Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1987/2025 07.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyini və ödənilməmiş məbləğin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1201/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 60 (altmış) yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Həmin müraciətə xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunur ki, xx.xx.1984-xx.xx.2006-ci il tarixləri arasındakı dövrdə işləyib-işləməməsinə dair əsaslı şübhələr yaranmışdır. Göstərilən səbəbdən də həmin dövr iş stajına daxil edilməmişdir. xx.xx.1984-xx.xx.1992-ci il tarixlərində '’Enerjiquraşdırma KЕМ” ASC-də quraşdırıcı, xx.xx.1992-xx.xx.2008-ci il tarixlərində boru kəmərlərinin qazla kəsilməsi peşəsində işləmişdir. Bu faktlar həm ИТ-İ № ******* saylı əmək kitabçasında, həm də"xxxx" ASC tərəfindən verilən arayışda təsdiqlənir. Həmin arayışda göstərilir ki, işlədiyim peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixlil2 saylı Qərarı ilə təsdiq edilmiş siyahıya (fəsil 35) uyğun olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verir. xx.xx.1981 -xx.xx.1983- cü il tarixlərində hərbi xidmətdə olmuşdur və müharibə veteranıdır. H3 № ******* saylı hərbi biletinin surətini və müharibə veteranı vəsiqəsinin surətini iddia ərizəsinə əlavə edmişdir. xx.xx.1984-xx.xx.1984-cü il tarixlərində isə Bakı şəhəri 22 №-li Peşə Məktəbində təhsil almışdır. Filialın imtina məktubunda qeyd etdiyi xx.xx.1984xx.xx.2006- cı il tarixləri arasındakı dövrdə işləyib-işləməməyi ilə bağlı mövqeyi haqlı deyildir. Belə ki, Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, “İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.” "Əmək pensiyaları haqqında" İddiaçının işlədiyi dövrləri, hərbi xidmət və təhsil illərini nəzərə alaraq 25 ildən çox sığorta stajı vardır və bu müddətin 12 il 06 ayından çoxunu güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq işlərdə çalışmışdır. Ona görə də 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1201/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 60 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Mətkəzi Filiala müaciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçının müraciətinə Mərkəzi Filialda baxılmış və Mərkəzi Filialın müraciətə cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli 3-27-1/2-M-91943/2023 nömrəli məktubda bildirilmişdir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilmir. Cavabdeh tərəfindən bildirilir ki, Z.X5 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun ümumi iş stajı 26 il 11 ay (xx.xx.2006cı il tarixinədək 23 il 5 ay əmək stajı (xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1984-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) həmin tarixdən sonra 3 il 6 ay sığorta stajı)) təşkil edir. İddiaçının xx.xx.2006-cı il tarixədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 23598,50 manat, həmin tarixdən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 2891,91 manat olmaqla cəmi pensiya kapitalı 26490,41 manat olmaqla qanunvericilikdə tələb olunan məbləğdən azdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Bina, qurğu və digər obyektləri inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr (a) yarımbəndində sənaye dəmir-beton borularının boruçəkənləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin İddiaçı dair K/26 nömrəli arayışında xx.xx.1984-xx.xx.1992-ci il tarixləri arasındakı dövrdə adıçəkilən müəssisədə quraşdırıcı, xx.xx.1992-xx.xx.2008-ci il tarixləri arasındaki dövr ərzində isə boru kəmərlərinin qazla kəsilməsi peşələrində işlədiyi qeyd olunub. İddiaçının işlədiyi vəzifələr sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Siyahı üzrə müəyyən edilmiş sənaye dəmir-beton borularının boruçəkənləri vəzifəsinə uyğun deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı yoxdur. Bundan başqa, araşdırma zamanı xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqları iddiaçının fərdi hesabın sığorta hissəsində yalnız 2007-ci ilin 4 ayı üzrə sığorta ödənişlərinin öz əksini tapdığı müəyyən edilib. Bu səbəbdən də İddiaçı xx.xx.1984-xx.xx.2006-cı il tarixləri arasındakı dövrdə də işləyib-işləməməsinə dair əsaslı şübhələr yaranmışdır. Qeyd edilənlərə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblər baxımından mümkün hesab edilmir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu, təmin edilməyərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi 29 iyun 2022-ci il tarixindən qüvvədə olan Qanunun 9.1-ci maddəsinin tələbinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kişilər üçün yaş 60 yaşın tamam olması (Qanunun 7-ci maddəsi ilə nəzərdə tutulmuş 1 iyul 2020-ci il tarixdən kişilər üçün 65 yaş həddi 5 il azaldılmaqla), 25 il ümumi iş stajı və 12 il 06 ay güzəştli iş stajı toplaması tələb olunur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin v bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; - “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qeyd edilən normalardan görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə mübahisə üzrə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun 60 yaşı, həmin tarixə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün azı 25 il stajı (ümumi) və bu müddətin azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahısı üzrə güzəştli iş stajı olmalıdır. Hazırki işdən görünür ki, İddiaçı ona 60 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini tələb edir. İşdən aydındır ki, iddiaçı xx.xx.1962-ci ildə anadan olub və 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. İnzibati orqana müraciət etdiyi tarixdə isə 60 yaşı tamam olmuşdur. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1962-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş H3 ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1981-ci ildə hərbi xidmətə çağırılmış, xx.xx.1983-ci ildə hərbi xidmətdən tərxis edilmişdir. İş materiallarına əlavə edilmiş Г 601654 nömrəli diplomdan görünür ki, İddiaçı xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilə qədər 22 nömrəli peşə məktəbində çilingər ixtisası üzrə təhsil almışdır. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus 25 avqust 1981-ci il tarixli, ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1984-cü il tarixində "xxxx" ASC-də quraşdırıcı vəzifəsinə təyin edilmiş, xx.xx.1989-cu ildə 3-cü dərəcəli quraşdırıcı vəzifəsinə keçirilmiş, xx.xx.1990-cı ildə 4-cü dərəcəli quraşdırıcı vəzifəsinə keçirilmiş, xx.xx.1992-ci ildə boru kəmərlərinin qazla kəsilməsi üçün 5-ci dərəcəli quraşdırıcı keçirilmiş, xx.xx.2001-ci ildə Abşeron quraşdırma İdarəsinin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmışdır. xx.xx.2008-ci ildə işdən azad edilmişdir. Göründüyü kimi, iddiaçının 25 ildən artıq ümumi iş stajının olması iş materialları ilə təsdiq olunur. 12 il 6 ay güzəştli iş stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin stajın mövcudluğu iş materillarına əlavə edilmiş arayışlarla öz təsdiqini tapır. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilən arayışdan görünür ki, X3 xx.xx.1981-ci ildə hərbi qulluqda olub. xx.xx.1984-cü ildə Bakı şəhəri 22№-li Peşə Məktəbin qutarıb, Diplom No: 601654, 27.08,1984-cü ildə Kavkazenerjiqııraşdırma trestin Abşeronquraşdırma idarəsinə 265/k əmrlə 4-cü dərəcə quraşdırıcı işinə qəbul edilmişdir. xx.xx.1990-cı ildə 6№-li əmrlə 3-cü dərəcəli quraşdırıcı işinə qəbul olunmuşdur. xx.xx.1990-cı ildə 96№-li əmrə əsasən 4-cü dərəcəli quraşdırıcı işinə qəbul olmuşdur. xx.xx.1992-ci ildə 43/k əmrə əsasən boru kəmərlərinin qazla kəsiiməsi üçün 5- ci dərəcəni almışdır. xx.xx.2008-ci ildə Öz xahiş ilə 68h 2/a əmri ilə işdən azad olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 2 saylı qərarı ilə təsdiq edilmiş siyahıda (fəsil 35), qazla kəsicilərlə eyni işi görür. Mingəçevir, Sumqayıt, Şimal elektrik stansiyasında və Bayramzadə adına istilik elektrik stansiyalarında quraşdırma və təmir işlərində qazla kəsici işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-cı il tarixli 12 saylı qərarına fəsil 35 əsasən işlədiyi sahələr zərərli olduğu güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ daşıyır. Abşeron Quraşdırma İdarəsinin adı dəyişdiriərək "xxxx" ASC adlandırılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən verilən sorğuya əsasən "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli arayışda qeyd olunur ki, “İddiaçı həqiqətən də xx.xx.1984- cü ildən Kavkazenerjiqııraşdırmatrestin Abşeronquraşdırma idarəsinə 265/k əmrlə 4-cü dərəcə quraşdırıcı işinə qəbul edilmişdir. xx.xx.2008-ci ildə öz xahişi ilə 68h 2/aəmri ilə işdən azad olunmuşdur. Azərbaycan Respublikası Milli Əmlak Nazirliiyi tərəfindən təşkil olunan özəlləşdirmə prosesində "xxxx" ASC təşkilatı arxiv sənədləri ASC təhvil verilmədiyi üçün həmin vaxt ərzində arxivləşdirilməmişdir. İddiaçı "xxxx" ASC-də işlədiyi dövr ərziində Azırbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin müddətində məhkəməyə təqdim olunmasını xahiş etmişsiniz” sərəncamının icrasını təmin etmək məqsədilə arxiv sənədlərini Milli Əmlak Komitəsinin Özəlləşdirmə İdarəsinə müraciət etmək zəruridir. Abşeron Quraşdırma İdarəsinin adı dəyişdirilərək Enerjiquraşdırma KEM ASC adlandırılmışdır. ƏMR 24/k xx.xx.2001-ci il. Arayış əmək kitabçasının əsasında verilmişdir. AB Milli Arxiv İdarəsi tərəfindən sənədlərin saxlanılması müddəti müəyyən edilib (12 aprel 2016-cı il tarixli 3/1 nömrəli əmr) Həmin sənədə əsasən mühasibat uçotu sənədlərin saxlanılması meddəti 5 il, kadr uçotu sənədlərin saxlanılma müddəti isə 75 il müəyyən edilmişdir. İş materiallarına əlsavə olunmuş "xxxx" ASC tərəfindən verilən arayışdan görünür ki, X3 xx.xx.1981-ci ildə hərbi qulluqda olub. xx.xx.1984-cü ildə Bakı şəhəri 22№-li Peşə Məktəbin qutarıb, Diplom No: 601654, 27.08,1984-cü ildə Kavkazenerji quraşdırma trestin Abşeronquraşdırma idarəsinə 265/k əmrlə 4-cü dərəcə quraşdırıcı işinə qəbul edilmişdir. xx.xx.1990-cı ildə 6№-li əmrlə 3-cü dərəcəli quraşdırıcı işinə qəbul olunmuşdur. xx.xx.1990-cı ildə 96№-li əmrə əsasən 4-cü dərəcəli quraşdırıcı işinə qəbul olmuşdur. xx.xx.1992-ci ildə 43/k əmrə əsasən boru kəmərlərinin qazla kəsilməsi üçün 5-ci dərəcəni almışdır. xx.xx.2008-ci ildə öz xahişi ilə 68h 2/a əmri ilə işdən azad olmuşdur. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2- 163041/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlardan görünür ki, iddiaçının hesabına "xxxx" ASC tərəfindən 2007-ci ilin iyun, iyul, avqust, oktyabr, 2010-cu ilin yanvar ayı üçün, 16 nömrəli X2 Tresti tərəfindən 2008-ci ilin aprel-dekabr, 2009-cu ilin fevral-sentyabr aylarınadək, 2017-ci ilin may, noyabr, 2018-ci ilin yanvar-iyul ayları üzrə VÖEN üzrə, Bərpa-AS MMC tərəfindən 2021-ci ilin yanvar-oktyabr ayları, X1 Firması tərəfindən 2022-ci ilin iyul ayı üzrə MDSS-lər ödənilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023cü il tarixli 23/**********900 məktubunda qeyd olunmuşdur ki, xx.xx.2023- cü il tarixə olan uçot məlumatlarına əsasən "xxxx" ASC xx.xx.2000-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-3/2- 19365/2023 nömrəli məktubunda qeyd olunur ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramına uyğun olaraq, ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin Azəristilikenerjiquraşdırma trestinin Abşeron Quraşdırma idarəsinin bazasında keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli, 136 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2001-ci il tarixində tam özəlləşdirilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirmə planında (emissiya prospektində) xx.xx.2000-ci il tarixinə səhmləri əmək kollektivinə güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adı aşkar edilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “...emissiya prospektində (özəlləşmə planında) iddiaçının adının əmək kollektivinin sırasında göstərilməsi onu deməyə əsas verir ki, iddiaçı həmin müəssisədə çilingər vəzifəsində əmək fəaliyyəti ilə məşğul olmuş, o tutduğu vəzifəyə uyğun ştat vahidi, əmək haqqı və s. ilə təmin olunmuşdur. Əks halda əmək kollektivinin sırasında adı çəkiləməməklə bərabər özəlləşmədə güzəştli şərtlərlə çıxış etmək imkanı tanınmazdı. Cavabdehin xx.xx.1984xx.xx.2006-cı il tarixədək dövrün iddiaçının ümumi stajına daxil etməməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır.” Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və həmçinin qeyd edir ki, iddiaçının əmək fəaliyyətinə dair sənədlər və təqdim edilmiş güzəştli iş arayışları onun zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verir. Belə ki, yuxarda qeyd olunan iş materiallarından müəyyən edilir ki, iddiaçı xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək 5-ci dərəcə boru kəmərlərinin qazla kəsicisi vəzifəsində işləmişdir. Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında 23200000 XXXİİİ. Ümumi peşələr bölməsində 23200000—11618 qazla kəsicilər peşəsi, Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş 35. Ümumi peşələr bölməsində qazla kəsicilər peşəsi zərərli peşə kimi nəzərdə tutulmuşdur. İş yerindən verilmiş güzəştli arayışda iddiaçının xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək işlədiyi 5-ci dərəcə boru kəmərlərinin qazla kəsicisi vəzifəsinin funksional təyinat baxımından Azərbaycan Respublikası Nazirlər Kabinetinin ilə təsdiq edilmiş siyahıda 35-ci bölmədə qazla kəsicilərlə eyni işi gördüyü qeyd edilərək həmin vəzifəyə uyğunlaşdırılmışdır. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənildiyindən, məhkəmə iddia tələbini təmin etməklə doğru nəticəyə gəlmişdir. Belə ki, iddiaçının 60 yaşının tamam olduğu vaxt onun 12 il 6 aydan artıq güzəştli iş stajının və 25 ildən artıq ümumi iş stajının olması sübuta yetirilmişdir. Eyni zamanda iddiaçının işlədiyi müvafiq peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1201/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1987/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1987/2025
07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver