Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1985/2025 07.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-217/2025 nömrəli, 22 yanvar 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona əlillik təyin etməməsi barədə hərəkətlərinin qanunsuz hesab edilməsi və ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İddiaçı 4 yaşının tamam olduğu 1995-cı ilin mart ayından İ tip (insulindən asılı) şəkərli diabet xəstəsidir. Sağlamlıq imkanları məhdud olduğuna görə bununla bağlı 18 yaşınadək uşaqlar üçün verilən sosial müavinət almışdır. 18 yaşı tamam olduqdan sonra xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək iddiaçıya üçüncü qrup əlillik dərəcəsi verilmişdir. İş materiallarından göründüyü kimi xx.xx.2001-ci il tarixdə “Şəkərli diabet İ tip” diaqnozu ilə 2 il müddətinə əlillik verilmişdir. xx.xx.2014-cü il tarixdə “Şəkərii diabet İİ tip insulinə tələbli ağır forma. Retinopatiya” diaqnozu ilə 1 il müddətinə 2ci dərəcəli əlillik qrupu verilmişdir. xx.xx.2015-ci il tarixdə “İnsulindən asılı şəkərli diabet. Diabetik polineyropatiya. Diabetik retinopatiya” diaqnozu ilə 1 il müddətinə 3-cü dərəcəli əlillik qrupu verilmişdir. xx.xx.2016-cı il tarixdə “İnsulindən asılı şəkərli diabet. Diabetik polineyropatiya. Diabetik retinopatiya” diaqnozu ilə 5 il müddətinə 3-cü dərəcəli əlillik qrupu verilmişdir. xx.xx.2017-ci il tarixdə “İnsulindən asılı şəkərli diabet, Gözlərin zədələnməsi ilə, İ tip. Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü 3 işarəsi ilə), Tor qişanın diabetik angiopatiya. Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü 4 işarəsi ilə), Nevrasteniya.” diaqnozu ilə 5 il müddətinə 2-ci dərəcəli əlillik qrupu verilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçıya “İnsulindən asılı şəkərli diabet, Periferik qan dövranının pozğunluğu ilə, İnsulindən asılı olan şəkərli diabet İ tip.” diaqnozu ilə əlillik qrupu verilməsindən imtina edilmişdir. xx.xx.2023-cü il tarixdə “Əsas diaqnoz E10.7 İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, İnsulindən asılı şəkərli diabet İ tip, çoxsaylı ağırlaşmalarla Ağırlaşma H35.0 Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, OUdiabetik angiopatiyası Ağırlaşma İ79.2* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, Aşağı ətrafların diabetik angiopatiya. Ağırlaşma N08.3* Şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10-E14, Diabetik nefropatiya. Ağırlaşma G63.2* Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü.4 işarəsi ilə), Diabetik polineyropatiya. Ağırlaşma H36.0* Diabetik retinopatiya (E10—E14 ümumi dördüncü.3 işarəsi ilə), VİS OD=0.7k\ilə=0.9,VİS OS=06k\ilə=0.9 OU-Diabetik retinopatiyası. Yanaşı xəstəliklər H52.2 Astiqmatizm, OU-Mürəkkəb miopik astiqmtizm.” diaqnozu ilə əlillik qrupu verilməsindən imtina edilmişdir. Göründüyü kimi, əlillik təyinatı sonuncu dəfə xx.xx.2017-ci il tarixdə təyin edilmiş və 5 il müddətinə təyin olunduğundan xx.xx.2022-ci il tarixdə əlilliyin yenidən təyin edilməsi ilə bağlı cavabdehə müraciət edərək, xəstəliyini təsdiq edən sənədləri təqdim etmişdir. Əlilliyinin təyin edilməsindən imtinanın səbəbi: əlavə müalicəyə ehtiyacın olması, Ətralı: İxtisaslaşdırılmış müalicə davam etdirilsin qeyd olunmuşdur. Tibbisosial ekspert komissiyasına 2022-ci ilin iyun ayından bu günə kimi mütəmadi olaraq müraciətlər edilsə də, tibbi-sosial ekspert komissiyası tərəfindən əsassız olaraq imtina verilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən qəbul edilərək, müayinə olunmuşdur. Xidmət əməkdaşlarının şifahi göstərişi ilə növbəti dəfə 20 saylı şəhər Poliklinikasının göndərişi əsasında Akademik M.A.Topçubaşov adına X4 müayinə olunmuş, iddiaçıya XBT-10 siyahısı üzrə İ79.2 yəni Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya diaqnozu qoyulmuşdur. Lakin Forma 88-in göndərilməsinə tətbiq olunan məhdudiyyət səbəbindən qeyd edilən sənədin göndərilməsi mümkün olmamışdır. İmtinada qeyd edildiyi kimi, eyni zamanda daim aldığı ixtisaslaşdırılmış müayinənin davam etdirdikdən sonra yenidən cavabdehə müraciət etsə də, xx.xx.2023-cü il tarixdə mütaciətindən imtina edilmişdir. Qeyd edilən xəstəliklə əlaqədar Bakı şəhəri Nəsimi rayon Hərbi Komissarlığının hərbi həkim komissiyası tərəfindən xx.xx.2009-cu il tarixdə hərbi xidmətə (tam olaraq) yararsız sayılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2008-ci il tarixli, 123 nömrəli Əmrinə əsasən hərbi uçotdan silinmişdir. İddiaçının səhhətində hər hansı yaxşılaşma müəyyən olunmur, əksinə şəkərli diabet xəstələyinin pataloji əlamətləri artan xətt üzrə davam edir. Cavabdeh orqan isə iddiaçını sağlam hesab edərək, ona İİ qrup deyil, hətta İİİ qrup əlillik dərəcəsinin verilməsindən imtina edir. Bakı İnzibati Məhkəməsinin (hakim Həmid Ağalarov) 2-1(112)-217/2025 nömrəli, 22 yanvar 2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2023-cü il tarixli, V00077754JİB nömrəli tibbi göndəriş əsasında əlilliyin təyin edilməsi vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona əlillik təyin etməməsi barədə hərəkətlərin qanunsuz hesab edilməsi və ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Bakı şəhər Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Əsas diaqnoz E10.7 İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, İnsulindən asılı şəkərli diabet İ tip, çoxsaylı ağırlaşmalarla Ağırlaşma H35.0 Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, OU- diabetik angiopatiyası. Ağırlaşma İ79.2* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, Aşağı ətrafların diabetik angiopatiya. Ağırlaşma N08.3* Şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10–E14, Diabetik nefropatiya. Ağırlaşma G63.2* Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü 4 işarəsi ilə), Diabetik polineyropatiya. Ağırlaşma H36.0* Diabetik retinopatiya (E10–E14 ümumi dördüncü 3 işarəsi ilə), VİS OD=0.7k\ilə=0.9,VİS OS=06k\ilə=0.9 OU-Diabetik retinopatiyası. Yanaşı xəstəliklər H52.2 Astiqmatizm, OU-Mürəkkəb miopik astiqmtizm; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir..” səbəbi ilə imtina verilmişdir. xx.xx.1991-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişləri əsasında xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərində qiymətləndirilmiş və göndərişdə qeyd edilmiş köməkçi diaqnostik müayinə nəticələrinə əsasən müalicə müddəti yetərli olmadığına və ixtisaslaşmış müayinə və müalicə zərurəti olduğuna görə əlillik təyinatı aparmaq mümkün olmamış və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Məhkəmənin qərarı ilə İddiaçı əlillik vəziyyətinin əsaslılığının və düzgünlüyünün qiymətləndirilməsi ilə bağlı qanunauyğun tədbirlərin görülməsi, o cümlədən iddiaçının canlı müayinəsinin aparılması öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı, iddiaçının əyani müayinəsi aparılaraq məhkəmənin hüquqi mövqeyini nəzərə alınmaqla tibbi-sosial ekspertiza həyata keçirilmişdir. Müəyyən olundu ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2001-ci il tarixində ilkin müayinə edilmiş və iki il müddətinə sağlamlıq imkanları məhdudluğunun təyini barədə qərar verilmişdir. xx.xx.2014-cü il tarixində təkrar müayinə zamanı bir il müddətinə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. xx.xx.2015-ci il tarixində təkrar müayinə zamanı bir il müddətinə ümumi xəstəlik səbəbi ilə üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmiş, xx.xx.2016-cı il tarixində şəxsin üçüncü dərəcə əlilliyi Əlillik Alt sistemi tərəfindən avtomatlaşdırılmış qaydada beş il müddətinə (xx.xx.2021-ci il tarixinə kimi) uzadılmışdır. xx.xx.2017-ci il tarixində iddiaçının əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişi əsasında şəxsin iştirakı olmadan təkrar qiymətləndirilmiş və beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Əlillik müddəti başa çatdıqdan (xx.xx.2022-il tarixindən) sonra iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün dövlət tibb müəssisəsi tərəfindən iki göndəriş rəsmiləşdirilmiş, həmin göndərişlər əsasında əlillik vəziyyəti xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərində şəxsin iştirakı olmadan qiymətləndirilmiş və hər iki halda əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı dəri və görünən selikli qişaları adi rəngdədir. Dərialtı piy qatı kafi inkişaf etmişdir. Dili nəm, ərpsizdir. Əsas şikayətləri yanğı hissi, çoxlu maye qəbul etmədəndir. Deməsinə görə gün ərzində 30 vahid olmaqla bir dəfə Lantus, hər dəfə 20 vahid olmaqla 3 dəfə Novarapid inyeksiyası qəbul edir. Obyektiv müayinə zamanı hər iki aşağı ətrafda arteria pedis dorzalis və arteria tibialis anterior və posterior üzərində nəbz əllənir. Dəri temperaturu normaldır, tük örtüyü seyrəlib, dəri turqoru saxlanılıb. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılan dopler müayinəsi zamanı hər iki aşağı ətrafda bifazik axın müşahidə edilməklə, magistral damarların aterosklerozu diaqnozu müəyyən edilmişdir. Akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji xəstəxanasının xx.xx.2023-cü il tarixli səhhətin müayinə aktında qanda kreatinin səviyyəsi 74 mmol/l, sidik cövhəri 4,7 mmol/l olmaqla “diabetik nefropatiya” diaqnozu müəyyən edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılan oftolmoloqun müayinəsi zamanı ViS OU-0,7 (onda yeddi) k/etmir müəyyən edilir. Beləliklə, şəkərli diabet nəticəsində hədəf orqanlarda əlilliyin təyininə əsas verən patofunksional ağırlaşmalar aşkar edilmir. Nəticədə obyektiv müayinədə və dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən göndərişlərində Azərbaycan Respublikasının həm xx.xx.2022-ci il tarixinə kimi qüvvədə olan Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyinə “diaqnoz əlillik əlaməti təyin etməməsi”nə dair qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, ekspert rəyinə əsaslanaraq, halbuki ekspertiza qarşısında qoyulan suallar belə Ali Məhkəmənin icmal məktubunda qeyd edilən hallara ziddir, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxarmışdır. Sözügedən hal, yəni diaqnozun öz təsdiqini tapmaması İddiaçı əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı dəri və görünən selikli qişaları adi rəngdədir. Dərialtı piy qatı kafi inkişaf etmişdir. Dili nəm, ərpsizdir. Əsas şikayətləri yanğı hissi, çoxlu maye qəbul etmədəndir. Deməsinə görə gün ərzində 30 vahid olmaqla bir dəfə Lantus, hər dəfə 20 vahid olmaqla 3 dəfə Novarapid inyeksiyası qəbul edir. Obyektiv müayinə zamanı hər iki aşağı ətrafda arteria pedis dorzalis və arteria tibialis anterior və posterior üzərində nəbz əllənir. Dəri temperaturu normaldır, tük örtüyü seyrəlib, dəri turqoru saxlanılıb. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılan dopler müayinəsi zamanı hər iki aşağı ətrafda bifazik axın müşahidə edilməklə, magistral damarların aterosklerozu diaqnozu müəyyən edilmişdir. Akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji xəstəxanasının xx.xx.2023-cü il tarixli səhhətin müayinə aktında qanda kreatinin səviyyəsi 74 mmol/l, sidik cövhəri 4,7 mmol/l olmaqla “diabetik nefropatiya” diaqnozu müəyyən edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılan oftolmoloqun müayinəsi zamanı ViS OU-0,7 (onda yeddi) k/etmir müəyyən edilir. Beləliklə şəkərli diabet nəticəsində hədəf orqanlarda əlilliyin təyininə əsas verən patofunksional ağırlaşmalar aşkar edilmir. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində cavabdeh tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. Apellyasiya baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2023-cü il tarixdən İİ dərəcə əlilliyin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının 61-80 faiz pozulması) təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, iddia tələbinin dəqiqləşdirilməsi nəzərə alınmaqla qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş Əlillik Altsistemindən çıxarışlardan görünür ki: - İddiaçı xx.xx.2001-ci il tarixdən iki il müddətinə əlillik təyin edilmişdir. Əlilliyin səbəbi: sağlamlıq imkanları məhdud uşaqlar. Diaqnoz: Şəkərli diabet İ tip. - İddiaçı xx.xx.2014-cü il tarixdən bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Əlilliyin səbəbi: ümumi xəstəlik. Diaqnoz: Şəkərli diabet İİ tip insulinə tələbli forma. retinopatiya. - İddiaçı xx.xx.2015-ci il tarixdən bir il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Əlilliyin səbəbi: ümumi xəstəlik. Diaqnoz: İnsulindən asılı şəkərli diabet. Diabetik polineyropatiya. Diabetik retinopatiya. - İddiaçı xx.xx.2016-cı il tarixdən beş il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Əlilliyin səbəbi: ümumi xəstəlik. Diaqnoz: İnsulindən asılı şəkərli diabet. Diabetik polineyropatiya. Diabetik retinopatiya. - İddiaçı xx.xx.2017-ci il tarixdən beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Əlilliyin səbəbi: ümumi xəstəlik. Diaqnoz: İnsulindən asılı şəkərli diabet. Gözlərin zədələnməsi ilə İ tip, Diabetik retinopatiya. Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü.3 işarəsi ilə), Tor qişanın diabetik angiopatiya Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü.4 işarəsi ilə), Nevrastensiya. - İddiaçı xx.xx.2022-ci il tarixdə əlilliyin təyinindən imtina edilmişdir. İmtina səbəbi əlavə müalicəyə ehtiyacın olması, ixtisaslaşdırılmış müalicəsi davam etdirilsin. - İddiaçı xx.xx.2023-cü il tarixdə əlilliyin təyinindən imtina edilmişdir. İmtina səbəbi əlavə müalicəyə ehtiyacın olması, göndərişdə qeyd edilmiş köməkçi diaqnostik müayinə nəticələrinə əsasən xəstəyə ixtisaslaşmış müalicəni davam etdirməsi tövsiyə edilir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli qərarına əsasən Bakı şəhər sakini xx.xx.1991-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişləri əsasında xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərində qiymətləndirilmiş və göndərişdə qeyd edilmiş köməkçi diaqnostik müayinə nəticələrinə əsasən müalicə müddəti yetərli olmadığına və ixtisaslaşmış müayinə və müalicə zərurəti olduğuna görə əlillik təyinatı aparmaq mümkün olmamış və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Məhkəmənin qərarı ilə İddiaçı əlillik vəziyyətinin əsaslılığının və düzgünlüyünün qiymətləndirilməsi ilə bağlı qanunauyğun tədbirlərin görülməsi, o cümlədən iddiaçının canlı müayinəsinin aparılması öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza ve Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı İddiaçı əyani müayinəsi aparılaraq məhkəmənin hüquqi mövqeyini nəzərə alınmaqla tibbi-sosial ekspertiza həyata keçirildi. Müəyyən olundu ki, Zaur Allahveridyevin əlillik vəziyyəti xx.xx.2001-ci il tarixində ilkin müayinə edilmiş və iki il müddətinə sağlamlıq imkanları məhdudluğunun təyini barədə qərar verilmişdir. xx.xx.2014-cü il tarixində təkrar müayinə zamanı bir il müddətinə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. xx.xx.2015-ci il tarixində təkrar müayinə zamanı bir il müddətinə ümumi xəstəlik səbəbi ilə üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmiş, xx.xx.2016-cı il tarixində şəxsin üçüncü dərəcə əlilliyi Əlillik Alt sistemi tərəfindən avtomatlaşdırılmış qaydada beş il müddətinə (xx.xx.2021-ci il tarixinə kimi) uzadılmışdır. xx.xx.2017-ci il tarixində İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişi əsasında şəxsin iştirakı olmadan təkrar qiymətləndirilmiş və beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Əlillik müddəti başa çatdıqdan (xx.xx.2022-ci il tarixindən) sonra İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün dövlət tibb müəssisəsi tərəfindən iki göndəriş rəsmiləşdirilmiş, həmin göndərişlər əsasında əlillik vəziyyəti xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərində şəxsin iştirakı olmadan qiymətləndirilmiş və hər iki halda əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı dəri və görünən selikli qişaları adi rəngdədir. Dərialtı piy qatı kafi inkişaf etmişdir. Dili nəm, ərpsizdir. Əsas şikayətləri yanğı hissi, çoxlu maye qəbul etmədəndir. Deməsinə görə gün ərzində 30 vahid olmaqla bir dəfə Lantus, hər dəfə 20 vahid olmaqla 3 dəfə Novarapid inyeksiyası qəbul edir. Obyektiv müayinə zamanı hər iki aşağı ətrafda arteria pedis dorzalis və arteria tibialis anterior və posterior üzərində nəbz əllənir. Dəri temperaturu normaldır, tük örtüyü seyrəlib, dəri turqoru saxlanılıb. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılan dopier müayinəsi zamanı hər iki aşağı ətrafda bifazik axın müşahidə edilməklə, magistral damarların aterosklerozu diaqnozu müəyyən edilmişdir. Akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji xəstəxanasının xx.xx.2023-cü il tarixli səhhətin müayinə aktında qanda kreatinin səviyyəsi 74 mmol/l, sidik cövhəri 4,7 mmol/l olmaqla “diabetik nefropatiya" diaqnozu müəyyən edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılan oftalmoloqun müayinəsi zamanı VİS OU-0,7 (onda yeddi) k/etmir müəyyən edilir. Beləliklə şəkərli diabet nəticəsində hədəf orqanlarda əlilliyin təyininə əsas verən patofunksional ağırlaşmalar aşkar edilmir. Nəticədə obyektiv müayinədə və dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən göndərişlərində Azərbaycan Respublikasının həm xx.xx.2022-ci il tarixinə kimi qüvvədə olan Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə həm də hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyinə “diaqnoz əlillik əlaməti təyin etməməsi”nə dair qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X3 xx.xx.2024-cü il tarixli T699/2024 saylı ekspert rəyində qeyd edilir: 1991-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: İddiaçı iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən “Bakı Baş Səhiyyə İdarəsi”nin xx.xx.2023-cü il tarixli Forma 088 göndərişində qeyd edilmiş əsas xəstəlik və hədəf orqanlarında olan ağırlaşmaları “Əsas diaqnoz: E10.7-insulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, insulindən asılı şəkərli diabet İ tip, çoxsaylı ağırlaşmalarla. Ağırlaşmalar: H35.0- fon retinopatiyaları və retinal damar dəyişiklikləri, OU-diabetik angiopatiyası, İ79.2*-digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, aşağı ətrafların diabetik angiopatiya, N08.3*-şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10-E14, diabetik nefropatiya, G63.2*-diabetik polinevropatiya (E10-14 ümumi dördüncü.4 işarəsi ilə), diabetik polineyropatiya, H36.0*-diabetik retinopatiya (E10-E14 ümumi dördüncü.3 işarəsi ilə), Vis OD=0.7k/ilə=0.9, VisOS=06k/ilə=0.9, OU-diabetik retinopatiyası” diaqnozları xəstənin stasionarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi» Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin: 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında - 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında - 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti:
11. Endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntuları. Qeyd. Orqanizmin endokrin sisteminin xəstəlik, zədə və çatışmazlıqlar səbəbindən əmələ gəlmiş davamlı pozuntularının kəmiyyətcə qiymətləndirilməsi simtomatikanın təzahür dərəcəsinin və xarakterinin, klinik və instrumental müayinə üsullarının nəticələrinin, eləcə də müasir reabilitasiya üsullarının tətbiqi ilə pozulmuş funksiyaların kompensasiya edilməsi imkanlarının qiymətləndirilməsinə əsaslanır. 11.2. Şəkərli diabet. E10-E14. Qeyd. Şəkərli diabet səbəbindən orqanizmin funksiyalarının davamlı pozuntularının kəmiyyətcə qiymətləndirilməsi şəkərli diabetin ən geniş yayılmış endokrin patologiyası olaraq xroniki əlillik vəziyyətinə çatdıran fəsadlaşmalara gətirən xəstəlik olduğunun nəzərə alınması ilə aparılır. Şəkərli diabetin ağırlaşmalarına kamorbidliyin yüksək göstəriciləri ilə səciyyələnən diabetik mikro və makro angiopatiyalar aid edilir. 11.2.1.insulindən asılı şəkərli diabet. E10. Qiymətləndirmə 11.2.1.1. 18 yaşınadək şəxslərdə birinci tip şəkərli diabet (ağırlaşmalar olmadan) (65 faiz, 5 il) 11.2.2. diabetik nefropatiya- N08.3* Qiymətləndirmə 11.2.2.1.diabetik nefropatiya, proteinuriya mərhələsi, XBX İİ mərhələ, XBÇ İ mərhələ (35-60 faiz,2 il) 11.2.2.2.diabetik nefropatiya, proteinuriya mərhələsi, XBX İİİ mərhələ, XBÇ ll mərhələ (65-80 faiz, 2 il) 11.2.2.3. diabetik nefropatiya, XBX lV mərhələ, XBÇ lll mərhələ adekvat effektiv əvəzedici terapiyanın (hemodializ, peritoneal dializ, böyrək köçürülməsi) aparılması şərtilə şəkərli diabetin digər ağır və aparılan müalicənin fəsadlarının olmadığı halda (90 faiz, müddətsiz) 11.2.2.4. diabetik nefropatiya, XBÇ V mərhələ, terminal mərhələ, adekvat effektiv əvəzedici terapiyanın aparılmaması (aparılması qeyri-mümkün olduğu) və ya qeyri-effektiv olduğu halda, eyni zamanda, şəkərli diabetin və (və ya) aparılan müalicənin çoxsaylı fəsadlarının olması (100 faiz, müddətsiz) 11.2.3. diabetik retinopatiya- H36.0* Qiymətləndirmə 11.2.3.1.diabetik retinopatiya, qeyri-proliferativ və ya proliferativ önü (venoz anomaliyaların qoşulması – dəqiq görmə, əyrilik, kolibr rəqsi, çoxsaylı yumşaq və sərt eksudatlar, daha böyük retinal qansızmalar) və ya proliferativ (görmə sinirinin diskinin və (və ya) torlu qişanın digər hissələrinin neovaskulyarizasiyası, retinal, periretinal və intraviteral qansızmalar/hemoftalm, qansızma sahəsində və neovaskulyarizasiya boyu fibroz toxumanın əmələ gəlməsi) və (və ya) makulopatiyalar görmə itiliyinin 0,1-dən çox və 0,3-ə qədər olması ilə (monokulyar, yaxşı görən gözlə korreksiyadan sonra) və (və ya) periferiyadan görmə sahəsinin daralması fiksasiya nöqtəsindən radius boyu 40 dərəcəyə qədər, lakin 20 dərəcədən geniş (35-60 faiz, 2 il) 11.2.3.2. diabetik retinopatiya qeyri-proliferativ və ya preproliferativ və ya terminal (gözün ön kamerasının küncünün neovaskulyarizasiyası, ikincili rubeoz qlaukomanın əmələ gəlməsi ilə nəticələnən; torlu qişanın ayrılmasına səbəb olan traksion sindromlu vitreoretinal şvartların əmələ gəlməsi) və (və ya) makulopatiyalar görmə itiliyinin (monokulyar, yaxşı görən gözlə korreksiyadan sonra) 0,1-0,05-ə qədər olması ilə və (və ya) periferiyadan görmə sahəsinin daralması fiksasiya nöqtəsindən radius boyu < 20 dərəcəyə qədər, lakin 10 dərəcədən geniş (65-80 faiz, 2 il) 11.2.3.3. diabetik retinopatiya proliferativ və (və ya) makulopatiyalar görmə itiliyi (monokulyar, yaxşı görən gözlə korreksiyadan sonra) 0,1-0,04 aralığında, periferiyadan görmə sahəsinin daralması, fiksasiya nöqtəsindən radius boyu 10-0 dərəcə (85-100 faiz, müddətsiz) 11.2.4. diabetik polineyropatiya- G63.2* Qiymətləndirmə 11.2.4.1.təzahür edən sensomotor nevropatiya pəncənin parezi və (və ya) tarazlığın pozulması ilə və ya pəncə xorasının residivinin yüksək riskinin formalaşması və (və ya) təzahür edən xroniki ağrı sindromu ilə (35-60 faiz, 2 il) 11.2.5. diabetik periferik angiopatiya- İ79.2* Qiymətləndirmə 11.2.5.1.diabetik makroangiopatiya hər iki aşağı ətrafda, XAÇ İİ mərhələ (40 faiz, 1 il) 11.2.5.2.diabetik makroangiopatiya hər iki aşağı ətrafda, XAÇ İİİ mərhələ (80 faiz, 2 il) 11.2.5.3.diabetik makroangiopatiya hər iki aşağı ətrafda, qanqrenanın əmələ gəlməsi ilə, tələb olunanda hər iki ətrafın yuxarı hissədən amputasiyası və qan dövranının bərpa edilməsinin və protezləşdirilməsinin qeyri-mümkün olması ilə, XAÇ İV mərhələ (90-100 faiz,müddətsiz). İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixdən səbəbi sağlamlıq imkanları məhdud uşaqlar müəyyən edilməklə iki il müddətinə əlillik təyin edilmişdir (Diaqnoz: Şəkərli diabet İ tip). Daha sonra iddiaçıya xx.xx.2014-cü il tarixdən ümumi xəstəlik səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir (Diaqnoz: Şəkərli diabet İİ tip insulinə tələbli forma. Retinopatiya). Daha sonra iddiaçıya xx.xx.2015-ci il tarixdən ümumi xəstəlik səbəbi ilə bir il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir (Diaqnoz: İnsulindən asılı şəkərli diabet. Diabetik polineyropatiya. Diabetik retinopatiya). Daha sonra iddiaçıya xx.xx.2016-cı il tarixdən beş il müddətinə ümumi xəstəlik səbəbi ilə üçüncü dərəcə əlillik təyin edilmişdir (Diaqnoz: İnsulindən asılı şəkərli diabet. Diabetik polineyropatiya. Diabetik retinopatiya). Daha sonra iddiaçıya xx.xx.2017-ci il tarixdən ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir (Diaqnoz: İnsulindən asılı şəkərli diabet. Gözlərin zədələnməsi ilə İ tip, Diabetik retinopatiya. Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü.3 işarəsi ilə), Tor qişanın diabetik angiopatiya Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü.4 işarəsi ilə), Nevrastensiya). xx.xx.2022-ci il tarixdə iddiaçıya “İmtina səbəbi - əlavə müalicəyə ehtiyacın olması, ixtisaslaşdırılmış müalicəsi davam etdirilsin” səbəbi ilə əlilliyin təyinindən imtina edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə iddiaçıya “İmtina səbəbi - əlavə müalicəyə ehtiyacın olması, göndərişdə qeyd edilmiş köməkçi diaqnostik müayinə nəticələrinə əsasən xəstəyə ixtisaslaşmış müalicəni davam etdirməsi tövsiyə edilir” səbəbi ilə əlilliyin təyinindən imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu- xx.xx.2023-cü il tarixli, V00077754JİB nömrəli göndərişdə - Əsas diaqnoz və ağırlaşmaları: “E10.7-insulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, insulindən asılı şəkərli diabet İ tip, çoxsaylı ağırlaşmalarla, H35.0- fon retinopatiyaları və retinal damar dəyişiklikləri, OU-diabetik angiopatiyası, İ79.2*-digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, aşağı ətrafların diabetik angiopatiya, N08.3*-şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10-E14, diabetik nefropatiya, G63.2*-diabetik polinevropatiya (E10-14 ümumi dördüncü.4 işarəsi ilə), diabetik polineyropatiya, H36.0*-diabetik retinopatiya (E10-E14 ümumi dördüncü.3 işarəsi ilə), VİS OD=0.7k\ilə=0.9, VİS OS=06k/ilə=0.9, OU-diabetik retinopatiyası” qeyd olunmuşdur. İddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə əsas diaqnoz və ağırlaşması kimi göstərilmiş xəstəliklər yuxarıda istinad edilən əsasnamənin 11.2-ci bəndin maddələrində təsbit edilmişdir və onların əlilliyin təyininə əsas verəcək ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinin iddiaçıda olması iş materiallarında olan sənədlər və ekspert rəyi ilə təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X3 hazırki iş üzrə xx.xx.2024-cü il tarixli T699/2024 saylı ekspert rəyində qeyd edilmişdir ki, iddiaçının özünün məhkəmə-tibbi müayinəsinə və iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən “Bakı Baş Səhiyyə İdarəsi”nin xx.xx.2023-cü il tarixli Forma 088 göndərişində qeyd edilmiş əsas xəstəlik və hədəf orqanlarında olan ağırlaşmaları “Əsas diaqnoz: E10.7-insulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, insulindən asılı şəkərli diabet İ tip, çoxsaylı ağırlaşmalarla. Ağırlaşmalar: H35.0- fon retinopatiyaları və retinal damar dəyişiklikləri, OU-diabetik angiopatiyası, İ79.2*-digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, aşağı ətrafların diabetik angiopatiya, N08.3*-şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10-E14, diabetik nefropatiya, G63.2*-diabetik polinevropatiya (E10-14 ümumi dördüncü.4 işarəsi ilə), diabetik polineyropatiya, H36.0*-diabetik retinopatiya (E10-E14 ümumi dördüncü.3 işarəsi ilə), Vis OD=0.7k/ilə=0.9, VisOS=06k/ilə=0.9, OU-diabetik retinopatiyası” diaqnozları xəstənin stasionarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. Məhkəmənin qərardadı ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəyində də bir daha öz təsdiqini tapmışdır ki, tibbi müəssisəsinin göndərişində qeyd olunan diaqnozlar iddiaçıda mövcuddur. Qeyd olunan Meyarlarda göstərilmiş xəstəliklərin iddiaçıda mövcud olması iddiaçının əyani tibbi müayinəsi nəticəsində öz təsdiqini tapmasına baxmayaraq, cavabdeh hər hansı əsaslandırma aparmadan “Əlavə müalicəyə ehtiyacın olması” və “ixtisaslaşdırılmış müalicəsi davam etdirilsin” kimi qərarlar qəbul etməklə növbəti müddətə əlillik təyinatından imtina etmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Bu səbəbdən də cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı, qərara aldı hissədə əlilliyin təyini tarixi xx.xx.2023-cü il, orqanizmin funksiyalarının pozulması faizi 61-80 faiz göstərilməklə, dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-217/2025 nömrəli, 22 yanvar 2025-ci il tarixli qərarı, qərara aldı hissədə əlilliyin təyini tarixi xx.xx.2023-cü il, orqanizmin funksiyalarının pozulması faizi 61-80 faiz göstərilməklə, dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.