Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1986/2023 01.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qаrşı “güzəştli şərtlərlə əmək pensiyasının 57 yaşından hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6388/2022 saylı, 16 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiа qaldıraraq iddiaçıya xx.xx.2018-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci ildə doğulmuşdur, xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilə qədər Ermənistan SSR Ararat rayonu, Xalisə kəndində Myasnikyan adına kolxozda koxozçu (2 il 1 ay 12 gün) işləmişdir, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər (10 ay 20 gün) Sumqayıt şəhəri 44 nömrəli Texniki Peşə məktəbində təhsil almışdır, xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilə qədər 17 nömrəli Tikinti İdarəsində (2 ay 5 gün) 3-cü dərəcəli dülgər işləmişdir, xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilə qədər (2 il 17 gün) hərbi xidmətdə olmuşdur, xx.xx.1981-ci ildən xx.xx.1989-cu ilə qədər Ermənistan SSR Ararat rayonu, Xalisə kəndində Myasnikyan adına kolxozda koxozçu (7 il 4 ay 21 gün) işləmişdir, kolxozda işlədiyi ümumi müddət 6 il 9 ay 14 gün təşkil edir, xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilə qədər (7 ay 26 gün) Bakı şəhəri Nərimanov rayonu rabitə poçt şöbəsində poçtalyon, xx.xx.1990-cı ildən xx.xx.1990-cı ilə qədər (4 ay 8 gün) “Azərnefttikinti” trestinin İstehsal texnoloji komplektləşdirmə idarəsində dülgər, xx.xx.1991ci ildən xx.xx.1991-ci ilə qədər (2 ay 3 gün) “Abadlıq” trestinin təmir-tikinti sahəsində dülgər, xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilə qədər (2 ay 21 gün) "xxxx" X1 dülgər, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilə qədər (1 il 11 gün) “Sevda” kiçik müəssisəsində dülgər, xx.xx.1991-ci ildən xx.xx.2005-ci ilə qədər (13 il 1 ay 29 gün) "xxxx" QSC-da yol xidmətində dülgər işləmişdir, beləliklə, iddiaçının xx.xx.2005-ci ilə 25 il 6 ay 15 gün ümumi iş stajı, 13 il 1 ay 29 gün zərərli iş şəraitində xüsusi stajı vardır. Hal-hazırda da "xxxx" QSC-da da əmək fəaliyyətini davam etdirir. xx.xx.2021-ci ildə 60 yaşı tamam olduğu üçün iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir, lakin iddiaçının güzəştli iş stajl xx.xx.2006-cı ilə kimi yarandığı üçün 57 yaşının tamam olduğu xx.xx.2018ci ildə güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. İddiaçının işlədiyi dülgər peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısı”nda XXVİİ.Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (********), 1.Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər (1 №li Siyahıda nəzərdə tutulmuş fəhlə peşələrindən başqa) hissəsinin (kod ********), a) fəhlələr bəndinin (kod 2290100a), dülgərlər yarımbəndinə (kod 2290100a-16671) aiddir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda bildirilmişdir ki, iddiaçının 1 yanvar 2006-cı il tarixinə qədər ümumi iş stajı 25 ildən az (24 il 3 ay 27 gün (xx.xx.1978ci il-xx.xx.1979-cu il, xx.xx.1979-cu il-xx.xx.1979-cu il, xx.xx.1979-cu il- xx.xx.1981-ci il, xx.xx.1989-cu il-xx.xx.1990-cı il, xx.xx.1990-cı il-xx.xx.1990-cı il, xx.xx.1991-ci il xx.xx.1991-ci il) dövrlərini və 6 il 9 ay 14 gün kolxozda işlədiyi dövrü təşkil edir. Qeyd olunan hal nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçıya xx.xx.2021-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6388/2022 saylı, 16 noyabr 2022-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixdə (60 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, pensiya təyinatı zamanı iddiaçının mübahisələndirilməyən ümumi iş stajı 38 il 07 ay 06 gün, güzəştli iş 26 il 01 ay 01 gün müəyyən edilmişdir. xx.xx.2018-ci il tarixə münasibətdə iddiaçının ümumi iş ştajı 25 ildən az təşkil etməsi səbəbilə, həmin pensiya təyinatının aparılması mümkün olmamışdır. İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək "xxxx" istehsalat X3, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “Sevda” kiçik müəssisəsində işlədiyini iddia etdiyi dövrlər sosial sığorta stajına daxil edilməmişdir. Sözügedən müəssisələrdədə işlədiyini iddia etdiyi dövrlərin dəqiqləşdirilməsi məqsədilə Nazirliyin “X2 Sistemi”nin “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırılma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlərin əmək pensiyası təyin edilərkən sığorta stajına daxil edilməsi nəzərdə tutulmadığından (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) qeyd olunan dövrlər ümumi sosial sığorta stajına daxil edilməmişdir. Məhkəmə qərarında internet vergi idarəsinin məlumatlarına istinad etdiyini və “Sevda" kiçik müəssisəsinin vergi ödəyicisi (VÖEN **********) kimi fəaliyyət göstədiyini bildirmişdir. Sözügedən müəssisənin məhz iddiaçının işlədiyini iddia etdiyi müəssisə olduğunu məhkəmə əsaslandırmamışdır. "xxxx" istehsalat kommersiya kiçik müəssisəsinə münasibətdə isə məhkəmə heç bir əsaslandırıcı sübut təqdim etməmişdir. Məhkəmə inzibati orqanın mübahisələndirilən dövrlərlə bağlı hər hansı bir sübut təqdim etmədiyinə əsaslansa da, işin faktiki hallarını, mübahisələndirilən dövrləri kifayət qədər araşdırmamış və düzgün hüquqi qiymət verməmişdir. İstinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlili və isin faktiki halları nəzərə alınaraq İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarına əsasən, İddiaçı ərizə ilə cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş və cavabdehin xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir, iddiaçı 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə pensiya edilməsi haqqında Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də müraciətinin təmin edilməsindən imtina edilmişdir, cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2006-cı ilə ümumi iş stajı qanunvericiliklə tələb ediləndən – 25 ildən az olmuşdur. İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinasını əsassız hesab edərək hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” 19 noyabr 2021-ci il tarixli, ********** nömrəli imtina məktubu almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: - 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Qanunvericilik normalarından göründüyü kimi, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin 57 yaş həddinə çatmalıdır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İddiaçının müəyyən olunmuş yaş həddinə çatması işin mübahisəsiz halıdır. İddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla 57 yaşı xx.xx.2018-ci il tarixdə tamamlamışdır. İddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda nəzərdə tutulan peşələrdə iş stajının minimum 12 il 6 ay olması işin mübahisəsiz halıdır. Belə ki, iş mtaeriallarında olan "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli A/165 nömrəli arayışından görünür ki, İddiaçı Bakı Metropoliteninin Yol xidmətində xx.xx.1992-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək dülgər peşəsində çalışmışdır (yalnız gecə işi, xüsusi zərərli əmək şəraiti). xx.xx.2014-cü il tarixindən xx.xx.2018-ci il tarixinədək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Yol xidmətində dülgər (yalnız gecə işi, xüsusi zərərli əmək şəraiti), xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək yol montyoru (yalnız gecə işi, xüsusi zərərli əmək şəraiti) peşələrində çalışmışdır. xx.xx.2018-ci il tarixindən Birləşmiş Emalatxanalarda dülgər peşəsində (12% zərərli əmək şəraiti) işləyir. İddiaçı güzəştli şərtlərlə əmək stajına və yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir, onun xüsusilə zərərli əmək şəraitində işlədiyi peşələr üzrə iş stajı 26 il 01 ay 01 gün (iyirmi altı il bir ay bir gün) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 21.5 Metropolitenlər (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) və 29-cu Bina, qurğu və digər obyektlərin inşası, yenidənqurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər maddəsinin “a" bəndləri ilə tənzimlənir. Gecə saatlarına görə İddiaçı əmək haqqına 40% (qırx), xüsusi zərərli iş şəraitində işlədiyinə görə 24% (iyirmi dörd) əlavə ödənc hesablanırdı, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü verilirdi. Qeyd: Yol montyoru - yol fəhləsi (yalnız gecə işi, xüsusi zərərli əmək şəraiti) hesab edilir. Göründüyü kimi, iddiaçının xx.xx.1992-ci ildən xx.xx.2005-ci ilə qədər (13 il 1 ay 29 gün) "xxxx" QSC-da Yol xidmətində işlədiyi dülgər peşəsi (kod 2290100a-16671) xx.xx.2007-ci ilə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №li qərarı ilə təsdiq olunan “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №li siyahısı”nın “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinə (********) əsasən: 1.Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər (1 №li Siyahıda nəzərdə tutulmuş fəhlə peşələrindən başqa) hissəsinin (kod ********), a) fəhlələr bəndində (2290100a) güzəştli şərtlərlə pensiya hüququ verən peşədir. İşin mübahisəli halı ümumi iş stajının xx.xx.2006-cı il tarixədək 25 ildən az olması ilə bağlıdır. Belə ki, cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə (60 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2018-ci il tarixə münasibətdə iddiaçının ümumi iş ştajının 25 ildən az təşkil etməsi səbəbilə, pensiya təyinatının aparılması mümkün olmamışdır. İşin hallarından göründüyü kimi, cavabdeh iddiaçının xx.xx.2006-cı il tarixədək 24 il 3 ay 27 gün (xx.xx.1978-ci il - xx.xx.1979-cu il, xx.xx.1979-cu il - xx.xx.1979-cu il, xx.xx.1979-cu il - xx.xx.1981-ci il, xx.xx.1989-cu il - xx.xx.1990-cı il, xx.xx.1990-cı ilxx.xx.1990-cı il, xx.xx.1991-ci il - xx.xx.1991-ci il) dövrlərini və 6 il 9 ay 14 gün kolxozda işlədiyi dövrü mübahisələndirilmir. Mübahisələndirilən dövr iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək "xxxx" istehsalat X3, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “Sevda” kiçik müəssisəsində işlədiyini firmasında işlədiyi dövrlərdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin qeyd edilən dəlili əsassızdır. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus ******* nömrəli kolxozçunun əmək kitabçasının notarial təsdiq olunmuş və ******* nömrəli əmək kitabçasının surətlərindən görünür ki, iddiaçı aşağıdakı vəzifələrdə çalışmışdır: xx.xx.1976-xx.xx.1978-ci illərdə Ermənistan SSR Ararat rayonu, Xalisə kəndi Myasnikyan adına kolxozda kolxozçu (02 il 01 ay 12 gün); xx.xx.1978-xx.xx.1979-cu illərdə Sumqayıt şəhəri 44 nömrəli Texniki Peşə məktəbində təhsil almışdır (10 ay 20 gün); xx.xx.1979-xx.xx.1979-cu illərdə 17 nömrəli Tikinti İdarəsində 3-cü dərəcəli dülgər (02 ay 05 gün); xx.xx.1979-xx.xx.1981-ci illərdə hərbi xidmətdə olmuşdur (2 il 17 gün); xx.xx.1981-xx.xx.1989-cu illərdə Ermənistan SSR Ararat rayonu, Xalisə kəndində Myasnikyan adına kolxozda kolxozçu (07 il 04 ay 21 gün); xx.xx.1989-xx.xx.1990-cı illərdə Bakı şəhəri Nərimanov rayonu rabitə poçt şöbəsində poçtalyon (07 ay 26 gün); xx.xx.1990-xx.xx.1990-cı illərdə “Azərnefttikinti” trestinin İstehsal texnoloji komplektləşdirmə idarəsində dülgər (04 ay 08 gün); xx.xx.1991-xx.xx.1991-ci illərdə “Abadlıq” trestinin təmir-tikinti sahəsində dülgər (02 ay 03 gün); xx.xx.1991-xx.xx.1991-ci illərdə "xxxx" X1 dülgər (02 ay 21 gün); xx.xx.1991-xx.xx.1992-ci illərdə “Sevda” kiçik müəssisəsində dülgər (01 il 11 gün); xx.xx.1991-xx.xx.2005-ci illərdə "xxxx" QSC-da yol xidmətində dülgər (13 il 1 ay 29 gün). Göründüyü kimi, iddiaçının mübahisəli dövrlərdə (xx.xx.1991-xx.xx.1992-ci illər arası dövr) "xxxx" İstehsalat-Kommersiya və “Sevda” kiçik müəssisələrində işləməsi barədə əmək kitabçasında məlumatlar mövcud olduğundan, aparılan qeydlərdə şübhəli məqam mövcud olmadığından, qeydlərdə ardıcıllıq pozulmadığından və əmək kitabçasının mötəbərliyi şübhə doğurmadığından, həmçinin, cavabdeh tərəfindən iddiaçının sözügedən müəssisələrdə dülgər işləməsini təkzib edən sübutlar təqdim edilmədiyindən, həmin dövrlərin iddiaçının əmək stajına daxil edilməli olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Bundan əlavə iş materiallarına əlavə edilmiş X5 məxsus ******* nömrəli və X7 məxsus ******* nömrəli əmək kitabçalarının notarial təsdiq edilmiş surətlərindən görünür ki, iddiaçı ilə eyni dövrlərdə həmin şəxslər də “Sevda” kiçik müəssisəsində işləmişlər.Onların da əmək kitabçalarında aparılan qeydin mötəbərliyinə şübhə mövcud deyildir. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, VÖEN ********** olan “Sevda” xüsusi kiçik müəssisəsi xx.xx.1991-ci ildə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 1iya təyini üçün mübahisələndirilən dövr ( 8 ay 3 gün) “Sevda” kiçik müəssisəsində işlədiyi dövrlərlə tamamlandığından prosessual qənaət prinsipinə əsasən məhkəmə kollegiyası əlavə araşdırmaya lüzum görmür. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. - 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 83-cü maddəsinin 2-ci bəndinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. - 87-ci maddəsinin 1-ci bəndinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmin maddənin 2-ci bəndinə əsasən işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Hazırki iş üzrə iddiaçıya məxsus əmək kitabçasında aparılmış qeydlərdən görünür ki, həmin qeydlər qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə tam uyğundur (İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın günü, ayı və ili barədə qeydlər göstərilmiş, həmin qeydlər müvafiq əmrlərlə rəsmiləşdirilərək, müəssisənin rəhbəri tərəfindən imzalanmaqla, müəssisənin möhürü ilə təsdiqlənmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür): 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. - 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bununla da, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6388/2022 saylı, 16 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6388/2022 saylı, 16 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1986/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1986/2023
01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver