Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1986/2022 17.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2-1(112)-1889/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 14-17 iyun 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2000-ci ildən xx.xx.2009-cu ilə qədər Tovuz rayonu X3 işlədiyi illərin sığorta stajı kimi tanınmasının və iş stajı qəbul edilməsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə vəzifə olaraq qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdr. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu il tarixdə Tovuz rayonu Xatınlı kəndində anadan olmuş və hazırda həmin ünvanda yaşayır. xx.xx.1975-ci il tarixdən başlayaraq Tovuz rayonu S.M.Kirov adına sovxoza işə qəbul olunaraq xx.xx.1996-cı ilə qədər həmin sovxozda müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.2000-ci il tarixdən xx.xx.2009cu il tarixə qədər X3 icraçı, katib və vergi toplayıcısı vəzifəsində işləmişdir. Hazırda iddiaçının pensiya yaşı çatdığı üçün sənədlərlə cavabdehə müraciət etsə də, xx.xx.2021-ci il tarixli, **********3 saylı məktubla ona bildirilmişdir ki, xx.xx.2000-ci il tarixdən xx.xx.2009-cu il tarixə qədər X3 işlədiyi dövrlərin sığorta stajına əlavə edilməsi qanuna uyğun hesab edilmir. Eyni zamanda həmin məktubla iddiaçıya bildirilmişdir ki, “İnzibati icraat haqqında” qanuna əsasən qəbul edilmiş qərarla razılaşmadıqda həmin inzibati məhkəməyə müraciət etmək hüququ var. Sonradan iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, tələbinin “iddiaçıya 62 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” şəklində qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2-1(112)-1889/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim: S.Salahova) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 noyabr 2011ci il tarixli 17 №-li qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları”nın 4.2.7-ci bəndinə əsasən zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanması həyata keçirilir. Bundan əlavə, “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yaş həddinə çatmasına baxmayaraq tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. İddiaçının əmək kitabçasına əsasən ümumillikdə 23 il 5 ay 8 gün iş stajı vardır. Bildirilir ki, tərəflərindən mübahisələndirilən xx.xx.2000-ci il tarixdən xx.xx.2009-cu il tarixədək (9 il 6 ay 13 gün) Tovuz rayonu “Xatınlı” bələdiyyəsində işlədiyini iddia etdiyi dövrlərdə əmək fəaliyyətinə dair əmrlər kitabının və əmək haqqı hesablanması cədvəllərinin saxlanılmasına aid heç bir məlumat aşkar edilmədiyi üçün saxlanılmadığı üçün həmin dövrlərin araşdırılması mümkün olmamışdır. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Eyni zamanda xx.xx.2006-cı il tarixindən pensiya hüququn yaranan tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yaş həddinə çatmasına baxmayaraq tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. Cavabdeh orqan tərəfindən əmək kitabçasında göstərilən müəssisənin məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin yoxlanılması məqsədiylə DSMF-nin Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialına sorğu ünvanlanmışdır. **********6 nömrəli cavab məktubunda xx.xx.2000-ci il tarixdən-xx.xx.2009cu il tarixədək Tovuz rayonu “Xatınlı” bələdiyyəsində işlədiyi dövrdə məcburi dövlət sosial sığorta haqqı haqqında hesabatlarda İddiaçı məlumatları “Sığortaolunanların hesabları” bölümündə aşkar edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı həmin müəssisədə işlədiyinə dair ciddi şübhə doğurur. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun həm 7-ci maddənin hər iki şərti ödənməlidir. İddiaçı ona pensiya təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə (65 yaş) çatmışdır. Lakin yuxarıda qeyd olunan qanunun 7-ci maddəsində tələb olunan sığorta stajı 25 il olmasına baxmayaraq vətəndaşın mövcud olan sığorta stajı uyğun olaraq ona pensiya təyin edilməsi qanuna ziddir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X7 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. İddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1980-ci il tarixə kimi S.M.Kirov adına üzümçülük sovxozunun 4 nömrəli briqadasında fəhlə (4 il 8 ay 27 gün), xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixə kimi X15 Deputatları Sovetinin İcraiyyə Komitəsinin katibi vəzifəsində (4 il 9 ay 8 gün) işləmişdir. xx.xx.1985-ci il tarixdə S.M.Kirov adına üzümçülük sovxozuna aqronom vəzifəsinə təyin edilmiş, xx.xx.1991-ci il tarixdə Kirov adına sovxozun ləğv edilməsi ilə əlaqədar yeni yaradılmış Xatınlı sovxozuna aqronom köçürülmüş, xx.xx.1993-cü il tarixdə yeri ixtisara düşdüyünə görə yaşıllaşma aqronomu vəzifəsindən azad edilmiş (7 il 11 ay 9 gün), xx.xx.1993-cü il tarixdə Xatınlı üzümçülük-heyvandarlıq sovxozuna texnik qəbul edilmiş, xx.xx.1996-cı il tarixdə həmin sovxoza haqq-hesab mühasibi vəzifəsinə keçirilmiş, xx.xx.1999-cu il tarixdə islahatla əlaqədar tutduğu vəzifədən azad edilmişdir (5 il 11 ay 24 gün). İddiaçı xx.xx.2000-ci il tarixdə X6 icraçı-katib vəzifəsinə, xx.xx.2005-ci il tarixdə X6 vergi toplayıcısı vəzifəsinə təyin edilmiş, xx.xx.2009-cu il tarixdə Bələdiyyə seçkilərinə namizədliyini vermədiyinə görə bələdiyyə üzvlüyündən azad edilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli, **********1 saylı məktubla iddiaçıya bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilən xx.xx.1978-ci il tarixdə tərtib edilmiş ИТ-İ № ******* saylı əmək kitabçasının surətinə əsasən iddiaçının xx.xx.1993-cü il tarixindən xx.xx.1999-cu il tarixinədək “Xatınlı” sovxozundakı və xx.xx.2000-ci il tarixindən xx.xx.2006cı il tarixinədək X3ki əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır, sözügedən araşdırma nəticələndikdən sonra iddiaçının yaşa görə əmək pensiyası hüququna yenidən baxıla bilər. Cavabdeh daha sonra xx.xx.2021-ci il tarixli, **********3 saylı məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilən xx.xx.1978-ci il tarixində tərtib edilmiş ИТ-İ № ******* saylı əmək kitabçasının surətinə əsasən iddiaçının xx.xx.2006-cı il tarixinədək 23 il 5 ay sığorta stajı olmaqla tələb olunan müddətdən (25 il) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Dövlət Sosial Müdafiə Fondunun 20 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli xidməti məruzəsinə əsasən xx.xx.2000-ci il tarixindən 01.01 2006-cı il tarixinədək işlədiyi Xatınlı kənd bələdiyyəsinin xx.xx.2009-cü il tarixi üzrə əmr kitabları saxlanılmadığı üçün həmin dövrlərin araşdırılması mümkün olmamışdır. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən cavabdehin həmin dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarında olan DSMF-nin 20 saylı regional ərazi filialının pensiya təminatı şöbəsinin böyük mütəxəssisi X8, 20 saylı regional ərazi filialının pensiya təminatı şöbəsinin böyük mütəxəssisi X5 və Tovuz rayon Xatınlı kənd bələdiyyəsinin sədri X2 iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, iddiaçının xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək X3 işləməsi faktının düzgünlüyü bələdiyyənin əmr kitablarına əsasən yerində yoxlanılmış, yoxlama zamanı iddiaçının Xatınlı Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli 2 nömrəli qərarı ilə Xatınlı Bələdiyyəsinin icraçı katibi təyin edilməsi faktı öz təsdiqini tapmışdır. Lakin işdən azad edilmə əmrini bələdiyyənin 2009-cu il üzrə əmr kitabı tapılmadığı üçün araşdırmaq mümkün olmamışdır. İş materiallarında olan DSMF-nin 20 saylı regional ərazi filialının pensiya təminatı şöbəsinin böyük mütəxəssisi X8, 20 saylı regional ərazi filialının pensiya təminatı şöbəsinin böyük mütəxəssisi X5 və Tovuz rayon Dövlət Arxivinin müdiri X1 iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, iddiaçının xx.xx.1993-cü ildə 77 nömrəli Əmrlə işə girməsi və xx.xx.1999-cu ildə 11 nömrəli Əmrlə işdən çıxması araşdırılmış, araşdırma zamanı iddiaçının Xatınlı sovxozunda işləməsi öz təsdiqini tapmış, akt Xatınlı sovxozunun Tovuz rayon Dövlət Arxivində saxlanılan şəxsi hesab kitabları əsasında tərtib edilmişdir. Tovuz rayon Dövlət Arxivinin əmək haqqı haqqında təqdim etdiyi xx.xx.2021-ci il tarixli 93 nömrəli Arayış akta əlavə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Tovuz rayon İcra Hakimiyyətinin Tovuz rayon Dövlət Arxivinin 209 saylı, xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, Kirov adına sovxozun və Xatınlı sovxozunun Tovuz rayon Dövlət arxivində saxlanılan sənədlərinə əsasən vətəndaş İddiaçı xx.xx.1975-ci il tarixdə 122 nömrəli əmrlə xx.xx.1975-ci il tarixdən Kirov adına sovxozun 4 nömrəli briqadasına fəhlə qəbul edilmiş, xx.xx.1980-ci il tarixdə 104 nömrəli əmrlə başqa işə getdiyinə görə 20 nömrəli briqadanın fəhləliyindən azad edilmiş, xx.xx.1985-ci il tarixdə 127 nömrəli əmrlə Kirov adına sovxoza aqronom vəzifəsinə təyin edilmiş, xx.xx.1991-ci il tarixdə 145 nömrəli əmrlə Kirov adına sovxoz ləğv edilməsi ilə əlaqədar yeni yaradılmış Xatınlı sovxozuna aqronom köçürülmüş, xx.xx.1993-cü il tarixdə 38 nömrəli əmrlə yeri ixtisara düşdüyü üçün yaşıllaşma aqronomu vəzifəsindən azad edilmiş, xx.xx.1993-cü il tarixdə 77 nömrəli əmrlə Xatınlı sovxozunda texnik təyin edilmiş, əmək haqqı 01 may 1993-cü ildən ödənilmiş, xx.xx.1996-cı il tarixində 11 nömrəli əmrlə həmin sovxozda haqq-hesab mühasibi vəzifəsinə keçirilmiş, xx.xx.1999-cu il tarixdə 11 nömrəli əmrlə islahatla əlaqədar azad edilməsi göstərilmişdir. “Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət registrinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 9 sentyabr tarixli, 496 №-li qərarı ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət registrinin yaradılması və aparılması üzrə struktur bölməsinin təsis edilməsi tapşırılmışdır. Qeyd olunan qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası statistik vahidlərin Dövlət Registri haqqında” Əsasnamənin 1-ci bəndində göstərilmişdir ki, bu Əsasnamə təsərrüfat obyektlərinin (irəlidə “obyektlər” adlanacaq) uçota alınması qaydalarını, onların fəaliyyəti haqqında məlumatların təzələnməsinin qaydasını və dövriliyini, uçot obyektlərinin Dövlət Registrinin (sonralar registr adlanacaqdır) yaradılması, aparılması və ondan istifadə olunması prinsiplərini, onun maliyyələşdirilməsi və ləğv edilməsi qaydasını müəyyən edir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1-ci bənd); Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (3.1.1-ci bənd); Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (3.1.2-ci bənd). Beləliklə, hazırkı iş üzrə nəzərə alınmalıdır ki, mübahisəli məsələ 01 yanvar 2006-cı il tarixədək əmək fəaliyyəti ilə bağlı olduğundan, iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla və iddiaçının işlədiyi müəssisə tərəfindən, eyni zamanda arxiv arayışları ilə təsdiqlənir. Qanunvericiliyin yuxarıda istinad olunan müddəaları isə sözügedən dövrün iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməli olduğunu təsbit edir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, tərəflərindən mübahisələndirilən xx.xx.2000-ci il tarixdən xx.xx.2009-cu il tarixədək (9 il 6 ay 13 gün) Tovuz rayonu “Xatınlı” bələdiyyəsində işlədiyini iddia etdiyi dövrlərdə əmək fəaliyyətinə dair əmrlər kitabının və əmək haqqı hesablanması cədvəllərinin saxlanılmasına aid heç bir məlumat aşkar edilmədiyi üçün saxlanılmadığı üçün həmin dövrlərin araşdırılması mümkün olmamışdır. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Məhkəmə kollegiyası apelyasiya şikayətində qeyd olunan dəlillərlə razılaşmayaraq aşağıdakıları qeyd edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Tovuz rayonu Xatınlı Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 09 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2000-ci il tarixli Xatınlı kənd bələdiyyə üzvlərinin yığıncağının 1 nömrəli Protokoluna əsasən İddiaçı digər iki şəxslə birlikdə seçicilərin tapşırıqlarına, ərizə və şikayətlərə nəzarət daimi komissiyasının üzvü seçilmişdir. xx.xx.2000-ci il tarixli Xatınlı kənd bələdiyyə üzvlərinin yığıncağının 2 nömrəli Protokolundan görünür ki, İddiaçı uzun müddət kənd sovetində katib işləməsi, kargüzarlıq işini yaxşı bilməsi, sənədlərin hazırlanıb qaydaya salınmasında səriştəsinin olması nəzərə alınaraq Xatınlı kənd bələdiyyəsinin icraçı katibi İddiaçı təyin edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 105 saylı X11 Dairə Seçki Komissiyasının xx.xx.2022-ci il tarixli 14 nömrəli arayışından görünür ki, iddiaçı 105 saylı Tovuz seçki dairəsindən Xatınlı Bələdiyyəsinə 1999-cu il dekabr ayının 12-də və 2004-cü il dekabr ayının 17-də Bələdiyyə üzvü seçilmişdir, 2009-cu ilədək Bələdiyyə üzvü kimi fəaliyyət göstərmişdir. Bununla bağlı birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı 105 saylı Tovuz seçki dairəsindən Xatınlı Bələdiyyəsinə 1999-cu il dekabr ayının 12də bələdiyyə üzvü seçilmiş, xx.xx.2000-ci ildə həmin bələdiyyədə həmçinin icraçı katib vəzifəsini yerinə yetirməyə başlamış, 2004-cü il dekabr ayının 17-də yenidən Bələdiyyə üzvü seçilmiş, xx.xx.2005-ci il tarixdən isə vergi toplayıcısı vəzifəsini də icra etmişdir. Göründüyü kimi, iddiaçı Xatınlı bələdiyyəsinə üzv seçilməklə yanaşı orada müvafiq vəzifə tutmaqla bələdiyyə qulluqçusunun vəzifəsini də icra etmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Tovuz rayon İcra Hakimiyyətinin Tovuz rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 209 saylı Arxiv arayışından görünür ki, iddiaçıya Xatınlı Bələdiyyəsi tərəfindən xx.xx.2001-xx.xx.2004-cü il tarixlərdə əmək haqqı ödənilmişdir. Məhkəmə bələdiyyə üzvünün bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərməsinə dair qadağanın xx.xx.2005-ci il tarixdə qanunvericiliyə daxil edildiyini (xx.xx.2004-cü il tarixdə qəbul edilmiş “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 819-İİQD nömrəli Qanunu), həmçinin yuxarıda istinad olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab etmişdir ki, iddiaçının bələdiyyə üzvü olduğu və əmək haqqını bələdiyyədən aldığı dövrlər, yəni xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixə qədər dövr də onun iş stajına daxil edilməlidir (4 il). Cavabdehin bu zaman həmin dövrün araşdırılmasının mümkün olmamasına və ya məcburi sosial sığorta haqlarının ödənilməməsinə istinad etməsi əsaslı olmamışdır. Həmçinin məhkəmə onu da qeyd etmişdir ki, iddiaçıya xx.xx.2005-ci ildən etibarən əmək haqqı ödənilməsi barədə hər hansı sübut olmadığından və bələdiyyə qanunvericiliyinə edilmiş dəyişikliyə əsasən bələdiyyə üzvünün bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərə bilmədiyi müəyyən edildiyindən, onun xx.xx.2005-ci ildən xx.xx.2006-cı il tarixədək Xatınlı Bələdiyyəsindəki işlədiyi dövr, ƏPQ-nin 21.1-ci maddəsinə əsasən isə məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi xx.xx.2006-xx.xx.2009-cu illər arasındakı dövrü iddiaçının iş stajına daxil edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixə qədər işlədiyi dövr pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməlidir. Belə ki, 18 aprel 2000-ci il tarixdə qəbul edilmiş “Bələdiyyə üzvünün statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 2-ci maddəsinə əsasən bələdiyyə üzvlərinin səlahiyyətləri yalnız bələdiyyənin səlahiyyət müddətində qüvvədədir. Bələdiyyə üzvünün səlahiyyətlərinin itirilməsinin və onun səlahiyyətlərinə xitam verilməsinin əsasları “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. - 11-ci maddəsinə əsasən səlahiyyət müddətində bələdiyyə üzvü bələdiyyənin, bələdiyyənin iclasları arasındakı dövrdə isə bələdiyyə sədrinin qabaqcadan razılığı olmadan əmək müqaviləsi ilə işlədiyi yerdə müdiriyyətinin təşəbbüsü ilə işdən çıxarıla, yaxud intizam tənbehi qaydasında azmaaşlı işə keçirilə bilməz. - 13-cü maddəsinə əsasən əmək haqqını bələdiyyədən alan bələdiyyə üzvünün əsas iş yerli bələdiyyə hesab olunur. Əmək haqqı bələdiyyə tərəfindən ödənilməyən bələdiyyə üzvü öz səlahiyyətlərini həyata keçirərkən istehsal və ya xidmət, eləcə də elmi, təhsil və yaradıcılıq fəaliyyətini dayandırmır. Bələdiyyə üzvü bələdiyyənin və ya onun daimi komissiyalarının iclasları zamanı öz daimi iş yerindəki vəzifələrinin yerinə yetirilməsindən azad olunur. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 15.2-ci maddəsinə əsasən öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvü - bələdiyyə büdcəsi hesabına aylıq əmək haqqı alan və əsas iş yeri bələdiyyə hesab edilən bələdiyyə üzvüdür. Elmi, yaradıcılıq və pedaqoji fəaliyyət istisna olmaqla, öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvü əsas iş yeri üzrə başqa yerdə işləyə bilməz. 30 noyabr 1999-cu ildə qəbul edilən “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən bələdiyyə qulluğu - yerli özünüidarə orqanlarının səlahiyyətlərini icra etmək üçün həmin orqanlarda daimi peşə fəaliyyətidir. Bələdiyyə qulluqçusu - yerli özünüidarə orqanlarında təyin olunmaqla vəzifə tutan və ödənişli əsaslarla xidmət göstərən şəxs hesab edilir. Bələdiyyə üzvləri və bələdiyyələrin fəaliyyətinin təmin olunması ilə birbaşa bağlı olmayan vəzifələri yerinə yetirən şəxslər bələdiyyə qulluqçusu hesab edilmirlər. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsində əmək pensiyalarının növləri və tərkibləri (yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası) müəyyən edilmişdir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının 4.1.2-ci bəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılır. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə pensiyanın yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. İddiaçının toplamalı olduğu sosial sığorta stajına münasibətdə kollegiya qeyd edir ki, iş materialları ilə və əmək kitabçasına əsasən 27 il 5 ay 7 gün sosial sığorta stajına malikdir. Yaş həddinə gəlincə isə 2021-ci ilin iyul ayınadək qadınların pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 62 ildir. İddiaçının xx.xx.1959-cu ildə anadan olduğunu nəzərə alaraq ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 62 yaşında, xx.xx.2021-cu il tarixdən yaşa görə əmək pensiyası hüququ yaradır. Belə olduğu təqdirdə hesab olunur ki, İddiaçı yaşa və sosial sığorta stajına görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması müddəasını nəzərə almayaraq iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüququnu pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2-1(112)-1889/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1986/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1986/2022
17.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver