Məhkəmə qərarları › İş №2-1(103)-1988/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1988/2024

16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1988/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8215/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik vəziyyətinin qiymətləndirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, anadangəlmə ixtioz xəstəsidir. xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək 3 saylı UDZD-də stasionar müalicə almış və daha sonra dispanser qeydiyyatına götürülmüşdür. xx.xx.2015-ci il tarizdə 2 saylı Uşaq Poliklinikasında müayinə keçmiş və uşaqlar üçün Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilmişdir. xx.xx.2017-ci il tarixdə müayinə keçmiş və TSEK-ə göndəriş verilmişdir. Müayinə zamanı “anadangəlmə İxtioz Q 80" diaqnozu təyin olunmuşdur. Daha sonra xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Respublika X5də stasionar müalicə almışdır. xx.xx.2021-ci il tarixdə təkrarən Respublika Dəri-Zöhrəvi mərkəzində müayinədən keçmiş, ona “X4” diaqnou təyin olunmuşdur. Dəfələrlə müalicə alsa da, müalicələr heç bir effekt verməmişdir. Qeyd etmək istəyir ki, 2 saylı uşaq poliklinikasında və 3 saylı Uşaq DZD-də “Anadangəlmə İxtioz” diaqnozu ilə dispanser qeydiyyatında olmuşdur. Bu vaxta qədər dəfələrlə qeydiyyatda olduğu 2 saylı uşaq poliklinikasında ambulator, 3 saylı UDZD-də ambulator və stasionar müalicələr almışdır. xx.xx.2017-ci il tarixində BŞDZD-də “Anadangəlmə İxtioz” diaqnozu ilə qeydiyyata alınmışdır. Qeyd edir ki, əlillik dərəcəsinin qiymətləndirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir. Lakin, monun əlillik vəziyyətinin qiymətləndirilməsindən imtina edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin imtina məktubunda qeyd edilir ki, "Əlillik vəziyyətinin qiymətləndirilməsi barədə daxil olmuş məktubuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Azərbaycan Respublikası Nazirlər kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əliliyin qiymətləndirilməsi Qaydası "na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında adsızlaşdırılmış sənədlər üzərindən şəxsin iştirakı olmadan elektron qiymətləndirilir. Bildirirlər ki, əlillik vəziyyəti Bakı Baş Səhiyyə İdarəsinin göndərişinə əsasən xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması (səbəb: Xəstəlik 2014-cü ildən başlanmasına baxmayaraq, 2022-ci ilə qədər olan stasionar müalicələr barədə məlumat qeyd edilməyib) səbəbindən səhiyyə müəssisəsinə geri qaytarılmışdır. Narazı qaldıqları təqdirdə, əyani müayinə məqsədilə qeydiyyat üzrə xidmət göstərən 3 nömrəli Tibbi-Sosial Ekspert komissiyasına müraciət edə bilər. Müayinəyə gəldiyi zaman keçirilmiş müayinələrinə dair bütün sənədləri özü ilə gətirməsi xahiş olunur. ” Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, onun xəstəliyi 2014-cü ildən başlanmamışdır. Təyin olunmuş diaqnozlardan göründüyü kimi, onun xəstəliyi anadan gəlmədir. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli Uşaq Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q80-Q89 - Digər anadangəlmə anomaliyalar [inkişaf qüsurları] => Q80 - Anadangəlmə ixtioz => Q80... Diaqnozun mətni: Anadangəlmə ixtioz.X-xromosomu ilə əlaqəli ixtioz. Meyar: 2. İki il müddətinə: => 2.3. daxili orqanların və sistemlərin pozulmaları: => 2.3.5. dəri örtüklərinin və ya selikli qişanın geniş həcmli zədələnmələri (xoralanma, eritrodermiya, nəzərəçarpan qaşınma,...” səbəbi ilə 2 il müddətinə əlillik dərəcəsi verilmişdir. xx.xx.2017-ci il tarixli elektron təyinatla baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q80- Q89 - Digər anadangəlmə anomaliyalar [inkişaf qüsurları] => Q80 - Anadangəlmə ixtioz => Q80... Diaqnozun mətni: Anadangəlmə ixtioz.X-xromosomu ilə əlaqəli ixtioz. Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.17. dəri örtüyünün və ya selikli qişanın genişhəcmli zədələnmələri (xoraları, eritrodermiya, çapıqlar və s.) nəticəsində çeynəmə, udma, defekasiy...” səbəbi ilə 3 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 1 nömrəli X5 xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q80-Q89 - Digər anadangəlmə anomaliyalar [inkişaf qüsurları] => Q80 - Anadangəlmə ixtioz => Q80... Diaqnozun mətni: Astiqmatizm, OU mürəkkəb miopik astiqmatizm Anadangəlmə ixtioz, Piodermiya,. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: 3.1.1 meyarlara əsasən xəstəlik tarixi az olduğu üçün" səbəbi ilə imtina verilmişdir. Bakı 1 nömrəli X5 xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q80-Q89 - Digər anadangəlmə anomaliyalar [inkişaf qüsurları] => Q80 - Anadangəlmə ixtioz => Q80... Diaqnozun mətni: Anadangəlmə ixtioz.Piodermiya. . Astiqmatizm. OU mürəkkəb miopik astiqmatizm. Meyar 2.2 İkinci dərəcə əlillik => 2.2.15. xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri." səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Q80 Anadangəlmə ixtioz, Xəstəliyini anadangəlmə olduğunu qeyd edir.2 saylı uşaq poliklinikası və 3 saylı UDZD-də"Anadangəlmə ixtioz"diaqnozu ilə dispanser qeydiyyatında olmuşdur. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəlik 2014-ci ildən başlanmasına baxmayaraq, 2022-ci ilə qədər aparılmış stasionar müalicələri barədə məlumat qeyd edilməyib." səbəbi ilə imtina verilmişdir. Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Q80.9 Dəqiqləşdirilməmiş anadangəlmə ixtioz, xəstə özünü anadangəlmə xəstə hesab edir.Dəfələrlə stasionar və ambulator müalicə alıb hec bir effekti olmur. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəlik 2014-cü ildən başlanmasına baxmayaraq, 2022-ci ilə qədər olan stasionar müalicələri barədə məlumat qeyd edilməyib.” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, İddiaçı sonuncu göndəriş əsasında imtina verilməsinin səbəbi - “Göndərişin natamam doldurulması - Səbəb: Xəstəlik 2014- cü ildən başlanmasına baxmayaraq, 2022-ci ilə qədər olan stasionar müalicələri barədə məlumat qeyd edilməyib” olmuşdur. İddiaçı sözügedən aidiyyəti sənədləri təqdim edərək dövlət tibb müəssisəsi tərəfindən sənədləri düzgün doldurduğu təqdirdə və müvafiq qanunvericiliyin tələblərinə cavab verdiyi halda ona uyğun əlillik dərəcəsi verilə bilər. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8215/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirak olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8215/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli Uşaq Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q80-Q89 - Digər anadangəlmə anomaliyalar [inkişaf qüsurları] => Q80 - Anadangəlmə ixtioz => Q80... Diaqnozun mətni: Anadangəlmə ixtioz.X-xromosomu ilə əlaqəli ixtioz. Meyar: 2. İki il müddətinə: => 2.3. daxili orqanların və sistemlərin pozulmaları: => 2.3.5. dəri örtüklərinin və ya selikli qişanın geniş həcmli zədələnmələri (xoralanma, eritrodermiya, nəzərəçarpan qaşınma,...” səbəbi ilə 2 il müddətinə əlillik dərəcəsi verilmişdir. xx.xx.2017-ci il tarixli elektron təyinatla baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q80- Q89 - Digər anadangəlmə anomaliyalar [inkişaf qüsurları] => Q80 - Anadangəlmə ixtioz => Q80... Diaqnozun mətni: Anadangəlmə ixtioz.X-xromosomu ilə əlaqəli ixtioz. Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.17. dəri örtüyünün və ya selikli qişanın genişhəcmli zədələnmələri (xoraları, eritrodermiya, çapıqlar və s.) nəticəsində çeynəmə, udma, defekasiy...” səbəbi ilə 3 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 1 nömrəli X5 xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q80-Q89 - Digər anadangəlmə anomaliyalar [inkişaf qüsurları] => Q80 - Anadangəlmə ixtioz => Q80... Diaqnozun mətni: Astiqmatizm, OU mürəkkəb miopik astiqmatizm Anadangəlmə ixtioz, Piodermiya,. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: 3.1.1 meyarlara əsasən xəstəlik tarixi az olduğu üçün" səbəbi ilə imtina verilmişdir. Bakı 1 nömrəli X5 xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q80-Q89 - Digər anadangəlmə anomaliyalar [inkişaf qüsurları] => Q80 - Anadangəlmə ixtioz => Q80... Diaqnozun mətni: Anadangəlmə ixtioz.Piodermiya. . Astiqmatizm. OU mürəkkəb miopik astiqmatizm. Meyar 2.2 İkinci dərəcə əlillik => 2.2.15. xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri." səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Q80 Anadangəlmə ixtioz, Xəstəliyini anadangəlmə olduğunu qeyd edir.2 saylı uşaq poliklinikası və 3 saylı UDZDdə"Anadangəlmə ixtioz"diaqnozu ilə dispanser qeydiyyatında olmuşdur. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəlik 2014-ci ildən başlanmasına baxmayaraq, 2022-ci ilə qədər aparılmış stasionar müalicələri barədə məlumat qeyd edilməyib." səbəbi ilə imtina verilmişdir. Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Q80.9 Dəqiqləşdirilməmiş anadangəlmə ixtioz, xəstə özünü anadangəlmə xəstə hesab edir.Dəfələrlə stasionar və ambulator müalicə alıb hec bir effekti olmur. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəlik 2014cü ildən başlanmasına baxmayaraq, 2022-ci ilə qədər olan stasionar müalicələri barədə məlumat qeyd edilməyib.” səbəbi ilə imtina verilmişdir. İddiaçı sonuncu göndəriş əsasında imtina verilməsinin səbəbi - “Göndərişin natamam doldurulması - Səbəb: Xəstəlik 2014- cü ildən başlanmasına baxmayaraq, 2022-ci ilə qədər olan stasionar müalicələri barədə məlumat qeyd edilməyib” olmuşdur. İddiaçının sağlamlıq vəziyyətinin obyektivliyinin hərtərəfli qiymətləndirilməsi məqsədilə cavabdeh tərəfindən əyani müayinə olunaraq əlillik dərəcəsinin təkrar qiymətləndirilməsi məqsədilə cavabdehə məhkəmə tərəfindən müddət təyin edilmiş və məhkəmənin qərardadının icrası ilə əlaqədar olaraq iddiaçının əlillik vəziyyəti əyani müayinə olunmaqla yenidən qiymətləndirilmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, iddiaçı barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası: Bənd 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Bənd 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; Bənd 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. Bənd 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. Bənd 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Bənd 2.8. Bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası” : Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə Əlilliyin qiymətləndirilməsi qaydası və təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə: Bənd 2.2. ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Bənd 4.1. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. Bənd 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Bənd 4.3. Əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən anamnestik məlumatlar, obyektiv müayinə və təqdim edilmiş sənədlərə əsasən iddiaçıda mövcud olan diaqnozun əlillik əlaməti təyin etməməsi müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən nzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8215/2023 saylı , xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8215/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar