Məhkəmə qərarları › İş №2-1(103)-1984/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1984/2025

27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1984/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi, iddianın mümkünlüyün yoxlanılması ) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, X5 və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, X8 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı X2 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2-1(112)-6856/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı X6 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 19 yanvar 2024-cü il tarixli, **********265500 saylı qərarının, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X9 üzrə Baş İdarəsinin 26 iyul 2022ci il tarixli, **********123400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” və 05 fevral 2024-cü il tarixli, **********116000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının qanunsuz hesab edilərək ləğv olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi üzrə xx.xx.2023-cü il tarixli Əmri ilə xx.xx.2024-cü il tarixdən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinin adının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsi kimi dəyişdirilməsini nəzərə almışdır.

3. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsi məhkəməyə iddia tələbinə dair etiraz ünvanlamışdır.

4. Bakı İnzibati Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2-1(112)-6856/2024 saylı qərardadı ilə iddia tələbi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 19 yanvar 2024-cü il tarixli, **********265500 saylı qərarının ləğv edilməsi” hissəsində mümkün sayılmaması qərara alınmışdır.

5. Qərardaddan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün hesab edilərək baxılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin 19 yanvar 2024-cü il tarixli, **********265500 saylı(19 yanvar 2024-cü ildə AVİS vasitəsilə təqdim edilmişdir) İnzibati şikayətin təmin edilməməsi barədə qərarı ilə: İddiaçı X2 şikayəti təmin edilməmiş, 26 iyul 2022-ci il tarixli, **********123400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı dəyişdirilmədən qüvvədə saxlanılmış, Vergi ödəyicisi tərəfindən 2021-ci ilin 1-ci, 2-ci və 3-cü rübləri və 2022-ci ilin 1-ci rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində dövriyyə məbləğlərinin nəzərə alınmaması, o cümlədən 2022-ci il üçün mənfəət vergisi üzrə öhdəliyinin müəyyən edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi Dövlət Vergi Xidmətinin X9 üzrə Baş İdarəsinə tapşırılmışdır. Göründüyü kimi vergi ödəyicisi qanunsuz və əsassız olaraq mənfəət vergisi vergiyə cəlb edilməsinə dair Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsinin 26 iyul 2022-ci il tarixli, **********123400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından şikayətlə Dövlət Vergi Xidmətinə müraciət etsə də, Xidmət şikayəti təmin etməməklə yanaşı, eyni əsasla Firma barəsində 2022-ci il üzrə mənfəət vergisinin hesablanmasına dair tapşırıq vermişdir. Belə olan halda məhkəmənin Dövlət Vergi Xidmətinin şikayətin təmin edilməməsinə dair qərarı ilə vergi ödəyicisinin üzərinə heç bir əlavə öhdəlik qoyulmadığına dair mülahizələri anlaşılan və qəbul edilən deyildir. İddianın mümkünlüyü məsələsinə münasibətdə məhkəmənin şikayətə baxma qaydasında şikayət instansiyasının şikayətin təmin edilməməsi barədə çıxardığı qərarın mübahisə predmeti olmamasına dair mövqeyi onun işin hallarını yetərincə araşdırmadığına, ümumiyyətlə iddianın mahiyyətinə varmadığına dəlalət edir. Dövlət Vergi Xidmətinin işə cavabdeh qismində cəlb edilməsi onun şikayəti təmin edib-etməməsi ilə deyil, barəsində şikayətlə müraciət olunan Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsinin yol verdiyi qanun pozuntusunu davam etdirərək 2022-ci il üzrə yenə də mənfəət vergisi üzrə vergi ödəyicisi üzərinə öhdəlik qoyan qərar çıxarması ilə əlaqədardır. Belə olan halda, yuxarı inzibati orqanın qərarının məhkəmə qaydasında mübahisələndirilməsini qadağan edən norma mövcud deyil.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsinin nümayəndəsi İ.Ağalarov apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətiə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişdir.

10. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

11. İddiaçı X2 xx.xx.2020-ci il tarixli **********088400 nömrəli müraciətinə cavab olaraq ünvanlanmış vergi mükəlləfiyyətinin dəqiqləşdirilməsi barədə bildiriş ilə iddiaçıya vergi mükəlləfiyyətinə və ya fəaliyyət növünə dəyişiklik edilməsi üçün ərizə təqdim edilmədiyi halda Vergi Məcəlləsinin 34.7.2-ci maddəsinə uyğun olaraq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir.

12. İddiaçı X2 xx.xx.2021-ci il tarixli **********743900 nömrəli müraciətinə cavab olaraq ünvanlanmış vergi mükəlləfiyyətinin dəqiqləşdirilməsi barədə bildiriş ilə iddiaçının xx.xx.2021-ci il tarixdən sadələşdirilmiş vergi üzrə mükəlləfiyyətin passivləşdirilməsi, eyni zamanda həmin tarixdən mənfəət vergisi üzrə mükəlləfiyyətin aktivləşdirilməsi və ya digər fəaliyyətlə məşğul olduğu halda fəaliyyət növünə dəyişiklik edilməsi üçün müvafiq ərizə ilə 5 iş günü müddətində qeydiyyatda olduğu vergi orqanına müraciət etmək tövsiyə olunmuşdur.

13. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2022-ci il tarixli, **********123400 nömrəli qərarı ilə 2021-ci il üzrə mənfəət vergisi üzrə 2.066,9 manat vergi hesablanmışdır.

14. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2024-cü il tarixli, **********116000 nömrəli qərarı ilə 2022-ci il üzrə mənfəət vergisi üzrə 5431,57 manat vergi hesablanmışdır.

15. “İnzibati şikayətin təmin edilməməsi” barədə 19 yanvar 2024-cü il tarixli, **********265500 nömrəli qərarı ilə "xxxx" X2 kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2023-cü il tarixli inzibati şikayəti təmin edilməmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********123400 nömrəli Qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2-1(112)- 6856/2024 saylı qərardadı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

17. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarından: 1.1 Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2 İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3 Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4 Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir.

19. Birinci instansiya məhkəməsi qərardadını belə əsaslandırmışdır ki, hazırkı halda subordinasiya baxımından yuxarı inzibati orqanın “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarı inzibati məhkəmə icraatının predmeti ola bilməz. Belə ki, vergi ödəyicisi şikayət instansiyasının qərarını deyil, inzibati orqanın əlverişsiz inzibati aktını mübahisələndirilə bilər. Eləcə də, inzibati məhkəmə icraatında iddianın predmetini inzibati şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar da təşkil edə bilər. Eyni zamanda, iddiaçı tələbində yuxarı inzibati orqanın sözügedən qərarının ilkin inzibati aktla müqayisədə əlavə öhdəliklər yaratdığına (və ya əlavə məhdudiyyətlər nəzərdə tutduğuna) əsaslanır. Məhkəmə bu əsasa münasibətdə qeyd edir ki, Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli, **********265500 nömrəli qərarı ilə inzibati orqana - Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsinə göstərişlər verilmiş, müəyyən tədbirlərin təmin edilməsi tapşırılmışdır. Konkret ifadə olunarsa, Mübahisələndirilən “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarın qəbul edilməsi iddiaçının hüquqi vəziyyətini dəyişdirməmiş, onun üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. Belə ki, hazırkı halda Dövlət Vergi Xidmətinin mübahisələndirilən qərarında göstərilənlər (3-cü bənd) əlavə öhdəliklər yaratmaq və ya əlavə məhdudiyyətlər nəzərdə tutmamaqla bərabər, aidiyyəti vergi orqanı üçün üçün göstəriş, yönləndirmə xarakteri daşıyır. Hansı ki, nəticədə göstərilənlər nəzərə alınmaqla, müstəqil inzibati icraat aparılaraq iddiaçı üçün hüquqi nəticələr yaradan cavabdeh Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsinin iki qərarı qəbul edilmişdir və həmin qərarlar da artıq iddiaçı tərəfindən eyni iddia tələbində mübahisələndirilir.

20. İş materiallarından müəyyən edilir ki, “İnzibati şikayətin təmin edilməməsi” barədə 19 yanvar 2024-cü il tarixli, **********265500 nömrəli qərarı ilə "xxxx" X2 kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2023-cü il tarixli inzibati şikayəti təmin edilməmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********123400 nömrəli Qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

21. Məhkəmə kollegiyası qeyd edir ki, Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 19 yanvar 2024-cü il tarixli, **********265500 nömrəli Qərarı hazırda İddiaçı X3 münasibətdə ilkin inzibati akt statusundadır.

22. Belə ki, Dövlət Vergi Xidmətinin 19 yanvar 2024-cü il tarixli, **********265500 saylı (19 yanvar 2024-cü ildə AVİS vasitəsilə təqdim edilmişdir) İnzibati şikayətin təmin edilməməsi barədə qərarı ilə: İddiaçı X2 şikayəti təmin edilməmiş, 26 iyul 2022-ci il tarixli, **********123400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı dəyişdirilmədən qüvvədə saxlanılmış, Vergi ödəyicisi tərəfindən 2021-ci ilin 1-ci, 2-ci və 3-cü rübləri və 2022-ci ilin 1-ci rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində dövriyyə məbləğlərinin nəzərə alınmaması, o cümlədən 2022-ci il üçün mənfəət vergisi üzrə öhdəliyinin müəyyən edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi Dövlət Vergi Xidmətinin X9 üzrə Baş İdarəsinə tapşırılmışdır. Göründüyü kimi vergi ödəyicisi Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsinin 26 iyul 2022-ci il tarixli, **********123400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından şikayətlə Dövlət Vergi Xidmətinə müraciət etsə də, Xidmət (cavabdeh) şikayəti təmin etməməklə yanaşı, eyni əsasla Firma (iddiaçı) barəsində 2022-ci il üzrə mənfəət vergisinin hesablanmasına dair tapşırıq vermişdir. Belə olan halda birinci instansiya məhkəməsinin Dövlət Vergi Xidmətinin şikayətin təmin edilməməsinə dair qərarı ilə vergi ödəyicisinin üzərinə heç bir əlavə öhdəlik qoyulmadığına dair mülahizələri anlaşılan və qəbul edilən deyildir. Bu hal cavabdehin nəticə etibarilə iddiaçı üzərinə öhdəlik qoyulmasına şərait yaratdığına dəlalət edir.

23. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 19 yanvar 2024-cü il tarixli, **********265500 nömrəli Qərarı ilə İddiaçı X2 hüquqlarının pozulub-pozulmaması araşdırılmalı və qiymətləndirilməlidir.

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyü ilə bağlı tam və hərtərəfli araşdırma aparmadan iddianın mümkünsüz olması qənaətinə gəlmiş, məhkəmənin bu qənaətə gəlməsi üçün yetərli əsas olmamışdır. Bu səbəbdən, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir.

25. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünlük şərtlərinə qiymət verilərkən işin hallarının hərtərəfli araşdırılması prinsipi pozulmuşdur.

26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər.

27. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2-1(112)-6856/2024 saylı qərardadı ləğv edilsin. İşə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Elvin Əliyev Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar