Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1986/2025 19.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum X9 mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum X9 mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3435/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT:
1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 1 saylı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum X8 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Sonradan iddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi, ev 69 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum X9 mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” kimi qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1965-ci ildə Ermənistanın Quqark rayonunda anadan olmuş, əri X11 ilə elə həmin rayonda ailə həyatı qurmuş və 1988-ci ilədək həmin rayonda yaşamışlar. Lakin ermənilərin amansız etnik təmizləmə siyasəti nəticəsində 1988-ci ildən Ermənistanın Quqark rayonunu tərk edərək, ailəsi birlikdə Bakı şəhərində məskunlaşmışlar. Nərimanov rayon Xalq Deputatları soveti icraiyyə komitəsinin xx.xx.1989-cu il tarixli Ermənistan SSR-dən gəlmiş Azərbaycan millətindən olan vətəndaşların qeydiyyatı haqqında Qərardan görünür ki, Ermənistan SSR-dən gəlmiş azərbaycan millətindən olan vətəndaşların Qeydiyyat uçotunun Bakı şəhərini tərk etmiş erməni millətindən olan vətəndaşlarla qarşılıqlı razılaşma əsasında həyata keçirilməsi qərara alınmışdır. Həmin qərarın 41-ci bəndində mərhum Əhmədov A.M və ailəsi qeydə alınmışdır. Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi, ev 69 ünvanında yerləşən mənzili Bakı şəhərini tərk etmiş erməni millətindən olan vətəndaş X1rşılıqlı razılıq əsasında almışlar. Həmin vaxtdan mənzildə yaşamışlar. İddiaçı və övladları hazırda həmin ünvanda qeydiyyatdadırlar. İddiaçının yoldaşı X11 xx.xx.2022-ci il tarixində vəfat etmişdir və ondan miras qalış Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi, ev 69 ünvanında yerləşən fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması məqsədilə 1 saylı Bakı ASAN Xidmət Mərkəzinin notariat ofisinə müraciət etmişdir. Notariat ofisi tərəfindən yoldaşı X8 vəfatı ilə əlaqədar vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən edilmişdir. Lakin hazırda faktiki yaşadıqları fərdi yaşayış evinin çıxarışı olmadığına görə, notariat ofisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə edilmiş müraciətdə hazırda faktiki olaraq yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi, ev 69 ünvanında yerləşən fərdi yaşayış evinə dair yoldaşı mərhum X8 adına çıxarış verilməsi xahiş edilmişdir. Lakin xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən ona imtina məktubu gəlmiş və bildirilmişdir ki, fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Daşınmaz əmlakın dövlət reyestri haqqında’' Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Eyni zamanda bildirilmişdir ki, X12 xx.xx.2002-ci il tarixli arxiv arayışı fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması üçün əsas hesab edilmir. Adıçəkilən orqan tərəfindən imtinanın əsası düzgün qeyd edilməmişdir. Belə ki: “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” AR Prezidentinin xx.xx.2001-ci il tarixli 562 nömrəli Fərmanının 25 may 2006-cı il tarixədək qüvvədə olan redaksiyasının 7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, yerli icra hakimiyyətləri orqanları ilə birlikdə 1988-1992-ci illərdə erməni millətçilərinin zorakı hərəkətləri nəticəsində Ermənistan Respublikasından çıxarılan və Azərbaycan Respublikasında məskunlaşan vətəndaşların yaşadıqları tikililərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələrini əvəzsiz olaraq həmin vətəndaşların mülkiyyətinə verilməsini təmin etsin. Həmin Fərman xx.xx.2001-ci il tarixdə verilərkən biz artıq adıçəkilən mənzildə yaşadığımıza görə bizə münasibətdə 7-ci bənd tətbiq edilməlidir. İddiaçı belə bir iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmiş və hesab edir ki, inzibati orqan məsələyə düzgün hüquqi qiymət vermədiyinə görə məhkəmə tərəfindən iddianın təmin edilməsi barədə qərar qəbul edilməlidir.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3435/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə, iddia tələbi təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi, ev 69 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum X9 mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.
5. Qərardan narazı qalan cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
6. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi tərəfindən iddiaçının göstərdiyi əmlakın ayrıca fərdi yaşayış evi olması qeyd edilsə də, iddiaçı tərəfindən göstərilən hissələr X3, X4 və Rüstəmov ƏləddinQüdrət oğlunun adına qeydiyyata alınmış fərdi yaşayış evinin bir hissəsidir. Fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, X12 xx.xx.2002-ci il tarixli arxiv arayışı fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması üçün əsas hesab edilmir. İdarənin mütəxəssisləri tərəfindən göstərilən daşınmaz əmlaka yerli baxış zamanı məlum olmuşdur ki, əmlak ümumi həyət tipli binada birinci və ikinci mərtəbədə yerləşir. Sözügedən daşınmaz əmlakda yenidənqurma işləri və əlavə tikinti işləri aparılmışdır. Həmçinin bildirir ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi **********37-10301 reyestr nömrəsi ilə X3, X4 və X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və xx.xx.2015-ci il tarixli texniki pasport tərtib edilmişdir. İddiaçının istifadəsində olan (sonradan tikilmiş tikililər istisna olmaqla) sahələr sözügedən texniki pasportda öz əksini tapmışdır. Belə ki, faktiki olaraq texniki pasportda qeyd olunan 1, 5, 6 saylı və birinci mərtəbədə 1, 2, 4, 12 saylı sahələr iddiaçının istifadəsindədir, həmçinin qonşuların adına tərtib edilmiş texniki pasportda göstərilən sahələrin bir hissəsi üst-üstə düşür. Tərəflərin izahatları:
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin əsassız olduğunu, təmin edilməyərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
8. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmiş və bunun hər hansı üzürlü səbəblə əlaqəli olub-olmadığı barədə məhkəməyə hər hansı məlumat verməmişdir.
9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir.
İŞİN HALLARİ:
10. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1965-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır.
11. xx.xx.1989-cu il tarixli etibarnamələrdən görünür ki, X11 yaşadığı Ermənistan SSR, Quqark rayonu, Allavar kəndi ünvanını, X7 isə öz növbəsində ünvan 6nında yerləşən evin öz aralarında dəyişmə və qeydiyyatdan keçirilməsi (rəsmiləşdirilməsi) hərəkətlərinin edilməsinə icazə vermişlər.
12. Ədliyyə Nazirliyi 1 saylı Bakı “Asan xidmət” Mərkəzində notariat ofisinin 780 nömrəli, 21 iyun 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X8 xx.xx.2022-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsə arvadı-İddiaçı ərizəsi əsasında vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olmuşdur.
13. Nərimanov rayon Xalq deputatları Sovetinin icraiyyə komitəsinin 12 aprel 1989-cu il tarixli, 11 nömrəli qərarına əsasən Ermənistan SSR-dən gəlmiş azərbaycan millətindən olan vətəndaşların, texniki vəziyyətindən, yaşayış sahəsinin ölçüsü və yerləşdiyi yerdən asılı olmayaraq, özbaşına inşa edilmiş tikililərdə (binalarda) daimi qeydiyyat uçotuna alınmasını həyata keçirməyi RDİŞ RJU-ya tapşırmaq, Qeydiyyat uçotunun icraiyyə komitəsi və ya notariat kontoru tərəfindən təsdiq edilmiş Bakı şəhərini tərk etmiş erməni millətindən olan vətəndaşlarla qarşılıqlı razılaşma əsasında həyata keçirilməsi qərara alınmışdır. (41. Əhmədov A.M)
14. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanlandığı xx.xx.2023-cü il tarixli, 3-21—3-30/2-J0976-8/2023 **********05 nömrəli məktubuna əsasən bildirilmişdir ki, fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, X12 xx.xx.2002-ci il tarixli arxiv arayışı fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması üçün əsas hesab edilmir.
15. xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda aşağıdakılar qeyd edilmişdir: mülk ümumi həyət tipli binada 1 və 2-ci mərtəbələrdə yerləşir, mülkdə yenidən qurma və əlavə tikinti işləri aparılması səbəbindən ilkin vəziyyətini müəyyən etmək mümkün olmamış, mülkün faktiki vəziyyətini əks etdirən razılaşdırılmış layihə və digər sənədlər toplusu idarəyə təqdim edilməmiş, MQS-də araşdırma zamanı məlum olmuşdur ki, Ü.Bünyadzadə küçəsi 67, 69, 71 nömrəli mülkə fərdi yaşayış evi kimi xx.xx.2015-ci ildə t/p-t tərtib edilmiş, həmin t/p-da mülk 2+ y/zirzəmi mərtəbəli, 19 yaşayış otağından və ümumi sahəsi 364.6 kv.m olduğu göstərilmiş, **********37-10301 reyestr nömrəli çıxarışda mülkün ümumi sahəsi 364.6 kv.m olduğu göstərilsə də 3-nəfər payçıların adına yalnız 213.1 kv.m ümumi sahəsi olmaqla 9 yaşayış otağı qeydiyyata alınmış, qalan sahələr və otaqlar barədə MQS-də məlumat aşkar edilməmiş, araşdırma zamanı ərizəçinin istifadəsində olan sahələrdə (sonradan tikilmiş tikililər istisna olmaqla) həmin texniki pasportda öz əksini tapmış, faktiki olaraq t/p-da y/zirzəmi mərtəbədəki 1, 5, 6 saylı və 1-ci mərtəbədəki 1, 2, 4, 12 saylı sahələr ərizəçinin istifadəsindədir.
16. Seriya RX, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarışa əsasən, ünvan 8 ünvan paylı mülkiyyət hüququ ilə X5 məxsusdur.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; Mülkiyyət hüququ dedikdə, elə bir subyektiv mülki hüquq başa düşülür ki, bu hüquq qanunvericilikdə nəzərdə tutulmuş qaydada və şərtlərlə yaranır, mülkiyyətçinin özünə məxsus əşyaya öz mülahizəsinə görə sahiblik, əmlakdan istifadə və onun haqqında sərəncam vermək səlahiyyətlərini ifadə edir. 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
18. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar;
19. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”: 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;.”
20. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”: 1.1. Bu qaydalar Azərbaycan Respublikasında ünvan reyestrinin aparılmasını və daşınmaz əmlak obyektlərinə ünvanın verilməsini tənzimləyir. 1.4. Ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. 1.5. Ünvan reyestrinin aparılması və ünvanların verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) tərəfindən həyata keçirilir. 3.2. Daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.4. daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqda;
21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ:
24. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
26. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır.
27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
28. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşır və hesab edir ki, işin birinci instansiya məhkəməsində araşdırılması zamanı mübahisənin faktiki hallarına düzgün qiymət verilmişdir.
29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.
30. İşin faktiki hallarından müəyyən olur ki, Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi, ev 69 ünvanında yerləşən mənzili Bakı şəhərini tərk etmiş erməni millətindən olan vətəndaş X1rşılıqlı razılıq əsasında, iddiaçının Ermənistanda olan fərdi ev ilə dəyişmə əsasında əldə etmişdir. Evlərin dəyişdirilməsi qarşılıqlı razılıqları əsasında notariat qaydasında təsdiq edilmiş müvafiq etibarnamələr ilə rəsmiləşdirilmişdir.
31. Cavabdeh inzibati orqan apelyasiya şikayətində qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. X12 xx.xx.2002-ci il tarixli arxiv arayışı fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması üçün əsas hesab edilmir.
32. Apelyasiya şikayətinin həmin dəlilinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, Nərimanov rayon Xalq deputatları Sovetinin icraiyyə komitəsinin 12 aprel 1989-cu il tarixli, 11 nömrəli qərarına əsasən Ermənistan SSR-dən gəlmiş azərbaycan millətindən olan vətəndaşların, texniki vəziyyətindən, yaşayış sahəsinin ölçüsü və yerləşdiyi yerdən asılı olmayaraq, özbaşına inşa edilmiş tikililərdə (binalarda) daimi qeydiyyat uçotuna alınmasını həyata keçirməyi RDİŞ RJU-ya tapşırmaq, Qeydiyyat uçotunun icraiyyə komitəsi və ya notariat kontoru tərəfindən təsdiq edilmiş Bakı şəhərini tərk etmiş erməni millətindən olan vətəndaşlarla qarşılıqlı razılaşma əsasında həyata keçirilməsi qərara alınmışdır. Qərarda 41-ci bənddə mərhum X11 və ailə tərkibi göstərilmişdir. Beləliklə, həmin qərara əsasən, iddiaçının dövlət qeydiyyatına alınmasını arzuladığı fərdi yaşayış evi üzərində iddiaçının mərhum ərinin mülkiyyət hüququ yaranmışdır.
33. Cavabdeh tərəfindən irəli sürülən digər dəlil ondan ibarətdir ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi **********37-10301 reyestr nömrəsi ilə X3, X4 və X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və xx.xx.2015-ci il tarixli texniki pasport tərtib edilmişdir. İddiaçının istifadəsində olan (sonradan tikilmiş tikililər istisna olmaqla) sahələr sözügedən texniki pasportda öz əksini tapmışdır. Belə ki, faktiki olaraq texniki pasportda qeyd olunan 1, 5, 6 saylı və birinci mərtəbədə 1, 2, 4, 12 saylı sahələr iddiaçının istifadəsindədir, həmçinin qonşuların adına tərtib edilmiş texniki pasportda göstərilən sahələrin bir hissəsi üst-üstə düşür.
34. Bununla bağlı Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli ünvana 10 dekabr 2024-cü il tarixdə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, ümumi həyətdə iddiaçıya məxsus fərdi yaşayış evi mövcuddur, həmin həyətdə qonşulara məxsus fərdi yaşayış evləri də vardır. İddiaçının evi isə ayrıca tikili olmaqla, digər evlər ilə bir damın altında deyildir.
35. Eyni zamanda, xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda aşağıdakılar qeyd edilmişdir: mülk ümumi həyət tipli binada 1 və 2-ci mərtəbələrdə yerləşir, mülkdə yenidən qurma və əlavə tikinti işləri aparılması səbəbindən ilkin vəziyyətini müəyyən etmək mümkün olmamış, mülkün faktiki vəziyyətini əks etdirən razılaşdırılmış layihə və digər sənədlər toplusu idarəyə təqdim edilməmiş, MQS-də araşdırma zamanı məlum olmuşdur ki, Ü.Bünyadzadə küçəsi 67, 69, 71 nömrəli mülkə fərdi yaşayış evi kimi xx.xx.2015-ci ildə t/p-t tərtib edilmiş, həmin t/p-da mülk 2+ y/zirzəmi mərtəbəli, 19 yaşayış otağından və ümumi sahəsi 364.6 kv.m olduğu göstərilmiş, **********37-10301 reyestr nömrəli çıxarışda mülkün ümumi sahəsi 364.6 kv.m olduğu göstərilsə də 3-nəfər payçıların adına yalnız 213.1 kv.m ümumi sahəsi olmaqla 9 yaşayış otağı qeydiyyata alınmış, qalan sahələr və otaqlar barədə MQS-də məlumat aşkar edilməmiş, araşdırma zamanı ərizəçinin istifadəsində olan sahələrdə (sonradan tikilmiş tikililər istisna olmaqla) həmin texniki pasportda öz əksini tapmış, faktiki olaraq t/p-da y/zirzəmi mərtəbədəki 1, 5, 6 saylı və 1-ci mərtəbədəki 1, 2, 4, 12 saylı sahələr ərizəçinin istifadəsindədir.
36. Göründüyü kimi ünvan 8 ünvan paylı mülkiyyət hüququ ilə X5 məxsus olması sənədlərdə göstərilsə də, iddiaçının istifadə və sahiblik etdiyi ev fərqli yaşayış sahəsidir. Onu da qeyd etmək lazımdır ki, həmin vətəndaşlar arasında sözügedən əmlak barədə heç bir mübahisə olmamışdır.
37. İş materiallarında olan daşınmaz əmlaklara dair çıxarışlardan görünür ki, mübahisəli evinin yerləşdiyi həyətdə eyni sənədlərə malik olan qonşuların evləri daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınmışdır. Belə olan halda cavabdeh inzibati orqan tərəfindən iddiaçının mərhum ərinin qanuni əsaslarla əldə etdiyi daşınmaz əmlaka dair mülkiyyət hüququnun qeydə alınmasından və daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsindən imtinası iddiaçının hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına səbəb olmuşdur. Xüsusən də hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi pozulmuşdur.
38. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.4-cü maddəsinə əsasən, inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 13.2-ci maddəsinə əsasən, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur.
39. Beləliklə, bərabər əsasla əldə edilmiş daşınmaz əmlaka dair digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışların verildiyi halda, eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdehin imtinası əsaslı və qanuni olmamış, mövcud inzibati praktikaya zidd olmuşdur.
40. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir: 1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
41. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına dair əsasların dairəsini konkret müəyyən edir. Buna əsasən, Kollegiya hesab edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından və buna dair arayışın verilməsindən imtina edilməsinə qanuni əsaslar mövcud deyildir, cavabdehin imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
42. İnzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipinə əsasən, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.
43. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).
44. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
45. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
46. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
47. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
48. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3435/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.