoxlamanın predmeti və hüquqi əsasları: Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. İş materiallarında olan cavabdehin “X11nin həyata keçirilməsi haqqında” xx.xx.2023ci il tarixli, **********4399 nömrəli qərarından görünür ki, ünvan 2 ünvanda yerləşən İddiaçı (VÖEN: **********) məxsus “Banu” marketdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (xx.xx.2023-cü il tarixi daxil olmaqla) X11 keçirilməsi qərara alınmışdır. İş materiallarında olan “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X11nin nəticəsi haqqında” seriya DVX № 000887, 07 noyabr 2023-cü il tarixli Aktdan görünür ki, İddiaçı (VÖEN: **********) məxsus ünvan 2 ünvanda yerləşən “Banu” marketdə iştirakı ilə müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə, saat 12:45-də 1 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə İddiaçı VM-in 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün tədbirlərin görülməsi təklif olunmuşdur. İddiaçı akta imza etməkdən imtina etdiyi, lakin bir nüsxəsini imza edərək qəbul etdiyi qeyd edilmişdir. Qeyd olunan akta xx.xx.2023-cü il tarixli saylı akta əlavənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən “Banu” marketdə aparılmış X11 nəticəsində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş şəxsin siyahısına X10 (AA 4463808) daxildir. İş materiallarında olan cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********3911 nömrəli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin əsaslandığı prinsiplərdən biri də əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi prinsipidir. 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X11ni keçirmək. 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə ... borcludur. 50.1. X11 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İşin hallarından müəyyən olunur ki, cavabdehin “X11nin həyata keçirilməsi haqqında” xx.xx.2023-ci il tarixli, **********4399 nömrəli qərarına əsasn ünvan 2 ünvanda yerləşən İddiaçı (VÖEN: **********) məxsus “Banu” marketdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (xx.xx.2023-cü il tarixi daxil olmaqla) X11 keçirilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən tərtib edilmiş X11nin nəticəsi haqqında seriya DVX № 000887, 07 noyabr 2023-cü il tarixli akta əsasən iddiaçıya məxsus obyektdə 1 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə iddiaçıya Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün tədbirlərin görülməsi təklif olunmuşdur. Bununla əlaqədar cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********3911 nömrəli qərarına əsasən iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Hazırda iddiaçı cavabdehin həmin qərarını mübahisələndirir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan iddiaçının xx.xx.2023-cü il tarixli izahatına əsasən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən “Banu” marketi işlədə bilmədyi üçün bağlamış, bununla bağlı firmalardan aldıqları malları geri qaytararkən kömək məqsədilə bacısı oğlu X7 çağırmışdır, K.Məmmədov onun işçisi deyil, ona əmək haqqı vermir. Eyni zamanda X10 xx.xx.2023-cü il tarixli izahatında bildirmişdir ki, mağazadan malların geri qaytarılmasına kömək etmək üçün xalası onu çağırmışdır, mağazada işləmir deyə onunla əmək müqaviləsi bağlanmamışdır. Göründüyü kimi, K.Məmmədov tərəfindən göstərilmiş xidmət əvəzli deyildir, o, qohumu olan iddiaçının köməyə ehtiyacı olduğu üçün mağazadakı malların təhvil verilməsi zamanı iddiaçıya kömək etmişdir, bunun əksini sübut edə biləcək hər hansı dəlil cavabdeh tərəfindən təqdim edilməmişdir. Eyni zamanda hazırkı iş üzrə cavabdeh orqan tərəfindən keçirilmiş X11 tədbiri ilə bağlı aparılmış video çəkilişin əks olunduğu görüntülər maddi daşıyıcıda məhkəməyə təqdim edilmişdir. Apellyasiya baxışı zamanı həmin görüntülürə tərəflərin iştirakı ilə baxış keçirilmiş, həmin görüntülərdən aydın olur ki, keçirilmiş vergi nəzarəti tədbiri zamanı cavabdehin əməkdaşları mağazada olarkən orada təhvil-təslim işləri aparılır, malların daşınması zamanı K.Məmmədov iddiaçıya köməklik göstərir, bu hal iddiaçı tərəfindən təsdiq olunur. Bundan başqa əmək qanunvericiliyinə görə əmək münasibətləri şəxsin əmək funksiyasını əməkhaqqı ödənilməklə, iş vaxtı razılaşdırılmaqla, əmək şəraitinin təmin edilməklə həyata keçirilməsini ehtiva edir. Hazırkı halda isə tərəflər arasında qeyd olunan şərtlərin mövcudluğu təsdiqini tapmadığından X5 iddiaçı ilə əmək münasibətlərində olması sübuta yetirilmir. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi tələblərə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmamışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X11 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5851/2024 nömrəli, 18 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1983/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1983/2025
22.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver