Məhkəmə qərarları › İş №2-1(103)-1986/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1986/2024

06.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1986/2024 06.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və X6 məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilməklə “bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7149/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023cü il tarixli **********47, 321-3-30/2-847/2023 saylı imtinasının əsaslı hesab edilməməsi və Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsində yerləşən 600,0 kv. metr torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı şəhəri Qaradağ rayon X2 xx.xx.1991-ci il tarixli 9/290 saylı qərarı ilə ayrılmış Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsində yerləşən 600,0 kv.metr bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Məhkəmənin qərardadları ilə iş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və X6 məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7149/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı Bakı şəhəri Qaradağ rayon X2 xx.xx.1991-ci il tarixli 9/290 saylı qərarı ilə ayrılmış Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsində yerləşən 600,0 kv.metr bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Eyni zamanda iddiaçı X6 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli imtinasının əsassız hesab edilməsi və Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsində yerləşən 600,0 kv.metr torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7196/2023 saylı 08 avqust 2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. xx.xx.2023-cü il tarixdə X5 məhkəməyə ərizə təqdim edərək, atası X3 iddiası üzrə qəbul edilmiş qərarın surətinin ona verilməsini xahiş etmişdir. Eyni tarixdə X5 Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7196/2023 saylı 08 avqust 2023-cü il tarixli qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-4051/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X5 mərhum iddiaçı X3 prosessual hüquq varisi kimi tanınmış və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7196/2023 saylı, 08 avqust 2023-cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti mümkün hesab edilmişdir. Hazırda hər iki inzibati iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının icraatında olan 2-1(103)-1986/2024 nömrəli inzibati iş 2-1(103)-678/2024 nömrəli inzibati işlə bir icraatda birləşdirilməlidir. Məhkəmə kollegiyası onu qeyd etməyi zəruri hesab edir ki, AR İPM-nin “Apellyasiya instansiyası məhkəməsində şikayət üzrə icraat” adlanan fəslində göstərilən 81.3-cü maddəyə əsasən Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Həmin Məcəllənin 56.3-cü maddəsinə əsasən məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Normanın məzmunundan göründüyü kimi, inzibati prosessual qanunvericilik mübahisə predmeti eyni olan müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsinin mümkünlüyünü və zəruriliyini nəzərdə tutur. Bir neçə iddia tələbinin bir icraatda birləşdirilməsinin əsas məqsədi qarşılıqlı əlaqəsi olan iddia tələblərinin tez və düzgün həll edilməsindən ibarətdir. Qanunvericiliyin tələbinə görə bir neçə iddia tələbinin bir icraatda birləşdirilməsinin obyektiv əsaslarına həmin tələblərin – mübahisə predmetlərinin eyni növlü olması aiddir. Bir neçə iddia tələbinin bir icraatda birləşdirilməsinin zəruriliyi məsələsi işə baxan məhkəmənin səlahiyyətinə aid edilməklə onun tərəfindən həll edilir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan yuxarıda qeyd edilən işlər üzrə iddia tələbləri bir-biri ilə əlaqəli olduğundan və birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədəmüvafiq olduğundan müstəqil işlər bir icraatda birləşdirilməlidir. Odur ki, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının icraatında mübahisə predmetləri eyni olan İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “İddiaçı Bakı şəhəri Qaradağ rayon X2 xx.xx.1991-ci il tarixli 9/290 saylı qərarı ilə ayrılmış Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsində yerləşən 600,0 kv.metr bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(103)-1986/2024 nömrəli inzibati iş iddiaçı X3 prosessual hüquqi varisi X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli imtinasının əsassız hesab edilməsi və Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsində yerləşən 600,0 kv.metr torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabehə həvalə edilməsi” tələbinə dair 2-1(103)-678/2024 nömrəli inzibati işlə bir icraatda birləşdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 56.1,56.3 və 83.3.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “İddiaçı Bakı şəhəri Qaradağ rayon X2 xx.xx.1991-ci il tarixli 9/290 saylı qərarı ilə ayrılmış Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsində yerləşən 600,0 kv.metr bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(103)-1986/2024 nömrəli inzibati iş iddiaçı X3 prosessual hüquqi varisi X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli imtinasının əsassız hesab edilməsi və Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsində yerləşən 600,0 kv.metr torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabehə həvalə edilməsi” tələbinə dair 2-1(103)-678/2024 nömrəli inzibati işlə bir icraatda birləşdirilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar